Beynəlxalq İqtisadi Münasibətlər Kitabın təşkil edilməsində göstərdiyi köməyə görə müəllimim Rəşad Fərhad oğlu



Yüklə 5,61 Mb.
Pdf görüntüsü
səhifə31/213
tarix23.01.2018
ölçüsü5,61 Mb.
#22207
1   ...   27   28   29   30   31   32   33   34   ...   213

 

83

 



da  bu  zaman  birinin  daxili  tələbinin  digərinin  daxili  qiymətlərinin  səviyyəsinə  ciddi  təsir 

etmək imkanı mövcud olmalıdır.  



 

 

4.2.3. Beynəlxalq ticarətin neoklassik nəzəriyyələri 

 

 

Üstünlüklər  nəzəriyyəsinin  digər  nəzəriyyə  nümayəndələri  tərəfindən  tənqidi  ona 



əsaslanırdı ki, bu nəzəriyyə istehsal xərclərini ancaq əməklə bağlayır. Həqiqətdə isə bir sıra 

konsepsiya  təmsilçilərinə  görə,  istehsalın  bir  neçə  amili  vardır.  Istehsal  amilləri 



nəzəriyyəsinin  banisi  Jan  Batist  Sey  bu  cür  amillər  kimi  əməyi,  torpağı  və  kapitalı 

göstərirdi. Onun fikrincə, bu amillərin bazar qiymətləri (əmək haqqı, kapital faizi və torpaq 

rentası) istehsal xərclərini formalaşdırır və istehsal amillərini qiymətləndirməyə imkan verir.  

 

XIX  əsrdə  istehsal  amilləri  nəzəriyyəsinin  müxtəlif  variantlarının  əmək-dəyər 



nəzəriyyəsini  sıxışdırması  nəticəsində  klassiklərin  davamçıları  olan  neoklassik  məktəbin 

nümayəndələri  beynəlxalq  ticarəti  istehsal  amilləri  nəzəriyyəsi  vasitəsilə  izah  etməyə 

başladılar.  Bu  zaman  bir  çox  variantlar  irəli  sürülürdü.  Lakin  bu  istiqamətdə  doğrudan  da 

əhəmiyyətli  irəliləyiş  XX  əsrin  20-ci  illərinin  ortalarında  baş  verdi.  Isveş  neoklassik-

iqtisadçıları Eli Hekşer və onun şagirdi Bertil Olin  yeni bir konsepsiya işləyib hazırladılar 

ki, bu da sonradan istehsal amillərinin nisbəti nəzəriyyəsi adını aldı.  

 

Bu nəzəriyyə çox sadə və rasional müddəaya əsaslanır. Nəzəriyyədə müdafiə edilən 



ana  fikri  belə  formalaşdırmaq  olar:  bir  ölkə  hansı  istehsal  amili  ilə  zəngindirsə,  istehsalı 

həmin amildən daha çox tələb edən əmtəələr üzrə müqayisəli üstünlük əldə edər, yəni onları 

daha ucuz istehsal edər və bu sahədə də ixtisaslaşar.  

 

Tutaq  ki,  hər  hansı  bir  ölkədə  əmək  amili  boldur.  Belə  bir  ölkədə  normal  olaraq 



əməktutumlu  mallar  daha  ucuz  istehsal  olunar.  Həmçinin,  kapital  amili  ilə  zəngin  olan 

ölkələrdə də kapitaltutumlu əmtəələrin daha ucuz istehsal olunması gözlənməlidir. 

 

Əyani  surətdə  göstərmək  üçün  Azərbaycan  və  Yaponiya  kimi  iki  ölkə  və  parça  və 



mühərrik  kimi  iki  əmtəə  götürək.  Azərbaycanda  əmək,  Yaponiyada  isə  kapital  bol  olsun, 

parça əməktutumlu, mühərrik isə kapitaltutumlu əmtəə olsun. Belə bir halda, nəzəriyyənin 

ana fikrinə görə, Azərbaycan parçada, Yaponiya isə mühərrikdə müqayisəli üstünlüyə malik 

olmalıdır. 

Bəzən  Hekşer-Olin  nəzəriyyəsi  adlandırılan  bu  nəzəriyyə  də  mütləq  və  müqayisəli 

üstünlüklər  nəzəriyyəsi  kimi  bir  sıra  ilkin  ehtimallara  əsaslanır.  Bu  ilkin  ehtimalların 

əksəriyyəti üstünlüklər nəzəriyyələrinin ilkin ehtimalları ilə üst-üstə düşür. Belə ki, burada 

da  ticarətdə  iki  ölkənin  və  iki  əmtəənin  iştirak  etdiyi  göstərilir.  Lakin  əmtəələrdən  biri 

əməktutumlu,  digəri  isə  kapitaltutumludur.  Digər  tərəfdən,  artıq  bir  deyil,  iki  istehsal 

faktoru  mövcuddur  və  hər  bir  ölkə  bu  istehsal  amilləri  ilə  müxtəlif  dərəcədə  təmin 

olunublar. Əmək dəyər nəzəriyyəsi mahiyyətcə inkar edilmir, sadəcə bu zaman qeyd olunur 

ki, dəyərin yaradılmasında əməklə yanaşı digər istehsal amilləri də iştirak edirlər. Bu zaman 

göstərilir ki, ölkələrin hər hansı bir əmtəə istehsalı üzrə tam ixtisaslaşması mümkün deyildir 

və  hər  iki  ölkədə  mövcud  olan  texnologiya  eynidir.  Beləliklə,  istehsal  amillərinin  nisbəti 

nəzəriyyəsinin  əsas  ilkin  ehtimalları  kimi  ayrı-ayrı  əmtəələr  üzrə  amillərin  müxtəlif 

dərəcədə istifadə intensivliyi (bir əmtəə əməktutumlu, digəri isə kapitaltutumludur) və ayrı-

ayrı ölkələrin amillərlə fərqli təmin olunması, və ya amillərindır dolğunluğudur (bir ölkədə 

kapital daha çoxdur, digərində isə azdır və ya əksinə birində əmək çox, digərində azdır). 

 

Nəzəriyyəyə görə, beynəlxalq mübadilə artıq amillərin nadir amillərlə mübadiləsidir. 



Yəni  ölkə  nisbətən  daha  artıq  malik  olduğu  amillərdən  istifadə  etməklə  istehsal  olunan 


 

84

 



əmtəələri ixrac etməli və əksinə nisbətən daha az malik olduğu və çatışmazlığını hiss etdiyi 

amillər vasitəsilə istehsal olunan məhsulları idxal etməlidir.  

Beləliklə, Hekşer-Olin teoremi müqayisəli üstümlüklər nəzəriyyəsindən də bir addım 

irəli  gedərək  ticarətin  müqayisəli  üstünlüklərə  əsaslandığını  göstərir  və  eyni  zamanda 

müqayisəli üstünlüklərin səbəbini müəyyən edir. Bu səbəb isə ölkələrin istehsal amilləri ilə 

fərqli surətdə təmin olunmasıdır.  

D.Rikardonon ardıcılları kimi, E.Hekşer və B.Olin də istehsal amillərinin ölkələrarası 

yerdəyişməsini çətinləşdirən müxtəlif məhdudiyyətlərə mənfi yanaşırdılar. 

Ticarətin  həyata  keçirilməsi  nəticəsində  mübadilədə  iştirak  edən  əmtəələrin  nisbi 

qiymətləri  bərabərləşmə  tendensiyasına  malikdirlər.  Lakin,  əmtəənin  nisbi  qiymətinin 

ölkənin  istehsal  amilləri  ilə  təmin  olunma  səviyyəsindən  və  onların  nisbi  qiymətlərindən 

asılı  olduğu  fərz  edildiyi  halda  ortaya  belə  bir  sual  çıxır:  əmtəə  qiymətlərinin 

tarazlaşmasının  istehsal  amillərinin  qiymətlərinə  əks  təsiri  necədir?  Başqa  sözlə, 

əməktutumlu  əmtəənin  nisbi  qiyməti  dəyişərsə,  bu  əmtəəni  istehsal  edən  və  deməli  əmək 

amili  ilə  yaxşı  təmin  olunan  ölkədə  əməyin  özünün  nisbi  qiyməti  necə  dəyişəcək  və  ya 

ümumiyyətlə  dəyişəcəkmi?  Bu  suala  amerika  iqtisadçısı  Pol  Samuelson  cavab  vermişdir. 

Onun  tərəfindən  isbat  olunan  və  Hekşer-Olin  teoreminə  əsaslanan  bu  teorem  istehsal 

amillərinin  qiymətlərinin  bərabərləşdirilməsi  teoremi  adını  almışdır.  Hekşer-Olin-

Samuelson teoremi də adlandırılan bu teoremə  görə,  beynəlxalq ticarət  mübadilədə  iştirak 

edən  ölkələrdə  istehsalın  homogen  amillərinin  mütləq  və  nisbi  qiymətlərinin 

bərabərləşməsinə gətirib çıxarır. 

Daha  sadələşdirilmiş  şəkildə  desək,  ticarət  nəticəsində  əmtəələrin  nisbi  qiymətinin 

bərabərləşməsi  son  nəticədə  bu  əmtəələrin  istehsalında  istifadə  edilən  amillərin  də  nisbi 

qiymətlərinin  bərabərləşməsinə  gətirib  çıxarır.  Kapitalın  homogenliyi  dedikdə  eyni 

məhsuldarlı  və  riskli  kapital,  əməyin  homogenliyi  dedikdə  isə  eyni  hazırlıq,  təhsil  və 

məhsuldarlıq səviyyəsi ilə xarakterizə olunan əmək nəzərdə tutulur. 

Dediklərimizi  əyani  surətdə  təsvir  etmək  üçün  yenə  də  nümunəyə  müraciət  edək. 

Hekşer-Olin modelinə görə, hər bir ölkə daha çox  malik olduğu amillərdən istifadə edilən 

əmtəə  istehsalında  ixtisaslaşmaldır.  Yəni,  nümunəmizə  görə,  Azərbaycan  mühərrik 

istehsalından  imtina  edərək  və  ya  onu  maksimum  dərəcədə  azaldaraq  resurslarını  parça 

istehsalına yönəltməlidir. Lakin bu iki istehsal sahəsində amillərdən istifadə xüsusiyyətləri 

eyni deyildir. Mühərrik kapital tutumlu, parça isə əmək tutumludur. Bu baxımdam mühərrik 

istehsalının  azaldılması  ilə  sərbəst  qalan  iş  gücü  parça  istehsalında  asanlıqla  işləyə  bildiyi 

halda, kapital faktorunun bu sektorda istifadə olunma imkanları daha məhduddur. Nəticədə 

genişlənən parça istehsalı iş qüvvəsinə olan tələbi sürətlə artırarkən, kapitala olan tələb daha 

məhdud templə artar. Bu isə əmək haqqının, yəni iş gücünün qiymətinin artımına, faizlərin, 

yəni kapitalın qiymətinin aşağı düşməsinə gətirib çıxarar. 

Yaponiyada  isə  bunun  əksi  olan  proses  baş  verər.  B  ölkə  mühərrik  istehsalında 

ixtisaslaşır.  Parça  istehsalının  azalması  ilə  ortaya  nisbətən  bol  miqdarda  əmək  çıxar. 

Mühərrik  istehsalında  artım,  nəticədə,  digər  sektorda  istifadəsiz  qalan  kapitalı  asanlıqla 

mühərrik  sənayesinə  cəlb  edər.  Lakin  iş  gücü  üçün  bu  asanlıq  müşahidə  edilmir,  əmək 

istifadəsiz qalır. Nəticədə kapitala görə iş gücünün qiyməti aşağı düşər. 

Bütün bunlar o deməkdir ki, sərbəst ticarət və beynəlxalq ixtisaslaşma ölkələrin daha 

çox  sahib  olduqları  amillərin  qiymətlərini  yüksəldərək  və  qıt  faktorların  dəyərini  aşağı 

salaraq, ölkələr arasında qiymətlərin bərabərləşməsinə gətirib çıxarır. 

Reallıqda  isə  istehsal  amillərin  qiymətləri  nəzəriyyədə  göstərildiyi  kimi,  heç  də 

balanslaşdırılmış  deyil.  Məsələn,  ölkələr  arasında  intensiv  ticarətin  olmasına  baxmayaraq, 

əməyin qiymətində (əmək haqqı) əhəmiyyətli fərq müşahidə edilməkdədir. Bunun səbəbi isə 



Yüklə 5,61 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə