Beynəlxalq magistratura və doktorantura məRKƏZİ


Cədvəl 4: Lənkəranın turizm obyektlərinə cəlb olunan investisiyaların həcmi



Yüklə 0,97 Mb.
Pdf görüntüsü
səhifə17/37
tarix05.10.2023
ölçüsü0,97 Mb.
#125363
1   ...   13   14   15   16   17   18   19   20   ...   37
lənkəran diss

Cədvəl 4: Lənkəranın turizm obyektlərinə cəlb olunan investisiyaların həcmi 
 
2018 
2019 
Lənkəran bölgəsində yeni 
tikintilərə qoyulan ivestisiya 
100milyon manat 
150 milyon manat 
Lənkəran bölgəsində təmir 
işlərinə ayrılan investisiya 
79 milyon manat 
80 milyon manat 
Mənbə:
https://www.stat.gov.az/source/tourism/ - Lənkəranda turizm 2020. 
Şəkil 9: Lənkəranın turizm obyektlərinə cəlb olunan investisiyaların həcmi 
Mənbə: 
https://www.stat.gov.az/search/?investisiyalar%C4%B1n+ - Statistik məlumatlar 2020.
Lənkəran bölgəsinə dair apardığımız araşdırmalardan biri də PEST analizidir. 
PEST təhlili Lənkəran bölgəsinin siyasi, iqtisadi, sosial-mədəni və texnoloji mühitin 
0
20
40
60
80
100
120
140
160
2018
2019
Lənkəran bölgəsində yeni tikintilərə 
qoyulan ivestisiya
Lənkəran bölgəsində təmir işlərinə 
ayrılan investisiya


37 
ümumi mənzərəsini anlamağa kömək edən sadə, lakin vacib və geniş istifadə olunan 
bir vasitədir.
Cədvəl 5: Lənkəran rayonu üzrə apardığımız PEST təhlilinin nəticələri 
Müsbət cəhətlər 
Mənfi cəhətlər 
Siyasi amillər 

Dövllət tərəfindən xüsusi bir qurum-
Lənkəran regional turizm agentliyin 
yaradılmasına dəstək proqramı; 


2017-ci ilə qədər Lənkəran-Astara 
zonasında turizmin inkişafına yönələn 
proqramların olmaması 
İqtisadi amillər 

İran ilə iqtisadi münasibətlərin turizm 
sferasına yaxşı təsiri 

Bankşılığın inkişaf etməsi 

Sığorta əməliyyatların olmaması 
Sosial amillər 
Texnoloji amillər 
Ekoloji amillər 
Mənbə: 
https://www.stat.gov.az/search/?investisiyalar%C4%B1n+ - Statistik məlumatlar 2020.
Siyasi faktor kimi qeyd etməliyik ki, Nazirlər Kabinetinin turizm obyektlərinin 
lisenziyalaşdırılması ilə əlaqədar olan sərəncamı turizm xidmətlərini hazırkik 
tələblərə cavab verən səviyyəyə çatdırmaq məqsədi daşıyır. Bu çərçivədə Lənkəran 
Mədəniyyət və Turizm Ofisi bütün turizm obyektlərinə xəbərdarlıq göndərmişdir. 
Son məlumatlara görə, lisenziyalaşdırmaya laqeyd yanaşan bir neçə obyekt ciddi 
nəzarət altına alınıb.
Hal-hazırda keçmiş SSRİ-də olduqca məşhur olan İstisu sanatoriyasının 
əvvəlki şöhrətini bərpa etmək məqsədi ilə bir sıra işlər görülür. Turizmin bütün 
dünyada qazanclı bir sahə olduğu və ictimai-siyasi yönlü bir xidmət növü olduğu 
məlumdur.
Əslində, xarici ölkələrdən gələn turistlərin təkcə istirahət etmək deyil, həmçinin 
də istirahət etdikləri ölkələr barədə ictimaiyyəti daha yaxşı məlumatlandırmaq 
imkanı var. Bu cəhətdən turizm müasir dünyada həm qazanclı bir iş, habelə siyasi 
PR kampaniyası kimi xüsusi bir əhəmiyyətə malikdir. Azərbaycanın bu cür 
ictimaiyyətlə əlaqələr kampaniyalara xüsusi ehtiyacı var. 


38 
Yüksək tələbat bölgədə tikilən otellərin və istirahət zonalarının zamanın müasir 
tələblərinə cavab verdiyini göstərir.
İqtisadi faktorlara gəldikdə isə deyə bilərik ki, bölgədəki turizm sahəsindəki 
son investisiyalar, bölgədə yeni iş imkanlarının yaradılması, əhalinin orta yaşayış 
səviyyəsinin yüksəlməsi və bölgədəki investorlar tərəfindən yatırılan investisiyalar 
nəticəsində yüksək gəlir gətirmişdir. Bu sahədə yeniliklərin edilməsi və turistik 
bölgənin inkişaf etdirilməsi məqsədi ilə müasir tələblərə cavab verən tədbirlərin 
görülməsi məqsədəuyğundur. 
İnfrastrukturun inkişafı və innovativ xidmətlər turizmin inkişafında vacib rol 
oynayır. Bu baxımdan müasir yolların tikintisi də mühüm amildir. Ha-hazırda 
Lənkəranda bütün yollar yenilənib. Bölgədə dağ kəndlərinə gedən yollar yenidən 
qurulmuşdur. 
Sosial nəticələr göstərir ki, cənub bölgəsi kurortları, tarixi abidələri və yerli 
sakinlərin 
qonaqpərvərliyiylə 
turistlərin 
marağına 
səbəb 
olmuşdur 
(https://www.stat.gov.az/search/?q - Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi: 
Lənkəran rayonu 2020-ci il)

Texnoloji mühitə nəzər saldıqda məlum olur ki, son iyirmi ildə Lənkəran 
bölgəsinin turizm fəaliyyəti müstəqillikdən əvvəlki dövrlə müqayisədə fərqli bir 
inkişaf yolu tapmışdır.
Ekoloji nəticə kimi respublikamızım demək olar ki, bir çox bölgələrində 
(Məsələn, Quba, Lənkəran, Qusar, Şamaxı və.s.) turizm üçün əlverişli imkanlar 
mövcuddur.
Lakin Cənub bölgəsini digər bölgələrdən fərqləndirən bir neçə xüsusiyyət var. 
Bunlara bölgənin əlverişli iqlim şəraiti, zəngin təbiəti və faunası, Şirvan və Hirkan 
milli parklarının və Qızılağaç qoruğunun bölgədəki yeri daxildir 
(https://www.stat.gov.az/search/?q - Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi: 
Lənkəran rayonu 2020-ci il)
.
Onu da diqqət etmək lazımdır ki, sahildəki qara qum Xəzər dənizinin qalan 
hissələrindəki 
sarı 
qumdan 
daha 
yüksək 
keyfiyyətə 
malikdir 


39 
(https://www.stat.gov.az/search/?q - Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi: 
Lənkəran rayonu 2020-ci il)

İnfeksiya səviyyəsinin mümkün qədər aşağı olması səbəbindən şəhərdəki 
karantin rejimi müəyyən mərhələlərlə ləvğ edilir. İstirahət üçün ən populyar 
variantlardan biri də Lənkəran kurortları və otelləridir 
(https://www.stat.gov.az/search/?q 
- Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi: Lənkəran rayonu 2020-ci il)
.
PEST təhlili gələcəyə strateji baxış qurmaq üçün istifadə oluna bilər. PEST 
analizi əsasən nəzəri məlumatların araşdırılması əsasında aparılmışdır. 
Lənkəranın müxtəlif turizm növləri üzrə böyük potensialının olmasına 
baxmayaraq, mövcud imkanlardan yetərincə istifadə olunmur. Bu sahənin inkişafına 
əngəl olan səbəbləri aradan qaldırmaq olduqca vacibdir. Bu problemləri və mövcud 
vəziyyəti araşdırmaq üçün GZİT ekspert qiymətləndirmənin aparılması da olduqca 
məqsədəuyğundur. 
Güclü tərəflər: 
Rayonda 86 tarixi abidə var. Buna misal olaraq Divalona, Atəşgədə qalıqları, 
Bəlləbur qalası, Siğon qəbiristanlığı, Şeyx Zahid və Seyid Xəlifənin türbələri
Dəyirmi qala, Hacı Mirzə hamamı, Hacı Qurban hamamı, Ulu Bazar məscidi və s. 
misal göstərmək olar. Bunlara əlavə olaraq bazar məscidi, iki dəfə Sovet İttifaqı 
Qəhrəmanı General-mayor Həzi Aslanovun ev-muzeyi və abidəsi, Dəmir Körpü, 
Tarix və Diyarşünaslıq Muzeyi, Dövlət Dram Teatrı, Şəhidlər Xatirə Kompleksi, II 
Dünya Müharibəsində şəhid olanların şərəfinə ucaldılmış abidələr, Azərbaycanın 
milli qəhrəmanları Rövşən Abdullayev, Əsgər Əliyev, Soltanağa Bayramov, Etibar 
Əliyev, Paşa Təhməzovun büstlər də bu tarixin real sübutlarıdır. Bundan əlavə
bölgədə 38 ağac və 8 hektar meşə təbii abidə kimi hələ də günümüzdə qoruyub 
saxlanılmaqdadır (
https://www.stat.gov.az/search/?q - Azərbaycan Respublikasının Dövlət 
Statistika Komitəsi: Lənkəran rayonu 2020-ci il)



40 

Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə