Beynəlxalq magistratura və doktorantura məRKƏZİ



Yüklə 0,97 Mb.
Pdf görüntüsü
səhifə32/37
tarix05.10.2023
ölçüsü0,97 Mb.
#125363
1   ...   29   30   31   32   33   34   35   36   37
lənkəran diss

NƏTİCƏ VƏ TƏKLİFLƏR 
Son iyirmi il ərzində Lənkəran bölgəsinin turizm fəaliyyəti müstəqillikdən 
əvvəlki dövrlə müqayisədə fərqli bir inkişaf yolu tapdı. Şübhəsiz ki, bölgədəki 
turizm sahəsindəki son investisiyalar bölgədə yeni iş imkanlarının yaranmasına, 
əhalinin orta yaşayış səviyyəsinin yüksəlməsinə və bölgədəki investorlar tərəfindən 
yüksək investisiya gəlirlərinə səbəb oldu. 
Araşdırma zamanı bölgədə turizmlə əlaqəli bəzi çatışmazlıqların da olduğunun 
şahidi olduq. Bu baxımdan qiymətlər, kadr çatışmazlığı, daha az otel, pansiyon
nisbətən aşağı gigiyenaya və kirayə evlərə zəif nəzarət qonşu ölkələrdəki turizmə 
görə nisbətən daha yüksəkdir. 
Bölgələrdə otel seçiminin artırılmasını mütləqdir, məsələn, turistlər səyahət 
etdikləri yerlərdə gəzməyə daha çox üstünlük verirlər. Bu səbəbdən də yalnız 
gecələmək üçün yerlərə ehtiyac var. Buna görə də yalnız beşulduzlu otellərə 
üstünlük verilməməli, eyni zamanda aşağı ulduzlu və ucuz otellərin və pansiyonların 
sayı artırılmalı və xidmət səviyyəsi yüksəldilməlidir. 
Bundan əlavə kirayə evlərin dövlət qurumları tərəfindən yoxlanılması və 
izlənilməsi lazımdır. Yol kənarındakı restoranlar və kafelərin gigiyenik təmizliyi 
daha tez-tez yoxlanılmalı və dezenfeksiya işləri aparılmalıdır. 
Turizm sektorunda kadr çatışmazlığını nisbətən azaltmaq üçün təlimlərin 
verilməli olduğunu və bu sahədə çalışan kadrların xaricə getmələrini və dərs 
almalarını təmin edən ən mühüm amillərdən biri olmasına da qeyd etməliyik. Bu 
kimi hallar aradan qaldırılsa turizm sektoruna investor axını nisbətən artacaq və 
turizm sahəsinə investisiya qoymaqdan imtina edənlərin diqqətini çəkmək mümkün 
olacaqdır. 
Turizm xidmətlərinin genişləndirilməsi, innovativ xidmətlərdən istifadə 
turizmin inkişaf etməsi üçün prioritet ola bilər. Buna inkişaf etmiş dünya ölkələrinin 
təcrübəsinə əsaslanaraq, onlarla əməkdaşlıq etməklə də nail olmaq olar. 
Azərbaycanda turizmin və turizimdə innovativ xidmətlərin inkişafı sosial inkişaf 
cəhətdən də əhəmiyyətlidir. Bu zaman yeni iş yerləri açıla, yerli insanlar əlavə 


72 
qazanc əldə edə bilirlər. Hazırda yerli məhsullar üçün yeni bazar şəbəkələri açılır, 
ekoloji maarifləndirmə işləri artırılır.
Azərbaycanda turizmin - innovativ xidmətlərin təkamülü və bu vasitə ilə turizm 
məhsullarının daha yaxşı satılması və uyğun olaraq turizm gəlirlərinin artması 
məqsədi ilə aşağıda qeyd etdiyimiz təkliflərin nəzərə alınması bu sahədə səmərəli 
nəticə əldə etmək məqsədi ilə daha yaxşı bir vasitə hesab edilə bilər:
-Müasir turizm şəbəkələrinin sayının çoxaldılması: Turizm sektorunu əhatə 
edən turoperatorları və tur agentlikləri reklamın inkişaf etdirilməsində vacib rol 
oynayır. Bu vasitə ilə Azərbaycanın turistik bölgələri regional həm də qlobal olaraq 
daha geniş formada tanına bilər. Reklam satışın təşviqi üçün ən geniş yayılan və 
təsirli marketinq vasitələrindən biridir. 
Nəzərinizə çatdıraq ki, reklamın informasiya funksiyası çox vaxt şirkətlər üçün 
ikinci dərəcəli, lakin mühüm əhəmiyyətə malikdir. Firmalar üçün reklam yolu ilə 
alıcıları bir məhsulun üstünlüklərinə inandırmaq və beləliklə məhsulu satışa 
çıxarmaq daha vacibdir. 

Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə