Beynəlxalq İqtisadi Münasibətlər Kitabın təşkil edilməsində göstərdiyi köməyə görə müəllimim Rəşad Fərhad oğlu



Yüklə 5,61 Mb.
Pdf görüntüsü
səhifə6/213
tarix23.01.2018
ölçüsü5,61 Mb.
#22207
1   2   3   4   5   6   7   8   9   ...   213

 

14

 



ehtiyaclarının  ödənilməsində  maliyyənin  rolu  kəskin  surətdə  artır,  dövlət  xəzinəsinin 

monarx  xəzinəsindən  ayrılması  baş  verir,  dövlət  büdcəsi  meydana  gəlir.  Bu  zaman  xaç 

yürüşləri və böyük coğrafi kəşflər mühüm rol oynayır. 

 

1096-1270-ci  illər  arasında  baş  vermiş  xaç  yürüşləri  Avropada  bazar 



münasibətlərinin  inkişafına  əhəmiyyətli  təsir  göstərmişdir.  Belə  ki,  Qərbi  Avropa 

ölkələrinin tacirləri Aralıq dənizi boyunca Şərqə yönələn ticarət yollarını ələ keçirdilər, yeni 

mədəni  bitki  növləri  (düyü,  qarpız,  limon,  ipək)  ilə  tanışlıq  baş  verdi,  Suriyadan  iqtibas 

edilmiş  külək  dəyirmanlarından  istifadə  edilməyə  başlandı,  parça  istehsalında,  metalların 

emal  edilməsində  daha  yüksək  texnologiyalar  mənimsənildi.  Şərqdə  daha  yüksək 

mədəniyyətlə qarşılaşmış feodalların ehtiyacları yüksəlməyə və genişlənməyə başladı ki, bu 

da son nəticədə bazar münasibətlərinin inkişafına ciddi təkan verdi. 

 

Böyük  coğrafi  kəşflərə  təkan  verən  amil  kimi  ilk  növbədə  türklər  tərəfindən 



Konstantinopolun  (indiki  İstanbulun),  Kiçik  və  Ön  Asiyanın,  həmçinin  Avropanın  bir 

hissəsinin ələ keçirilməsi nəticəsində Avropa – Şərq (İran, Hindistan, Çin) ticarət yollarının 

qırılmasını göstərmək  olar.  Digər  tərəfdən,  mübadilə vasitəsi kimi qiymətli  metallara  olan 

kəskin  ehtiyac  da  (bu  ehtiyacı  sənaye  və  ticarətin  inkişaf  etməsi,  sarayın,  ordunun  və 

məmurların  saxlanması  üçün  xərclərin  artması,  feodalların  varlanmağa  səy  göstərməsi 

şərtləndirirdi) öz rolunu oynamışdı. 

 

Böyük coğrafi kəşflərə şərait yaradan amillər kimi elm və texnikanın inkişafında olan 



müvəffəqiyyətləri  (Yerin  dairəvi  olması  barədə  fikirlərin  təsdiqi,  kartoqrafiyanın  inkişafı, 

dənizçilik  alətlərinin  təkmilləşdirilməsi,  okean  səfərləri  üçün  gəmilərin  tikintisi)  və  feodal 

iqtisadiyyatında kapitalist quruluşunun ilkin elementlərinin formalaşmasını göstərmək olar. 

 

Kəşflərin özünə gəldikdə isə, Amerikanın kəşfi, Hindistana dəniz  yolunun açılması, 



Şimali  Amerikanın  kəşfi,  ilk  dünya  dəniz  səyahəti  bütövlükdə  iqtisadi  münasibətlərin 

inkişafında keyfiyyətcə yeni mərhələnin başlanğıcını qoymuşdur. 

Əksər  müəlliflərin  fikrincə,  kapitalizmin  meydana  gəlməsində  əsas  rolu  feodalizm 

dövründə  şəhər  həyatının  inkişafı  oynamışdır.  V-X  əsrlərdə  bütün  iqtisadi  həyatın  feodal 

kəndlərdə cəmləşməsinə (sənətkarlıq kənd təsərrüfatı əməyi ilə uzlaşdırılırdı) və şəhərlərin 

inzibati və dini mərkəz rolunu oynamaqlarına baxmayaraq, XI-XV əsrlərdə köhnə şəhərlər 

(Roma  imperiyası  dövründə  mövcud  olmuş)  canlanmağa  başlayır,  sürətlə  yeni  şəhərlər 

əmələ gəlirdi. Xaç yürüşləri şəhərlərin inkişafına əhəmiyyətli təsir göstərir və şəhərlər artıq 

siyasi və dini mərkəz funksiyası ilə yanaşı, iqtisadi və mədəni mərkəz rolunu da oynayırlar. 



 

15

 



Şəhər  ictimaiyyətinin  feodallardan  azad  və  müstəqil  olmaq  üçün  apardıqları  mübarizə 

şəhərlərin  inkişafında  yeni  mərhələnin  başlanğıcını  qoyur,  şəhər-respublikalar  (Şimali 

İtaliyada  –  Milan,  Genuya,  Venesiya,  Florensiya;  Almaniyada  –  Hamburq,  Nürnberq, 

Auqsburq,  Strasburq;  Fransada  –  Paris,  Orlean,  bir  sıra  müstəqil  və  ya  burjua  şəhərləri; 

İngiltərədə - London) meydana gəlir. 

Orta  əsr  şəhərlərinin  iqitsadi  həyatının  tərkibinə  və  strukturuna  gəldikdə  isə,  bu 

şəhərlərin  əsas  təbəqələri  kimi  1)  burjualar  və  ya  bürgerlər  (tacirlər,  sələmçilər)  və  2) 

sənətkarlar çıxış edirdilər. Şəhərin idarə edilməsi ilə burjualar məşğul olurdular. 

Sənətkarlıq  sənətkarların  peşəsinə  və  ixtisaslarına  görə  birləşdikləri  sexlər  əsasında 

təşkil  olunurdu.  Sənətkarlar  üç  təbəqəyə  bölünürdülər:  ustalar  (tam  hüquqlu  üzvlər),  usta 

köməkçiləri, şagirdlər. Sex idarəetməsi starşina və ya şura tərəfindən həyata keçirilirdi. Sex 

daxilində əmək bölgüsü olmasa da, istehsalın həcmi, əmtəələrin keyfiyyəti, işçilərin sayı və 

iş  müddətinin  uzunluğu  ciddi  surətdə  reqlamentləşdirilmişdi.  Sənətkarlar  əsasən  aşağıdakı 

sahələrlə məşğul olurdular: toxuculuq və metal emalı. 

Ticarətin  təşkili  əmtəələrin  satış  qaydalarının  müəyyən  edildiyi  şəhər  bazarları 

əsasında reallaşdırılırdı. Bu qaydalara əməl edilməsi üçün xüsusi nəzarət həyata keçirilirdi. 

Ticarətin təşkilinin digər bir forması isə yarmarkalar idi. Onların sırasında xüsusilə Şimali 

Fransada – Şampan və Bryuqqsda təşkil edilənlər məşhur idilər. Tacirlər ticarətin inkişafı və 

müdafiə edilməsi üçün gildiyalar və şəhər ittifaqları yaradırdılar. 

Kreditin  verilməsi  ilkin  növbədə  sələmçilik  əsasında  təşkil  edilirdi.  Daha  sonra 

bankların  və  kommersiya  kreditinin  (veksel  dövriyyəsi)  yaranması  ilə  kredit 

münasibətlərinin  inkişafı  geniş  vüsət  aldı.  Bu  özünü  xüsusilə  Şimali  İtaliya  şəhərlərində  - 

Genuyada, Venesiyada, Florensiyada göstərirdi. 

Beləliklə,  kapitalist  istehsalının  ilkin  işartılarına  artıq  XIV-XV  yüzilliklərdə  Aralıq 

dənizi boyunca yerləşən ayrı-ayrı şəhərlərdə rast gəlmək olar. 

 

1.2.4. Kapitalizm dövrünün iqtisadi münasibətləri 



 

 

Kapitalist  ictimai-iqtisadi  formasiyası  kapitalist  istehsal  üsuluna  əsaslanan 



təbəqələşmiş  cəmiyyət  tipidir.  Kapitalist  istehsal  üsulunun  xarakterik  xüsusiyyətləri  kimi 

istehsal  vasitələri  üzərində  kapitalist  xüsusi  mülkiyyətini,  əmtəə  istehsalının  və 

mübadiləsinin  yüksək  səviyyəsini, iş qüvvəsinin  əmtəəyə  çevrilməsini, natural təsərrüfatın 



Yüklə 5,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə