41
Lənkəranda müxtəlif etnik qrupların olması turistlərin xüsusi marağına səbbə
olur. Bütün bunlarla yanaşı fərqli mədəniyyətlər, dini inanclar və adət - ənənələrin
olmasıda turistik gəzintiyə xüsusi çalar qatır.
Zəif tərəflər:
Lənkəran zonasında turistik baxımdan zəif tərəflərə su təchizatı və kanalizasiya
strukturunda olan mövcud çatışmazlıqlar, nəqliyyat və yol sistemində problemlərin
olması, Haftoni qəsəbəsindəki “Lənkəran” istirahət zonasının köhnəlməsini nümunə
göstərmək olar. Bu zəifliklərin nəzər alınmasıyla problemlərin aradan qaldırılması
mütləqdir.
İmkanlar
Lənkəran zonasında turistik potensialın gücləndiirlməsi
üçün Qəriblər
rayonunda 100 nəfərlik “Qaplica” istirahət mərkəzinin yenidən qurulması strateji
planda öz əksini tapmışdır. Buranın təmiri turistik potensialı artırmaqla, turistlərin
bölgəyə cəlb edilməsinə şərait yaradacaqdır.
Əlavə olaraq yerli əhalinin su ehtiyacını ödəmək üçün Yardımlının su
təchizatının müasir tələblərə görə inkişaf etdirilməsi, Lənkəranda gəmilərin sahilə
yaxınlaşması üçün Lənkəran limanının və körpünün inşasına dəstək göstərilməsi də
bölgədə turizmin inkişafına təkan verəcəkdir.
Təhlükələr:
Lənkəran turistik bölgəsində turizmin inkişaf dinamikasında qarşıya çıxan
problemlər arasında rəqib bölgələrdə turizm prespektivlərinin daha güclü olması
(Quba, Qəbələ) başlıca təhlükələrdəndir.
Bunlara Qəbələdə, Qusarda olan turizm
komplekslərinə çoxlu turist axını olmasını misal göstərə bilərik.
Bundan əlavə
Lənkəran passportunda qeyd olunur ki, yerli əhalinin su ehtiyacını
ödəmək üçün
Yardımlının su təchizatının yetərsizliyi müasir dövrdə əhəmiyyətli problemlərdən
biridir.
Müəllifin fikrincə, Lənkəran rayonunda problemli sahələrə investisiya qoyaraq
müəyyən problemlərin aradan qaldırılması mütləqdir:
1.
İlk olaraq elektrik, qaz və istilik terminallarını təkmilləşdirmək üçün enerji,
qaz və istilik sistemlərini yaxşılaşdırmaq;
42
2.
Sosial xidmətləri artırmaq üçün yaşayış məntəqələrində su təchizatı və
kanalizasiya strukturunun təkmilləşdirilməsi;
3.
Bölgənin hazırki potensialından istifadə edərək məşğulluğun artırılması
üçün turizmin inkişaf etdirmək üçün spesifik tədbirlər həyata keçirmək və
reallaşdırmaq;
4.
Nəqliyyat və yol sisteminin yaxşılaşdırılması
üçün Lənkəran yük
terminalının tikintisinə dəstək vermək;
5.
Sərnişin və yük xidmətlərini yaxşılaşdırmaq üçün maşın və dəmir yolu
reyslərinin kəsişməsində Astara çayı üzərində körpünün tikintisini aparmaq;
6.
Lənkəran əhalisini şirin su ilə təmin etmək məqsədi ilə su təchizatı və
kanalizasiya borularını yenidən qoşmaq;
7.
Lənkəranın hazırki potensialından istifadə edərək məşğulluğu təmin etmək
və dağ turizminin formalaşdırılması üçün yeni layihələrin planaşdırılması və
reallaşdıırlması;
8.
Köhnə
xalq sənətini qorumaq, xalq sənətkarlığını yaxşılaşdırmaq və
məşğulluq səviyyəsini yaxşılaşdırmaq və xalçaçılığın inkişafı üçün yeni layihə
planları hazırlanmalıdır;
9.
Lerikdə turizmin inkişaf prespektivini artırmaq üçün 50 nəfərlik turistik zona
və istirahət mərkəzi hesab edilən “Uzunömürlülük diyarı” nın
tikintisinə dəstək
vermək;
10.
Turizmi inkişaf etdirmək məqsədi ilə Lənkəran-Lerik yolunun 27-ci km-də
50 yerlik “Təbəssüm” turistik mərkəzinin inşasına dəstək göstərmək;
11.
Şəhərdə əhalinin şirin su ehtiyacını ödəmək və kanalizasiya strukturunu
yaxşılaşdırmaq
üçün Lənkəranda qaz, su və kanalizasiya sistemlərinin yenidən
layihələndirilməsi;
12.
Lənkəranda gəmilərin sahilə yaxınlaşması üçün Lənkəran limanının və
körpünün inşasına dəstək;
13.
Lənkəranda turizmi yaxşılaşdırmaq məqsədi ilə dəniz kənarında 60 yerlik
keçmiş “Sovtransavtonun” yenidən qurulması;
43
14.
Lənkəranda turizmi inkişaf etdirmək üçün “Dairəvi Qala” binasının
yenidən qurulması.
15.
Lənkəranda turizm xidmətlərinin
inkişaf etməsi üçün Haftoni
qəsəbəsindəki yüz əlli “Lənkəran” istirahət zonasının yenidən qurulması;
16.
Elektrik təchizatının yaxşılaşdırılması məqsədilə Masallıda 220 kV-luq
Şirvan SES-Masallı və 220 kV-luq Masallı-Astara
elektrik ötürücü xətlərinin
tikintisi;
17.
Turizmin inkişaf etməsi üçün Qəriblər rayonunda 100 nəfərlik “Qaplica”
istirahət mərkəzinin yenidən qurulması;
18.
Yardımlı rayonunda qədim xalq sənətlərinin qorunmasının inkişaf etməsi
üçün xalq sənətinin və xalça toxuculuğunun təbliği proqramının həyata keçirilməsi;
19.
Yerli əhalinin su ehtiyacını ödəmək üçün Yardımlının su təchizatının
müasir tələblərə görə inkişaf etdirilməsi.
Dostları ilə paylaş: