Beynəlxalq İqtisadi Münasibətlər Kitabın təşkil edilməsində göstərdiyi köməyə görə müəllimim Rəşad Fərhad oğlu



Yüklə 5,61 Mb.
Pdf görüntüsü
səhifə211/213
tarix23.01.2018
ölçüsü5,61 Mb.
#22207
1   ...   205   206   207   208   209   210   211   212   213

 

498


 

BMT  həmçinin  inkişaf  etməkdə  olan  ölkələr  üçün  qlobal  bazarların  açılması 

məqsədilə  göstərilən  səylərdə  də  aktiv  surətdə  iştirak  edir.  Baş  katib  ticarət  danışıqlarının 

―inkişaf  raundu‖nu  (bu  raundun  məqsədi  varlı  ölkələrdə  istehsalçılara  verilən  ədalətsiz 

subsidiyaları  aradan  qaldırmaqdan  və  kasıb  ölkələrin  əməktutumlu  ixrac  əmtəələri  üçün 

bazarların tam açılmasını təmin etməkdən ibarətdir) dəstəkləyən bəyanatla çıxış etmişdir. O, 

inkişaf  etməkdə  olan  ölkələrdə  özəl  investisiyaların  mobilizasiyası  üçün  tədbirlər 

görülməsinə çağırmışdır. 2001-2002-ci illərdə bu məsələlər üç ümumdünya konfranslarında 

–  Ümumdünya  Ticarət  Təşkilatının  dördüncü  Nazirlər  Konfransı  (Doha,  Qətər),  İnkişafın 

Maliyyələşdirilməsi  üzrə  Beynəlxalq  Konfrans  (Monterrey,  Meksika),  Dayanıqlı  İnkişaf 

üzrə  Yüksək  Səviyyədə  Ümumdünya  Görüşü  (Yohannesburq,  Cənubi  Afrika)  –  müzakirə 

edilmişdir. 

Baş katib müntəzəm olaraq özəl sektorun nümayəndələri ilə məsləhətləşmələr keçirir, 

aparıcı  sahibkarlar  və  müxtəlif  sahibkar  strukturlarının  rəhbərləri  ilə  görüşür  və  BMT-nin 

qarşısına qoyduğu məqsədlərin əldə edilməsinə yardım üçün onlara müraciət edir. 

BMT-nin  fəaliyyəti  bütün  dünyada  işgüzar  dairələrin  maraqlarına  cavab  verir.  Həm 

işgüzar  dairələr,  həm  də  BMT  iqtisadi  artımın  və  sabitliyin  genişlənməsində,  yeni  iş 

yerlərinin  yaradılmasında  və  investisiya  fəaliyyətinin  stimullaşdırılmasında  maraqlıdırlar. 

BMT-nin  seçkilərin  keçirilməsinə  yardım,  savadlılıq  səviyyəsinin  artırılmasına  dəstək  və 

xəstəliklərlə  mübarizə  kimi  sahələrdə  fəaliyyəti  sabit,  real  funksiya  göstərən  demokratik 

cəmiyyətin qurulmasına  xidmət edir. Bu fəaliyyət əslinə  ―yumşaq  investisiyalar‖dır  ki, bu 

cür sərmayələr olmadan özəl sərmayələr gözlənilən nəticəni verməzdi. 

BMT-nin  ixracın  genişləndirilməsinə  yardım,  ticarət  maneələrinin  aradan 

qaldırılması, vahid ticarət nişanlarının dəstəklənməsi və müəllif hüquqlarının müdafiəsi üzrə 

təşəbbüsləri  bütün  dünya  üzrə  işgüzar  dairələrin  maraqlarına  cavab  verir.  BMT  sistemi 

telekommunikasiya,  aviasiya,  gəmiçilik  və  poçt  xidmətləri  üzrə  yexniki  standartları 

müəyyən edir ki, bu da beynəlxalq əməliyyatların həyata keçirilməsini mümkün edir. 

BMT-nin 


bazar  islahatlarının  həyata  keçirilməsi,  işgüzar  əməliyyatların 

yüngülləşdirilməsi və qanunvericiliyin işlənməsi üzrə səyləri işgüzar dairələrin maraqlarına 

cavab  verir  və  inkişaf  etməkdə  olan  ölkələrə  birbaşa  xarici  investisiyalar  axınını 

stimullaşdırmağa imkan verir. 

İsveçrənin Davos şəhərində hər il keçirilən Dünya İqtisadi Forumu zamanı 1999-cu il 

yanvarın 31-də BMT baş katibi dünya işgüzar dairələrinin liderlərini ―Qlobal müqavilə‖yə 




 

499


 

qoşulmağa  və  həm  özlərinin  korporativ  praktikalarında,  həm  də  müvafiq  dövlət  siyasətini 

dəstəkləmək  yolu  ilə  insan  haqlarının  müdafiə  edilməsinə,  əmək  standartlarına  əməl 

edilməsinə  və  ətraf  mühitin  qorunmasına  çağırmışdır.  Baş  katib  işgüzar  dairələrdən  xahiş 

etmişdir ki: 

 



müəyyən  təsirə  malik  olduqları  sahələrdə  beynəlxalq  insan  haqlarının  müdafiəsini 

dəstkləsinlər və ona hörmət etsinlər

 

korporasiyalarının insan haqlarının pozulmasına aid olmamalarını təmin etsinlər; 



 

assosiasiyaların azadlığını və kollektiv danışıqlar hüququnu dəstəkləsinlər



 

uşaq əməyinin aradan qaldırılması səylərini dəstəkləsinlər; 



 

məşğulluq və peşə məsələlərində ayrı-seçkiliyin aradan qaldırılmasını dəstəkləsinlər; 



 

ekoloji problemlərin həllində ehtiyat prinsipinə əsaslanan yanaşmanı dəstəkləsinlər; 



 

ekoloji məsuliyyət səviyyəsinin artırılmasına səy göstərsinlər



 

ekoloji  cəhətdən  təhlükəsiz  texnologiyaların  işlənməsi  və  yayılmasını 



stimullaşdırsınlar. 

Göründüyü kimi, bu müqaviləyə əsasən dünya iqtisadiyyatının liderləri insan haqları, 

əməyin müdafiəsi və ətraf mühitin qorunması sahələrində müəyyən normalara əməl etmək 

öhdəliyini  üzərlərinə  götürürlər.  ―müqavilə‖ni  Şomal  və  Cənubun  yüzlərlə  iri  və  kiçik 

şirkətləri,  peşəkar  birliklər  və  qeyri-hökumət  təşkilatları  imzalamışlar.  ―Müqavilə‖ 

çərçivəsində  korporativ  maliyyələşdirməyə,  reklama  və  ya  müəyyən  şirkətlərin  hər  hansı 

formada  təbliğinə  icazə  verilmir,  BMT-nin  simvolikasından  istifadəyə  isə  ciddi  surətdə 

nəzarət olunur. 

Bir  sıra  unikal  xüsusiyyətləri  BMT-ni  inkişafa  dəstək  planında  xüsusilə  səmərəli 

fəaliyyət göstərməyə imkan verir: 

 

onun  universallığı:  bütün  ölkələr  siyasət  məsələləri  üzrə  əsas  qərarlara  təsir 



göstərmək imkanına malikdirlər; 

 



onun neytrallığı: BMT hər hansı milli və  ya  kommersiya maraqlarının təmin etmir, 

buna  görə  də  o,  ölkələrlə  və  bu  ölkələrin  xalqları  ilə  etibar  münasibətlərini  inkişaf 

etdirərək onlara hər hansı əlavə şərtlər olmadan yardım göstərir; 

 



onun qlobal iştirakı: inkişaf məqsədilə yardım göstərmək üçün BMT ölkə şöbələrinin 

iri şəbəkəsinə malikdir; 

 

onun hərtərəfli mandatı sosial, iqtisadi və fövqəladə ehtiyacları əhatə edir. 




 

500


 

147 dövlətin rəhbərləri tərəfindən 2000-ci ilin sentyabrında qəbul edilmiş ―Minilliyin 

İnkişaf  Məqsədləri  Bəyannaməsi‖ndə  sonrakı  dövr  üçün  uzunmüddətli  proqram  müəyyən 

edilmişdir. 

―Minillik Bəyannaməsi‖ndə BMT-nin üzv-dövlətləri aşağıdakı sahələrdə məqsədləri 

müəyyən etmişlər: 

1.

 

İfrat yoxsulluğu və aclığı aradan qaldırmaq:  



 

gündəlik gəliri bir dollardan aşağı olan insanların sayını yarıyadək azaltmaq;  



 

aclıqdan əzab çəkən insanların sayını yarıyadək azaltmaq; 



2.

 

Ümümi ibtidai təhsilə nail olmaq:  

 

bütün oğlan və qızların tam ibtidai təhsil almalarını təmin etmək; 



3.

 

Gender bərabərliyini təmin etmək və qadınlara səlahiyyət vermək:  

 

əsasən  2005-ci  ilədək  ibtidai  və  orta  təhsildə  və  2015-ci  ilədək  təhsilin  bütün 



səviyyələrində gender bərabərsizliyini aradan qaldırmaq; 

4.

 



Uşaq ölümü hallarını azaltmaq:  

 



beş  yaşınadək uşaqlar  arasında ölüm hallarının mövcüd dərəcəsini üçdə iki dəfə 

azaltmaq; 

5.

 

Ana sağlamlığını yaxşılaşdırmaq:  



 

ana ölümü hallarının dərəcəsini dörddə üç dəfə azaltmaq; 



6.

 

HİV/AİDS, malyariya və digər xəstəliklərə qarşı mübarizə aparmaq

 

HİV/AİDS-in  yayılmasını  dayandırmaq  və  xəstəliyin  azaldılması  istiqamətində 



işin əsasını qoymaq;  

 



malyariyanın  və  diqər  irimiqyaslı  xəstəliklərin  yayılmasını  dayandırmaq  və  bu 

xəstəliklərin azaldılması istiqamətində işin əsasını qoymaq; 

7.

 

Ətraf mühitin davamlılığını təmin etmək:  



 

davamlı inkişaf prinsiplərini dövlət siyasəti və proqramlarına daxil etmək;  



 

təmiz içməli suyu əldə edə bilməyən insanların sayını yarıyadək azaltmaq;  



 

2020-ci ilədək xarabalıqlarda  yaşayan ən azı 100 milyon əhalinin həyat şəratinin 



yaxşılaşdırılması üçün əhəmiyyatli nailiyyətlər əldə etmək

8.

 



İnkişaf üçün qlobal tərəfdaşlıği inkişaf etdirmək:  

 



qaydalara əsaslanan, nəzarət edilən və ayrıseçkiliyə yol verməyən açıq ticarət və 

maliyyə  sisteminin  yaradılmasını  davam  etmək  (buna  milli  və  beynəlxalq 




Yüklə 5,61 Mb.

Dostları ilə paylaş:
1   ...   205   206   207   208   209   210   211   212   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə