Beynəlxalq İqtisadi Münasibətlər Kitabın təşkil edilməsində göstərdiyi köməyə görə müəllimim Rəşad Fərhad oğlu



Yüklə 5,61 Mb.
Pdf görüntüsü
səhifə8/213
tarix23.01.2018
ölçüsü5,61 Mb.
#22207
1   ...   4   5   6   7   8   9   10   11   ...   213

 

18

 



istehsalatda  tətbiqindən  başlayan  sənaye  çevrilişi  maşın  istehsalının  (maşınların  maşınlar 

tərəfindən istehsalı) inkişafı ilə yekunlaşdı. 

İri  maşın  istehsalının  yaranması  və  inkişafı  qanunauyğunluğu  kimi  birinci  olaraq 

maşınların  istehsalın  hər  hansı  bir  sahəsində  tətbiqinin  onların  digər,  əlaqəli  sahələrdə  də 

tətbiqi  ilə  nəticələnməsini  qeyd  etmək  olar.  İş  maşınının  inkişafı  mühərrikin  dəyişməsinə 

(buxar  maşını)  gətirib  çıxardı.  Sənayedə  texniki  inqilab  nəqliyyatda  da  texniki  inqilabla 

nəticələndi. Paravoz və paroxod ixtira və tətbiq olundu. İstehsalatda maşınların geniş tətbiqi 

maşınqayırmada  texnikanın  dəyişdirilməsini  zəruri  etdi.  Maşınların  əllə  istehsalından 

maşınla istehsalına keçildi. Maşın istehsalının inkişafı ilə maşınların sadə kooperasiyasından 

(çoxlu eynicins maşınların tətbiqi) maşın sistemlərinə (müxtəlifcinsli, bir-birini tamamlayan 

maşınlar kompleksi) keçid baş verdi. 

Ümumilikdə  isə  sənayedə  kapitalist  münasibətlərinin  yaranması  və  inkişafının 

gedişini əyani şəkildə Sxem 1.3-dən görmək olar. 

Ümumilikdə  isə  kapitalist  sənayeləşməsi  proqressiv  bir  proses  olmaqla  ictimai 

əməyin  məhsuldarlığının  artmasına,  şəhərlərin  inkişafına,  iri  sənaye  və  nəqliyyat 

mərkəzlərinin, sənaye istehsalının iqtisadiyyatda üstünlük təşkil etməsinə gətirib çıxardı. 




 

19

 



Sxem 1.3 

Sənayedə kapitalist münasibətlərinin yaranması və inkişafı 

 

İctimai-iqtisadi 



formasiya 

 

Sənaye istehsalının 

forması 

İstehsal subyektləri 

Əməyin kapitala 

tabeçilik xarakteri 

Feodalizm – 

inkişafın III 

mərhələsi – 

dağılma, XVI-XVII 

əsrlər 

Sənətkarlıq  (şəhər  – 

sex  təşkili,  kənd  –  k/t 

isteh-salının 

sənətkarlıqla 

uz-


laşdırılması) 

 

Sənətkar  –  istehsal 



va-sitələrinin 

mülkiyyətçi-si,  eyni 

zamanda işçi 

Tabeçilikdən azad 



Feodalizm,  

XVI-XVII əsrlər. 

Kapitalist 

quruluşunun 

yaranması 

 

Ailədaxili 

əmək 

bölgüsü  əsasında  ev 



istehsalı 

Kustar 


–  istehsal 

vasi-tələrinin 

mülkiyyətçisi və işçi. 

Alverçi  –  ticarət 

kapi-talisti 

 

Əməyin  kapitala  for-



mal  tabeçiliyinin  ya-

ranması 


Feodalizm. 

Kapitalist 

quruluşu: 

manufaktura 

kapitalizmi,  

XVII-XVIII əsrlər 

Sadə 


kapitalist 

koopera-siyası  -  əmək 

bölgüsü ol-madan 

 

Əl  əməyinin  –  manu-



fakturanın 

ayrılması 

əsa-sında 

mürəkkəb 

kapita-list 

kooperasiyası 

 

Muzdlu işçi – sənaye 



kapitalisti 

 

 



Muzdlu işçi – sənaye 

kapitalisti 

Əməyin  kapitala  for-

mal tabeçiliyi  

 

 

Əməyin  kapitala  for-



mal tabeçiliyi 

Kapitalist ictimai 

iqtisadi 

formasiyası, XVIII 

əsrin sonlarından 

Maşın 


– 

fabrik 


koopera-siyası 

əsasında əmək bölgüsü 

ilə  mürəkkəb  kapitalist 

kooperasiyası 

 

Muzdlu işçi – sənaye 



kapitalisti  

Əməyin  kapitala  real 

tabeçiliyi 

 

 



Kapitalizmdə əmtəə istehsalının evolyusiyasına  yuxarıda qeyd etdiyimiz kimi, ilkin 

kapital  yığımı  prosesi  şərait  yaratdı.  Bu,  sənaye  çevrilişi  və  manufakturanın  fabrik  ilə 

əvəzlənməsi  ilə  nəticələndi.  Beləlikə  də,  əmtəə  istehsalı  ümumi  xarakter  kəsb  etməyə 

başladı.  

 

Yuxarıda deyilənlərdən çıxış edərək sənayedə kapitalizmin formalaşması mərhələləri 



kimi üç mərhələni göstərmək olar ki, onlar da aşağıdakılardır: 

 



əməyin sadə kooperasiyası; 

 



manufaktura; 

 



fabrik (zavod) və ya maşın istehsalı. 


 

20

 



Manufaktura  və  fabrik  kapitalizminin  oxşar  cəhətləri  kimi  istehsalın  kapitalist 

təşkilini, mürəkkəb əmək kooperasiyasını göstərmək olar. Onların fərqli cəhətləri isə Sxem 

1.4-də göstərilmişdir. 

Sxem 1.4 

Manufaktura və fabrik kapitalizminin fərqli cəhətləri 

 

 



Manufaktura 

 

Fabrik 

İstehsalın texnoloji üsulu 

əl, alət 

 

maşın 


Texnika 

sadə iş maşınları, əl alətləri 

mürəkkəb iş maşınları,  

maşın sistemləri 

 

Əməyin kapitala tabeçiliyi 

formal 


 

real 


İstehsalın təşkili forması 

fərdi və kiçik həcmli istehsal 

 

kütləvi istehsal 



Bazar orientasiyası 

lokal bazar 

 

iri bazar (milli, beynəlxalq) 



 

 

Kapitalizmdə əmtəə mübadiləsinin keçdiyi inkişaf yolundan danışarkən ilk növbədə 



torpağın  əmtəə  kimi  çıxış  etməsini  və  xüsusi  bazarın  –  torpaq  bazarının  formalaşmasını 

qeyd  etmək  lazımdır.  Eyni  zamanda  təbii  resurslar  və  muzdlu  işçinin  iş  qüvvəsi  əmtəəyə 

çevrildi və təbii resurslar bazarı və əmək bazarı formalaşdı. Tacir və sələm kapitalı sənaye 

kapitalına çevrildi ki, bu da kapital bazarının yaranması ilə nəticələndi. Sənaye kapitalı borc 

kapitalını  və  ticarət  kapitalını  doğurdu  ki,  onların  da  hər  biri  digər  spesifik  bazarların 

formalaşmasına  təkan  verdi.  Bank  kapitalının  əsasını  təşkil  edən  borc  kapitalı  fond 

birjalarının,  kredit  bazarının  yaranmasını  stimullaşdırdı.  Ticarət  kapitalı  isə  əmtəə 

birjalarının, istehsal vasitələri bazarının, istehlak malları və xidmətləri bazarının yaranması 

səbəbi kimi göstərilə bilər. 

 

Kapitalizm  sisteminin  inkişafında  rəqabət  sisteminin  evolyusiyasının  da 



özünəməxsus rolu olmuşdur. Eyni bir məqsədə çatmağı qarşıya məqsəd kimi qoymuş ayrı-

ayrı ölkələr, xüsusi və peşəkar qruplar, ayrı-ayrı şəxslər arasında mövcud olan rəqabət son 

nəticədə istehsalın təşkili prosesinin təkmilləşməsinə, kapitalizmin sürətlə inkişafına gətirib 

çıxarır. 

 

Kapitalizmin  pik  nöqtəsi  kimi  isə  inhisar  kapitalizmini  göstərmək  olar.  Inhisar 



kapitalizminin  evolyusiyasında  adətən  iki  mərhələni  –  ilkin  mərhələni  (XX  əsrin  50-ci 


Yüklə 5,61 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə