Beynəlxalq İqtisadi Münasibətlər Kitabın təşkil edilməsində göstərdiyi köməyə görə müəllimim Rəşad Fərhad oğlu



Yüklə 5,61 Mb.
Pdf görüntüsü
səhifə9/213
tarix23.01.2018
ölçüsü5,61 Mb.
#22207
1   ...   5   6   7   8   9   10   11   12   ...   213

 

21

 



illərinə  qədər)  və  müasir  mərhələni  (XX  əsrin  50-ci  illərindən  sonra)  fərqləndirirlər.  İlkin 

mərhələdə inhisar kapitalizmi üçün beş əlamət xarakterikdir: 1) inhisarların hökmranlığı; 2) 

maliyyə kapitalı və maliyyə oliqarxiyası; 3) əmtəə ixracının kapital ixracı ilə əvəzlənməsi; 

4) beynəlxalq inhisarlar arasında dünyanın iqtisadi cəhətdən bölüşdürülməsinə başlanması; 

5) dünyanın ərazi bölgüsünün yükunlaşması. Müasir kapitalizm isə elmi-texniki və texnoloji 

inqilab,  müstəmləkə  sisteminin  süqutu  və  neomüstəmləkə  sisteminin  təşəkkülü,  istehsalın 

beynəlmiləlləşməsi  və  inteqrasiya  proseslərinin  güclənməsi  şəraitində  inkişaf  edən  dövlət-

inhisar kapitalizmidir. 

 

İnhisar  kapitalizmi  kapitalist  istehsal  üsulunun  ən  inkişaf  etmiş  formasıdır.  İnhisar 



kapitalizmi  özünün  müasir  mərhələsində  elmi-texniki  və  texnoloji  inqilabın  nailiyyətlərini 

mənimsəmək  qabiliyyətini  göstərmiş  və  bütün  inkişaf  etmiş  sənaye  ölkələrində  yüksək 

səviyyəli sosial infrastrukturun yaranmasına şərait yaratmışdır.  

 

1.3. Dünya iqtisadiyyatının formalaşması və inkişaf mərhələləri 

 

Müasir  dünya  təsərrüfatının  mahiyyətinin,  əsas  xüsusiyyətlərinin  və  meyllərinin 



dərindən  başa  düşülmsəi  üçün  onun  formalaşması  və  inkişaf  mərhələlərini  fərqləndirmək 

lazımdır.  Milli  iqtisadiyyatın  beynəlmiləlləşməsinin  birinci  tarixi  forması  əmtəələrlə 

beynəlxalq  ticarətdir.  Onun  ilkin  təzahürlərinə  quldarlıq  və  feodalizm  dövrlərində  də  rast 

gəlmək  olar.  Lakin  kapitalizmə  qədər  mövcud  olan  bu  ictimai-iqtisadi  sistemlər  zamanı 

beynəlxalq  mübadiləyə  istehsal  edilən  məhsulların  yalnız  məhdud  bir  qismi,  əsasən  də 

bəzək-zinət  əşyaları  cəlb  olunmuşdu.  Feodalizmin  dağılması,  natural  təsərrüfatdan  əmtəə 

istehsalına keçid əsasında kapitalist münasibətlərinin meydana gəlməsi beynəlxalq ticarətin, 

ümumilikdə isə beynəlxalq iqtisadi münasibətlərin inkişafına güclü təkan verdi. 

Yuxarıda  deyilənləri  nəzərə  alaraq  dünya  iqtisadiyyatının  formalaşması  və  inkişaf 

mərhələləri kimi altı mərhələni göstərmək olar (Sxem 1.5). 

İlk  öncə  qeyd  edək  ki,  dünya  kapitalist  bazarı  kapitalist  istehsal  üsulu  əsasında 

formalaşmış  beynəlxalq  əmtəə-pul,  ticarət-iqtisadi  və  kredit-maliyyə  münasibətləri 

sistemidir. 

Sxemdən də göründüyü kimi, birinci mərhələdə dünya kapitalist bazarının yaranması 

baş vermişdir ki, buna da böyük coğrafi kəşflərin iqtisadi nəticələri səbəb olmuşdur. Qeyd 

edildiyi kimi, bu nəticələr sırasına ilk növbədə Amerika və  




 

22

 



Sxem 1.5 

Dünya iqtisadiyyatının formalaşması və inkişaf mərhələləri 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Hindistanın müstəmləkəçiliyini, qiymət inqilabını, dənizçiliyin inkişafını aid etmək olar.  

Bundan başqa, müstəmləkələrin iri bazarlara malik olması, Avropa bazarının genişlənməsi, 

sexlərdən  daha  kütləvi  bazarlara  istiqamətlənən  manufakturalara  keçid,  iri  ticarət 

şirkətlərinin  (Ost-Hind  və  s.)  yaranması  və  ən  nəhayət,  kapitalist  quruluşunun  bərqərar 

olması  da  dünya  iqtisadiyyatının  formalaşmasının  ilkin  mərhələsində  mühüm  rol 

oynamışdır. 

 

İkinci mərhələdə dünya kapitalist bazarının formalaşması baş vermişdir. Buna təkan 

verən  səbəblər  kimi  sənaye  çevrilişinin  nəticələrini,  manufaktura  kapitalizmindən  fabrik 

(sənaye)  kapitalizminə  keçidi,  kapitalist  formasiyasının  tam  surətdə  bərqərar  olmasını 

göstərmək olar. Digər tərəfdən, HindoÇinin, Afrikanın, Avstraliyanın kolonizasiyası, bazar 

və  bazar  infrastrukturu  sisteminin  inkişafı,  kapitalın  milli  sərhədlərdən  kənara  çıxması  da 



Birinci mərhələ  

XV-XVII əsrlər 

Dünya  kapitalist  bazarının  yaranması  (böyük  coğrafi  kəşflər, 

müstəmləkələrin  meydana  gəlməsi,  qiymət  inqilabları, 

manufaktura dövrü) 

İkinci mərhələ  

XVIII-XIX əsrlər 

Dünya  kapitalist  bazarının  formalaşması,  ümumdünya  əmək 

bölgüsünün  yaranması  və  inkişafı  (sənaye  çevrilişi,  burjua 

inqilabları, manufakturadan fabrik sisteminə keçid) 

Üçüncü mərhələ  

XIX əsrin sonları –  

1913 

Beşinci mərhələ  

1945 – 1990-cı illərin 

əvvəlləri 

Ümumdünya  əmək  bölgüsü  sisteminin  və  bu  əsasda 

ümumdünya  təsərrüfatının  formalaşması  (elektrotexniki 

inqilab, daxili yanma mühərrikləri, dünyanın iqtisadi cəhətdən 

bölüşdürülməsi, inhisar kapitalizminə keçid) 

Ümumdünya əmək bölgüsü sisteminin mövcud olması, bütün 

ölkələrin 

iqtisadiyyatlarının 

qarşılıqlı 

asılılıqlarının 

güclənməsi  (elmi-texniki  və  texnoloji  inqilab,  beynəlmiləl-

ləşmə və inteqrasiya prosesləri) 

 

Altıncı mərhələ  

1990-cı illərin əvvəlləri 

– indiyə qədər 

Vahid  dam  dünya  təsərrüfatı  sisteminin  yaranması,  infor-

masiya  cəmiyyətinə  keçid,  dünya  təsərrüfat  əlaqələrinin 

qlobal xarakter kəsb etməsi 



Dördüncü mərhələ  

1913 – 1945 

Dünya təsərrüfat əlaqələrinin böyük bir hissəsinin pozulması, 

beynəlxalq maliyyə sistemində qeyri-sabitlik, bununla bərabər 

ümumdünya əmək bölgüsü sisteminin qorunub saxlanması 



Yüklə 5,61 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə