Beynəlxalq İqtisadi Münasibətlər Kitabın təşkil edilməsində göstərdiyi köməyə görə müəllimim Rəşad Fərhad oğlu



Yüklə 5,61 Mb.
Pdf görüntüsü
səhifə14/213
tarix23.01.2018
ölçüsü5,61 Mb.
#22207
1   ...   10   11   12   13   14   15   16   17   ...   213

 

35

 



 

Dövlətlərarası regional inteqrasiya ölkələri vahid iqtisadi məkana yaxınlaşdırır, milli 



təsərrüfatlar  arasında  ixtisaslaşma  və  kooperasiyanın  sərhədlərini  genişləndirir. 

Bütün  qitələri  əhatə  etmiş  regional  iqtisadi  inteqrasiya  prosesləri  inteqrasiya 

birliklərinin  iştirakçı  dövlətləri  arasında  BİM-in  bütün  formalarının  intensiv 

inkişafına şərait yaradır. 

 

BİM-in inkişafında meydana gələn problemlərə cavab olaraq onun tənzimlənməsinin 



dünya və regional sistemləri  yaradılır. Bu sistemlərin təkmilləşdirliməsi nəticəsində 

bütün ölkələr üçün ümumi olan normativ-hüquqi baza formalaşdırılır. 

 

Özündə nəqliyyatın, kommunikasiyanın ümumdünya şəbəkəsini, qlobal informasiya 



şəbəkəsini  birləşdirən  BİM-in  ümumdünya  infrastrukturu  formalaşır.  Bu,  BİM-in 

praktiki  reallaşdırılmasını  zaman  baxımından  əhəmiyyətli  dərəcədə  sürətləndirir, 

onun həyata  keçirilməsinin  yeni üsullarını  yaradır  (İnternet şəbəkəsi vasitəsilə alqı-

satqı  müqavilələrinin  bağlanması,  beynəlxalq  birjalarda,  hərraclarda  əmtəə  və 

xidmətlərin alqı-satqısı, beynəlxalq hesablaşmaların dərhal həyata keçirilməsi və s.). 

BİM-in  inkişafını  sürətləndirən  amillərlə  yanaşı,  onun  təkamülünə  mənfi  tərəfdən 

təsir  göstərən  faktorlar  da  mövcuddur.  Onilliklər  ərzində  iki  sistem  (kapitalist  və  sosialist 

sistemləri)  arasında  olan  münaqişəli  vəziyyət  və  soyuq  müharibə  BİM-in  inkişafından  da 

yan keçməmişdir. Qarşılıqlı İqtisadi Yardım Şurasına (QİYŞ) üzv olan ölkələrin SSRİ başda 

olmaqla  yaratdıqları  hərbi-siyasi  və  ticarət-iqtisadi  blokda  ölkələr  arasındakı  münasibətlər 

yalnız  müəyyən qədər  iqtisadiyyat tərəfindən formalaşdırlır, xarici  əlaqələr  isə  maksimum 

dərəcədə məhdudlaşdırlırdı. Belə ki, bu ölkələr praktiki olaraq birbaşa xarici investisiyaları 

öz  ölkələrinə  buraxmırdılar.  Öz  növbəsində  Qərb  ölkələri  ABŞ  başda  olmaqla  iqtisadi 

əlaqələrin  məhdudlaşdırılmasından  SSRİ-yə  qarşı  mübarizə  vasitəsi  kimi  aktiv  surətdə 

istifadə  edirdilər.  Bütün  bunlar  BİM-in  inkişafına  mənfi  təsir  edirdi.  Müasir  düvrdə 

postsosialist  ölkələrin  dünya  iqtisadiyyatına  ətraflı  surətdə  qoşulma  prosesi  də  qapalı 

iqtisadiyyatın miras qoyduğu çətinliklərlə, dünya bazarlarında kəskin mübarizə ilə və digər 

faktorlarla üzləşir. 

BİM-in  inkişafı  həmçinin  sənaye  ölkələrinin  və  keçmiş  müstəmləkə  və 

yarımüstəmləkə  əyalətlərin  iqtisadi  inkişaf  səviyyələrində  olan  iri  fərqlə  də  məhdudlaşır. 

Sonuncu qrup ölkələrinin əksəriyyətinin iqtisadiyyatı bir-iki kənd təsərrüfatı məhsulunun və 

ya  mineral  xammalın  ixracından  birbaşa  surətdə  asılıdır.  Bu  isə  onsuz  da  tam  olmayan 

iqtisadiyyatın strukturunun qeyri-sabitliyini daha da artırır. 



 

36

 



İqtisadiyyatların açıqlığına olan meyl dövlətlər tərəfindən tətbiq olunan müxtəlif növ 

maneə  və  məhdudiyyətlərin saxlanılması, bəzi hallarda isə artırılması ilə  müşaiyət olunur. 

Kasıb  ölkələr  üçün  bu  cür  maneələr  başa  düşülən  və  hətta  qaçılmazdır,  çünki  milli 

iqtisadiyyatı  səmərəli  surətdə  müdafiə  etmədən  müasir  iqtisadiyyatı  inkişaf  etdirmək 

mümkün deyildir. 

Normal  bazar  qüvvələrinin  fəaliyyətinə  maneçilik  törədən  hərbi-siyasi  amillər  də 

mühüm əhəmiyyət kəsb edir. Silah ixracının  artımı son nəticədə BİM-in sağlam inkişafını 

dağıda  bilər.  Bu  baxımdan  ayrı-ayrı  ölkələrə  qarşı  beynəlxalq  qaydada  razılaşdırılmış  tam 

və ya qismən iqtisadi blokada və ya birtərəfli surətdə tətbiq olunan tədbirlər artıq nadir hal 

deyildir. 

Nəhayət, BİM-in inkişafına maliyyə və iqtisadi böhranlar da mənfi təsir göstərir.  

 

2.4. Dünya təsərrüfatının mahiyyəti, xüsusiyyətləri və  



onun inkişafında müasir meyllər 

 

Müasir BİM-in inkişaf şərtlərindən danışarkən həmçinin dünyanın ümumi olduğunu 



qeyd  etmək  lazımdır.  Müasir  dünya  təsərrüfatı  ümumdünya  quruluşunun    tərkib  hissəsi 

olmaqla bütün dünya üçün vahid olan qanun və prinsiplər əsasında fəaliyyət göstərir. Digər 

tərəfdən,  müasir  dünya  təsərrüfatı  özünün  qayda  və  qanunları  olan  müstəqil  sistemdir.  Bu 

sistemin  elementləri  bir-biri  ilə  ziddiyyət  təşkil  etmir,  onlar  bir-birləri  ilə,  həmçinin  digər 

sistemlərin (siyasi, hüquqi, ekoloji və s.) elementləri ilə qarşılıqlı əlaqədə olurlar və asılılıq 

yaradırlar.  

BİM-in nəzəriyyəsi və praktikasını öyrənərkən tez-tez dünya təsərrüfatı anlayışından 

istifadə edilir. BİM-in obyektiv əsası kimi çıxış edən müasir dünya təsərrüfatı sıx qarşılıqlı 

əlaqədə  və  təsirdə  olan,  bazar  iqtisadiyyatının  obyektiv  qanunlarına  tabe  olan  milli 

iqtisadiyyatların məcmusundan ibarət qlobal iqtisadi sistemdir. Daim inkişafda olan qlobal 

dünya  təsərrüfatı  eynicinsli  olmayaraq  özündə  sənayecə  inkişaf  etmiş  ölkələrin,  inkişaf 

etməkdə olan ölkələrin və keçid iqtisadiyyatlı ölkələrin milli iqtisadiyyatlarını birləşdirir. 

Müasir  dünya  təsərrüfatının  əsasında  bazar  münasibətləri  durur  və  buna  görə  də 

dünya  təsərrüfatının  liderləri  kimi  bazar  münasibətlərinin  daha  çox  inkişaf  etdiyi  ölkələr 

çıxış edirlər. 



 

37

 



Özündə  hələ  də  çoxlu  ziddiyyətləri  və  meylləri  əks  etdirən  müasir  dünya 

təsərrüfatının  vahidliyi  və  dinamikliyi  XX  əsrin  ortalarına  nisbətən  müqayisə  olunmaz 

dərəcədə  artmışdır.  Müasir  dünya  təsərrüfatı  tam  olaraq  bazar  iqtisadiyyatı  prinsiplərinə, 

beynəlxalq  əmək  bölgüsünün  obyektiv  qanunauyğunluqlarına,  istehsalın  və  kapitalın 

beynəlmiləlləşməsinə  əsaslanır.  Yeni  minilliyin  ilk  illərində  dünya  təsərrüfat  əlaqələri 

iqtisadi fəaliyyətin daha intensiv inkişaf edən sahəsi kimi çıxış edir. 

Beləliklə  dünya  təsərrüfatı  daim  hərəkətdə  olan,  artan  beynəlxalq  əlaqələrə  və 

mürəkkəb  qarşılıqlı  təsirlərə  malik  olan,  bazar  iqtisadiyyatının  obyektiv  qanunlarına  tabe 

olan  milli  təsərrüfatların  məcmusudur.  Bu  məcmu  əsasında  həddən  artıq  ziddiyyətli, 

bununla yanaşı, az və ya çox dərəcədə vahid dünya iqtisadi sistemi formalaşır. 

Bir tərəfdən iqtisadi inkişaf səviyyələrindən və siyasi quruluşlarından asılı olmayaraq 

bütün  ölkələr  üçün  ümumi  olan  iqtisadi  qanunların  (məsələn,  tələb  və  təklif  qanunu) 

fəaliyyəti,  digər  tərəfdən  bütün  ölkələrin  məhsuldar  qüvvələrini  inkişafa  sövq  edən  elmi-

texniki  inqilabın  nailiyyətləri  dünya  təsərrüfatının  vahidliyini  müəyyən  edən  obyektiv 

amillərdir. 

Dünya  təsərrüfatında  hazırda  bir  sıra  sabit  meyllər  müşahidə  edilməkdədir.  Onların 

sırasına aşağıdakıları aid etmək olar: 

 



iqtisadi  artımın  sabit  templəri.  Bütün  dünya  ölkələrinin  orta  artım  templəri  1990-cı 

illərin əvvəlində mövcud olan 1%-dən onilliyin axırına 3%-ə qalxıb; 

 

təsərrüfat əlaqələrinin inkişafında xarici iqtisadi amilin əhəmiyyətinin yüksəlməsi



 

maliyyə  bazarlarının  qloballaşması  və  milli  iqtisadiyyatların  qarşılıqlı  asılılıqlarının 



artması; 

 



əmtəələrlə  beynəlxalq  ticarətin  öz  artim  tempinə  görə  dünya  təsərrüfatı 

subyektlərinin  daxili  istehsalının  artımını  əhəmiyyətli  dərəcədə  (təxminən  1,5% 

səviyyəsində) üstələməsi; 

 



xidmətlərlə  beynəlxalq  ticarətin  son  onilliklərdə  əmtəələrlə  beynəlxalq  ticarətə 

nisbətən 3 dəfə sürətlə artması; 

 

beynəlxalq ticarətin kommersiya fəaliyyəti sahəsindən milli təkrar istehsal prosesinin 



təmin edilməsinin vacib və zəruri şərtinə çevrilməsi

 



müasir  şəraitdə  əmtəələrlə  və  xidmətlərlə  beynəlxalq  ticarətin  ilkin  mərhələdə 

beynəlxalq  elmi-texniki  əməkdaşlıqla,  istehsal  prosesində  beynəlxalq  istehsal 




Yüklə 5,61 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə