Beynəlxalq İqtisadi Münasibətlər Kitabın təşkil edilməsində göstərdiyi köməyə görə müəllimim Rəşad Fərhad oğlu



Yüklə 5,61 Mb.
Pdf görüntüsü
səhifə11/213
tarix23.01.2018
ölçüsü5,61 Mb.
#22207
1   ...   7   8   9   10   11   12   13   14   ...   213

 

26

 



BİM-ə milli təsərrüfatların iqtisadi cəhətdən qarşılıqlı əlaqə və asılılıq münasibətləri 

sistemi  kimi  də  baxıla  bilər.  BİM-in  formalaşması  və  inkişafı  yrı-ayrı  ölkələrin 

iqtisadiyyatlarının qarşılıqlı əlaqə və asılılıqlarının güclənməsi ilə şərtlənir. 

Bununla  belə,  bütün  bu  qarşılıqlı  yaxınlaşma  və  əməkdaşlıq  prosesləri  ziddiyyətli, 

dialektik xarakter daşıyır. BİM-in dialektikası özünü onda göstərir ki, iqtisadi müstəqilliyə 

səy göstərmə, ayrı-ayrı ölkələrin milli təsərrüfatlarını inkişaf etdirmək istiqamətində həyata 

keçirdikləri  məqsədyönlü  tədbirlər  son  nəticədə  dünya  təsərrüfatının  daha  çox 

beynəlmiləlləşməsinə,  milli  iqtisadiyyatların  xarici  aləm  üçün  daha  çox  açılmasına, 

beynəlxalq əmək bölgüsünün dərinləşməsinə gətirib çıxarır.  

BİM  milli  iqtisadiyyatların  bazar  xarakterini  də  əks  etdirir.  BİM-in  inkişaf  etmiş 

bazar təsərrüfatı sahəsi kimi əlamətləri aşağıdakılardır: 

1)

 



BİM-in iştirakçılarının beynəlxalq əmək bölgüsü və milli sərhədlər bazasında iqtisadi 

xüsusiləşməsi; 

2)

 

istehsal  amilləri  və  nəticələri  ilə  beynəlxalq  mübadilə  nəticəsində  əmtəə,  xidmət, 



kapital,  iş  qüvvəsi,  texnologiya  dünya  bazarlarının  yaranması  və  fəaliyyət 

göstərməsi.  BİM  özlüyündə  məhsulların  və  xidmətlərin  ölkələrarası  çoxsaylı 

axınlarını  əks  etdirir  ki,  bu  şəraitdə  də  dünya  bazarları  formalaşır  və  bu  bazarlarda 

daimi sistematik xarakter kəsb edən alqı-satqı əməliyatları baş verir; 

3)

 

BİM çərçivəsində tələb, təklif, qiymət qanunlarının tam surətdə fəaliyyəti; 



4)

 

istehsalçılar, satıcılar və alıcılar arasında olan rəqabət mübarizəsi



5)

 

istehsalın və satışın inhisarlaşması. 



Bununla  yanaşı,  BİM,  onu  digər  iqtisadi  münasibətlərdən  fərqləndirən  bir  sıra 

xüsusiyyətlərə malikdir. Onların sırasına aşağıdakıları aid etmək olar: 

1.

 

Təsərrüfat  münasibətləri  milli  sərhədlər  çərçivəsindən  kənara  çıxır,  geniş  ərazini 



əhatə  edir,  mübadilə  həcmi  daha  yüksəkdir,  subyektlərin  sayı  müqayisəolunmaz 

dərəcədə çoxdur; 

2.

 

Ayrı-ayrı  ölkələrin  sərhədlərindən  kənara  resursların,  istehsal  amillərinin  və 



istehsalın  nəticələrinin  hərəkəti  baş  verir,  milli  iqtisadiyyata  əlavə  resurslar  cəlb 

olunur; 


3.

 

İstehsalçılar, satıcılar və alıcılar arasında daha geniş miqyaslı, bəzən qlobal və kəskin 



rəqabət mübarizəsi mövcud olur; 


 

27

 



4.

 

BİM-in  ayrı-ayrı  formaları  daxili  bazarda  mövcud  olan  əlaqələrə  nisbətən  daha 



yüksək qarşılıqlı əlaqəyə və asılılığa malikdir; 

5.

 



Qarşılıqlı  təsirin  xüsusi  alətləri  və  mexanizmləri  işlənilir  və  istifadə  edilir.  BİM-in 

milli  səviyyədə  (dövlətin  xaici  ticarət  siyasəti  formasında),  ikitərəfli  səviyyədə 

(ikitərəfli  sazişlər  çərçivəsində),  regional  səviyyədə  (inteqrasiya  birlikləri 

çərçivəsində),  beynəlxalq  səviyyədə  (beynəlxalq  təşkilatların  rəhbərliyi  altında) 

tənzimlənməsinin xüsusi sistemləri yaradılır. Əsas xüsusiyyət isə ondan ibarətdir ki, 

BİM dövlət sərhədləri vasitəsilə həyata keçirilir. 

BİM-in öyrənilməsi onun makrosəviyyədə və mikrosəviyyədə mahiyyətinin açılışını 

tələb  edir.  Makrosəviyyədə  BİM  dünya  təsərrüfatında  milli  iqtisadiyyatların  əlaqələrinin 

forma və üsullarıdır: xarici ticarət, istehsal amillərinin beynəlxalq miqrasiyası və s. 

Mikrosəviyyədə BİM beynəlxalq əmək bölgüsünə əsaslanan, xarici iqtisadi əlaqələrə 

istiqamətlənən  milli  iqtisadi  vahidlərin  xüsusi  fəaliyyət  sahəsidir.  Milli  istehsalçılar  və 

istehlakçıların  nöqteyi-nəzərindən  BİM əmtəələrin, xidmətlərin, kapitalın, texnologiyaların 

ixracı, idxalı, təkrar ixracı, təkrar idxalı, istehsalın beynəlxalq kooperasiyası və s. kimi başa 

düşülür. 

BİM-in obyekti kimi çıxış edirlər: 

1)

 



maddi  formada  olan  əmtəələr  (xammal  və  ərzaq  malları,  hazır  məhsullar,  emal 

sənayesinin məhsulları və s.); 

2)

 

xidmətlər  (beynəlxalq  injinirinq,  konsaltinq,  audit,  lizinq,  turizm,  daşımalar, 



köçürmələr və s.); 

3)

 



texnologiyalar (patentli və patentsiz lisenziyalar, əmtəə nişanları və s.); 

4)

 



kapital (birbaşa və portfel investisiyaları, beynəlxalq kredit və s.); 

5)

 



işçi qüvvəsi və s. 

Yuxarıda  qeyd  edildiyi  kimi,  BİM  iqtisadiyyatların  müxtəlif  səviyyələrində  təzahür 

edə bilər ki, onun da subyektləri aşağıdakılardır: 

1)

 



Mikrosəviyyə.  Burada  BİM-in  subyektləri  kimi  bu  və  ya  digər  xarici  iqtisadi 

əməliyyatları  həyata  keçirən  ayrı-ayrı  fiziki  şəxslər,  orta  və  kiçik  müəssisələr  və 

firmalar çıxış edir; 

2)

 



Makrosəviyyə.  Bu  səviyyənin  əsas  subyektləri  kimi  milli  dövlətləri,  onların 

subyektlərini,  beynəlxalq  iqtisadi  inteqrasiya  qruplaşmalarını,  transmilli  və  qlobal 

şirkətləri göstərmək olar; 



 

28

 



3)

 

Üstmilli səviyyə. Bu səviyyədə beynəlxalq təşkilatlar və üstmilli institutlar fəaliyyət 

göstərir. 

Müasir  BİM-ə  sosial-iqtisadi  inkişafından  və  siyasi  istiqamətindən  asılı  olmayaraq 

sənayecə  inkişaf  etmiş  ölkələrdən  tutmuş  inkişaf  etməkdə  olan  və  yoxsul  ölkələrə  qədər 

bütün ölkələr cəlb olunur. 

Son illərdə dövlətlər və transmilli şirkətlərlə yanaşı dünya diasporları, iri şəhərlər də 

BİM-in  əhəmiyyətli  subyektləri  kimi  çıxış  etməyə  başlayırlar.  Dünya  proseslərində  aktiv 

iştirak  etmək  üçün  fəaliyyətin  təşkilinin  şəbəkə  formalarından  istifadə  edən  qruplar  və 

assosiasiyalar  (məsələn,  ―Qrinpis‖  ekoloji  təşkilatı,  antiqlobalistlərin  təşkilatları)  da  BİM 

sistemində əhəmiyyətli rol oynamağa başlayıblar. 

Göstərilən  subyektlər  dünya  iqtisadiyyatının  müxtəlif  sahələrində  öz  aralarında 

qarşılıqlı  fəaliyyətdə  və  təsirdə  olur  ki,  bunun  da  nəticəsində  BİM-in  müəyyən  strukturu 

formalaşır,  onun  müxtəlif  formaları  təzahür  edir.  Beləliklə,  BİM-in    əsas  formaları 

aşağıdakılardır: 

1)

 



əmtəələrlə və xidmətlərlə beynəlxalq ticarət

2)

 



beynəlxalq elmi-texniki mübadilə; 

3)

 



kapitalın beynəlxalq hərəkəti

4)

 



beynəlxalq valyuta-maliyyə və kredit münasibətləri; 

5)

 



işçi qüvvəsinin beynəlxalq miqrasiyası; 

6)

 



beynəlxalq iqtisadi inteqrasiya. 

BİM-in strukturunu geniş mənada götürsək oraya həmçinin beynəlxalq nəqliyyat və 

gömrük münasibətlərini də aid etmək olar. 

Mövcud  statistikaya  görə,  BİM-in  aparıcı  sahəsi  kimi  beynəlxalq  ticarət  çıxış  edir. 

Belə ki, dünya təsərrüfat əlaqələrinin təxminən 80%-i məhz onun payına düşür. 

BİM-in  hər  bir  formasının  xüsusi  sferasının  və  reallaşma  üsullarının,  vasitələrinin 

olmasına  baxmayaraq,  onlar  bir-birləri  ilə  sıx  qarşılıqlı  əlaqədə  olmaqla  vahid  bir  sistem 

əmələ  gətirirlər.  Yuxarıda  qeyd  edildiyi  kimi,  BİM  bir  sistem  kimi  özündə  bir-birlərini 

qarşılıqlı  surətdə  şərtləndirən  və  qarşılıqlı  fəaliyyətdə  olan  BİM  formalarının  məcmusunu 

əks etdirir. 

Belə ki, əmtəələrlə beynəlxalq ticarət xidmətlərlə beynəlxalq ticarətin (bank, sığorta 

xidmələri,  beynəlxalq  daşımalar  və  s.)  inkişafını  şərtləndirir.  Əmtəələr  və  xidmətlər  üzrə 

dünya  bazarının  inkişaf  tendensiyaları  isə  kapitalın  beynəlxalq  miqrasiyasının  artım 



Yüklə 5,61 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə