Beynəlxalq magistratura və doktorantura məRKƏZİ


Şəkil 2: Dünyada xizək səyahətləri (%-lə)



Yüklə 0,97 Mb.
Pdf görüntüsü
səhifə12/37
tarix05.10.2023
ölçüsü0,97 Mb.
#125363
1   ...   8   9   10   11   12   13   14   15   ...   37
lənkəran diss

 
Şəkil 2: Dünyada xizək səyahətləri (%-lə) 
Mənbə:
2014 International report on montain tourism - Overview of the key industry April 2014, 
p.11. 
Xizək turizmində innovativ xidmətlərdən ən maraqlısı Meksikada tətbiq olunan 
“uzaqdan əlaqə” xidmətidir. Bu xidmət vasitəsilə xizək sürənlərin xüsusi 
geyimlərinin üzərində və hətta kanatlarda səsötürücü olur. Səsötürücülər müştərinin 
istəyindən asılı olaraq sönüb-yanan ola bilər. Bu vasitə ilə müştərilər hansısa bir 
təhlükə hiss etdikdə, yaralandıqda dərhal yardım mərkəzi ilə əlaqə saxlaya bilirlər. 
Bu innovativ xidmətin ölkəmizdə - Şahdağ, Tufandağ turizm obyektlərində də tətbiq 
edilməsi müştərilərin təhlükəsizliyi üçün yaxşı bir vasitə ola bilər. 
Azərbaycanın 2014-cü ildə xizək sayına görə dünyada 22-ci sırada iştirak etmiş 
və 2016 il dekabr, 2017 -ci il yanvar, fevral aylarında, yəni 2016/17 il qış mövsümü 
45%
21%
14%
11%
9%
Alp ərazisi
Amerika
Asiya
Avropa
Şərqi Avropa və 
Mərkəzi Asiya


25 
dövründə 2.8 milyon turisti qəbul etdiyini qeyd etməliyik 
(Hüseynov İ.M., Əfəndiyeva 
N.A. 2017: s.456)
.
Səyyahların demək olar ki, 90 %-i standart səyahət proseslərinin yetərli 
olmadığını bildirirlər. Nəticədə, fərdi turizm kimi bir növ inkiaf etməyə başlamışdır. 
Millennial və Gen Z. qeyd edirlər ki, səyahətçilər tətil və ya işgüzar səfərdən asılı 
olmayaraq fərdi əldə olunan xüsusi təcrübələrə daha çox dəyər verirlər. Əslində 
onlayn sifariş əməliyyatlarının 57%-i mobil telefonlar vasitəsilə həyata keçirilir və 
bu da insanların təcrübələrini ümumiləşdirməyə imkan verir 
(Hüseynov İ.M., 
Əfəndiyeva N.A. 2017: s.356)
.
İstər dağ turizmi olsun, istərsə də digər başqa sahələrdə inkişaf etmək və 
yeniliklər ərsəyə gətirmək üçün dövlət dəstəyi mütləq şəkildə vacib vasitədir. 
Dünyada və Azərbaycanda turizm yeniliklərinə xərclənən büdcələri müqayisə etsək 
görərik ki, Amerika dünya ölkələri sırasında turizm sektorunda innovativ xidmətlərə 
ən çox investisiya ayıran ölkələr sırasında birincidir. Amerikadan sonra isə bu 
sıralamada Meksika, Brazilya, Argentina, Avstraliya gəlir. Azərbaycan isə bu 
sahəyə ayrılan investisiya xərclərinə görə, diqramdan da məlum olduğu kimi çox 
geridə qalır. Xarici ölkələrin innovativ turizm növlərinin Azərbaycanda tətbiqi üçün 
aşağıdakı şərtlərin nəzərə allınması vcibdir: 
1. İnvestisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahələri aşağıdakılardır:
- investisiya layhəsi 2 ulduzlu otellər, hostellərin tikintisiylə bağlı olmalıdır. 
2. İnvestisiya layihəsinin həcminə dair ən minimal məbləğ; 
- Ümumi investisiya məbləği hostellər üçün 101.000 AZN, 2 ulduz və 3 ulduz 
hotellər üçün 3.000.000 AZN məbləğində olmalıdır. Qoyulan minimal investisiya 
məbləğinin hostellər üçün 101.000 AZN, 2 ulduz və 3 ulduz hotellər üçün isə 
3.000.000 AZN məbləğində olması mütləqdir.
3. investisiya layihəsinin reallaşacağı inzibati ərazi vahidləri üzrə meyarlar 
aşağıdakı kimidir.
- Ümumiyyətlə, investisiya layihəsi Bakı, Bakı ətrafındakı qəsəbələr, Abşeron 
və Gəncə şəhəri istisna olmaqla digər rayon və şəhərlərdə nəzərdə tutulmalıdır. 

Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə