Beynəlxalq İqtisadi Münasibətlər Kitabın təşkil edilməsində göstərdiyi köməyə görə müəllimim Rəşad Fərhad oğlu



Yüklə 5,61 Mb.
Pdf görüntüsü
səhifə4/213
tarix23.01.2018
ölçüsü5,61 Mb.
#22207
1   2   3   4   5   6   7   8   9   ...   213

 

10

 



 

Quldarlıq ictimai-iqtisadi formasiyası tarixdə ilk təbəqə ictimai-iqtisadi quruluşudur. 

Onun iqtisadi əsasını istehsalın antik üsulu təşkil edir. Qul sahibinin qul, istehsal alətləri və 

qulun əməyinin məhsulu üzərində mülkiyyəti heç nə ilə məhdudlaşmır. Əsas iqtisadi qanun 

kimi  qulun  əməyi  əsasında  məhsul  istehsalı  və  onun  mənimsənilməsinin  və 

bölüşdürülməsinin qeyri-iqtisadi formaları çıxış edir. 

 

Quldarlıq  quruluşunun  əsas  əlamətləri  kimi  iqtisadiyyatın  natural  xarakter 



daşımasını,  qul  əməyi  ilə  müəyyən  olunan  istehsalın  primitiv  texnikasının  mövcudluğunu 

göstərmək olar. Qul, istehsal alətləri və qulun əməyinin nəticəsi üzərində quldar mülkiyyəti 

mövcuddur  və  bazar  əsasən  istehlak  xarakteri  daşıyır.  Sadə  əmtəə  istehsalının  inkişafı 

nəticəsində  üçüncü  iri  ictimai  əmək  bölgüsü  –  ticarət  və  sələm  kaitalının  sənətkarlıqdan 

ayrılması  baş  verir.  Quldarlıq  formasiyasının  əlamətləri  kimi,  həmçinin  Yunanıstanda 

mövcud olmuş polisləri

1

 və Romada mövcud olmuş munisipiyaları



2

 göstərmək olar. 

 

Yunanıstanın və Romanın quldarlıq cəmiyyətlərinin ümumi cəhətləri kimi onların hər 



ikisində  istehsalın  təşkilinin  antik  sosial-iqtisadi  üsulundan  istifadə  edilməsini  göstərmək 

olar.  Digər  ümumi  cəhətlər  kimi  isə  quldarlıq  ictimai-iqtisadi  formasiyası  və  yunan-roma 

quldarlıq sivilizasiyası müəyyən edilmişdir. 

 

Bununla  yanaşı,  onların  bir-birindən  fərqli,  xüsusi  cəhətləri  də  mövcuddur.  Fərqli 



cəhət  özünü  ilk  növbədə  qul  əməyinin  istifadəsində  göstərir.  Qədim  Yunanıstanda  qul 

əməyindən  əsasən  emalatxanalarda  və  dağ  sənayesində  istifadə  edilirdi.  Qullar  həmçinin 

icarəyə  verilir  və  töycüyə

3

  keçirilirdi.  Qədim  Romada  isə  qul  əməyindən  istifadəni  dəqiq 



şəkildə iki yerə - şəhər və kənd formalarına bölmək olar. Şəhərdə qulların böyük bir hissəsi 

cəmlənmişdi və  onlardan əsasən ev nökərləri və xidmətçiləri kimi istifadə edirdilər.  Şəhər 

qullarının  kiçik  bir  hissəsindən  sənətkarlıqda  və  tikinti  işlərində  istifadə  edilirdi.  Kənd 

yerlərində isə qullar əsasən kənd təsərrüfatında istifadə olunurdular. 

 

Növbəti  fərqli  cəhət  isə  özünü  sənətkarlığın  inkişafında  göstərirdi.  Qədim 



Yunanıstanda  sənətkarlıq  əhəmiyyətli  dərəcədə  inkişaf  etmişdi  –  kiçik,  orta  və  iri 

emalatxanalar  mövcud  idi.  Demək  olar  ki,  bütünlüklə  qul  əməyinə  əsaslanan  bu 

emalatxanaların  fəaliyyəti  xarici  bazara  istiqamətlənmişdi.  Qədim  Romada  isə  sənətkarlıq 

zəif  inkişaf  etmişdi  və  emalatxanalar  az  idi.  Emalatxanaların  fəaliyyəti  daxili  bazara 

istiqamətlənmişdi.  

                                                 

1

 Polis – Qədin Yunanıstanda şəhər-dövlət 



2

 Munisipiya – Qədim Romada tam hüquqlu şəhər və ya kənd icması 

3

 Töycü – pul və ya məhsul şəklində alınan vergi 




 

11

 



 

Fərqli  cəhət  özünü  həmçinin  ticarət  kapitalının  inkişafında  da  əks  etdirirdi.  Ticarət 

kapitalının,  xüsusilə  xarici  ticarətin  əhəmiyyətli  dərəcədə  inkişaf  etdiyi  Qədim 

Yunanıstandan fərqli olaraq, Qədim Romada ticarət kapitalı zəif inkişaf etmişdi. 

 

Digər  fərqli  bir  cəhət  kimi  isə  sələmçiliyin  inkişafını  qeyd  etmək  olar.  Qədim 



Yunanıstanda  sələmçilik  ticarət  kapitalının  inkişafı  ilə  müqayisədə  nisbətən  zəif  inkişaf 

etmişdi. Qədim Romada isə sələmçilik əhəmiyyətli dərəcədə inkişaf etmişdi və onun xüsusi 

formaları yaranmışdı. 

 

Bizim  eranın  IV  əsrindən  etibarən  quldarlıq  quruluşunun  tənəzzülü  və  feodallaşma 



prosesinin sürətlənməsi başlayır. Bu dövrdə Roma imperiyasının süqutu xüsusi rol oynayır. 

Bizim  eranın  395-ci  ilində  Roma  imperiyasının  iki  yerə  -  Qərb  və  Şərq  imperiyalarına 

parçalanması,  410  və  455-ci  illərdə  Romanın  qotlar  və  varvarlar  tərəfindən  darmadağın 

edilməsi və nəhayət, 476-cı ildə Qərb imperiyasının sonuncu imperatoru Romul Avqustulun 

devrilməsi  ilə  Roma  imperiyasının  süqutu  quldarlıq  quruluşunun  böhrana  uğraması 

əlamələtləri  ilə  müşaiyət  olunurdu.  Ümumi  böhran  əlamətləri  kimi  yoxsulluğun  bütün 

təbəqələr  üzrə  artmasını,  ticarətin,  sənətkarlığın  və  incəsənətin  tənəzzülünü,  əhalinin 

azalmasını,  şəhərlərin  boşalmasını,  əkinçiliyin  daha  aşağı  texniki  səviyyəyə  düşməsini 

göstərmək olar. Bütün bunlar isə feodalizm formasiyasının bərqərar olmasını şərtləndirirdi. 

 

1.2.3. Feodalizm dövrünün iqtisadi münasibətləri 

 

Birmənalı şəkildə qeyd etmək olar ki, feodal münasibətlərinin əsası hələ ibtidai-icma 



quruluşunda  qoyulmuşdu.  İbtidai-icma  quruluşunda  feodallaşma  elementləri  kimi 

təbəqələşməni, nəsil aristokratiyasının, hərbi demokratiyanın meydana gəlməsini, iri torpaq 

sahiblərinin nüfuzunun artmasını qeyd etmək olar. 

Bizim eranın IV əsrində isə feodallaşma prosesi yeni vüsət aldı. Belə ki, kolonatlar

4

 

geniş  yayılmağa  və  kolonların



5

  təhkimçiliyi  genişlənməyə  başladı.  Bu  zaman  kolonlar 

təsərrüfat sahibi və torpaq qoruyucusu kimi çıxış etsələr də onlara kolonatdan çıxıb getmək 

qadağan  olunmuşdu.  Digər  tərəfdən,  qulların  müəyyən  bir  hissəsi  tədricən  dolayı  kolon 

vəziyyətinə  keçirilməyə  başlandılar  və  onlara  müəyyən  qədər  torpaq  və  əmlak  verildi. 

Patronat (fiksə olunmuş renta (―kanon‖) ödəmək şərti ilə əbədi irsi icarədar) geniş surətdə 

yayılmağa başladı. 

                                                 

4

 Kolonat – Roma imperiyası dövrünə məxsus təhkimçilik hüququ 



5

 Kolon – Roma imperiyası dövründə mülkədardan torpaq icarə edən kəndli 




Yüklə 5,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə