Beynəlxalq İqtisadi Münasibətlər Kitabın təşkil edilməsində göstərdiyi köməyə görə müəllimim Rəşad Fərhad oğlu



Yüklə 5,61 Mb.
Pdf görüntüsü
səhifə10/213
tarix23.01.2018
ölçüsü5,61 Mb.
#22207
1   ...   6   7   8   9   10   11   12   13   ...   213

 

23

 



dünya  iqtisadiyyatının  formalaşmasının  ikinci  mərhələsində  özünəməxsus  rol  oynamışdır. 

İkinci  mərhələdə  həmçinin  beynəlxalq  əmək  bölgüsünün  yaranması  və  inkişafı  baş 

vermişdir  ki,  bu  da  son  nəticədə  özünü  ölkələr  arasında  sabit  iqtisadi  əlaqələrin 

yaranmasında,  əmtəə  ixracından  kapital  ixracına  keçiddə  göstərmişdir.  Bu  mərhələdə 

həmçinin  beynəlxalq  ticarətin  sürətli  inkişafı  baş  vermişdir.  Beləliklə,  söyləmək  olar  ki, 

ikinci mərhələnin sonunda dünya kapitalist bazarı tam surətdə formalaşmışdır. 

 

Dünya  iqtisadiyyatının inkişafının  üçüncü mərhələsində isə dünya  kapitalist bazarı 



dünya iqtisadiyyatının mərkəzinə çevrilir. Belə ki, elektrotexniki inqilab, dünyanın iqtisadi 

cəhətdən tam surətdə bölüşdürülməsi, inhisar kapitalizminə keçid beynəlxalq əmək bölgüsü 

sisteminin  və  onun  əsasında  ümumdünya  təsərrüfatının  formalaşması  ilə  nəticələnir.  Bu 

mərhələ müstəmləkələrdə deyil ölkə daxilində istehsal edilmiş əmtəələrin ixracının artması 

ilə  xarakterizə  olunur.  Beynəlxalq  iqtisadi  münasibətlərin  digər  formaları  işçi  qüvvəsinin 

miqrasiyası və kapital ixracı təşəkkül tapmağa başlamışdır. 

 

Bu  mərhələdə  kapitalist  istehsalı  əsasında  formalaşan  dünya  təsərrüfatı  özündə 



sənayecə  inkişaf  etmiş  ölkələrin  bir-birləri  ilə  və  müstəmləkələrlə  beynəlxalq  iqtisadi 

münasibətlərinin məcmusunu əks etdirirdi. 

 

Dünya  təsərrüfatının  inkişafının  dördüncü  mərhələsi  əvvəlki  mərhələdə  bərqərar 



olmuş  dünya  təsərrüfat  əlaqələrinin  böyük  bir  hissəsinin  pozulması  ilə  xarakterizə  olunur. 

Bir  çox  ölkələrin  iqtisadi  inkişafının  1920-ci  ildən  sonra  sürətlənməsinə  baxmayaraq, 

beynəlxalq  maliyyə  sistemi  yüksək  qeyri-sabitlik  nümayiş  etdirirdi.  Dünya  ticarəti  isə 

dövrün sonuna qədər 1913-cü il üzrə əldə edilmiş səviyyəyə gəlib çata bilmədi. 

 

Beynəlmiləlləşmə  prosesinin  inkişafında  beşinci  mərhələ  beynəlxalq  iqtisadi 



münasibətlərin  yenidən  qurulması  mərhələsi  kimi  xarakterizə  edilə  bilər.  Bu  dövrdə  yeni 

beynəlxalq iqtisadi qayda axtarışına başlandı. Bu axtarış zamanı daha əvvəl tənəzzülə məruz 

qalmış xarici iqtisadi əlaqələr bərpa edilir, əmtəə, xidmət və istehsal amillərinin ölkələrarası 

axını artırdı. 

Bu  mərhələdə  beynəlxalq  əmək  bölgüsü  sistemi  tam  gücü  ilə  funksiya  göstərməyə 

başlayır  ki,  bu  da,  elmi-texniki  və  texnoloji  inqilabla,  beynəlmiləlləşmə  və  inteqrasiya 

proseslərinin  kəskin  surətdə  güclənməsi  ilə,  əmtəə  bazarı  strukturunun  köklu  surətdə 

dəyişməsi  ilə  sonuclanır.  Əmtəə  və  kapital  bazarının  tənzimlənməsinə  keçid  isə  bütün 

ölkələrin iqtisadiyyatlarının qarşılıqlı asılılıqlarının güclənməsini sürətləndirir. 

Beçinci mərhələdə dünya təsərrüfatı beş əsas amilin təsiri altında inkişaf edirdi: 




 

24

 



 

görünməmiş iqtisadi artım; 



 

ölkələrin  iqtisadi  fəaliyyət  sahəsində  birləşməyə  göstərdikləri  güclü  meyl  və  əmək 



məhsuldarlığının artımı; 

 



xarici iqtisadi siyasətin liberallaşdırılması; 

 



intensiv elmi-texniki tərəqqi

 



imperializmin müstəmləkə sisteminin dağılması. 

Bu  periodda  inkişaf  etməkdə  olan  ölkələr  dünya  təsərrüfatı  orbitinə  daha  aktiv 

şəkildə  daxil  olur,  dünya  kapitalist  və  sosialist  təsərrüfatlarının  beynəlxalq  iqtisadi 

münasibətləri aktivləşir, həmin sistemlər arasında dünya təsərrüfat əlaqələri bərqərar olurdu. 

Milli iqtisadiyyatlar daha dərin şəkildə dünya təsərrüfatına cəlb edilir və ondan daha da asılı 

vəziyyətə  düçürdülər  ki,  bunda  da  dünya  üzrə  iqtisadi  inteqrasiya  prosesləri  mühüm  rol 

oynayırdı.  Dünya  təsərrüfat əlaqələrinin  tənzimlənməsi  üçün  beynəlxalq təşkilatlar sistemi 

yaradılır, eyni zamanda beynəlxalq korporasiyaların fəaliyyəti aktivləşirdi. 

Bu dövrdə dünya təsərrüfatı özündə beynəlxalq iqtisadi münasibətlərin və beynəlxalq 

əmək bölgüsünə cəlb  edilən,  beynəlxalq  mübadilədə  iştirak  edən və  ondan  asılı olan  milli 

iqtisadiyyatların məcmusunu əks etdirirdi. 

Nəhayət,  sonuncu,  altıncı  mərhələdə  dünya  təsərrüfatı  vahid  tam  sistem  halına 

düşməyə başlayır. Bu cür inkişafın əsas amilləri kimi aşağıdakıları göstərmək olar: 

 



SSRİ-nin  dağılması,  postsosialist  ölkələrinin  inkişafın  bazar  mexanizmlərini  əsas 

götürmələri; 

 

dünyada inteqrasiya proseslərinin daha da güclənməsi



 

beynəlxalq şirkətlərin dünya təsərrüfatının subyektləri kimi rollarının artması. 



XXI əsrin əvvəlində dünya təsərrüfatı öz masştabına görə qlobaldır, tam olaraq bazar 

iqtisadiyyatı  prinsiplərinə,  beynəlxalq  əmək  bölgüsünə,  istehsalın  beynəlmiləlləşməsinin 

obyektiv  qanunauyğunluqlarına  əsaslanır  və  özündə  üç  əsas  elementi  –  milli 

iqtisadiyyatların  məcmusunu,  onları  əlaqələndirən  beynəlxalq  iqtisadi  münasibətləri  və 

beynəlxalq şirkətlər tərəfindən yaradılan beynəlxalq iqtisadiyyatı əks etdirir. 

 

 



 

 

MÖVZU 2 




 

25

 



2.1. BİM-in mahiyyəti, predmeti və formaları 

2.2. BİM-in milli iqtisadiyyatlar üçün əhəmiyyəti, onun göstəricilər sistemi və 

qarşılıqlı iqtisadi asılılıq 

2.3. BİM-in inkişaf amilləri və meylləri 

2.4. Dünya təsərrüfatının mahiyyəti, xüsusiyyətləri və onun inkişafınfa müasir 

meyllər 

2.5. Dünya təsərrüfatında qloballaşma prosesi və qlobal problemlər 

2.6. BİM-də ölkələrin təsnufləşdirilməsi göstəriciləri və meyarları 

 

 



Beynəlxalq iqtisadi münasibətlərin (BİM) mahiyyəti, formaları və  

onun dünya iqtisadiyyatında rolu və əhəmiyyəti 

 

2.1. BİM-in mahiyyəti, predmeti və formaları 

 

 

Bəşər  cəmiyyətlərinin  müxtəlif  təşkilati  formaları  dövründə  iqtisadi  əlaqələrin 



inkişafı böyük tarixə malikdir ki, bu barədə əvvəlki mövzuda məlumat verilib. İlk vaxtlarda 

bəsit  məzmun  daşıyan  iqtisadi  münasibətlər  ən  müxtəlif  amilllərin  təsiri  nəticəsində  daim 

genişlənərək və inkişaf edərək hazırkı formasına gəlib çatmış, bütün ölkələrin maraqlarına 

və  mənafelərinə  uyğun  olan  mürəkkəb  münasibətlər  sistemi  halına  düşmüş,  beynəlxalq 

iqtisadi münasibətlər formalaşmışdır.                                                                                                                                                                                               

Beynəlxalq  iqtisadi  münasibətlər  (BİM)  –  maddi  nemətlərin  istehsalı,  bölgüsü, 

mübadiləsi  və  istehlakı  üzrə  müxtəlif  ölkələrin  təsərrüfat  subyektləri  arasında  qarşılıqlı 

fəaliyyət  sistemidir.  BİM  ayrı-ayrı  ölkələr,  onların  regional  birlikləri,  həmçinin  ayrı-ayrı 

müəssisələr  (transmilli  və  çoxmilli  şirkətlər)  arasında  iqtisadi  münasibətlərin  çoxsəviyyəli 

təsərrüfat əlaqələri kompleksidir. 

BİM-in  predmeti  kimi  iki  əsas  tərkib  hissəsi  çıxış  edir:  BİM-in  özü  və  bu 

münasibətlərin reallaşdırılması mexanizmi. BİM bir elm kimi xarici ölkələrin iqtisadiyyatını 

deyil, onların iqtisadi münasibətlərinin xüsusiyyətlərini öyrənir. 

BİM,  ümumilikdə  iqtisadi  münasibətlər  kimi  insan  fəaliyyətinin  bir  sferasıdır  və  o, 

təsərrüfat fəaliyyətinin ümumi qanunauyğunluqlarına tabe olur. BİM obyektiv olaraq əmək 

bölgüsü  prosesindən,  istehsalın  və  elmin  beynəlxalq  ixtisaslaşmasından,  təsərrüfat 

fəlaiyyətinin beynəlmiləlləşməsindən çıxış edir.  



Yüklə 5,61 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə