Beynəlxalq İqtisadi Münasibətlər Kitabın təşkil edilməsində göstərdiyi köməyə görə müəllimim Rəşad Fərhad oğlu



Yüklə 5,61 Mb.
Pdf görüntüsü
səhifə7/213
tarix23.01.2018
ölçüsü5,61 Mb.
#22207
1   2   3   4   5   6   7   8   9   10   ...   213

 

16

 



dağılmasını, istehsalın maşın texnologiya üsulunun yaranmasını, istehsal prosesinin ictimai 

xarakter kəsb etməsini, ümumdünya təsərrüfatının formalaşmasını göstərmək olar. 

 

Kapitalizmin  əsas  iqtisadi  qanunu  kimi  istehsal  vasitələri  üzərində  mülkiyyətdən 



məhrum  edilmiş  və  özünün  iş  qüvvəsini  satan  muzdlu  işçilər  tərəfindən  izafi  dəyərin 

istehsalı çıxış edir. Bu izafi dəyər kapitalistlər tərəfindən iqtisadi yollarla mənimsənilir. 

 

Kapitalist əmtəə istehsalının sadə əmtəə istehsalı ilə oxşar və fərqli cəhətləri vardır. 



Oxşar  cəhətlərdən  biri  kimi  onların  hər  ikisinin  ictimai  əmək  bölgüsünə  əsaslanmasını 

göstərmək  olar.  Digər  tərəfdən,  hər  iki  istehsal  formasında  əmtəə  istehsalçısı  istehsal 

vasitələri  üzərində  xüsusi  mülkiyyətçi  kimi  çıxış  edir.  Başqa  bir  oxşar  cəhət  isə  bazarın 

əmtəə satışı üzrə münasibətlər sistemi olmasıdır. Rəqabətin istehsalın təşkilinin bir forması 

olması isə növbəti oxşar cəhət kimi göstərilə bilər. Nəhayət, sonuncu oxşar xüsusiyyət kimi 

dəyər qanunu qeyd edilməlidir. 

 

Kapitalist  əmtəə  istehsalının  fərqli  cəhətləri  sırasında  ilk  növbədə  onun  ümumi 



xarakter kəsb etməsi qeyd olunmalıdır. Kapitalist əmtəə istehsalında istehsal subyektlərinin 

kapitalistlərə (istehsal vasitələrinin mülkiyyətçisi) və muzdlu işçilərə (istehsal vasitələrindən 

məhrum  olunmuş)  bölünməsi  digər  fərqli  bir  xüsusiyyətdir.  Istehsalın,  əməyin,  məişətin 

ümumi  təbii  şərti  kimi  çıxış  edən  torpağın  əmtəə  kimi  satılması  və  alınması  da  fərqli 

cəhətlərdən  biridir.  İstehsalın  şəxsi  faktoru  –  istehlak  dəyərinin  yaradılması  üzrə 

məqsədyönlü  şəkildə  fəaliyyət  göstərmək  qabiliyyətinə  malik  olan  işçi  qüvvəsinin  xüsusi 

əmtəə  kimi  alınıb-satılması  da  fərqli  xüsusiyyət  kimi  göstərilə  bilər.  Sonuncu  fərqli  cəhət 

kimi isə izafi dəyər qanunu qeyd olunmalıdır. 

 

Kapitalist əmtəə üsulunun çıxış nöqtəsi  kimi kapitalın ilkin  yığımı  qiymətləndirilir. 



Kapitalın  ilkin  yığımı  öz  başlanğıcını  işçinin  (ilk  növbədə  kəndlinin)  istehsal  vasitələri 

üzərində  mülkiyyətdən  məhrum  edilməsindən,  bilasvasitə  istehsalla  məşğul  olan  şəxslərin 

muzdlu  işçilərə  çevrilməsindən  götürən  tarixi-iqtisadi  prosesdir.  Bu  proses  isə  istehsal  və 

digər həyati vasitələrin kapitala çevrilməsi ilə nəticələndi. 

 

Kapitalın  ilkin  yığımı  prosesinin  iqtisadi  əsası  kimi  isə  kəndlilərin  və  sənətkarların 



kütləvi şəkildə ekspropriasiyası

6

, kəndlilərdən və sənətkarlardan proletariatın, çoxsaylı hərbi 



drujinalardan  feodalların,  sələmçilərin,  tacirlərin,  sex  ustalarının  sırasından  sənaye 

burjuaziyasının  formalaşması,  həmçinin  qəsb  edilmiş  varidatın  kapitala  çevrilməsi  çıxış 

etmişdir. 

                                                 

6

  Ekspropriasiya  –  cəmiyyətdə  bir  sinif  və  ya  ictimai  qrup  tərəfindən  başqa  sinif  və  ya  ictimai  qrupun  mülkiyyətinin 



zorla əlindən alınması 


 

17

 



 

İlkin  kapital  yığımının  mənbələindən  danışarkən  birinci  olaraq  müstəmləkə 

sisteminin  yaradılması  qeyd  olunmaldır.  Müstəmləkələrin  ciddi  surətdə  istismar  edilməsi 

(qeyri-bərabər  ticarət,  qul  ticarəti,  qızıl  və  gümüş  xəzinələrinin  ələ  keçirilməsi,  dəniz 

piratçılığı) ilkin kapital yığımında mühüm rol oynamışdır. Digər bir mənbə kimi isə dövlət 

borcları  sistemi  göstərilir.  Müstəmləkələrin  işğalı  və  aparılan  müharibələrlə  əlaqədar 

dövlətlərin  pula  olan  ehtiyacı  kəskin  surətdə  artmışdı  ki,  bu  da  özünü  vergi  sisteminin  və 

iltizam  sisteminin  yaranmasında  göstərmişdi.  Bu,  özünü  eyni  zamanda  səlmçilərin  və 

ticarətçilərin  varlanmasında  əks  etdirmişdi.  Nəhayət,  sonuncu  bir  mənbə  kimi  sənaye 

proteksionizmi – yüksək idxal rüsumları, ixrac mükafatları qeyd edilə bilər. 

Böyük  coğrafi  kəşflərin  iqtisadi  nəticələri  də  kapitalizm  ictimai  iqtisadi 

formasiyasının  təşəkkülünə  mühüm  təsir  göstərmişdi.  Belə  ki,  dünya  bazarı  əhəmiyyətli 

dərəcədə genişlənmiş, qiymət ―inqilabları‖ baş vermişdi. Ucuz qızıl və gümüş axını 1600-cü 

il ərəfəsində İspaniyada qiymətlərin 4,5 dəfə, İngiltərədə 4 dəfə, Fransada 2,5 dəfə, İtaliya 

və  Almaniyada  2  dəfə  artmasına  səbəb  oldu.  Bu  isə  öz  növbəsində  ticarətin  və  sənayenin 

gəlirinin  artımı,  ilkin  yığım  prosesinin  sürətlənməsi,  sex  quruluşunun  dağılması,  əmək 

haqqının  və  torpaq  rentasının  qiymətdən  düşməsi,  feodalların  tənəzzülü,  zəhmətkeşlərin 

yoxsullaşması, burjuaziyanın və manufakturanın sürətli inkişafı ilə nəticələndi. 

Böyük coğrafi kəşflər həmçinin bazar münasibətlərinin inkişafını da şərtləndirmişdir. 

Belə  ki,  beynəlxalq  ticarət  yolları  Aralıq  dənizi  sərhədlərindən  Atlantik,  Hind  və  Sakit 

okean  sərhədlərinə  doğru  yer  dəyişmiş,  ticarət  şirkətləri,  daha  sonra  isə  ticarət 

korporasiyaları (Portuqal Ost-Hindi və Vest-Hindi, həmçinin ingilis Ost-Hindi) yaranmışdı. 

Antverpendə  və  Londonda  əmtəə  və  fond  birjaları  meydana  gəlmiş,  bazarlarda  yeni 

əmtəələr  –  tütün,  kakao,  kofe,  çay  peyda  olmuş,  gətirilən  düyü,  şəkər,  ətriyyatın  həcmi 

əhəmiyyətli  dərəcədə  artmışdı.  Kəşflər  nəticəsində  həmçinin  müstəmləkəçiliyin  əsası 

qoyulmuşdu. 

Kapitalizm ictimai-iqtisadi formasiyasının evolyusiyasında ―sənaye çevrilişi‖ (sənaye 

texniki  inqilabı)  də  mühüm  rol  oynamışdır.  Sənaye  çevrilişi  kapitalizmin  inkişafında 

müəyyən bir mərhələni xarakterizə edən ümumi iqtisadi-tarixi hadisədir. Manufakturadan iri 

maşın sənayesi – fabrikə (zavoda) keçid əsasında ciddi iqtisadi və sosial-siyasi dəyişikliklər 

baş verdi. Sənaye çevrilişi bütün ictimai münasibətlərdə kəskin yeniləşmə, kapitalist istehsal 

üsulunun feodal istehsal üsulu üzərində qəti qələbəsi demək idi. İş maşınlarının ixtirası və 




Yüklə 5,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə