83
da bu zaman birinin daxili tələbinin digərinin daxili qiymətlərinin səviyyəsinə ciddi təsir
etmək imkanı mövcud olmalıdır.
4.2.3. Beynəlxalq ticarətin neoklassik nəzəriyyələri
Üstünlüklər nəzəriyyəsinin digər nəzəriyyə nümayəndələri tərəfindən tənqidi ona
əsaslanırdı ki, bu nəzəriyyə istehsal xərclərini ancaq əməklə bağlayır. Həqiqətdə isə bir sıra
konsepsiya təmsilçilərinə görə, istehsalın bir neçə amili vardır. Istehsal amilləri
nəzəriyyəsinin banisi
Jan Batist Sey bu cür amillər kimi əməyi, torpağı və kapitalı
göstərirdi. Onun fikrincə, bu amillərin bazar qiymətləri (əmək haqqı, kapital faizi və torpaq
rentası) istehsal xərclərini formalaşdırır və istehsal amillərini qiymətləndirməyə imkan verir.
XIX əsrdə istehsal amilləri nəzəriyyəsinin müxtəlif variantlarının əmək-dəyər
nəzəriyyəsini sıxışdırması nəticəsində klassiklərin davamçıları olan neoklassik məktəbin
nümayəndələri beynəlxalq ticarəti istehsal amilləri nəzəriyyəsi vasitəsilə izah etməyə
başladılar. Bu zaman bir çox variantlar irəli sürülürdü. Lakin bu istiqamətdə doğrudan da
əhəmiyyətli irəliləyiş XX əsrin 20-ci illərinin ortalarında baş verdi. Isveş neoklassik-
iqtisadçıları Eli Hekşer və onun şagirdi Bertil Olin yeni bir konsepsiya işləyib hazırladılar
ki, bu da sonradan istehsal amillərinin nisbəti nəzəriyyəsi adını aldı.
Bu nəzəriyyə çox sadə və rasional müddəaya əsaslanır. Nəzəriyyədə müdafiə edilən
ana fikri belə formalaşdırmaq olar: bir ölkə hansı istehsal amili ilə zəngindirsə, istehsalı
həmin amildən daha çox tələb edən əmtəələr üzrə müqayisəli üstünlük əldə edər, yəni onları
daha ucuz istehsal edər və bu sahədə də ixtisaslaşar.
Tutaq ki, hər hansı bir ölkədə əmək amili boldur. Belə bir ölkədə normal olaraq
əməktutumlu mallar daha ucuz istehsal olunar. Həmçinin, kapital amili ilə zəngin olan
ölkələrdə də kapitaltutumlu əmtəələrin daha ucuz istehsal olunması gözlənməlidir.
Əyani surətdə göstərmək üçün Azərbaycan və Yaponiya kimi iki ölkə və parça və
mühərrik kimi iki əmtəə götürək. Azərbaycanda əmək, Yaponiyada isə kapital bol olsun,
parça əməktutumlu, mühərrik isə kapitaltutumlu əmtəə olsun. Belə bir halda, nəzəriyyənin
ana fikrinə görə, Azərbaycan parçada, Yaponiya isə mühərrikdə müqayisəli üstünlüyə malik
olmalıdır.
Bəzən Hekşer-Olin nəzəriyyəsi adlandırılan bu nəzəriyyə də mütləq və müqayisəli
üstünlüklər nəzəriyyəsi kimi bir sıra ilkin ehtimallara əsaslanır. Bu ilkin ehtimalların
əksəriyyəti üstünlüklər nəzəriyyələrinin ilkin ehtimalları ilə üst-üstə düşür. Belə ki, burada
da ticarətdə iki ölkənin və iki əmtəənin iştirak etdiyi göstərilir. Lakin əmtəələrdən biri
əməktutumlu, digəri isə kapitaltutumludur. Digər tərəfdən, artıq bir deyil, iki istehsal
faktoru mövcuddur və hər bir ölkə bu istehsal amilləri ilə müxtəlif dərəcədə təmin
olunublar. Əmək dəyər nəzəriyyəsi mahiyyətcə inkar edilmir, sadəcə bu zaman qeyd olunur
ki, dəyərin yaradılmasında əməklə yanaşı digər istehsal amilləri də iştirak edirlər. Bu zaman
göstərilir ki, ölkələrin hər hansı bir əmtəə istehsalı üzrə tam ixtisaslaşması mümkün deyildir
və hər iki ölkədə mövcud olan texnologiya eynidir. Beləliklə, istehsal amillərinin nisbəti
nəzəriyyəsinin əsas ilkin ehtimalları kimi ayrı-ayrı əmtəələr üzrə amillərin müxtəlif
dərəcədə istifadə intensivliyi (bir əmtəə əməktutumlu, digəri isə kapitaltutumludur) və ayrı-
ayrı ölkələrin amillərlə fərqli təmin olunması, və ya amillərindır dolğunluğudur (bir ölkədə
kapital daha çoxdur, digərində isə azdır və ya əksinə birində əmək çox, digərində azdır).
Nəzəriyyəyə görə, beynəlxalq mübadilə artıq amillərin nadir amillərlə mübadiləsidir.
Yəni ölkə nisbətən daha artıq malik olduğu amillərdən istifadə etməklə istehsal olunan
84
əmtəələri ixrac etməli və əksinə nisbətən daha az malik olduğu və çatışmazlığını hiss etdiyi
amillər vasitəsilə istehsal olunan məhsulları idxal etməlidir.
Beləliklə, Hekşer-Olin teoremi müqayisəli üstümlüklər nəzəriyyəsindən də bir addım
irəli gedərək ticarətin müqayisəli üstünlüklərə əsaslandığını göstərir və eyni zamanda
müqayisəli üstünlüklərin səbəbini müəyyən edir. Bu səbəb isə ölkələrin istehsal amilləri ilə
fərqli surətdə təmin olunmasıdır.
D.Rikardonon ardıcılları kimi, E.Hekşer və B.Olin də istehsal amillərinin ölkələrarası
yerdəyişməsini çətinləşdirən müxtəlif məhdudiyyətlərə mənfi yanaşırdılar.
Ticarətin həyata keçirilməsi nəticəsində mübadilədə iştirak edən əmtəələrin nisbi
qiymətləri bərabərləşmə tendensiyasına malikdirlər. Lakin, əmtəənin nisbi qiymətinin
ölkənin istehsal amilləri ilə təmin olunma səviyyəsindən və onların nisbi qiymətlərindən
asılı olduğu fərz edildiyi halda ortaya belə bir sual çıxır: əmtəə qiymətlərinin
tarazlaşmasının istehsal amillərinin qiymətlərinə əks təsiri necədir? Başqa sözlə,
əməktutumlu əmtəənin nisbi qiyməti dəyişərsə, bu əmtəəni istehsal edən və deməli əmək
amili ilə yaxşı təmin olunan ölkədə əməyin özünün nisbi qiyməti necə dəyişəcək və ya
ümumiyyətlə dəyişəcəkmi? Bu suala amerika iqtisadçısı Pol Samuelson cavab vermişdir.
Onun tərəfindən isbat olunan və Hekşer-Olin teoreminə əsaslanan bu teorem istehsal
amillərinin qiymətlərinin bərabərləşdirilməsi teoremi adını almışdır. Hekşer-Olin-
Samuelson teoremi də adlandırılan bu teoremə görə, beynəlxalq ticarət mübadilədə iştirak
edən ölkələrdə istehsalın homogen amillərinin mütləq və nisbi qiymətlərinin
bərabərləşməsinə gətirib çıxarır.
Daha sadələşdirilmiş şəkildə desək, ticarət nəticəsində əmtəələrin nisbi qiymətinin
bərabərləşməsi son nəticədə bu əmtəələrin istehsalında istifadə edilən amillərin də nisbi
qiymətlərinin bərabərləşməsinə gətirib çıxarır. Kapitalın homogenliyi dedikdə eyni
məhsuldarlı və riskli kapital, əməyin homogenliyi dedikdə isə eyni hazırlıq, təhsil və
məhsuldarlıq səviyyəsi ilə xarakterizə olunan əmək nəzərdə tutulur.
Dediklərimizi əyani surətdə təsvir etmək üçün yenə də nümunəyə müraciət edək.
Hekşer-Olin modelinə görə, hər bir ölkə daha çox malik olduğu amillərdən istifadə edilən
əmtəə istehsalında ixtisaslaşmaldır. Yəni, nümunəmizə görə, Azərbaycan mühərrik
istehsalından imtina edərək və ya onu maksimum dərəcədə azaldaraq resurslarını parça
istehsalına yönəltməlidir. Lakin bu iki istehsal sahəsində amillərdən istifadə xüsusiyyətləri
eyni deyildir. Mühərrik kapital tutumlu, parça isə əmək tutumludur. Bu baxımdam mühərrik
istehsalının azaldılması ilə sərbəst qalan iş gücü parça istehsalında asanlıqla işləyə bildiyi
halda, kapital faktorunun bu sektorda istifadə olunma imkanları daha məhduddur. Nəticədə
genişlənən parça istehsalı iş qüvvəsinə olan tələbi sürətlə artırarkən, kapitala olan tələb daha
məhdud templə artar. Bu isə əmək haqqının, yəni iş gücünün qiymətinin artımına, faizlərin,
yəni kapitalın qiymətinin aşağı düşməsinə gətirib çıxarar.
Yaponiyada isə bunun əksi olan proses baş verər. B ölkə mühərrik istehsalında
ixtisaslaşır. Parça istehsalının azalması ilə ortaya nisbətən bol miqdarda əmək çıxar.
Mühərrik istehsalında artım, nəticədə, digər sektorda istifadəsiz qalan kapitalı asanlıqla
mühərrik sənayesinə cəlb edər. Lakin iş gücü üçün bu asanlıq müşahidə edilmir, əmək
istifadəsiz qalır. Nəticədə kapitala görə iş gücünün qiyməti aşağı düşər.
Bütün bunlar o deməkdir ki, sərbəst ticarət və beynəlxalq ixtisaslaşma ölkələrin daha
çox sahib olduqları amillərin qiymətlərini yüksəldərək və qıt faktorların dəyərini aşağı
salaraq, ölkələr arasında qiymətlərin bərabərləşməsinə gətirib çıxarır.
Reallıqda isə istehsal amillərin qiymətləri nəzəriyyədə göstərildiyi kimi, heç də
balanslaşdırılmış deyil. Məsələn, ölkələr arasında intensiv ticarətin olmasına baxmayaraq,
əməyin qiymətində (əmək haqqı) əhəmiyyətli fərq müşahidə edilməkdədir. Bunun səbəbi isə