Beynəlxalq İqtisadi Münasibətlər Kitabın təşkil edilməsində göstərdiyi köməyə görə müəllimim Rəşad Fərhad oğlu



Yüklə 5,61 Mb.
Pdf görüntüsü
səhifə13/213
tarix23.01.2018
ölçüsü5,61 Mb.
#22207
1   ...   9   10   11   12   13   14   15   16   ...   213

 

32

 



Bu gün dünyada iqtisadi cəhətdən tam müstəqil olan ölkəni göstərmək çox çətindir, 

daha doğrusu mümkün deyildir. Bu yolu seçən ölkələr sonda avtarkiyaya – siyasi və iqtisadi 

izolyasiyaya  gəlib  çıxırlar.  Hazırda  Türkmənistanda  baş  verən  proseslər  bu  ölkənin 

avtarkiyaya  sürükləndiyini  söyləməyə  əsas  verir.  Lakin,  digər  ölkələrin,  xüsusilə  də 

Albaniyanın təcrübəsi göstərir ki, bu proses heç də yaxşı nəticələnmir, ölkə əhalisinin həyat 

səviyyəsini  aşağı  salır,  inkişaf  mənbələrini  əhəmiyyətli  dərəcədə  məhdudlaşdırır.  Təsadüfi 

deyil  ki,  milli  iqtisadiyyatın  bu  cür  istiqamətləndirilməsindən  imtina  qaçılmazdır.  Tam 

iqtisadi müstəqilliyin əldə edilməsi barədə verilən bəyanatlar mifdən başqa bir şey deyildir. 

Bununla yanaşı, bir çox, ilk növbədə isə inkişaf etməkdə olan ölkələr yeganə və  ya 

bir  neçə  məhsul  ixracı  üzrə  olan  asılılıqdan,  həmçinin  ticarət  partnyoru  kimi  əsasən  bir 

ölkənin  iştirak  etdiyi  hallardan  qaçmağa  çalışırlar  ki,  bu  da  onların  iqtisadi  təhlükəsizliyi 

baxımından təbii qəbul edilməlidir.

 

 

2.3. BİM-in inkişaf amilləri və meylləri 



 

Müasir  dünya  təsərrüfatının  xarakterik  cəhətlərindən  biri  beynəlxalq  iqtisadi 

münasibətlərin intensiv inkişafda olmasıdır. Bu özünü ölkələr, ölkə qrupları, ayrı-ayrı firma 

və təşkilatlar arasında  iqtisadi münasibətlərin genişlənməsində və dərinləşməsində göstərir 

ki, bunu da əsasən aşağıdakı səbəblər şərtləndirir: 

 



istehsalın  beynəlmiləlləşməsi,  yəni  onun  milli  sərhədlər  çərçivəsindən  kənara 

çıxması,  milli  iqtisadi  sistemlər  arasında  hərtərəfli  və  genişhəcmli  əlaqələrin  və 

qarşılıqlı asılılığın inkişaf etməsi; 

 



elmi-texniki  tərəqqi  nəticəsində  ictimai  əmək  bölgüsünün  dərinləşməsi  və 

istehsalçılar  arasında  ən  müxtəlif  əlaqələrin,  xüsusilə  də  texnoloji  əlaqələrin 

güclənməsi; 

 



regional  inteqrasiya  prosesinin  sürətlənməsi  nəticəsində  bu  prosesdə  iştirak  edən 

ölkələrin  qarşılıqlı  əlaqələrinin  güclənməsi  və  onların  iqtisadiyyatlarının  açıqlığının 

artması; 

 



qlobal  problemlərin  kəskinləşməsinin  bütün  dünya  ictimaiyyətinin  bu  problemlərin 

həlli üçün səylərini birləşdirməyə gətirib çıxarması. 

Yuxarıda  sadalanan  amillər,  həmçinin  qeyd  olunmayan  bir  sıra  digər  amillər 

beynəlxalq münasibətlərin xüsusi altsistemi olan BİM-in inkişafını aktivləşdirir. 




 

33

 



Ümumilikdə  BİM-in  bərqərar  olmasına  və  inkişafına  ciddi  təsir  göstərən  beş  amil 

bloku vardır. BİM-in inkişafının birinci amillər bloku kimi ölkələr üzrə mövcud olan təbii-

coğrafi  fərqliliyi  qeyd  etmək  olar.  Hər  bir  ölkə  faydalı  qazıntı  ehtiyatlarına,  torpağın 

münbitliyinə,  iqliminə  görə  müxtəlif  şəraitə  malikdir  ki,  bu  da  onlar  üçün  BİM-ə  cəlb 

olunmanı və bu münasibətləri inkişaf eydirməyi zəruri edir. 

 

İkinci amillər blokuna maşın sənayesi və kütləvi istehsalın təşkili daxil edilir. Kütləvi 



istehsalın təşkili əmək  məhsuldarlığının kəskin artımına gətirib çıxarır. Nəticədə istehsalın 

həcmi  daxili  bazarın  ehtiyaclarını  aşır  və  beləliklə  də,  istehsal  olunan  artıq  məhsul  xarici 

bazarlara  çıxarılır.  Eyni  zamanda  istehsalın  ixtisaslaşması  prosesi  inkişaf  edir  ki,  bu  da 

özlüyündə ölkələr arasında əmək nəticələrinin qarşılıqlı mübadiləsini zəruri edir. 

 

Üçüncü  amillər  bloku  elmi-texniki  tərəqqi  ilə  bağlıdır.  XX  əsrin  ikinci  yarısında 



yüksək  texnologiyaya  əsaslanan  istehsalda  inqilabi  dəyişikliklər  baş  verdi.  Lakin  yeni 

texnologiyaların  və  yeni  növ  əmtəələrin  işlənməsinə  əhəmiyyətli,  daim  artan  xərclər  tələb 

olunur.  Bununla  əlaqədar  əksər  ölkələr  bu  istiqamətdə  öz  səylərini  birləşdirir,  əməkdaşlıq 

edir  və  ümumi  proqramlar  həyata  keçirir,  ya  da  müəyyən  elmi  istiqamətlər  üzrə 

ixtisaslaşaraq əldə olunmuş nəticələrlə mübadilə edirlər. 

 

Dördüncü amillər qrupuna kapital ixracının artması aid edilir. Ölkələr arasında xarici 



iqtisadi  münasibətlərin  bərqərar  olmasında  kapital  ixracı  mühüm  rol  oynamışdır.  Xarici 

investisiya  qoyuluşunun  həyata  keçirilməsi  ilə  beynəlxalq  istehsalın  əsas  subyektləri  – 

transmilli  və  çoxmilli  şirkətlər  meydana  gəlmişdir.  Beynəlxalq  kreditləşmə  hazırda  dünya 

istehsalının fasiləsizliyini təmin edən mühüm şərtlərdən biridir. 

 

Son illərdə digər amillər bloku – qlobal problemlərin BİM-in inkişafına özünəməxsus 



təsir  dərəcəsi  getdikcə  artmaqdadır.  Ekoloji,  enerji,  xammal,  ərzaq  və  digər  problemlər 

ümumilikdə sivilizasiyaya aid olduğundan onların həlli ayrıca bir ölkənin qüvvəsi hesabına 

baş  verə  bilməz.  Buna  görə  də,  onların  aradan  qaldırılması  üçün  sosial-iqtisadi  inkişaf 

səviyyələrindən  və  siyasi  istiqamətlərindən  asılı  olmayaraq  bütün  ölkələrin  birgə  səyi 

zəruridir. 

 

Müasir  dünyada  BİM-in  rolunun  artımının  əsasında  dünya  arenasında  baş  verən 



fundamental dəyişikliklər durur. Qısa olaraq bu faktorları aşağıdakı kimi göstərmək olar: 

 



Əvvəllər    beynəlxalq  əmək  bölgüsündə  zəif  iştirak  edən  ölkə  və  ərazilər  dünya 

iqtisadiyyatına  daha  aktiv  surətdə  cəlb  olunurlar.  Keçmiş  müstəmləkələr  və  asılı 




 

34

 



ölkələr müstəqillik əldə etdikdən sonra bir qayda olaraq dünya ticarətinə, daha sonra 

isə BİM-in digər formalarına daha intensiv surətdə qoşulurlar.  

 

Müxtəlif  regionlarda  istehsal  olunan  əmtəə  və  xidmətlərin  çeşidi  əhəmiyyətli 



dərəcədə  artır.  Elmi-texniki  tərəqqi  təbii  resursların  istifadə  sferasını  genişləndirir, 

məhsulları dünya ticarətinə cəlb olunan yeni istehsal sahələrinin yaranmasına gətirib 

çıxarır.  Beynəlxalq  əmtəə  mübadiləsinin  həcmini  əhəmiyyətli  dərcədə  artırmış  və 

onun  çeşidini  genişləndirmiş  elmi-texniki  tərəqqi  dünya  təsərrüfat  əlaqələrinə 

xidmətlərlə  və  texnologiyalarla  mübadiləni  də  cəlb  etmiş,  dünya  maliyyə  bazarının 

fəaliyyətinin  zaman  və  məkan  baxımından  fasiləsizliyini  təmin  etmiş,  beynəlxalq 

əmək miqrasiyası proseslərini yüngülləşdirmiş və sadələşdirmişdir. 

 



İnsanlarının  özlərinin  həyatı  dəyişir.  Bu,  ilk  növbədə  sayı  artmaqda  olan  sənayecə 

inkişaf  etmiş  ölkələrdə  baş  verir.  Xarici  əmtəə  və  xidmətlərin  istehlakı,  beynəlxalq 

turizm,  xarici  ölkələrdə  iş,  təhsil,  müalicə  adi  hala  çevrilir.  Texniki  cəhətdən  daha 

mürəkkəb 

nəqliyyatdan, 

telekommunikasiya 

vasitələrindən, 

maliyyə 


hesablaşmalarından istifadə ənənəvi hal xarakteri alır. 

 



Müəssisələrin  səhmdar  formasının  hökmranlığı,  ümumdünya  maliyyə  bazarının 

strukturunun  formalaşması  (banklar  və  digər  maliyyə  qurumları,  qiymətli  kağız  və 

valyuta  bazarları)  kapitalın  hətəkəti  üçün  geniş  imkanlar  yaradır.  Transmilli 

şirkətlərin inkişafı bu proseslərin rolunu daha da yüksəldir. Xarici müəssisələr özləri 

ilə  yeni  istehsal  üsullarını,  müəssisələrin  idarə  edilməsinin  müasir  metodlarını  və 

yeni texnologiyalar gətirirlər. 

 

Beynəlxalq  şirkətlərin  dünya  təsərrüfatında  əhəmiyyətinin  artması.  Hazırda  onlar 



BİM-in  formalarının  böyük  bir  hissəsinə  nəzarət  edirlər  və  BİM-in  ayrı-ayrı 

formalarının inkişafında əhəmiyyətli rol oynayırlar. 

 

Təsərrüfat  fəaliyyətinin  bazar-kapitalist  metodları  ümumi  genişlik  qazanır,  qeyri-



bazar  sosialist  iqtisadiyyatının  yayıldığı  ərazi  isə  getdikcə  azalır.  Bu,  sonuncular 

üçün xarakterik olan qapalılıq və avtarkiya meyllərini azaldır. Iqtisadiyyatın açıqlılığı 

bir növ normaya çevrilir. 

 



Milli iqtisadiyyatların açıqlığı həmçinin BİM-in liberallaşması, əmtəələrin, kapitalın, 

işçi qüvvəsinin, texnologiyanın sərbəst hərəkəti imkanlarının genişlənməsi hesabına 

artır. Müxtəlif formalarda təzahür edən proteksionizm BİM-də hələ də qalmaqdadır, 

lakin onun təsir dairəsi getdikcə azalır. 




Yüklə 5,61 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə