44
(https://www.stat.gov.az/search/?q - Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi:
Lənkəran rayonu 2020-ci il)
.
Ötən paraqraflarda
da qeyd etdiyimiz kimi, bölgə respublikamızın daha sıx
meşə örtüyünə sahib rayonlarından biridir. Bir sıra müxtəlif quşların qışladığı
Qızılağac qoruğu, relikt bitkilərin mövcud olduğu Hirkan qoruğu və Zuvand
yasaqlığı burada yerləşir.
Bütün bunlarla yanaşı cənub bölgəsi tarixi-mədəni
abidələrlə də zəngin
olmaqla yanaşı, həmçinin özünəməxsus etnik, sənətkarlıq, folklor xüsusiyyətləri ilə
də tanınır.
Bölgə üzrə “Cənubun dadı” (kulinariya) və “Cənub mirvarisi” adlı mədəni və
ekoloji turizm marşrutları yaradılıb. Ümumiyyətlə, kənd turizminin potensialı çox
böyükdür. Mövcud potensialdan maksimum yararlanmaq üçün kompleks tədbirlərin
görülməsinə ehtiyac var.
Lənkəran Xəzər dənizi sahilində yerləşdiyinə görə çimərlik və dəniz turizmi
zonalaşmasının
aparılması
üçün
münasib
təbii
şəraitə
sahibdir
(
https://www.stat.gov.az/search/?q - Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi:
Lənkəran rayonu 2020-ci il)
.
Burada orta illik küləyin sürəti Abşeron yarımadasıyla
müqayisədə üç dəfə
azdır ki, bu da dənizin daha az dalğalı olmasına şərait yaradır. Bütün bunlarla yanaşı
Abşeron yarımadasıyla müqayisədə dənizin Lənkəran şəhəri sahili daha az
çirkləndiyindən, suyun təmizlik səviyyəsi olduqca yüksəkdir.
Hazırda dünyada və Azərbaycanda korona virus xəstəliyinin törətdiyi fəsadlar
və problemlər hələ də davam etməkdədir. Bu hal, birbaşa olaraq turizm sektoruna da
mənfi təsirlərini göstərir. Elə bu baxımdan da turistlərə
innovativ xidmətlərin
göstərilməsi
olduqca
vacibdir
(
https://www.stat.gov.az/search/?q
-
Azərbaycan
Respublikasının Dövlət Statistika Komitəsi: Lənkəran rayonu 2020-ci il)
.
Buna görə, COVID-19 və gigiyena qaydalarını / tətbiqlərini əhatə edən bir
protokol hazırlayan
müəssisələr, işçilərinin xəstəlik əlamətləri ilə müştəriyə
yanaşmasını və tətbiq olunacaq prosedurları müəyyənləşdirərək
ümumi istifadə
sahələri üçün sosial məsafə planı hazırlayıblar.
45
Yerləşdirmə müəssisələri, sosial məsafə qaydalarını
qoruyaraq müəyyən
səviyyədə qonaqları qəbul edirlər. Qonaqlar təsisin girişində termal kameralar və ya
təmassız temperatur ölçmə tətbiqetmələri, dezinfeksiya xalıları və əl dezinfeksiyası
ilə qarşılanırlar. Maska və əlcək kimi fərdi qoruyucu vasitələr istəyə əsasən
qonaqlara verilir.
Dostları ilə paylaş: