Beynəlxalq İqtisadi Münasibətlər Kitabın təşkil edilməsində göstərdiyi köməyə görə müəllimim Rəşad Fərhad oğlu



Yüklə 5,61 Mb.
Pdf görüntüsü
səhifə202/213
tarix23.01.2018
ölçüsü5,61 Mb.
#22207
1   ...   198   199   200   201   202   203   204   205   ...   213

 

474


 

 



beynəlxalq  ticarətin  vəziyyəti  və  inkişafı;  BMT-nin  Ticarət  və  İnkişaf  Konfransı 

(YUNKTAD,  1964-cü  il)  və  BMT-nin  ticarət  hüququ  komissiyası  (YUNSİTRAL, 

1968-ci il) tərəfindən öyrənilir və koordinasiya edilir

 



ətraf  mühitin  müdafiəsinin  aktual  problemləri;  BMT-nin  ətraf  mühit  Proqramı 

(YUNEP,  1972-ci  il)  çərçivəsində  və  fövqəladə  vəziyyət  hallarında  yardımın 

göstərilməsi üzrə  BMT Koordinatorunun Bürosu (YUNDRO,  1972-ci il) tərəfindən 

həll edilir; 

 

iqtisadi və elmi-texniki sahələrdə inkişaf etməkdə olan ölkələrə yardım proqramları; 



BMT-nin  İnkişaf  Proqramı  (BMTİP,  1966-cı  il),  BMT-nin  Sənaye  İnkişafı  üzrə 

Təşkilatı  (YUNİDO,  1967-ci  il),  Beynəlxalq  Kənd  Təsərrüfatı  İnkişafı  Fondu 

(BKTİF, 1976-cı il) çərçivəsində göstərilir

 



ərzaq probleminin müxtəlif aspektləri; Dünya Ərzaq Proqramının (DƏP, 1961-ci il), 

Ümumdünya  Ərzaq  Komitəsinin  (ÜƏK,  1974-cü  il),  Ərzaq  və  Kənd  Təsərrüfatı 

Təşkilatının (FAO, 1945-ci il) səalhiyyətlərinə aiddir; 

 



sosial-iqtisadi statistika və onun harmonlaşdırılması və təkmilləşdirilməsi məsələləri; 

Statistika Komissiyası (1946-cı il) həll edir; 

 

demoqrafik  problemlər  və  əhali  məntəqələrinin  problemləri;  BMT-nin  əhali 



yerləşməsi Fondu (YUNFPA, 1967-ci il), Beynəlxalq Əmək Təşkilatı (BƏT, 1946-cı 

il),  Qaçqınların  işi  üzrə  Ali  Komissarın  İdarəsi  (1949-cu  il),  BMT-nin  Uşaq  Fondu 

(YUNİSEF,  1946-cı  il),  Ümumdünya  Səhiyyə  Təşkilatı  (ÜST,  1946-cı  il) 

çərçivəsində həll edilir; 

 

təbii resurslardan rasional istifadə məsələləri; təbii resurslar üzrə Komitə (1970-ci il), 



yeni  və  bərpa  edilən  enerji  mənbələrinin  mənimsənilməsi  və  istifadə  edilməsi  üzrə 

Komitə (1982-ci il) həll edir; 

 

maliyyə  resurslarının  mobilizasiyası  və  istifadəsi  məsələləri;  beynəlxalq  maliyyə 



təşkilatları  (Beynəlxalq  Valyuta  Fondu  və  Dünya  Bankı  Qrupu)  çərçivəsində  həll 

edilir; 


 

inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatlarında dövlət və kooperativ sektorlarının 



rolu və nisbətinin təhlili

 



regional  əməkdaşlıq  məsələləri  (regional  məhəlli  iqtisadi  komissiyalar  vasitəsilə 

həyata keçirilir) və s. 




 

475


 

Son illərdə  İqtisadi  və Sosial Şuranın işi  xeyli aktivləşmişdir ki, bu da  qloballaşma 

prosesi kontekstində ortaya çıxmış bir sıra iri vəzifələrin həllində onun aparıcı rol oynaması 

ilə əlaqədardır. Dayanıqlı inkişaf, sosial inkişaf və s. mövzularla məşğul olan komissiyaların 

işini  koordinasiya  etməklə  yanaşı,  Şura  inkişaf  etmiş  və  inkişaf  etməkdə  olan  ölkələr 

arasındakı ―rəqəmli texnologiyalar fərqi‖nin aradan qaldırılması kimi yeni vəzifələrin həlli 

üzrə  fəaliyyətə  rəhbərlik  edir  və  bu  əsasda  informasiya-kommunikasiya  texnologiyaları 

sahəsində  tədbirlər  planını  həyata  keçirir.  Bundan  başqa,  Şura  siyasi  dialoq  üçün  vacib 

foruma  çevrilib  ki,  bu  forum  çərçivəsində  də  Dünya  Bankı  və  Beynəlxalq  Valyuta 

Fondunun rəhbərliyi BMT nəzdində fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri 

ilə siyasətin yeni istiqamətlərini müəyyən edirlər. 

BMT-nin  digər  baş  orqanı  Qəyyumluq  Şurasıdır.  Bu  Şura  qəyyumıuq  altında  olan 

ərazilərdə  beynəlxalq  müşahidənin  təmin  edilməsi  üçün,  həmçinin  bu  ərazilərin 

hökumətlərinin  özünüidarəetməyə  və  ya  müstəqilliyə  hazırlaşamaq  üçün  zəruri  səyləri 

göstərmələrinin  təmin  edilməsi  üçün  yaradılmışdır.  O  yaradılarkən  11  bu  cür  ərazi  7  üzv-

dövlətin idarəsi altında olub.  

Qəyyumluq  Şurasının  fəaliyyəti  Nizamnamənin  XIII  fəsli  ilə  tənzimlənir.  86-cı 

maddədə Şuranın tərkibi müəyyən edilmişdir. Bu maddəyə görə, Qəyyumluq Şurası, BMT-

nin aşağıdakı Üzvlərindən ibarətdir: 

 



qəyyumluq altında olan əraziləri idarə edən üzv-dövlətlər

 



Təhlükəsizlik Şurasının daimi üzvləri

 



Baş Məclis tərəfindən üç il müddətinə seçilən üzv-dövlətlər; onların sayı Qəyyumluq 

Şurasının üzvlərinin ümumi sayının BMT-nin qəyyumluq altında olan əraziləri idarə 

edən  və  idarə  etməyən  üzvləri  arasında  bərabər  bölünməsini  təmin  etmək 

məqsədindən çıxış edilərək müəyyən edilir. 

Qəyyumluq Şurasının hər bir üzvü onu Şurada təmsil etmək üçün xüsusi ixtisaslı bir 

şəxs təyin edir. 

Şuranın  funksiyaları  və  səlahiyyətləri  87-88-ci  maddələrdə  öz  əksini  tapmışdır. 

Maddə 87-də qeyd olunur ki, Baş Məclis və onun rəhbərliyi altında Qəyyumluq Şurası öz 

funksiyalarını yerinə yetirərkən: 

 



idarə edən hakimiyyət tərəfindən təqdim olunan məruzələri nəzərdən keçirə bilər;  

 



petisiyalar  qəbul  etmək  və  onları  idarə  edən  hakimiyyətlə  məsləhətləşməklə  onlara 

baxa bilər;  




 

476


 

 



idarə edən hakimiyyətlə razılaşdırılmış müddətlərdə qəyyumluq altında olan müvafiq 

ərazilərə müntəzəm vizitlər təşkil edə bilər;  

 

qəyyumluq  haqqında  sazişlərin  şərtlərinə  müvafiq  olaraq  bu  göstərilmiş  və  digər 



tədbirləri görə bilər.  

Maddə 88-də bildirilir ki, Qəyyumluq Şurası hər bir qəyyumluq altında olan ərazinin 

əhalisinin siyasi, iqtisadi, sosial tərəqqisinə  və  təhsil sahəsində  tərəqqisinə aid anket  tərtib 

edir,  Baş  Məclisin  səlahiyyətləri  çərçivəsində  olan  hər  bir  qəyyumluq  altında  olan  ərazini 

idarə edən hakimiyyət isə həmin anket əsasında Baş Məclisə illik məruzə təqdim edir. 

 

Şurada  səsvermə  proseduru  89-cu  maddə  ilə  tənzimlənir.  Belə  ki,  Qəyyumluq 



Şurasının hər  bir üzvü bir səsə  malikdir və  Qəyyumluq Şurasının  qərarları  iştirak edən  və 

səs verən üzvlərin səs çoxluğu ilə qəbul olunur. 

 

Şuranın fəaliyyət proseduru Maddə  90-91-də göstərilmişdir. Maddə 90-da  göstərilir 



ki,  Qəyyumluq  Şurası  öz  Sədrini  seçmək  qaydası  da  daxil  olmaqla,  özünün  prosedur 

qaydalarını  müəyyən edir. Qəyyumluq Şurası, buna  lüzum olduqda, öz  qaydalarına  uyğun 

olaraq  çağırılır.  Bu  qaydalar  Şuranın  üzvlərinin  əksər  hissəsinin  tələbi  ilə  iclasların 

çağırılması barədə müddəanı özündə əks etdirməlidir. 

Maddə 91-ə görə, Qəyyumluq Şurası, lüzum olduqda, İqtisadi və Sosial Şuranın və 

müvafiq  olaraq  maraqlı  olduqları  məsələlərlə  bağlı  ixtisaslaşdırılmış  təsisatların 

köməyindən istifadə edir. 

1994-cü ilə artıq bütün qəyyumluq altında olan ərazilər özünüidarəetməyə keçmiş və 

ya müstəqillik qazanmış, və ya qonşu müstəqil dövlətlərə birləşmişlər. Şuranın fəaliyyətinin 

ümumən  başa  çatması  ilə  əlaqədar  onun  prosedur  qaydalarına  müəyynə  dəyişikliklər 

edilmişdir. Yeni qaydalara görə, Şura iclaslarını yalnız vəziyyət bunu tələb etdikdə keçirir. 

Digər  baş  orqan  Beynəlxalq  Məhkəmənin  fəaliyyəti  Nizamnamənin  XIV  fəsli  ilə 

tənzimlənir. 

Maddə 92-də göstərilir ki, Beynəlxalq Məhkəmə BMT-nin əsas məhkəmə orqanıdır. 

O, Nizamnaməyə əlavə olunan Statuta uyğun olaraq fəaliyyət göstərir. Həmin Statut Daimi 

Beynəlxalq  Ədalət  Məhkəməsinin  Statutuna  əsaslanır  və  onun  ayrılmaz  tərkib  hissəsini 

təşkil edir. 

 

Maddə  93-ə  görə,  BMT-nin  bütün  Üzvləri  ―irso  facto‖  Beynəlxalq  Məhkəmənin 



Statutunun iştirakçılarıdır. BMT Üzvü olmayan dövlət, hər bir halda Təhlükəsizlik Şurasının 


Yüklə 5,61 Mb.

Dostları ilə paylaş:
1   ...   198   199   200   201   202   203   204   205   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə