Beynəlxalq İqtisadi Münasibətlər Kitabın təşkil edilməsində göstərdiyi köməyə görə müəllimim Rəşad Fərhad oğlu



Yüklə 5,61 Mb.
Pdf görüntüsü
səhifə2/213
tarix23.01.2018
ölçüsü5,61 Mb.
#22207
1   2   3   4   5   6   7   8   9   ...   213

 

4

 



sıra qapalı dövrləri (məsələn, qədim dövr, orta əsrlər) əks etdirir. Bu dövrlərin hər birində 

həm feodal, həm də kapitalist iqtisadiyyatının elementlərini, eyni zamanda həm azad, həm 

muzdlu, həm də məcburi əməyi tapmaq olar.  

Sivilizasiyalar  nəzəriyyələri  üzrə  yanaşmalar  müəyyən  sivilizasiyanın  daxili 

xüsusiyyətlərinin  təhlili  üzərində  qurulur.  Güman  edilir  ki,  sivilizasiya  müəyyən  iqtisadi 

sistemlə,  etnik  köklərlə,  dinlə,  yaradıcı-fəlsəfi  düçüncənin  stili  ilə  və  dünyanın 

ümumiləşdirilmiş obrazı ilə xarakterizə olunur.  

Bəşəriyyətin  inkişafının  bircəhətli  olmaması  barədə  fikirlər  hələ  antik  filosoflar 

tərəfindən  söylənilmişdir.  XIX-XX  əsrlərdə  xeyli  sayda  yeni  sivilizasiya  nəzəriyyələri 

meydana gəlmişdir ki, onların da sırasında N.Y.Danilevskinin, P.A.Sorokinin, A.Toynbinin 

nəzəriyyələri daha məşhurdur. 

Rus alimi N.Y.Danilevski hesab edirdi ki, ümumdünya tarixinin əsas real vahidi kimi 

lokal mədəni-tarixi tip – sivilizasiya çıxış edir ki, onların da hər biri fasiləsiz olaraq xarici 

mühit  və  digər  sivilizasiyalarla  mübarizə  aparır.  Sivilizasiyalar  dörd  əsas  –  mədəni,  dini, 

siyasi  və  iqtisadi  əsaslar  üzərində  formalaşırlar.  Onlar  heç  zaman  bərabər  surətdə  inkişaf 

etmiş olmurlar. Reallıqda adətən bu əsaslardan biri daha yaxşı inkişaf etmiş olur ki, bu da öz 

növbəsində xalqların inkişafını ləngidir. 



P.A.Sorokin  bütün  sivilizasiyaları  üç  qrupa  bölməyi  təklif  edir.  Onun  fikrincə,  bu 

zaman sivilizasiya daxilində dünyanı dərk etməyin hansı metodundan istifadə edildiyi əsas 

götürülməlidir.  Hissiyat  tipli  sivilizasiyalar  üçün  ətraf  mühütin  hisslər  əsasında  dərk 

edilməsi  xarakterikdir.  İdeasional  sivilizasiyalarda  rasional  düşüncə  tərzi  üstünlük  təşkil 

edir. İdealistik sivilizasiyalarda ətraf mühütin dərk edilməsinin intuitiv tipi hökmranlıq edir. 

P.A.Sorokin hesab edir ki, sivilizanın tarixi və iqtisadiyyatı bilavasitə onun tipindən asılıdır. 

İngilis alimi A.Toynbinin fikrincə, ümumdünya tarixi sadəcə olaraq spesifik, bir-biri 

ilə bağlı olmayan sivilizasiyaların məcmusudur. Bu sivilizasiyaların hər biri öz inkişafında 

eyni  mərhələləri  keçir,  meydana  gəlir, çiçəklənir,  tənəzzülə uğrayır və  məhv  olur. Bir-biri 

ilə toqquşan sivilizasiyalar sözsüz ki, qarşılıqlı təsirə məruz qalırlar, lakin bu təsir o qədər 

güclü olmur ki, həmin sivilizasiyanın xarakterini prinsipial surətdə dəyişə bilsin. A.Toynbi 

13  sivilizasiya  müəyyən  edib  ki,  onlardan  da  beşi  onun  fikrincə  böyük  sivilizasiyalardır. 

Qədim  dövrlərdən  bizim  günlərə  qədər  mövcud  olan  beş  böyük  sivilizasiyadan  ən  aktivi 

kimi  A.Toynbi  Qərb  sivilizasiyasını  göstərirdi.  Onun  fikrincə,  bu  sivilizasiya  digərlərinə 

daha çox təsir göstərmişdir. Digər böyük sivilizasiyalar sırasına A.Toynbi Uzaq Şərq (Çin), 



 

5

 



indus (Hindistan), Yaxın Şərq (İslam), şərqi  slavyan (pravoslav) sivilizasiyalarını aid edir. 

Bəşəriyyət tarixində sivilizasiyaların ümumi sayı 30-a  yaxındır ki, onlardan da əksəriyyəti 

bəşəriyyətin inkişafına əhəmiyyətli təsir göstərmədən məhv olublar. A.Toynbi hesab edirdi 

ki, sivilizasiyanın həyat qabiliyyətliliyi ilk növbədə məhsuldar qüvvələrin tərəqqisi və əmək 

məhsuldarlığının  artımı,  həyat  şəraitinin  əldə  olunması,  həlli  həmin  cəmiyyətdən  asılı 

olmayan  vəziyyətlərdən  qaçmaq  qabiliyyəti  və  intellektual  elitanın  –  yaradıcı  azlığın 

mövcudluğu  ilə  müəyyən  edilir.  Sonuncu  faktor  xüsusi  önəm  kəsb  edir:  intellektual  elita 

yoxdursa, sivilizasiya da yoxdur. 

Müasir  sivilizasiya  nəzəriyyələrində  belə  bir  fikir  də  mövcuddur  ki,  bəşəriyyət  öz 

tarixində aşağıdakı mərhələlərdən keçmişdir: lokal sivilizasiyalar mərhələsi (şumer, egey və 

başqaları),  xüsusi  sivilizasiyalar  mərhələsi  (Hindistan,  Avropa),  dünya  ictimaiyyətinin 

formalaşdığı və tam vahid orqan kimi çıxış etməyə başladığı qlobal bəşəriyyət sivilizasiyası 

mərhələsi.  

Nəzərə  almaq  lazımdır  ki,  yuxarıda  göstərilən  variantların  əksəriyyəti  xronoloji 

cəhətdən  yayğınlığı  ilə  seçilir.  Dövrlərə  ayırmaq  meyarları  isə  istehsal  münasibətləri 

sahəsindən daha çox mənəvi sahəyə əsaslanır. Tarixi-iqtisadi materialın müvafiq ardıcıllıqla 

təqdim  olunması  üçün  dövrləşdirmənin  istehsal  münasibətlərinə  əsasən  aparılması 

məqsədəuyğun olardı. 

 

1.2. Tarixi dövrlərin iqtisadi münasibətlərinin əsas xüsusiyyətləri 

 

Tarixi  dövrlərdə  mövcud  olan  iqtisadi  münasibətlərin  xüsusiyyətlərinin  təhlili  son 



nəticədə dünya iqtisadiyyatının formalaşması səbəblərini və inkişaf mərhələlərini müəyyən 

etməyə imkan verir. 

 

1.2.1. İbtidai-icma dövrünün iqtisadi münasibətləri 

 

Iqtisadi  münasibətlərin  meydana  gəlməsi  və  inkişafı  öz  başlanğıcını  ibtidai-icma 



quruluşundan  götürür.  Məhz  bu  formasiya  zamanı  mübadilə  dəyərinin  əmələ  gəlmə 

mənbələri  formalaşmış  və  ilk  iri  ictimai  əmək  bölgüləri  baş  vermişdir.  Birinci  iri  ictimai 

əmək  bölgüsü  kimi  heyvandarlıqla  məşğul  olan  tayfaların  əkinçiliklə  məşğul  olan 



 

6

 



tayfalardan ayrılmasını, ikinci iri ictimai əmək bölgüsü kimi isə sənətkarlığın əkinçilikdən 

ayrılmasını göstərmək olar. 

İbtidai-icma  quruluşu  dövründə  insanın  fiziki  tipinin  və  sosial  görünüşünün 

formalaşması  prosesi  baş  vermişdir.  Bu  dövrdə  əlin  və  beynin  inkişafı  baş  vermiş,  şüur 

yaranmış və tərəqqi etmiş, nitq meydana gəlmişdir. Nitqin meydana gəlməsi məişət həyatına 

güclü  təsir  göstərmiş,  əməyin  daha  səmərəli  təşkilinə  şərait  yaratmışdı.  Bu,  cəmiyyətin 

inkişaf templərini əhəmiyyətli dərəcədə sürətləndirmişdi. İnkişafa təsir göstərən mühüm bir 

amil kimi, həmçinin, odun süni yolla əldə edilməsi üsulunun mənimsənilməsini göstərmək 

olar. 

İbtidai-icma iqtisadi formasiyası cəmiyyətin birinci tipi, daha dəqiqi birinci ictimai-



iqtisadi  formasiyadır.  Onun  əsasını  istehsalın  ibtidai-icma  üsulları  təşkil  etmişdir.  İbtidai-

icma formasiyasının əsas əlamətləri kimi primitiv əmək alətlərini, istehsal alətləri üzərində 

ümumi  mülkiyyəti,  kollektiv  əməyi  göstərmək  olar.  Dövrün  əsas  iqtisadi  qanununu  həyat 

nemətlərinin  kollektiv  əmək  əsasında  yaradılması  və  bu  nemətlərin  bərabər  bölgüsü  ilə 

xarakterizə etmək olar.  

İbtidai-icma iqtisadi formasiyasının fərqləndirici inkişaf xüsusiyyəti ondan ibarətdir 

ki, bu dövrdə maddi nemətlərin istehsalının inkişafı ilə yanaşı, ailənin də inkişafı mühüm rol 

oynamışdır.  Belə  ki,  ailənin  xüsusi  formalarının  meydana  gəlməsi  insanın  sürətlə  təkrar 

istehsalına rəvac vermişdir ki, bu  da əl əməyinin üstünlük  təşkil  etdiyi bir  dövrdə mühüm 

əhəmiyyət kəsb edirdi. 

İbtidai-icma  formasiyasının  inkişaf  mərhələləri  kimi,  iki  mərhələ  göstərilir:  ilkin 

mərhələ və son mərhələ. 

İlkin  mərhələnin  əsas  xüsusiyyətləri  kimi  əmək  alətlərinin  daşdan,  sümükdən, 

buynuzdan və ağacdan hazırlanmasını göstərmək olar. Bu mərhələdə maddi nemətlərin əldə 

edilməsi  üçün  mənimsəmə  üsullarından  (yığım,  ovçuluq,  balıq  ovu)  istifadə  edilirdi.  İlkin 

mərhələdə  mübadilənin  epizodik  aktları  –  mübadilə  dəyərinin  sadə  formaları  meydana 

gəlmiş  və  təbii  əmək  bölgüsü  baş  vermişdi.  Bu  mərhələ  üçün  həmçinin  kollektiv  əmək, 

matriarxat  və  qan  qohumluğu  əsasında  formalaşmış  ibtidai  icmanın  mövcudluğu 

xarakterikdir. 

Son  mərhələni  xarakterizə  edən  xüsusiyyətlər  kimi  yüksək  dərəcədə  emal  olunmuş 

daş və daha sonra metal alətlər göstərilir. Qeyd olunan mərhələ üçün maddi nemətlərin əldə 

edilməsinin  istehsal  üsulları  xarakterik  olmuşdur.  Əkinçilik,  heyvandarlıq  və  sənətkarlıq 




Yüklə 5,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə