Beynəlxalq İqtisadi Münasibətlər Kitabın təşkil edilməsində göstərdiyi köməyə görə müəllimim Rəşad Fərhad oğlu



Yüklə 5,61 Mb.
Pdf görüntüsü
səhifə203/213
tarix23.01.2018
ölçüsü5,61 Mb.
#22207
1   ...   199   200   201   202   203   204   205   206   ...   213

 

477


 

tövsiyəsi  əsasında  Baş  Məclis  tərəfindən  müəyyən  olunan  şərtlərlə,  Beynəlxalq 

Məhkəmənin Statutunun iştirakçısı ola bilər. 

Maddə 94-də qeyd olunur ki, BMT-nin hər bir Üzvü, tərəf kimi çıxış etdiyi istənilən 

işdə  Beynəlxalq  Məhkəmənin  qərarına  əməl  etməyi  öz  öhdəsinə  götürür.  Əgər  iş  üzrə 

tərəflərdən  biri  Məhkəmənin  çıxardığı  qərarla  onun  üzərinə  qoyulmuş  öhdəlikləri  icra 

etmirsə,  o  biri  tərəf  Təhlükəsizlik  Şurasına  müraciət  edə  bilər.  Təhlükəsizlik  Şurası,  zəruri 

hesab  etdikdə,  tövsiyələr  edə  bilər  və  ya  həmin qərarın  həyata  keçirilməsi üçün görülməli 

olan tədbirlər barəsində qərar qəbul edə bilər. 

Maddə 95-ə görə, Nizamnamədə heç nə BMT Üzvlərinin öz mübahisələrinin həllini 

artıq  qüvvədə  olan  və  ya  gələcəkdə  bağlanıla  bilən  sazişlər  əsasında  başqa  məhkəmələrə 

həvalə etməsinə maneə yaratmır. 

Maddə  96-da  qeyd  olunur  ki,  Baş  Məclis  və  ya  Təhlükəsizlik  Şurası  Beynəlxalq 

Məhkəmədən  istənilən  hüquqi  məsələ  üzrə  məsləhətçi  rəy  verməyi  xahiş  edə  bilər.  Baş 

Məclis  tərəfindən  istənilən  vaxt  buna  icazə  ala  bilən  BMT-nin  digər  orqanları  və 

ixtisaslaşdırılmış təsisatlar da onların fəaliyyəti çərçivəsində ortaya çıxan hüquqi məsələlər 

üzrə Məhkəmədən məsləhətçi rəy istəyə bilər. 

 

BMT-nin  sonuncu  baş  orqanı  Katiblik  Baş  Məclisin,  Təhlükəszilik  Şurasının  və 



digər  orqanların  göstərişlərinə  uyğun  olaraq,  təşkilatın  əməliyyat  və  inzibati  işini  həyata 

keçirir. 

 

Katibliyin  fəaliyyəti  Nizamnamənin  XV  fəsli  ilə  tənzimlənir.  Maddə  97-yə  görə, 



Katiblik  Baş  Katibdən  və  Təşkilat  üçün  tələb  olunan  ştatdan  ibarətdir.  Baş  Katib 

Təhlükəsizlik  Şurasının  tövsiyəsi  əsasında  Baş  Məclis  tərəfindən  təyin  olunur.  Baş  Katib 

Təşkilatın baş inzibati vəzifəli şəxsidir. 

Maddə 98-də qeyd olunur ki, Baş Katib bu keyfiyyətdə Baş Məclisin, Təhlükəsizlik 

Şurasının,  İqtisadi  və  Sosial  Şuranın  və  Qəyyumluq  Şurasının  bütün  iclaslarında  fəaliyyət 

göstərir və bu orqanlar tərəfindən ona həvalə olunan digər funksiyaları icra edir. Baş Katib 

Təşkilatın işi barədə Baş Məclisə illik məruzə təqdim edir. 

Maddə  99-a  əsasən,  Baş  Katib  beynəlxalq  sülhün  və  təhlükəsizliyin  qorunub 

saxlanmasına, onun fikrincə, təhlükə törədə bilən istənilən məsələni Təhlükəsizlik Şurasının 

nəzərinə çatdıra bilər. 

Maddə  100-ə  görə,  öz  vəzifələrini  icra  edərkən  Baş  Katib  və  Katibliyin  heyəti  hər 

hansı  hökumətdən  və  ya  Təşkilat  üçün  kənar  olan  hər  hansı  digər  orqandan  göstərişlər 




 

478


 

istəməməli və almamalıdır. Onlar, yalnız Təşkilat qarşısında məsuliyyət daşıyan beynəlxalq 

vəzifəli  şəxslər  kimi  onların  statusuna  təsir  göstərə  bilən  hər  hansı  hərəkətdən 

daşınmalıdırlar. BMT-nin hər bir Üzvü Baş Katibin və Katibliyin heyətinin vəzifələrinin sırf 

beynəlxalq  xarakterinə  hörmət  etməyi  və  onlara  öz  vəzifələrini  yerinə  yetirərkən  təsir 

göstərməyə cəhd etməməyi öz öhdələrinə götürürlər. 

Maddə  101-də  vurğulanır  ki,  Katibliyin  heyəti  Baş  Katib  tərəfindən  Baş  Məclisin 

müəyyən  etdiyi  qaydalara  əsasən  təyin  olunur.  Müvafiq  heyət  daimi  əsasda  işləmək  üçün 

İqtisadi  və  Sosial  Şuraya,  Qəyyumluq  Şurasına  və  buna  lüzum  oluqda,  Təşkilatın  digər 

orqanlarına ayrılır. Bu heyət Katibliyin bir hissəsini təşkil edir. Heyəti işə qəbul edərkən və 

xidmət  şərtlərini  müəyyən  edərkən  yüksək  iş  qabiliyyəti  səviyyəsinin,  səlahiyyətliliyin  və 

təmizliyin  təmin  edilməsinin  zəruriliyi  ön  plana  çəkilir.  Heyətin  mümkün  qədər  geniş 

coğrafi əsasda seçilməsinin vacibliyinə lazımi diqqət yetirilməlidir. 

Beləliklə, Katibliyə  Baş Katib rəhbərlik  edir  və  Təhlükəsizlik Şurasının tövsiyəsinə 

əsasən,  Baş  Məclis  tərəfindən  5  il  müddətinə  təyin  edilir.  Baş  katib  dövlətlər  arasında 

mübaqişlərin  tənzimlənməsi  üzrə  səy  göstərir  və  onun  fikrincə  beynəlxalq  sülhə  və 

təhlükəsizliyə  təsir  göstərə  biləcək  mübahisələr  barəsində  məlumatları  Təhlükəsizlik 

Şurasında çıxarmaq hüququna malikdir. O həmçinin, BMT Katibliyinin departamentlərinə, 

idarələrinə və digər təşkilatı bölmələrinə direktiv göstərişlər verir və BMT sisteminin bütün 

işini  koordinasiya  edir.  BMT-nin  əsas  vəzifəli  şəxsi  kimi  baş  katib  Baş  Məclisin, 

Təhlükəsizlik  Şurasının  bütün  iclaslarında  iştirak  edir  və  bu  orqanlar  tərəfindən  onun 

üzərinə qoyulan digər funksiyaları yerinə yetirir. 

Baş  katib  həmçinin  BMT  sistemi  rəhbərlərinin  Koordinasiya  Şurasının  sədridir.  Bu 

şura  geniş  diapazonlu  problemlərin  həllində  üzv-dövlətlərin  qarşılarına  qoyduqları  ümumi 

məqsədlərin əldə edilməsi üzrə fəaliyyətin koordinasiyasını təmin etmək üçün ildə iki dəfə 

görüşür. Onun tərkibinə 27 təşkilatın icraçı rəhbərləri daxildir. 

 

BMT-nin ilk baş katibi 1946-1952ci illərdə Tryüqve Li (Norveç) olub. 1953-1961-ci 



illərdə bu vəzifəni Daq Hammarşeld (İsveç), 1961-1971-ci illərdə U Tan (Myanma), 1972-

1981-ci illərdə Kurt Valdhaym (Avstriya), 1982-1991-ci illərdə Havyer Peres (Peru), 1992-

1996-cı illərdə Butros Butro Qali (Misir) yerinə yetirib. Hazırda baş katib vəzifəsini 1997-ci 

ildən etibarən Kofi Annan (Qana) tutur. 




 

479


 

 

Hazırda Katiblik 14 departament və idarədən ibarətdir və orada dünyanın təxminən 



170  ölkəsindən  7500  nəfər  çalışır.  Nyu-Yorkda  yerləşən  mərkəzi  ofislə  yanaşı,  BMT-nin 

Cenevrədə, Vyanada və Nayrobidə şöbələri vardır. 

 

BMT-nin  aşağıdakı  funksional  komissiyaları  və  onların  tərkibinə  daxil  olan  alt 



komissiyaları vardır: 

1.

 



Statistika komissiyası. 

2.

 



Əhalinin yerləşdirilməsi və inkişaf üzrə komissiya. 

3.

 



Sosial inkişaf komissiyası. 

4.

 



İnsan haqları komissiyası. 

 

Üçlər  Qrupu  (aparteid  cinayətlərinin  qarşısının  alınması  və  ona  görə 



cəzalandırma haqqında Beynəlxalq Konvensiyaya uyğun olaraq yaradılıb). 

 

Zorakı və ya qeyri-könüllü yoxaçıxmalar üzrə İşçi Qrupu. 



 

İnsan haqlarının daim kobud surətdə pozulması hallarının öyrənilməsi üzrə İşçi 

Qrupu. 

 

Özbaşına saxlamar üzrə İşçi Qrupu. 



 

İnkişaf hüququ üzrə açıq tərkibli İşçi Qrupu. 

 

İşgəncə  əleyhinə  Konvensiyanın  fakultativ  protokol  layihəsinin  işlənməsi  üzrə 



açıq tərkibli İşçi Qrupu. 

 

Yerli  xalqların  haqları  haqqında  bəyannamə  layihəsinin  işlənməsi  üzrə  açıq 



tərkibli İşçi Qrupu. 

 

Struktur yenidənqurma proqramlarına və iqtisadi, sosial, mədəni hüquqlara qid 



rəhbər baza prinsiplərinin işlənməsi üçün açıq tərkibli İşçi Qrupu. 

 

İnsan haqlarının dəstəklənməsi və müdafiəsi üzrə altkomissiya. 



 

Milli,  etnik,  dini  və  dil  azlıqlarına  aid  şəxslərin  hüquqları  məsələsi  üzrə  İşçi 

Qrupu. 

 

Quldarlığın müasir formaları üzrə İşçi Qrupu. 



 

Yerli xalqlar üzrə İşçi Qrupu. 

 

Altkomissiyaların iş metodları üzrə Sessiya İşçi Qrupu. 



 

Transmilli şirkətlərin iş metodları və fəaliyyəti üzrə Sessiya İşçi Qrupu. 

 

Rabitə üzrə İşçi Qrupu. 



5.

 

Qadınların vəziyyəti üzrə komissiya. 



6.

 

Narkotik vasitələr üzrə komissiya. 




Yüklə 5,61 Mb.

Dostları ilə paylaş:
1   ...   199   200   201   202   203   204   205   206   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə