Beynəlxalq İqtisadi Münasibətlər Kitabın təşkil edilməsində göstərdiyi köməyə görə müəllimim Rəşad Fərhad oğlu



Yüklə 5,61 Mb.
Pdf görüntüsü
səhifə210/213
tarix23.01.2018
ölçüsü5,61 Mb.
#22207
1   ...   205   206   207   208   209   210   211   212   213

 

496


 

İqtisadi  və  Sosial  Şura  tərəfindən  koordinasiya  edilən  və  bu  Şuranın  qətnamələrinə 

uyğun  olaraq  yaradılmış  məhəlli  region  iqtisadi  komissiyaları  BMT  çərçivəsində  iqtisadi 

əməkdaşlıq orqanları arasında xüsusi blok təşkil edir. 



Avropa İqtisadi Komissiyası (AİK) 1947-ci ildə BMT-nin müvəqqəti orqanı kimi 5 

il  müddətinə  yaradılmış  və  qarşısına  müharibədən  sonrakı  Avropanın  iqtisadi  inkişafına 

yardım  etmək  məqsədi  qoyulmuşdu.  1951-ci  ildən  AİK  BMT-nin  daimi  orqanı  statusunu 

almışdır.  Hazırda  55  üzvü  var.  AİK-in  rəhbər  orqanı  növbəti  illik  sessiyadır,  katibliyi 

Cenevrədə yerləşir. AİK ticarət inkişafına, elmi-texniki əməkdaşlığa yardım göstərir. AİK-

in  tərkibində  15-ə  yaxən  sahəvi  komitələr  (kənd  təsərrüfatı,  kimya  və  s.  üzrə)  vardır.  Son 

illərdə AİK öz diqqətini əsasən ekologiya problemlərinə, xüsusilə də transsərhəd ekologiya 

problemlərinə,  enerjidən  səmərəli  istifadə  məsələsinə,  ekologiya  nöqteyi-nəzərindən 

nəqliyyat sahəsinə və meşə resursları məsələsinə yönəldib. 

Afrika  İqtisadi  Komissiyası  (AFİK)  1958-ci  ildə  Afrika  qitəsinin  inkişaf 

problemlərinin  öyrənilməsi  və  təhlilində  Afrika  xalqlarına  yardım  məqsədilə  yaradılıb.  53 

ölkə  komissiyanın  üzvüdür.  AFİK  bu  regionun  iqtisadi  inkişafı  üzrə  tədbirlər  işləyir,  üzv-

dövlətlərin  sorğularına  əsasən  məsləhət  xidmətləri  göstərir.  Ali  orqan  AFİK-in  illik 

sessiyalarıdır.  Onlar  arasında  rəhbərlik  isə  İcra  Komitəsi  vasitəsilə  həyata  keçirilir.  AFİK 

dörd subregional bölməyə malikdir: Şimali Afrika üçün Tanjer şəhərində (Mərakeş), Qərbi 

Afrika üçün Nimaye çəhərində (Niger), Şərqi Afrika üçün Lusaka şəhərində (Zambiya) və 

Mərkəzi  Afrika  üçün  Kinşasa  şəhərində  (Zair).  Son  illərdə  AFİK  bölgə  dövlətlərinə 

məsləhət texniki xidmətləri çərçivəsində quraqlıqla mübarizə sahəsində, irriqasiya sahəsində 

layihələrin yaradılmasında, kadrların hazırlanmasında yardımlar göstərmişdir. 



Latın  Amerikası  və  Karib  hövzəsi  İqtisadi  Komissiyası  (LAKİK)  1948-ci  ildə 

yaradılmışdır.  Ali  orqanı  iki  ildə  bir  dəfə  çağrılan  sessiyadır.  Sessiyalar  arasında 

komissiyanın işini bütün 55 üzv ölkənin nümayəndələrinin daxil olduğu Komitə aparır. Yeri 

gəlmişkən, LAKİK-ə təkcə Latın Amerikası və Karib hövzəsi ölkələri deyil, həm də ABŞ, 

Kanada, Böyük Britaniya, Fransa, Hollandiya, ispaniya da üzvdürlər. LAKİK-in tərkibində 

daimi orqanlar – Mərkəzi Amerika ölkələrinin İqtisadi Əməkdaşlıq Komitəsi, Karib hövzəsi 

ölkələrinin  İnkişaf  və  Əməkdaşlıq  Komitəsi,  Ticarət  Komitəsi,  Hökumət  ekspertləri 

Komitəsi  fəaliyyət  göstərir.  LAKİK-in  əsas  iş  istiqamətləri  yuxarıda  qeyd  olunan 

komissiyaların iş istiqamətləri ilə demək olar ki, eynidir. 



 

497


 

Asiya və Sakit Okean İqtisadi və Sosial Komissiyası (ASOİSK) 1947-ci ildə təsis 

edilmiş  regional  orqandır.  Ali  orqan  illik  sessiyadır.  ASOİSK-in  katibliyi  Banqkokda 

yerləşir.  Regionun  əksər  ölkələri,  həmçinin  ABŞ,  Niderland,  Böyük  Britaniya,  Fransa 

ASOİSK-in üzvüdürlər. 51 ölkə bu komissiyanın üzvüdür. Komissiyanın Dehlidə 1994-cü 

ildə  keçirilən  50-ci  sessiyasında  Asiya-Sakiot  Okean  regionunda  regional  iqtisadi 

əməkdaşlığın gücləndirilməsi haqqında Bəyannamə qəbul edilmişdi ki, burada da regionun 

spesifikası  nəzərə  alınmaqla  onun  inkişaf  yolları  göstərilmişdi.  Investisiya  layihələri  üzrə 

texnologiyaların  ötürülməsi  sahəsində  regonal  iqtisadi  əməkdaşlıq  üzrə  tədbirlər  proqramı 

çərçivəsində işlər aparılır. Region üçün mühüm əhəmiyyət kəsb edən ―Nəqliyyat və rabitə‖ 

proqramının  və  infrastrukturun  inkişafı  proqramının  reallaşdırılmasında  müəyyən 

nailiyyətlər vardır. 

Qərbi Asiya İqtisadi və Sosial Komissiyası (QAİSK) 1974-cü ildə yaradılıb. Onun 

tərkibinə regionun 13 ölkəsi daxildir. Ali orqan iki ildə bir dəfə çağrılan plenar sessiyadır. 

QAİSK-in  katibliyi  bir  sıra  şöbələrdən  –  planlaşdırma,  sənaye,  kənd  təsərrüfatı  və  digər 

şöbələrdən  ibarətdir.  Bu  regionun  ölkələrinin  iqtisadi  əməkdaşlığı  bir  çox  ollarda  mövcud 

siyasi  vəziyyətlə  müəyyən  edilir.  QAİSK-in  qarşısında  qoyduğu  vəzifələr  yuxarıda 

baxılanlarla demək olar ki, analogiya təşkil edir – regionda iqtisadi əməkdaşlıq üçün münbit 

şəraitin yaradılması, iqtisadi münasibətlərin gücləndirilməsi, texniki xarakterli tədqiqatların 

həyata keçirilməsi və s. 1994-cü ildə Əmmanda Komissiya yerinə yetirilmək üçün 5 tematik 

proqram qəbul edib: 

 



təbii resurslardan rasional istifadə və təbiətdən istifadənin idarə edilməsi

 



həyat səviyyəsinin yüksəldilməsi

 



iqtisadi inkişaf və əməkdaşlıq; 

 



regional əhəmiyyətli hadisələr və qlobal dəyişikliklər

 



xüsusi problemlər. 

BMT dövlətlərin ümumdünya təşkilatı olsa da, onun mexanizmləri vacib əhəmiyyət 

kəsb edən qlobal problemlərin həlli üçün digər iştirakçıları da öz fəaliyyətinə cəlb etməyə 

imkan  verir.  BMT-nin  fəaliyyətinə  vətəndaş  cəmiyyətinin  müxtəlif  elementləri  –  qeyri-

hökumət  təşkilatları,  işgüzar  sektor,  peşəkar  birliklər  və  assosiasiyalar  cəlb  edilirlər  və 

onların BMT-nin işində iştirak masştabları getdikcə genişlənir. BMT həmçinin tədqiqat və 

akademik  təşkilatlarla,  gənclər  qrupları  və  digər  assosiasiyalarla  da  əməkdaşlığını 

aktivləşdirir. 




Yüklə 5,61 Mb.

Dostları ilə paylaş:
1   ...   205   206   207   208   209   210   211   212   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə