Beynəlxalq İqtisadi Münasibətlər Kitabın təşkil edilməsində göstərdiyi köməyə görə müəllimim Rəşad Fərhad oğlu



Yüklə 5,61 Mb.
Pdf görüntüsü
səhifə3/213
tarix23.01.2018
ölçüsü5,61 Mb.
#22207
1   2   3   4   5   6   7   8   9   ...   213

 

7

 



meydana gəlmiş və inkişaf etmişdir. Birinci və daha sonra ikinci iri ictimai əmək bölgüsü 

baş  vermişdir.  Bazar  münasibətləri  meydana  gəlmiş  və  inkişaf  etməyə  başlamışdır. 

Mübadilə dəyərinin formalarının inkişafı baş vermişdir. Patriarxat üstünlük təşkil etmiş və 

qan  qohumluğu  əsasında  formalaşmış  icma  qonşu  və  kənd  icmaları  ilə  əvəzlənmişdir. 

Xüsusi mülkiyyət, müxtəlif sosial təbəqələr əmələ gəlmiş və inkişaf etməyə başlamışdır ki, 

bu da hərbi demokratiyanın və dövlətlərin meydana gəlməsi ilə nəticələnmişdir. 

İbtidai icma iqtisadi formasiyasında sadə əmtəə istehaslının inkişaf mərhələləri kimi 

təbii əmək bölgüsünü (epizodik mübadilə sazişləri – mübadilə dəyərinin adi və ya təsadüfi 

forması),  birinci  iri  ictimai  əmək  bölgüsünü  (köçəriliklə  və  əkinçiliklə  məşğul  olan 

tayfaların  ayrılması,  məhsul  qalıqları  ilə  müntəzəm  mübadilə  -  mübadilə  dəyərinin 

genişlənmiş  forması)  və  ikinci  iri  ictimai  əmək  bölgüsünü  (sənətkarlığın  əkinçilikdən 

ayrılması,  məhsulların  əmtəə  kimi  istehsal  edilməsi,  pulun  meydana  gəlməsi,  mübadilə 

dəyərinin ümumi, daha sonra isə pul formalarının yaranması) göstərmək olar. 

İbtidai-icma  iqtisadi  formasiyasının  dağılmağa  başlamasına  qədər  insanların 

təbəqələr  üzrə  bölgüsü  və  dövlətlər  mövcud  deyildi.  İctimai  həyatın  qanun-qaydası  adət-

ənənə,  vərdiş,  nəslin  ağsaqqalının  və  ya  tayfa  başçısının  mənəvi  nüfuzu  ilə  qorunurdu. 

İstehsalın inkişafı, birinci və ikinci iri ictimai əmək bölgüləri birgə, kollektiv əməkdən fərdi 

və ailə əməyinə keçid üçün şərait yaratdı. Torpaq və heyvan sürüləri əmək alətləri ilə birgə 

xüsusi  mülkiyyətə  çevrilməyə  başladı  və  beləliklə  də,  əmlak  qeyri-bərabərliyi  meydana 

gəldi. Varlılar və kasıblar, asılı iqtisadi ailələr, daha sonra isə aristokratiya yarandı. Torpaq, 

heyvan  sürüləri,  digər  maddi  nemətlər  uğrunda  daimi  tayfalararası  münaqişələr  şəraitində 

daimi  hərbi  təbəqə  əmələ  gəlməyə  başlayır.  Döyüşçülərə  başçılıq  edən  hərbi  rəhbərlər 

(hersoqlar,  knyazlar,  voyevodlar)  yaranır  ki,  bu  da  hərbi  demokratiyanın  formalaşmasına 

təkan  verir.  Hərbi  rəhbərlər  ilkin  olaraq  seçilir  və  onların  hakimiyyəti  yalnız  yürüş  və 

müharibə dövrü ilə məhdudlaşır. Lakin əmlak qeyri-bərabərliyi artdıqca onların əldə edilən 

qənimətlərin  bölgüsündə  malik  olduqları  üstünlüklər  nəsil  üzrə  ötürülməyə  başlanılır. 

Dövlətin əsas əlamətləri – kiçik tayfa dövlətləri yaranmağa başlayır. 

 

1.2.2. Quldarlıq dövrünün iqtisadi münasibətləri 

 

 

Mübadilə  dəyərinin  formalarının  inkişafı  sonradan  quldarlıq  və  feodal 



formasiyalarının  yaranmasına  gətirib  çıxardı  ki,  bu  da  özünü  sadə  əmtəə  istehsalının 


 

8

 



təşkilinim  inkişafında  və  üçüncü  iri  ictimai  əmək  bölgüsündə  -  ticarətin  sənətkarlıqdan 

ayrılmasında göstərdi. 

Yuxarıda  qeyd  edildiyi  kimi,  artıq  ibtidai-icma  quruluşunun  sonlarına  yaxın 

cəmiyyətdə  təbəqələşmə  prosesi  başlanmışdı.  Təbəqələşmə  prosesi  nəticəsində  quldar  və 

feodal  cəmiyyətləri  yarandı  ki,  bir  sıra  xalqılar  ibtidai-icma  quruluşundan  quldarlıq 

quruluşuna,  digər  xalqlar  isə  quldarlıq  quruluşunu  buraxaraq  ibtida-  icma  iqtisadi 

formasiyasından birbaşa feodalizm quruluşuna keçdilər (Sxem 1.1). 

 

Sxem 1.1 



Ayrı-ayrı ölkələrin və xalqların quldar və feodal cəmiyyətlərinə  

keçidinin spesifik xüsusiyyətləri 

 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



Təbəqələşmə  prosesini  sürətləndirən  amil  kimi  ilk  növbədə  əmək  prosesinin 

fərdiləşməsini  qeyd  etmək  lazımdır.  Əmək  alətlərinin  hazırlanmasında  və  istehsal 

prosesində  metallardan  istifadənin  genişlənməsi  əmək  prosesinin  fərdiləşməsinə  gətirib 

çıxarmışdı ki, bu da son nəticədə əmək məhsuldarlığını əhəmiyyətli dərəcədə yüksəltmişdi. 

Əmək  alətləri,  heyvan  sürüləri,  torpaq  və  əmək  məhsulları    üzərində  xüsusi  mülkiyyət 

meydana  gəlməyə  və  inkişaf  etməyə  başlamışdı.  Əmək  məhsuldarlığının  artması  istehsal 

olunan məhsulun əhəmiyyətli hissəsinin artıq qalması ilə nəticələnmişdi ki, bu da mübadilə 

dəyərinin keyfiyyətcə yeni formasının yaranmasına səbəb olmuşdu. 

 

Növbəti  amil  kimi  kənd  icması  daxilində  əmlak  qeyri-bərabərliyinin  meydana 



gəlməsini  və  artmasını  göstərmək  olar.  Eyni  zamanda,  mütəmadi  olaraq  aparılan 

İbtidai-icma quruluşundan 

quldarlıq quruluşuna, ondan 

da feodal cəmiyyətinə 

İbtidai-icma quruluşundan 

birbaşa feodal cəmiyyətinə 

Qədim Misir 

 

Kiçik və Ön Asiya ölkələri 



 

Qədim Hindistan 

 

Qədim Çin 



 

Qədim Yunanıstan 

 

Qədim İtaliya 



Şərqi slavyanlar 

 

Alman tayfaları 



 

Asiyanın köçəri tayfaları 

 

Ərəblər 



 

9

 



müharibələr  və  döyüşlər  nəticəsində  hərbi  əsirlər  –  qullar  və  borclular  peyda  olmağa 

başlamışdı. 

 

Digər  bir  amil  kimi  isə  tayfa  rəhbərliyi  ilə  adi  tayfa  üzvləri  arasında  ziddiyyətlərin 



getdikcə güclənməsini, hərbi demokratiyanın meydana gəlməsini qeyd etmək olar. Nəticədə 

hakimiyyətin və idarəetmənin tayfa təşkili dövlət-ərazi təşkili ilə əvəz olundu. 

Quldarlıq  dövründə  istehsalın  təşkilinin  iki  sosial-iqtisadi  üsulu  fərqləndirilir:  asiya 

üsulu  və  antik  üsul.  İstehsalın  təşkilinin  qeyd  olunan  sosial-iqtisadi  üsullarının  əsas 

xüsusiyyətlərinin müqayisəsini Sxem 1.2-nin köməyi ilə aparmaq olar. 

 

Sxem 1.2 



İstehsalın təşkilinin antik və asiya sosial-iqtisadi üsullarının  

əsas xüsusiyyətlərinin müqayisəsi 

 

 



İstehsalın antik üsulu 

İstehsalın Asiya üsulu 

 

1. Coğrafi areal 

Qədim  Yunanıstan,  Qədim 

Roma (respublika, imperiya) 

Şumer, 


Assiriya, 

Vavilon, 

Qədim 

Misir, 


Qədim 

Hindistan, Qədim Çin 

 

2. İqtisadiyyatın əsası 

Əkinçilik, 

heyvandarlıq, 

sənətkar-lıq.  Qul  sahiblərinin 

qul və onun əməyinin məhsulu 

üzərində mül-kiyyət hüququ. 

 

Suvarma  əkinçiliyi.  Torpaq 



üzə-rində  dövlət  mülkiyyəti, 

irriqasiya  sistemlərinin  dövlət 

idarəetməsi. 

3. İqtisadiyyatın 

xarakteri 

Natural  təsərrüfat.  Sadə  əmtəə 

is-tehsalının 

və 


bazar 

münasibətləri-nin 

(xüsusilə 

xarici) əhəmiyyətli inkişafı. 

 

Natural  təsərrüfat.  Sadə  əmtəə 



is-tehsalının 

və 


bazar 

münasibətləri-nin zəif inkişafı. 



4. Əsas istehsal qüvvəsi  Qul.  Kəndli  icması  saxlanılır. 

Sənətkarlıq  əsasən  şəhərlərdə 

cəmləşib. 

Kəndlilər 

və 

sənətkarlar. 



Torpaq-dan  kollektiv  istifadə. 

Sənətkarlıq  icma  daxilində 

cəmləşib. Kəndli ərazi icması. 

 

5. Quldarlığın xarakteri  Antik 

quldarlıq. 

Əhalinin 

ümumi  sayında  qulların  xüsusi 

çəkisi yüksəkdir. Iqtisadiyyatın 

bütün 

sahələrində 



və 

idarəetmədə  qul  əməyindən 

istifadə edilir. 

 

Patriarx  quldarlığı.  Qulların 



sayı  və  xüsusi  çəkisi  yüksək 

deyil.  Qul  əməyi  irriqasiya 

sistemlərində,  saraylarda  və 

məbədlərdə  (saray  və  məbəd 

nökərləri) istifadə edilir. 

 

 




Yüklə 5,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə