Beynəlxalq İqtisadi Münasibətlər Kitabın təşkil edilməsində göstərdiyi köməyə görə müəllimim Rəşad Fərhad oğlu



Yüklə 5,61 Mb.
Pdf görüntüsü
səhifə201/213
tarix23.01.2018
ölçüsü5,61 Mb.
#22207
1   ...   197   198   199   200   201   202   203   204   ...   213

 

472


 

yanaşı sahələrdə beynəlxalq məsələlərə aid tədqiqatlar və məruzələr edə bilər və ya istənilən 

belə  məsələlərə  aid  Baş  Məclisə,  BMT  üzvlərinə  və  maraqlı  ixtisaslaşdırılmış  təsisatlara 

tövsiyələr  edə  bilər.  Şura  hər  bir  kəsin  əsas  hüquq  və  azadlıqlarına  hörmət  edilməsinə  və 

riayət edilməsinə dəstək vermək üçün tövsiyələr edə bilər; Baş Məclisə təqdim etmək üçün, 

öz səlahiyyəti çərçivəsində olan məsələlərə aid konvensiya layihələri hazırlaya bilər;  BMT 

tərəfindən  müəyyən  edilmiş  qaydalara  uyğun  olaraq,  öz  səlahiyyəti  çərçivəsində  olan 

məsələlərə aid beynəlxalq konfranslar çağıra bilər. 

Maddə 63-ə görə, İqtisadi və Sosial Şura ixtisaslaşmış təşkilatların hər hansı biri ilə 

sazişlərə girə bilər. Baş Məclis tərəfindən təsdiq edilməli olan bu sazişlər müvafiq təsisatın 

Birləşmiş  Millətlərlə  əlaqəyə  gətirilməsinin  əsası  olan  şərtləri  müəyyən  edir.  Şura, 

ixtisaslaşdırılmış təsisatlarla məsləhətləşmələr aparmaq və tövsiyələr etmək yolu ilə və Baş 

Məclisə  və  Birləşmiş  Millətlərin  üzvlərinə  tövsiyələr  vasitəsilə  həmin  təsisatların 

fəaliyyətini əlaqələndirə bilər. 

Maddə 64-ə əsasən, İqtisadi və Sosial Şura ixtisaslaşdırılmış təsisatlardan müntəzəm 

məruzələr  almaq  üçün  müvafiq  addımlar  ata  bilər.  O,  öz  tövsiyələrini  və  səlahiyyələri 

çərçivəsində olan məsələlər üzrə Baş Məclis tərəfindən edilmiş tövsiyələri həyata keçirmək 

üçün  atılmış  addımlar  barədə  məruzələr  almaq  məqsədilə  BMT  üzvləri  ilə  və 

ixtisaslaşdırılmış  təsisatlarla  sazişlər  bağlaya  bilər.  Şura,  bu  məruzələrə  aid  öz  qeydləri 

barədə Baş Məclisə məlumat verə bilər. 

Maddə  65-də  bildirilir  ki,  İqtisadi  və  Sosial  Şura  Təhlükəsizlik  Şurasına  məlumat 

təqdim edə bilər və Təhlükəsizlik Şurasının müraciəti ilə, ona gömək edə bilər. 

Maddə 66-ya görə, İqtisadi və Sosial Şura o funksiyaları yerinə yetirir ki, bunlar Baş 

Məclisin  tövsiyələrini  həyata  keçirməklə  əlaqədar  Şuranın  səlahiyyətləri  çərçivəsinə  aid 

edilmiş  olur.  Baş  Məclis  buna  razılıq  verərsə,  Şura,  Təşkilatın  üzvlərinin  xahişi  ilə  və 

ixtisaslaşdırılmış təsisatların xahişi ilə xidmətlər  göstərə  bilər. Şura  habelə  Nizamnamənin 

digər müddəalarında öz əksini tapmış və ya Baş Məclis tərəfindən onun üzərinə qoyulmuş 

funksiyaları yerinə yetirir. 

 

İqtisadi və Sosial Şurada səsvermə 67-ci maddə ilə tənzimlənir. Bu maddəyə əsasən, 



İqtisadi və Sosial Şuranın hər bir üzvü bir səsə malikdir. İqtisadi və sosial Şuranın qərarları 

iştirak edən və səs verən üzvlərin səs çoxluğu ilə qəbul olunur. 

 

Şuranın fəaliyyət proseduru  68-72-ci  maddələrdə  öz  əksini tapmışdır. Maddə  68-də 



qeyd  olunur  ki,  İqtisadi  və  Sosial  Şura  iqtisadi  və  sosial  sahələrdə  və  insan  hüquqlarına 


 

473


 

dəstək vermək üçün komissiyalar və habelə öz funksiyalarının icrası üçün tələb olunan digər 

bu cür komissiyalar təsis edir. 

Maddə 69-a əsasən, İqtisadi və Sosial Şura BMT-nin hər hansı üzvünü, bu üzv-dövlət 

üçün  xüsusi  maraq  kəsb  edən  istənilən  məsələnin  müzakirəsində,  səsvermə  hüququ 

olmadan, iştirak etməyə dəvət edir. 

Maddə  70-ə  görə,  İqtisadi  və  Sosial  Şura  ixtisaslaşdırılmış  təsisatların 

nümayəndələrinin  Şurada  və  onun  təsis  etdiyi  komissiyalarda  keçirilən  müzakirələrdə 

səsvermə  hüququ  olmadan  iştirakı  üçün  və  habelə  öz  nümayəndələrinin  ixtisaslaşdırılmış 

təsisatlardakı müzakirələrdə iştirakı üçün tədbirlər həyata keçirə bilər. 

Maddə  71-də  göstərilir  ki,  İqtisadi  və  Sosial  Şura  onun  səlahiyyətləri  çərçivəsində 

olan məsələlərlə məşğul olan qeyri-hökumət təşkilatları ilə məsləhətləşmə aparılması üçün 

müvafiq  tədbirlər  həyata  keçirə  bilər.  Bu  tədbirlər  beynəlxalq  təşkilatlarla  və  buna  lüzum 

varsa, maraqlı Təşkilat üzvü ilə məsləhətləşmədən sonra milli təşkilatlarla razılaşdırıla bilər. 

Maddə  72-də  qeyd  edilir  ki,  İqtisadi  və  Sosial  Şura  öz  Sədrini  seçmək  qaydası  da 

daxil  olmaqla,  özünün  prosedur  qaydalarını  müəyyən  edir.  İqtisadi  və  Sosial  Şura,  buna 

lüzum olduqda, öz qaydalarına uyğun olaraq çağırılır; bu qaydalar Şuranın üzvlərinin əksər 

hissəsinin tələbi ilə iclasların çağırılması barədə müddəanı özündə əks etdirməlidir. 

Şura  hər  il  özünün  sessiyasını  keçirir.  Bir  ay  davam  edən  bu  sessiyalar  1  il  Nyu-

Yorkda, növbəti il isə Cenevrədə keçirilir. Sessiya zamanı əsas iqtisadi və sosial məsələləri 

müzakirə etmək üçün nazirlər səviyyəsində xüsusi iclas keçirilir. 

Il ərzində isə Şuranın işi onun köməkçi orqanları vasitəsilə həyata keçirilir ki, onlar 

da müntəzəm olaraq öz iclaslarını keçirir və Şuraya hesabat verirlər. 

İqtisadi  və  Sosial  Şura  BMT-nin  14  ixtisaslaşmış  təsisatının,  10  funksional 

komissiyasının  və  regional  komissiyanın  işini  koordinasiya  edir,  BMT-nin  11  fond  və 

proqramlarından  hesabat  alır  və  BMT  sisteminə  daxil  olan  təşkilatlara  və  üzv  dövlətlərə 

tövsiyələr verir. BMT sisteminin insan və maliyyə resurslarının təxminən 70%-i İqtisadi və 

Sosial Şuranın sərəncamındadır. 

İqtisadi və Sosial Şuranın fəaliyyəti iqtisadi və sosial məsələ və problemlərin geniş 

dairəsini əhatə edir. Bu məsələlərə aşağıdakılar aiddir: 

 

dünyada  iqtisadi  və  sosial  vəziyyət,  fundamental  icmallar  və  analitik  materialların 



hazırlanması;  BMT  Universiteti  (BMTU,  1972-ci  il)  və  BMT-nin  təhsil  və  elmi-

tədqiqat institutu (YUNİTAR, 1965-ci il) tərəfindən həyata keçirilir




Yüklə 5,61 Mb.

Dostları ilə paylaş:
1   ...   197   198   199   200   201   202   203   204   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə