Beynəlxalq İqtisadi Münasibətlər Kitabın təşkil edilməsində göstərdiyi köməyə görə müəllimim Rəşad Fərhad oğlu



Yüklə 5,61 Mb.
Pdf görüntüsü
səhifə207/213
tarix23.01.2018
ölçüsü5,61 Mb.
#22207
1   ...   203   204   205   206   207   208   209   210   ...   213

 

488


 

ki,  maddə  55-də  qeyd  olunur  ki,  millətlər  arasında,  xalqların  hüquq  bərabərliyi  və 

özünümüəyyənetmə  prinsipinə  hörmət  əsasında  sülh  və  dostluq  münasibətləri  üçün  zəruri 

olan sabitlik və əmin-amanlıq şəraitini yaratmaq məqsədilə, Birləşmiş Millətlər: 

 

həyat səviyyəsinin artırılmasına, əhalinin tam məşğulluğuna, iqtisadi və sosial tərəqqi 



inkişaf şəraitinə

 



iqtisadi,  sosial,  səhiyyə  və  yanaşı  sahələrdə  beynəlxalq  problemlərin  həllinə; 

mədəniyyət və təhsil sahələrində beynəlxalq əməkdaşlığa və 

 

irqinə,  cinsinə,  dilinə  və  ya  dini  mənsubiyyətinə  fərq  qoyulmadan  bütün  insanların 



əsas hüquq və azadlıqlarına hamılıqla hörmət edilməsinə və riayət edilməsinə dəstək 

verirlər. 

Maddə 56-ya görə, təşkilatın bütün Üzvləri öz üzərlərinə öhdəlik götürürlər ki, 55-ci 

maddədə göstərilmiş məqsədlərə nail olmaq üçün təşkilatla əməkdaşlıqda birgə və müstəqil 

hərəkət etsinlər. 

Maddə  57-də  göstərilir  ki,  dövlətlərarası  sazişlər  əsasında  yaradılmış  və  üzərlərinə, 

onların təsis aktlarında müəyyən olunduğu kimi, iqtisadi, sosial, mədəni, təhsil, səhiyyə və 

yanaşı sahələrdə geniş beynəlxalq məsuliyyət qoyulmuş müxtəlif ixtisaslaşdırılmış təsisatlar 

Birləşmiş Millətlərlə əlaqəyə gətirilir. 

Maddə  58-ə  görə,  təşkilat  ixtisaslaşdırılmış  təsisatların  siyasətini  və  fəaliyyətini 

əlaqələndirmək üçün tövsiyələr edir. 

Maddə  59-da  qeyd  olunur  ki,  təşkilat,  əgər  buna  lüzum  varsa,  55-ci  maddədə 

göstərilmiş  məqsədlərin  həyata  keçirilməsi  üçün  tələb  olunan  hər  hansı  yeni 

ixtisaslaşdırılmış  təsisatların  yaradılması  barədə  maraqlı  dövlətlər  arasında  danışıqların 

başlanmasına təşəbbüs edir. 

Maddə 60-da vurğulanır ki, təşkilatın bu fəsildə göstərilmiş funksiyalarının icrasına 

görə məsuliyyət Baş Məclisin və onun rəhbərliyi altında fəaliyyət göstərən İqtisadi və Sosial 

Şuranın üzərinə qoyulur. 

Nizamnamədə iqtisadi əməkdaşlığın xüsusi prinsipləri müəyyən edilməsə də  maddə 

2-də  müəyyən  edilmiş  beynəlxalq  əməkdaşlığın  ümumi  prinsiplərini  tam  olaraq  iqtisadi 

problemlər üzrə əməkdaşlıq sferasına da aid etmək olar. 

BMT-nin iqtisadi fəaliyyəti özündə dörd əsas istiqaməti əks etdirir: 

 

bütün ölkələr üçün ümumi olan qlobal iqtisadi problemlərin həlli




 

489


 

 



müxtəlif  sosial-iqtisadi  inkişaf  səviyyələrinə  malik  ölkələrin  iqtisadi  əməkdaşlığına 

dəstək; 


 

inkişaf etməkdə olan ölkələrin təsərrüfat artımına dəstək; 



 

regional iqtisadi inkişaf problemlərinin həlli. 



Praktikada bu istiqamətlər üzrə iş aşağıdakı fəaliyyət formalarından istifadə etməklə 

aparılır. 



İnformasiya  fəaliyyəti  BMT-nin  ən  geniş  yayılmış  iş  növüdür.  Maraq  doğuran 

məsələlər  siyasi  müzakirələrin  gündəliyinə  çıxarılır,  yazılı  hesabatlar  hazırlanır  və  s.  bu 

fəaliyyətin  məqsədi  üzv  ölkələrin  iqtisadi  siyasətlərinə  ümumi  təsir  göstərməkdir.  Böyük 

ölçüdə  bu  iş  ―gələcək  üçün‖  aparılan  işdir.  Müxtəlif  tipli  çoxlu  informasiyalar,  statistik 

hesabatlar  dərc  edilir.  Ilkin  statistik  göstəricilərin  unifikasiyası,  yığılması  və  emalı  ilə 

Statistika Komissiyası məşğul olur. Hesabat sistemi və statistika sahələrində fəaliyyət zəif 

inkişaf  etmiş  ölkələr  üçün  kifayət  qədər  faydalı  mənfəətlidir.  Belə  ki,  bu  ölkələrdə  çox 

zaman  iqtisadi  düzgün  statistika  metodları  olmur.  Digər  tərəfdən,  xarici  təsərrüfat 

subyektləri bu ölkələrin bazarlarına girməyə səy göstərərkən onların iqtisadiyyatları barədə 

real informasiyanı bu mənbələrdən alırlar. 

BMT-nin  texniki-məsləhət  fəaliyyəti  ehtiyacı  olan  ölkələrə  texniki  yardım 

göstərilməsi  formasında  həyata  keçirilir.  Bu  cür  yardım  göstərilməsinin  prinsipləri  hələ 

1948-ci ildə müəyyən edilmişdir: 

 



texniki  yardım  daxili  işlərə  xarici  iqtisadi  və  siyasi  müdaxilə  vasitəsi  rolunu 

oynamamalıdır; 

 

texniki yardım ancaq hökumətlər vasitəsilə həyata keçirilməlidir; 



 

texniki yardım ancaq bu ölkəyə təqdim edilməlidir



 

texniki  yardım  mümkün  qədər  ehtiyacı  olan  ölkənin  arzu  etdiyi  formada  təqdim 



edilməlidir; 

 



texniki yardım keyfiyyət və texniki baxımdan yüksək tələblərə cavab verməlidir. 

Büdcə-maliyyə fəaliyyəti adətən BMT sisteminə daxil olan beynəlxalq təşkilatların 

(Dünya Bankı Qrupu, Beynəlxalq Valyuta Fondu) xətti vasitəsilə həyata keçirilir. 

BMT  çərçivəsində  iqtisadi  əməkdaşlıq  orqanları  sisteminin  əsas  struktur  bölmələri 

BMT-nin altı əsas orqanından  üçü  – Baş Məclis, İqtisadi  və Sosial  Şura və Katiblik  hesab 

edilirlər.  Bu  orqanlar  barədə  daha  əvvəl  geniş  şəkildə  məluçat  verildiyi  üçün  burada 

təkrarçılığa yol verməyəcəyik. 




 

490


 

BMT-nin bir sıra digər orqanları da beynəlxalq iqtisadi münasibətlər sistemində aktiv 

fəaliyyət göstərirlər. 

BMT  Baş  Məclisi  1964-cü  ilin  sonunda  Ticarət  və  İnkişaf  üzrə  Konfransı 



(YUNKTAD)  təsis  edən  qətnamə  qəbul  etmişdir.  Bu  qətnaməyə  görə,  YUNKTAD  BMT 

təşkilatıdır, lakin beynəlxalq ticarət təşkilatı deyil. konfransın işində demək olar ki, BMT-

nin bütün üzvləri və bir sıra beynəlxalq təşkilatlar iştirak edirlər. YUNKTAD-ın ali orqanı 

sessiya və Ticarət və İnkişaf üzrə Şuradır. Sessiya dörd ildə bir dəfə keçirilir. Şura iki ildə 

bir dəfə yığışır. Cari fəaliyyət işçi komitə və katiblik tərəfindən həyata keçirilir. Təşkilatın 

mənzil-qərargahı Cenevrədə yerləşir. 

Indiyə  qədər  YUNKTAD-ın  11  sessiyası  keçirilmişdir.  Bunlar  aşağıdakılardır: 

Cenevrə  (1964),  Dehli  (1968),  Santyaqo  (1972),  Nayrobi  (1976),  Manila  (1979),  Belqrad 

(1983),  Cenevrə  (1987),  Kartahen  (1992),  Midrand  (1996),  Banqkok  (2000),  San-Paolo 

(2004). 


YUNKTAD-ın əsas vəzifələri aşağıdakılardır: 

 



beynəlxalq  ticarətin  inkişafına  dəstək,  sabit  sülhün  və  dövlətlər  arasında 

bərabərhüquqlu əməkdaşlığın təmin edilməsi

 

müasir beynəlxalq iqtisadi münasibətlər sahəsində tövsiyələrin, prinsiplərin, təşkilati-



hüquqi şərtlərin və funksiya mexanizmlərinin işlənməsi; 

 



BMT  sisteminin  iqtisadi  inkişaf  sahəsində  digər  təşkilatlarının  fəaliyyətinin 

koordinasiyasında  iştirak,  təsərrüfat  əlaqələrinin  qurulması  və  beynəlxalq  ticarətin 

stimullaşdırılması. 

YUNKTAD  xammal,  hazır  məhsul  və  yarımfabrikatlarla  beynəlxalq  ticarət, 

nəqliyyat,  xarici  ticarətin  sığortalanması  və  kreditləşdirilməsi,  texnologiyaların  ötürülməsi 

və  s.  sahələrdə  məsələ  və  problemlərin  geniş  dairəsini  nəzərdən  keçirir.  YUNKTAD  və 

onun orqanlarının qərarları qətnamə, bəyanat formasında olur və hüquqi cəhətdən məcburi 

olmur. 


YUNKTAD-ın işi əsasən üç istiqamətdə qurulur: 

1.

 



Dörd ildə bir dəfə keçirilən YUNKTAD konfranslarında, həmçinin Ticarət və İnkişaf 

üzrə  Şuranın  illik  iclaslarında  üzv-ölkələrin  nümayəndələri  tərəfindən  gündəlikdə 

duran  aktual  məsələlərin  müzakirəsi  və  danışıqların  aparılması.  Bu  cür  danışıqların 

nəticəsi olaraq, müxtəlif qətnamələr, bəyannamələr və digər rəsmi sənədlər işlənir və 




Yüklə 5,61 Mb.

Dostları ilə paylaş:
1   ...   203   204   205   206   207   208   209   210   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə