Beynəlxalq İqtisadi Münasibətlər Kitabın təşkil edilməsində göstərdiyi köməyə görə müəllimim Rəşad Fərhad oğlu



Yüklə 5,61 Mb.
Pdf görüntüsü
səhifə16/213
tarix23.01.2018
ölçüsü5,61 Mb.
#22207
1   ...   12   13   14   15   16   17   18   19   ...   213

 

41

 



səy  göstərmələridir.  Bu  cür  səylərə  təkan  verən  amillər  kimi  isə  liberallaşmanı,  ticarət  və 

investisiya  maneələrinin  aradan  qaldırılmasını,  azad  iqtisadi  zonaların  yaradılmasını  və  s. 

göstərmək olar. 

Mikroiqtisadi səviyyədə qloballaşma dedikdə müəssisənin fəaliyyətinin daxili bazar 

çərçivəsindən  kənara  genişlənməsi  başa  düşülür.  Sahibkarlıq  fəaliyyətinin  çoxmilli 

istiqamətlənməsindən  fərqli  olaraq  qloballaşma  dünya  bazarının  mənimsənilməsinə  vahid 

yanaşma tələb edir. 

Qloballaşma  milli  iqtisadi  sistemlərin  artan  qarşılıqlı  əlaqələrini  və  asılılıqlarını 

xarakterizə edir. Elmi-texniki inqilabın təsiri altında istehsalın qloballaşması elə bir vəziyyət 

yaradır  ki,  praktiki  olaraq  heç  bir  ölkəyə  ―özünün‖  istehsalına  malik  olmaq  sərfəli  olmur. 

Ayrı-ayrı milli iqtisadiyyatlar dünya təsərrüfatına daha çox  inteqrasiya olunur və  orada öz 

yerini  tapmağa  çalışırlar.  Işçi  qüvvəsinin  hərəkəti,  kadrların  hazırlanması  və  mütəxəssis 

mübadiləsi daha çox beynəlmiləl xarakter kəsb etməyə başlayır.  

Qloballaşmanın  obyektiv  bir  proses  olduğundan  çıxış  etsək  onu  şərtləndirən  əsas 

faktorlar kimi aşağıdakıları göstərmək olar: 

 



istehsal  amilləri  –  istehsalın  həcminin  kəskin  surətdə  artması,  onun  həyata 

keçirilməsinin  yeni  formalarının  peyda  olması,  nəqliyyat  və  rabitənin  keyfiyyətcə 

yeni səviyyəyə yüksəlməsi

 



iqtisadi amillər – kapitalın bir nöqtədə həddən artıq təmərküzləşməsi, çərçivəsi milli 

sərhədlərdən  kənara  çıxan  təşkilati  formaların  beynəlxalq  xarakter  kəsb  etməyə 

başlaması  və nəticədə vahdi bazar məkanının formalaşması; 

 



siyasi  amillər  –  dövlət  sərhədlərinin  şəffaflaşması,  vətəndaşların,  əmtəə  və 

xidmətlərin, kapitalın hərəkət azadlılığının yüngülləşməsi; 

 

sosioloji amillər – cəmiyyətin həyatında adət və ənənələrin, sosial əlaqələrin rolunun 



zəifləməsi,  milli  məhdudiyyətin  aradan  qaldırılması  nəticəsində  insanların 

mobilliyinin yüksəlməsi və beynəlxalq miqrasiyaya təkan verilməsi

 

informasiya amilləri – işgüzar ünsiyyət vasitələrində baş verən radikal dəyişikliklər, 



iqtisadi  və  maliyyə  informasiyası  ilə  operativ  mübadilə  nəticəsində  problemlərin 

səmərəli  surətdə  həll  olunması,  ən  yeni  infromasiya  texnologiyalarının  (xüsusilə 

İnternetin)  geniş  surətdə  yayılması,  dövlət  tənzimlənməsinin  və  nəzarətinin 

imkanlarının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması; 




 

42

 



 

elmi-texniki  amillər  –  qabaqcıl  elmi-texniki  və  texnoloji  vasitələrdən  istifadənin 



iqtisadi mənfəətləri. 

1990-cı  illərin  sonlarına  dünya  iqtisadiyyatının  qloballaşması  bir  sıra  yeni 

xüsusiyyətlər əldə edib: 

1)

 



xarici  iqtisadi  əlaqələrin  və  beynəlxalq  hesablaşmaların  liberallaşdırlıması  keçmiş 

sosialist düşərgəsinin bir çox ölkələrini əhatə edir

2)

 

qlobal  qarşılıqlı  asılılığın  güclənməsi  və  dünya  üzrə  inkişafda  qeyri-bərabərliyin 



artması tendensiyaları arasında ziddiyyətlərin kəskinləşməsi baş verir

3)

 



ölkələrin  iqtisadi  inkişaflarında  müşaiyət  olunan  fərqli  intensivlik  eyni  zamanda  bu 

inkişafın  fərqli  istiqamətlərə  yönəlməsi  və  fərqli  meyarlarla  təyin  olunması  ilə 

müşaiyət edilir; 

4)

 



unifikasiya  və  standartlaşdırmaya  aktiv  meyl  meydana  gəlib.  Bütün  ölkələr  üçün 

texnologiya,  ekologiya,  mühasibat  uçotu  və  s.  üçün  vahid  standartlar  tətbiq  edilir. 

Standartlar təhsilə və mədəniyyətə də yayılır. Bununla yanaşı, təsərrüfat fəaliyyətinin 

həyata  keçirilməsi  qaydalarının  unifikasiyalaşdırılmasında  problemlər  də  müşahidə 

olunur,  beynəlxalq  təşkilatların  bu  istiqamətdə  həyata  keçirilən  fəaliyyətlərində 

uğursuzluqlar müşahidə olunur; 

5)

 

beynəlxalq iqtisadi təşkilatlar vahid makroiqtisadi siyasət meyarları tətbiq edir, vergi 



siyasətinə, monetar siyasətə, məşğulluq siyasətinə və s. qarşı irəli sürülən tələblərin 

unifikasiyası baş verir

6)

 

əvvəlki  xüsusiyyətlə  yanaşı,  inkişaf  etmiş  ölkələrin  iqtisadi  siyasətlərində  mövcud 



olan ikili standartlar problemi də müşahidə edilməkdədir

7)

 



iqtisadiyyatda da siyasətdə olduğu kimi birqütblü dünyanın formalaşdırılması prosesi 

gedir,  ümumilikdə  yeni  dünya  qaydası,  xüsusilə  yeni  dünya  iqtisadi  qaydası 

formalaşdırılır. 

Dünya  iqtisadiyyatının  qloballaşması  prosesi  heç  də  problemsiz  ötüşmür. 

Qloballaşma  ilk  növbədə  sənayecə  inkişaf  etmiş  ölkələrin  mövqelərini  gücləndirir,  onlara 

əlavə  üstünlüklər  verir.  Əlbəttə  ki,  qloballaşma  geridə  qalmış  ölkələrə  də  öz 

iqtisadiyyatlarını inkişaf etdirmək, dünya iqtisadiyyatının layiqli yer tutmaq üçün müəyyən 

şərait yaradır. Lakin qloballaşma prosesi mənfi nəticələrlə də müşaiyət olunur. Qloballaşma 

bütün ölkələrə toxunan ümumbəşəri problemlərin  yaranması və kəskinləşməsi ilə ayrılmaz 

əlaqədədir. Bu problemlər aşağıdakı kimi məcmulaşdırıla bilər: 




 

43

 



 

Hərbi-iqtisadi problemlər özündə müasir kütləvi qırğın silahlarının yayılması, sınağı 



və daha böyük dərəcədə tətbiqi təhlükəsini birləşdirir. Bu cür silahların ehtiyatlarının 

məhv edilməsi üsulları da bir çox ölkələrin təhlükəsizliyini zərbə altında qoyur. Ən 

yeni  silahlardan  istifadə  edən  beynəlxalq  terrorizmin  yayılması  xüsusi  təhlükə 

yaradır. 

 

Mühüm  elmi-texniki  problemlərin  həlli  və  müəyyən  sahələrdə  tərəqqi  bir  sıra 



ölkələrinin  resurslarını  və  səylərini  birləşdirmədən  mümkün  deyil.  Bu  problemlər 

sırasında kosmosun, dünya okeanının, Antarktidanın tədqiqini və mənimsənilməsini 

göstərmək olar. Bu cür birləşmə olmadan xüsusi təhlükəli xəstəliklərə qarşı mübarizə 

qeyri-səmərəli  olur.  Bu  tip  problemlər  sırasında  həmçinin  məhsulların  və  istehsal 

üsullarının ümumdünya standartlaşdırmasını göstərmək olar. 

 



Yoxsulluqla,  aclıqla,  geridə  qalmış  ölkələrdə  yüksək  ölüm  səviyyəsi  ilə  mübarizə 

bəşəriyyətin  gələcəyi  üçün  mühüm  əhəmiyyət  kəsb  edir.  Bu  problemlər  sırasında 

həmçinin dünya demoqrafik proseslərinin optimallaşdırılmasını qeyd etmək olar. 

 



İnsanın  təsərrüfat  fəaliyyətinin  təbiətə  təsiri  də  mühüm  ümumbəşəri  problemə 

çevrilib (havanın, suyun və torpağın vəziyyətinin pisləşməsi, atmosferin ozon qatının 

dağılması prosesi, iqlim istiləşməsi). Bura həmçinin nüvə energetikası ilə bağlı olan 

texnogen qəzaların qarşısının alınmasını da aid etmək lazımdır. 

 

Maliyyə  və  iqtisadi  böhranlar  getdikcə  bütün  dünyanı  əhatə  edir.  Bu  dünya 



iqtisadiyyatının artım tempinə və sabitliyinə ciddi surətdə təsir göstərə bilər. 

Yuxarıda  sadalanan  problemlər  hər  kəsə,  bütün  dünya  ictimaiyyətinə  toxunur,  yəni 

ümumi  xarakter  daşıyır.  Bu,  qlobal  adlandırılan  problemlərin  birinci  prinsipial  xarakterik 

xüsusiyyətidir.  Özünün  miqyasına,  aradan  qaldırlması  dərəcəsinə  və  müddətinə  görə  bu 

problemlər  böyük  həcmdə  qüvvə  və  vasitə  tələb  edir  ki,  ayrılıqda  heç  bir  ölkə  və  hətta 

ölkələr  qrupu  buna  malik  deyillər.  Onların  həlli  üçün  müxtəlif  çeşodli  resursların  cəlbi 

vacibdir, yəni, istənilən qlobal problemin doğurduğu ciddi iqtisadi aspektlər mövcuddur və 

onların  həlli  bütün  dünya  ictimaiyyətinin  resurslarını,  ilk  növbədə  maddi-maliyyə 

resurslarını  bir  nöqtəyə  yönəltməkdən  keçir.  Bir  çox  və  ya  bütün  ölkələrin,  beynəlxalq 

təşkilatların məcmu vasitələrinin cəlbinin zəruriliyi bəşəri, başqa sözlə qlobal problemlərin 

ikinci prinsipial xüsusiyyətidir. 

Qlobal  problemlərin  həlli  üçün  ölkələrin  səylərinin  birləşdirilməsi  müxtəlif  yollarla 

baş  verə  bilər:  ikitərəfli  və  çoxtərəfli  sazişlər,  beynəlxalq  təşkilatların  yaradılması  və 



Yüklə 5,61 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə