Beynəlxalq İqtisadi Münasibətlər Kitabın təşkil edilməsində göstərdiyi köməyə görə müəllimim Rəşad Fərhad oğlu



Yüklə 5,61 Mb.
Pdf görüntüsü
səhifə15/213
tarix23.01.2018
ölçüsü5,61 Mb.
#22207
1   ...   11   12   13   14   15   16   17   18   ...   213

 

38

 



əməkdaşlığı  və  kooperasiyası  ilə,  obyektin  işə  salınması  mərhələsində  isə  texniki 

xidmətlərin göstərilməsi ilə tamamlanması; 

 

kapitalın beynəlxalq hərəkətində daha yüksək dinamizmin müşahidə edilməsi (1990-



cı illərdə təkcə birbaşa xarici investisiyaların artımı əmtəə ixracının artımını 3 dəfə, 

dünya istehsalının artımını isə 4 dəfə üstələyib); 

 

dünya bazarında tələbatın ən çox olduğu məhsullar kimi yeni texnologiyaların çıxış 



etməsi və texnoloji cəhətdən yeni əmtəə və xidmətlərin ayrı-ayrı ölkələrin ixracında 

malik  olduğu  xüsusi  çəkisinin  artması,  xüsusi  struktura  və  funksiya  mexanizminə 

malik dünya texnologiya bazarının yaranması; 

 



elmtutumlu məhsullarla mübadilənin dünya ticarətində payının əhəmiyyətli dərəcədə 

artması; 

 

işçi qüvvəsinin beynəlxalq miqrasiyasının miqyasında əhəmiyyətli artımın müşahidə 



edilməsi; 

 



regional inteqrasiya proseslərinin daha sürətlə inkişaf etməsi. 

Dünya  təsərrüfat  əlaqələrinin  coğrafi  quruluşunda  da  müəyyən  dəyişikliklər  baş 

verməkdədir.  Belə  ki,  dünya  təsərrüfat  əlaqələrinin  əsas  subyektləri  olan  sənayecə  inkişaf 

etmiş  ölkələr  bir-birləri  iqtisadi  əlaqələri  daha  da  dərinləşdirirlər  və  bu  proses  özünü 

inteqrasiya birlikləri çərçivəsində daha aydın göstərir. İnkişaf etmiş dünyanın üç mərkəzi – 

NAFTA, Avropa Birliyi və Yaponiya arasında qarşılıqlı fəaliyyət aktivləşir. 

İnkişaf  etməkdə  olan  ölkələrin  dünya  əmtəə,  xidmət,  kapital  və  işçi  qüvvəsi 

bazarlarında  mövqeləri  getdikcə  güclənir.  Onlar  xammal  və  ərzaq  ixracatçılarından  hazır 

məhsul  ixracatçılarına,  kapital  idxal  edən  ölkədən  yavaş-yavaş  kapital  ixrac  edən  ölkəyə 

çevrilirlər. Onların bəziləri injinirinq və maliyyə xidmətləri ixrac etməyə başlayırlar. 

Ümumilikdə  müasir  mərhələdə  dünya  təsərrüfatı  sistemində  aralarında  sıx  əlaqə 

mövcud  olan  və  subyektlərin  iqtisadiyyatlarına,  həmçinin  BİM-in  formalarının  özünə 

ziddiyyətli  təsir  göstərən  köklü  dəyişikliklər  baş  verir.  Lakin  müasir  dövrün  çoxsaylı 

ziddiyyətlərinə baxmayaraq, onun əsas cəhəti kimi qarşılıqlı mübarizə deyil, əməkdaşlığa və 

qarşılıqlı  anlaşmaya  yönəlmiş  meyl  çıxış  edir.  Vahidliyə,  qarşılıqlı  əlaqəliliyə,  qarşılıqlı 

asılılığa, daha inkişaf etmiş və sosial baxımdan ədalətli dünyaya yönəlmiş ümumi hərəkəti 

dünya təsərrüfatında əsas meyl kimi xarakterizə etmək olar. 



 

39

 



Dünya  təsərrüfatına  aid  olan  ümumilik  və  vahidliklə  yanaşı,  onda  həmçinin  daxili 

ziddiyyətlər  də  mövcuddur.  Bu  ziddiyyətlər  özünü  əsasən  ayrı-ayrı  ölkə  qrupları  üzrə 

göstərir. 

Ziddiyyətlərin  birinci  qrupu  dünya  iqtisadi  inkişafının  3  mərkəzi  –  NAFTA  (ABŞ 

başda  olmaqla),  Avropa  Birliyi  və  Asiya-Sakit  okean  regionu  (Yaponiya  başda  olmaqla) 

arasında  mövcuddur.  Bu  ölkələr  arasında  ziddiyyətlərin  əsas  mahiyyəti  kimi  dünya 

bazarlarında  onlar  arasında  mövcud  olan  ciddi  rəqabət  çıxış  edir.  Bu  zaman  tərəflərin 

məqsədi  adətən  rəqibi  dünya  bazarının  hər  hansı  bir  seqmentindən  çıxarmaq  və  ya  bu 

seqmenti rəqibdən qorumaq olur. 

İkinci  qrup  ziddiyyətlər  ―Şimal‖  –  ―Cənub‖  ölkələri  arasında  olan  ziddiyyətlərdir. 

Burada ―Şimal‖ sənayecə inkişaf etmiş ölkələr, ―Cənub‖ isə inkişaf etməkdə olan ölkələrdir. 

Bu  ziddiyyətlərin  mahiyyəti  ondan  ibarətdir  ki,  bir  çox  inkişaf  etməkdə  olan  ölkələr  (ilk 

növbədə  yeni  sənaye  ölkələri)  bir  çox  iqtisadi  göstəricilər  üzrə  faktik  olaraq  inkişaf  etmiş 

ölkələrin  səviyyəsinə  çatıblar  və  buna  görə  də  dünya  təsərrüfatında  uyğun  yer  tutmağa 

çalışırlar. 

Üçüncü  qrup  ziddiyyətlər  ―Şərq‖  –  ―Qərb‖  ölkələri  arasında  mövcuddur.  Burada 

―Qərb‖  dedikdə  sənayecə  inkişaf  etmiş  ölkələr,  ―Şərq‖  dedikdə  isə  keçmiş  sosialist 

düşərgəsi ölkələri, başqa sözlə keçid iqtisadiyyatlı ölkələr nəzərdə tutulur. Bu ölkə blokları 

arasında  ziddiyyətlər  özünü  onda  göstərir  ki,  dünya  sosialist  sisteminin  süqutuna  qədər 

keçmiş  sosialist  düşərgəsi  ölkələri  avtarkiya  rejimində  fəaliyyət  göstərirdilərsə,  hazırda 

onların  məqsədi  kimi  dünya  bazarına  aktiv  surətdə  daxil  olma  çıxış  edir.  Onlar  istehsal 

etdikləri məhsullarla dünya bazarında layiqli yer tutmağa çalışırlar. Lakin sənayecə inkişaf 

etmiş  ölkələr  dünya  iqtisadiyyatı  meydanında  yeni  rəqib-ölkələrin  meydana  gəlməsində 

maraqlı deyillər və buna hər vəchlə mane olmağa çalışırlar. 

 

2.5. Dünya təsərrüfatında qloballaşma prosesi və qlobal problemlər 

 

Yuxarıda  qeyd  olunan  ziddiyyətlər  inkişaf  mənbələri  olduqları  üçün  dünya 



təsərrüfatının ümumi vəhdətini pozmurlar. Ziddiyyətlərin həll edilməsi ilə dünya təsərrüfatı 

müasir  qlobal  iqtisadiyyatın  xüsusiyyətlərini  əldə  edir.  Müasir  qlobal  iqtisadiyyatın 

xüsusiyyətləri kimi aşağıdakıları göstərmək olar: 



 

40

 



 

sərhəd tanımayan iri şirkətlərin  yaranması: transmilli şirkətlərin və bankların bünya 



təsərrüfatının əsas strukturformalaşdıran elementlərinə çevrilməsi

 



rəqabətin  dünya  rəqabəti  səviyyəsinə  qədər  güclənməsi  və  eyni  zamanda  onun  son 

nəticədə ümumdünya əməkdaşlığına çevrilməsi

 

dünya  təsərrüfatının  beynəlmiləlləşməsinin  keyfiyyətcə  yeni  səviyyəsinin  əldə 



edilməsi, bu da iki istiqamətdə baş verir: 

1)

 



vahid qlobal bazarın formalaşması; 

2)

 



reginal iqtisadi inteqrasiya bloklarının yaranması. 

XXI  əsrin  əvvəlində  dünya  təsərrüfatının  inkişafı  bəşəri  fəaliyyətin  bütün  sahələri 

üçün  istifadə  edilən  qloballaşma  konsepsiyasının  meydana  gəlməsi  ilə  nəticələndi.  İctimai 

həyatın  bir  sferasında  baş  verən  proseslər  dönməz  olaraq  qlobal  xarakter  kəsb  etməyə 

başlayır və bu zaman digər sahələrdə baş verən proseslərə təsir göstərir. Ona görə də hazırda 

hüquqi  məkanın  qloballaşması,  siyasi  münasibətlərin  qloballaşması,  iqtisadiyyatın 

qloballaşması, cinayətkarlığın qloballaşması kimi anlayışlardan istifadə edilir. 

Qloballaşma bir termin kimi 1980-ci illərdə meydana gəlmiş və 1990-cı illərdə elmi 

ədəbiyyatda möhkəmlənmişdir. Müxtəlif mənbələrdə onun izahında müxtəlif fərqlər tapmaq 

olar.  Lakin  ümumilikdə  o,  dünya  təsərrüfatının  formalaşmasının  müasir  mərhələsini 

xarakterizə edir. 

Qloballaşma  müasir  kommunikasiya  və  informasiya  texnologiyaları  əsasında 

formalaşmış maliyyə-iqtisadi, ictimai-siyasi və mədəni əlaqələrin açıq sistemi çərçivəsində 

ölkələrin,  müəssisələrin  və  insanların  ümumdünya  qarşılıqlı  asılılığıdır.  Iqtisadiyyatın 

qloballaşması  bu  prosesin  mühüm  hissəsidir.  Qloballaşma  bitmiş  və  ya  dayanmış  proses 

deyil. Qloballaşmanı çətinliklər və ziddiyyətlərlə üzləşən inkişaf etməkdə olan proses kimi 

görmək lazımdır.  

Elmi  ədəbiyyata  qloballaşma  anlayışı  dünya  iqtisadiyyatının  keyfiyyətcə  yeni 

vəziyyəti kimi daxil olub. Dünya iqtisadiyyatında qloballaşma prosesi istehsalın və kapitalın 

beynəlmiləlləşməsinin  qanunauyğun  nəticəsi  kimi  çıxış  edir.  Qloballaşma  müəyyən 

dərəcədə  dünya təsərrüfat əlaqələrinin  çərçivəsinin genişlənməsi, onun artımının kəmiyyət 

prosesi  kimi  də  təqdim  edilə  bilər.  Bununla  yanaşı,  o,  müasir  dünya  iqtisadiyyatına  yeni 

keyfiyyət verir, onun konsolidasiyası və inteqrasiyası prosesini gücləndirir.  

Qloballaşma  prosesinə  iki  tərəfdən  yanaşmaq  olar.  Makroiqtisadi  səviyyədə 

qloballaşma  ölkələrin  və  ayrı-ayrı  regionların  öz  sərhədlərindən  kənarda  iqtisadi  aktivliyə 



Yüklə 5,61 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə