Beynəlxalq İqtisadi Münasibətlər Kitabın təşkil edilməsində göstərdiyi köməyə görə müəllimim Rəşad Fərhad oğlu



Yüklə 5,61 Mb.
Pdf görüntüsü
səhifə205/213
tarix23.01.2018
ölçüsü5,61 Mb.
#22207
1   ...   201   202   203   204   205   206   207   208   ...   213

 

483


 

Ümumi  Milli  Məhsulun  həcmi  və  bir  sıra  korrektələr  (xarici  borcun  həcmi,  adambaşına 

düşən gəlirin aşağı səviyyəsi və s.) əsasında müəyyən edilir. Bu metodologiya əsasında Baş 

Məclis hər bir üzv-dövlətin üzərinə düşən büdcə xərclərinin faiz payını müəyyən edir ki, bu 

da minimal rəqəm olan 0,001%-dən maksimal rəqəm olan 22%-ə qədər tərəddüd edir. Daha 

az  inkişaf  etmiş  ölkələr  üçün  maksimal  rəqəm  0,01%  təşkil  edir.  2002-ci  ildə  BMT-nin 

müntəzəm büdcəsinə daha çox üzvlük haqqı köçürmüş 10 ölkənin siyahısı Cədvəl 12.1.-də 

göstərilmişdir. 

 

Cədvəl 12.1. 

BMT büdcəsinə daha çox üzvlük haqqı köçürmüş 10 ölkə, 2002 

 

Üzv-dövlətlər 



%-lə 

milyon dollarla 

ABŞ 


22,0 

283,1 


Yaponiya 

19,7 


218,4 

Almaniya 

9,9 

109,3 


Fransa 

6,5 


72,4 

Birləşmiş Krallıq 

5,6 

62,0 


İtaliya 

5,1 


56,7 

Kanada 


2,6 

28,6 


İspaniya 

2,5 


28,2 

Braziliya 

2,1 

23,2 


Cənubi Koreya 

1,9 


20,7 

 

Mənbə: BMT-nin rəsmi internet saytı – www.un.org 

 

 



Üzvlük haqlarının həcmi Ümumi Milli Məhsul əsasında hesablandığından daha varlı 

ölkələr adətən daha çox, kasıblar isə daha az ödəyirlər. 

 

1974-cü  ildə  Baş  Məclis  bir  ölkə  tərəfindən  ödənilə  biləcək  üzvlük  haqqının  yuxarı 



səviyyəsini 25% həcmində müəyyən etmişdi. Daha sonra 2001-ci ildə bu hədd 22%-ə qədər 

aşağı salınıb. Hələ ki bu yuxarı hədd yalnız ABŞ-a münasibətdə tətbiq edilir.Əgər bu hədd 

olmasaydı  ABŞ-ın  payı  daha  çox  olardı,  belə  ki,  üzv-dövlətlərin  məcmu  Ümumi  Milli 

Məhsulunun  təxminən  27%-i  ABŞ-ın  payına  düşür.  Üzvlük  haqqının  həcminə  görə  ikinci 




 

484


 

yerdə  Yaponiya  durur.  Avropa  Birliyinin  üzvləri  isə  bir  yerdə  büdcənin  təxminən  35%-ni 

ödəyirlər. üzvlük haqqı şkalası hər 3 ildə bir dəfə tam olaraq yenidən nəzərdən keçirilir və 

bu  zaman  milli  gəlir  haqqında  sonuncu  statistik  göstəricilər  nəzərə  alınır  ki,  bununla  da 

üzvlük haqqının daha ədalətli və dəqiq hesablanması təmin edilir. 

 

Üzv-dövlətləri BMT-nin müntəzəm büdcəsinə köçürülən üzvlük haqlarının həcminə 



görə qruplaşdırsaq, görünər ki, ölkələrin kiçik bir qrupu xərclərin böyük bir hissəsini təmin 

edir.  Bu  onların  dünya  gəlirində  daha  böyük  paya  malik  olmaları  ilə  əlaqədardır.  Lakin 

digər  meyarların  tətbiqi  başqa  bir  mənzərə  yaradır.  Məsələn,  üzvlük  haqları  adambaşına 

düşən hissəyə görə müəəyn edildiyi halda BMT-nin ən iri donorları sırasında üç kiçik ölkə 

və Şimali Avropanın dörd dövləti olacaqdır (Cədvəl 12.2.). 

 

Cədvəl 12.2. 



BMT büdcəsinə adambaşına düşən paya görə  

daha çox üzvlük haqqı köçürmüş 10 ölkə, 2002 

 

Üzv-dövlətlər 



Adambaşına dollarla 

Lüksemburq 

2,15 

Lixtenşteyn 



2,13 

Yaponiya 

1,74 

Norveç 


1,65 

Danimarka 

1,60 

Monako 


1,38 

İslandiya 

1,35 

Almaniya 



1,34 

Avstriya 

1,31 

Isveç  


1,30 

 

 



Mənbə: BMT-nin rəsmi internet saytı – www.un.org 

 

 



Sənayecə  inkişaf  etmiş  bir  sıra  iri  ölkələr  tərəfindən  BMT-nin  sisteminə  ayrılan 

vəsaitlərin əhəmiyyətli hissəsi sonradan onların özünə geri qayıdır. Bu, BMT tətərfindən bu 

ölkələrdən materiallar əldə edilməsi, bu ölkələrin vətəndaşlarına əmək haqları ödənilməsi və 



 

485


 

əməliyyat  xərcləri  hesabına  baş  verir.  2000-ci  ildə  BMT  sistemində  əmtəə  və  xidmətlərin 

alınmasına  çəkilən  xərclər  3,7  milyard  dollar  təşkil  edib  ki,  bunu  da  64%-i,  yəni 

təxminən2,4  milyard  dolları  sənayecə  inkişaf  etmiş  ölkələrdə  xərclənib.  ABŞ  şirkətlərinin 

payına bu məbləğin 527 milyon dolları düşüb. 

 

BMT-nin xərcləri bütün üzv-dövlətlərin iştirakını nəzərdə tutan sərt prosedura uyğun 



olaraq  təsdiq edilir. Ilk olaraq BMT-nin  müvafiq departamentləri  baş katibə  büdcə  barədə 

təkliflərini  təqdim  edirlər.  Baş  katib  bu  təklifləri  diqqətlə  öyrəndikdən  sonra  büdcə  tərtib 

edilir və baxılmaq üçün Baş Məclisə təqdim edilir. 16 üzvdən ibarət olan İnzibati və Büdcə 

məsələləri Komitəsi və 34 üzvdən ibarət olan Proqramlar və Koordinasiya üzrə Komitə daha 

sonra  büdcəni  diqqətlə  nəzərdən  keçirirlər.  komitələrin  tövsiyələri  Baş  Məclisin  İnzibati-

Büdcə Komitəsinə (bu Komitəyə bütün üzv-dövlətlər daxildirlər) göndərilir ki, bu Komitə 

də  büdcəni  bir  daha  diqqətlə  təhlil  edir.  Nəhayət  büdcə  son  təsdiq  üçün  Baş  Məclisin 

müzakirəsinə çıxarılır. 

1988-ci  ildən  büdcənin  təsdiqi  konsensus  yolu  ilə  həyata  keçirilir.  Bu  praktika 

ölkələrə xərclərin sürətlə artmasına yol verməmək imkanı verir. 

Real  qiymətlərlə,  yəni  inflyasiyanın  tempi  və  valyuta  məzənnələrinin  tərəddüdləri 

nəzərə  alınmaqla,  BMT-nin  büdcəsi  son  onilliklərdə  əhəmiyyətli  dərəcədə  azalmışdır. 

Baxmayaraq  ki,  üzv-dövlətlər  daim  yeni  proqramlar  və  fəaliyyət  növlərinin  həyata 

keçirilməsi barədə qərar verirlər. 

1994-cü ildən etibarən Baş Məclis  iki illik  müddət üçün təxminən 2,6  milyard  ABŞ 

dolları həcmində büdcə təsdiq edir. Katibliyə həmin büdcədən çıxış edilərək ayrılan vəsait 

heç vaxt bu rəqəmi örtməmiş, hətta 1998-1999-cu illərdə 2,5 milyard ABŞ dollarına qədər 

azalmışdır.  Hətta  nominal  ifadədə  belə  xərclər  1994-1995-ci  illərin  səviyyəsini  heç  vaxt 

ötməmiş və yalnız 2002-2003-cü illərdə  yenidən 2,6 milyard dollara çatmışdır ki, bu da real 

dəyərinə  görə,  1994-1995-ci  illərin  büdcəsindən  əhəmiyyətli  dərəcədə  azdır.  Belə  ki, 

inflyasiyanın tempi və valyuta məzənnələrinin tərəddüdləri nəzərə alınmaqla 1994-1995-ci 

illərin büdcəsi hazırda cari qiymətlərlə 3,1 milyard dollara bərabər olardı. 

BMT-nin xərclərinə nəzarət etmək üçün daxili nəzarət mexanizmləri mövcuddur. Bu 

mexanizmlərin vəzifəsi vəsaitlərin əvvəlcədən təsdiq edilmiş məqsədlər üçün daha səmərəli 

xərclənməsini təmin etməkdir. 



Yüklə 5,61 Mb.

Dostları ilə paylaş:
1   ...   201   202   203   204   205   206   207   208   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə