Beynəlxalq İqtisadi Münasibətlər Kitabın təşkil edilməsində göstərdiyi köməyə görə müəllimim Rəşad Fərhad oğlu



Yüklə 5,61 Mb.
Pdf görüntüsü
səhifə12/213
tarix23.01.2018
ölçüsü5,61 Mb.
#22207
1   ...   8   9   10   11   12   13   14   15   ...   213

 

29

 



dinamikasına  və  coğrafi  istiqamətlərinə,  onun  transmilliləşməsinə,  istehsalın  beynəlxalq 

ixtisaslaşmasına  və  kooperasiyalaşmasına  təsir  göstərir  ki,  bunlar  da  öz  növbəsində  işçi 

qüvvəsinin beynəlxalq hərəkətinin intensivləşməsinə gətirib çıxarır. 

Beynəlxalq  ticarətin,  istehsal  və  elmi-texniki  əməkdaşlığın  bütün  formaları 

beynəlxalq  hesablaşmaların  həyata  keçirilməsi  və  beynəlxalq  kreditlərin  alınması  və  ya 

verilməsi imkanlarının mövcudluğunun zəruriliyi ilə əlaqədardır. Bu isə beynəlxalq valyuta-

kredit  münasibətlərinin  inkişafına  təkan  verir.  İnvestisiya  və  borc  kapitalı  üzrə  dünya 

bazarlarında  mövcud  olan  vəziyyət  isə  öz  növbəsində  əmtəələrlə  və  xidmətlərlə, 

texnologiyalarla beynəlxalq ticarətə, dünya təsərrüfatında işçi qüvvəsinin əmək miqrasiyası 

prosesinə təsir göstərir. 

BİM-in praktiki reallaşdırılması onun həyata keçirilmə mexanizminin olmasını tələb 

edir. BİM-in mexanizmi dedikdə milli və dövlətlərarası səviyyədə qəbul olunmuş (regional 

və  qlobal  beynəlxalq  iqtisadi  təşkilatlar  da  daxil  olmaqla)  hüquqi  normaların  və  onların 

reallaşdırılması  alətlərinin  (beynəlxalq  sazişlər,  müqavilələr,  konvensiyalar,  xartiyalar, 

kodekslər və s.) məcmusu başa düşülür. 

BİM  iştirakçılarının  fəaliyyətinin  əsasını  marketinq  yanaşması  təşkil  edir.  Potensial 

ixracatçı  məhsulunu  ixrac  etmək  istədiyi  ölkənin  istehlakçılarının  xüsusiyyətləri  barədə 

lazımi  və  zəruri  informasiyaya  malik  olmasa  son  nəticədə  müvəffəqiyyətsizliyə  uğraya 

bilər. Bunun üçün həmin bazarın detallarına qədər öyrənilməsi, iqtisadi, təbii-iqlim, ekoloji, 

sosial-mədəni, dini-etnik, psixoloji və siyasi şərtlərin müəyyən edilməsi vacibdir.  

BİM sferasında vacib olan yanaşmalardan biri də rəqabətin təhlilidir. Xüsusilə qeyd 

etmək  lazımdır  ki,  BİM-də  haqsız  rəqabətə  qarşı  barışılmaz  mövqe  tutulur  və  bazarda 

hökmran  mövqedən  sui-istifadə  hallarının  qarşısının  qətiyyətlə  alınmasına  çalışılır.  Bu, 

rəqabətin beynəlxalq bazarda daxili bazara nisbətən daha kəskin olması səbəbindən mühüm 

əhəmiyyət  kəsb  edir.  Rəqiblərin  rəqabət  qabiliyyətliliyinin  dərəcəsinin  etibarlı  surətdə 

müəyyən  edilməsi  və  qiymətləndirilməsi  xarici  bazara  çıxış  zamanı  müvəffəqiyyət 

qazanmağın əsas amillərindən biridir. Bu zaman həmçinin BİM subyektinin özünün malik 

olduğu rəqabət üstünlüklərinin müəyyən edilməsi də mühüm əhəmiyyət kəsb edir. 

BİM  mexanizminin  digər  bir  əhəmiyyətli  aspekti  informasiya  mühitidir.  Hətta 

ticarət-iqtisadi  əməliyyatların  həyata  keçirilməsi  zamanı  onun  iştirakçıları  üçün  etibarlı  və 

tam  informasiyaya  malik  olmaq  mühüm  əhəmiyyət  kəsb  edir.  Bu,  qərarların  qəbul 



 

30

 



edilməsinə və əsaslandırılmasına, onların yerinə yetirilməsinə nəzarəti təmin etməyə imkan 

verir.  


 

2.2. BİM-in milli iqtisadiyyatlar üçün əhəmiyyəti,  

onun göstəricilər sistemi və qarşılıqlı iqtisadi asılılıq 

 

 

Məlumdur  ki,  bəşəriyyətin  əsas  problemi  məhdud  resurslar  şəraitində  insanların 



fasiləsiz olaraq artan tələbatını maksimum dərəcədə tam ödəməyi təmin etməkdən ibarətdir. 

Ölkələrin əksəriyyətinin malik olduqları resursların məhdudluğu səbəbindən öz gücünə hər 

şeyi  istehsal  etmək  iqtisadi  cəhətdən  məqsədəuyğun  deyildir.  Məhdud  təbii,  insan  və 

maliyyə  resurslaına  malik  ölkələrdə  əhalinin  zəruri  tələbatını  ancaq  bu  resurslara 

arxalanaraq  təmin  etmək  çox  çətin  məsələdir.  Belə  bir  şəraitdə  BİM,  regionlar,  ölkələr 

arasında daimi və fasiləsiz xarakter kəsb edən mübadilə olmadan əhalinin artan ehtiyaclarını 

ödəmək  praktiki  olaraq  mümkün  deyildir.  Bütün  bunlar  ölkələr  arasında  BİM-in 

mövcudluğunu zəruri edir, onun mili iqtisadiyyatlar üçün əhəmiyyətini şərtləndirir. 

 

Hazırkı  dövrdə  hətta  ən  böyük  və  varlı  ölkə  üçün  də  bəşəri  həyatın  təmin  edilməsi 



üçün  BİM,  ən  müxtəlif  əmtəə  və  xidmətlərlə  beynəlxalq  mübadilə,  xarici  ticarət  mühüm 

əhəmiyyət  kəsb  edir.  İstənilən  ölkə  mövcud  şəraiti,  malik  olduğu  amil  və  resursları 

cəmiyyətin  yüksələn  xətlə  artan  tələbatını  ödəmək  üçün  istifadə  etməlidir.  Beləliklə  BİM, 

onun formaları istənilən ölkə üçün zəruridir.  

BİM-in  milli  iqtisadiyyat  üçün  əhəmiyyətini  qiymətləndirmək,  milli  təsərrüfatlar 

üçün xarici amilin rolunu müəyyən etmək məqsədilə beynəlxalq statistikada ölkənin xarici 

ticarətinin  onun  daxili  istehsalına  nisbəti  göstəricisindən  istifadə  edilir  ki,  buna  da  xarici 

ticarət kvotası (XT

k

) deyilir: 



 

XT



= XT/ÜDM x 100% 

 

 



Burada  XT  –  xarici  ticarət  dövriyyəsinin  həcmi,  ÜDM  isə  ümumi  daxili  məhsulun 

həcmidir.  

 

Kəmiyyət göstəricisi kimi həmçinin ixrac kvotasından (İx



k

) da istifadə edilir: 

 

İx

k



 = İx/ÜDM x 100% 


 

31

 



 

 

Burada  İx  –  ixracın  həcmidir.  Kifayət  qədər  yüksək  ixrac  kvotası  bir  qayda  olaraq 



milli əmtəənin beynəlxalq bazarda rəqabət qabiliyyətliliyini əks etdirən göstəricidir. 

 

Digər bir göstərici kimi isə idxal kvotasını (İd



k

) göstərmək olar: 

 

İd

k



 = İd/ÜDM x 100% 

 

 



Burada  İd  –  idxalın  həcmidir.  İdxal  kvotasının  yüksək  olması  ölkə  iqtisadiyyatının 

həmin əmtəə üzrə bir o qədər xaici amillərdən asılı olduğunu xarakterizə edir. 

Qeyd  olunan  göstəricilərin  müqayisəsi  milli  təsərrüfat  üçün  xarici  iqtisadi  amilin 

rolunu, müəyyən dövr üçün onun dinamikasını müəyyən etməyə imkan verir. 

Xarici  ticarətin  inkişaf  göstəricisi  kimi  beynəlxalq  tədqiqatlarda  həmçinin 

adambaşına  düşən  xarici  ticarət  dövriyyəsi,  həmçinin  ixrac  və  idxal  göstəricilərindən  də 

istifadə  edilir.  Bu  göstəricinin  üstünlüyü  ondadır  ki,  o,  iqtisadiyyatın  ayrı-ayrı  sahələri, 

ölkənin müxtəlif regionları, konkret müəssisə və məhsul növləri üzrə hesablana bilər ki, bu 

da rayonların, müəssisələrin, sahələrin xarici iqtisadi əlaqələrdə iştirak payını, ehtiyatları və 

perspektivləri müəyyən etməyə imkan verir.   

Bununla  yanaşı,  vurğulamaq  lazımdır  ki,  yuxarıda  göstərilən  indikatorlar  BİM-in 

bütün  formalarının  milli  təsərrüfata  təsirini  xarakterizə  etməyə  imkan  vermir,  çünki  bu 

göstəricilər yalnız xarici ticarəti nəzərə alır. Təsadüfi deyildir ki, hazırda beynəlxalq iqtisadi 

təşkilatların mütəxəssisləri tərəfindən bu göstəricilərin təkmilləşdirilməsi istiqamətində işlər 

aparılır,  onların  xarici  investisiyalar  və  milli  istehsalın  həcmi  ilə  əlaqələndiriliməsinə 

çalışılır. 

Ölkə  iqtisadiyyatının  BİM-lə  qarşılıqlı  əlaqəsini  müəyyən  etmək  üçün  birbaşa 

investisiyaların  əhalinin  bir  nəfərinə  düşən  həcmi  göstəricisindən  də  istifadə  edilir.  Eyni 

zamanda,  xarici  ticarət  göstəricilərinə  uyğun  olaraq  xarici  investisiyaların  hər  iki 

istiqamətdə  axını  üzrə  də  kvota  göstəriciləri  hesablanır  və  BİM-im  milli  iqtisadiyyatda 

oynadığı rolu xarakterizə etmək üçün istifadə edilir. 

BİM-in  miqyasının  genişlənməsi  və  rolunun  artması  ölkələrin  qarşılıqlı  asılılıq 

problemini daha da aktuallaşdırır. Ölkələrin qarşılıqlı iqtisadi asılılığı dedikdə BİM və milli 

qitisadiyyatların qarşılıqlı təsiri altında ölkələrin sarsılmaz qarşılıqlı təsərrüfat əlaqələri başa 

düşülür. 



Yüklə 5,61 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə