Beynəlxalq magistratura və doktorantura məRKƏZİ


Şəkil 13: SWOT analizi rəngsiz elə!



Yüklə 0,97 Mb.
Pdf görüntüsü
səhifə31/37
tarix05.10.2023
ölçüsü0,97 Mb.
#125363
1   ...   27   28   29   30   31   32   33   34   ...   37
lənkəran diss

Şəkil 13: SWOT analizi rəngsiz elə! 
Mənbə: 
https://www.unwto.org/-”Analysis”- 2020. 
Strateji amillər olan daxili və xarici amillər təşkilatın gələcəyi ilə əlaqədardır 
və SWOT analizində ayrı-ayrı maddələr kimi göstərilir. 
 
Qrafik 2: Lənkəran zonasında innovativ xidmətlərin SWOT analizi rəngsiz elə! 
 
Mənbə: 
https://www.unwto.org/-Information about tourism aplication-2020. 
Lənkəranda: 
- Üstün müştəri xidməti dedikdə, ötən paraqraflarda qeyd etdiyimiz 
müştərilərlə ünsiyyət zamanı istifadə olunan innovativ xidmət növləri başa düşülür.
- Xüsusi kommunikasiya metodları dedikdə otellərin rezervasiyası zamanı 
istifadə olunan korperativ qiymətlər barədə danışıqlar nəzərdə tutulur.
(Güclü tərəflər)
1. Üstün müştəri xidməti
2. Xüsusi kommunikasiya metodları
3. Otellərdə daha keyfiyyətli təmir 
xidməti
4. Geniş müştəri bazası ilə əldə 
olunan gəlir
(Təhlükələr)
1. Əmək və xərclər
2. Turizmdə rəqabət
3. Maliyyə sabitliyi
(Fürsətlər)
1. Kadrların təlim tələb etməsi
2. SMM xidməti bazara yeni 
imkanlar gətirir
(Zəif tərəflər)
1. Satış məhsullarında reklamın 
zəifliyi
2. Bəzi hallarda işçilərin 
məsuliyyətsizliyi
SWOT 
analizi
Zəif 
tərəflər 
Güclü 
tərəflər 
Fürsətlər 
Təhlükələr 


67 
- Otellərdə daha keyfiyyətli təmir xidməti - son illərdə bölgədə yerləşən 
otellərin müasir konstruksiya ilə tikilməsi kimi başa düşülür.
- Geniş müştəri bazası ilə əldə olunan gəlir - son illərdə Lənkəran zonasına 
səyahət edənlərin fazi nisbəti hər il 4.4% artmaqdadır. 
- Kadrların təlim tələb etməsi - kadrlar daima təlimə göndərilməli, yeni turizm 
xidmətlərindən xəbərdar olaraq daha yaxşı nəticə əldə edə bilərlər.
- SMM xidməti bazara yeni imkanlar gətirir - bu həm gəlirin artmasına, həm də 
otelin yüksək səviyyədə tanınmasına yardımçı olacaqdır. 
- Əmək və xərclər - bəzi hallarda xərclər qazancdan çox olduqda otel 
büdcəsində balans pozulur. Bu da əmək haqqlarının verilməsində, müxtəlif 
xidmətlərdə, ekstra tədbirlərin təşkili və s. - də bir sıra problemlərə səbəb ola bilər.
- Turizmdə rəqabət - başqa bir otelin üstünlüyü satış prosesində sizi geridə qoya 
bilər. 
- Maliyyə sabitliyi - bəzi hallarda aylıq qazanc sabit yaxud daha az olur. Bu da 
təbii ki, otelin infrastrukturuna mənfi təsir edir.
- Satış məhsullarında reklamın zəifliyi - bəzən paket çox sərfəli və keyfiyyətli 
olsa da reklamın zəifliyi satışa maneə ola bilər. Bu səbəbdən də reklamın 
keyfiyyətinə xüsusi diqqət yetitilməlidir.
- Bəzi hallarda işçilərin məsuliyyətsizliyi - korperativ müştərilərin telefon 
zənglərinə gec cavab verilməsi, elektron poçt ünvanına göndərilən müqavilə 
yenilənmələri və invoyslara məsuliyyətsiz yanaşma bir sıra narazılıqlara səbəb olur. 
- Turizm fenomeni ölkənin turist kimi qəbul edilən sosial quruluşuna müsbət 
təsirləri ilə yanaşı bəzi mənfi təsirləri də göstərə bilər. Bu sahədəki araşdırmalarda 
turizmin fərdi, ailə və sosial quruluşa mənfi təsirləri araşdırılmışdır. 
Turizmin sosial təsirləri ilə bağlı maraqlı məqamlardan biri də turistlə yerli 
xalqın bir-birinə fərqli münasibət göstərməsidir. Bölgə əhalisi turistlərin asudə 
vaxtlarının çox olmasına, onların əylənmə tərzinə, geyimlərinə və davranışlarına 
görə çox vaxt narahat olurlar.
Digər tərəfdən turistlər, yerli əhalinin onlara qarşı süni davranışlarından 
narahat olduqlarını dilə gətirir və onların bölgənin sosial dəyərlərinin pozulmasında 


68 
potensial cinayətkar olaraq görülürlər. Bu səbəbdən də “davamlı turizm” 
çərçivəsində mütəxəssislər, iki toplum arasındakı yarana biləcək problemlərdən 
qaçınmaq üçün həm turist qəbul edən yerli əhalinin, həm də turistlərin mədəni 
dəyərlər barədə məlumatlandırılmalı olduğunu bildirirlər. 
Turizmin struktur xüsusiyyətlərinə görə, bölgəyə səfər edən qonaqlar ilə bu 
bölgədə yaşayan, birbaşa turizm sənayesində iştirak edən və mədəni dəyərləri ilə 
turizm məhsulu yaradan insanlar arasında sosial-mədəni və sosial-iqtisadi qarşılıqlı 
əlaqələrin olması qaçılmaz bir həqiqətdir.
Turistlə bölgə arasındakı qarşılıqlı əlaqə müxtəlif yollarla özünü göstərə bilər. 
Alış-veriş, çimərlik, otel, restoran, diskoteka, avtobusda və ya yolda və s.Turizmin 
sosial təsiri turistin növü, ziyarətin məqsədi və göstərilən davranışla əlaqədardır. 
Məsələn, fərdi turistlə xalq arasında qarşılıqlı əlaqə və ünsiyyət kütləvi turizmlə 
müqayisədə daha yüksək ola bilər. Bu, fərdi turistin tədqiqatçı şəxsiyyəti ilə əlaqəli 
ola bilər. Turistlərlə turistləri qəbul edən bölgə insanları arasındakı ünsiyyəti təsir 
edən səbəblər arasında 
(Musayev V.A. 2017: s.78)


Turist qruplarının əsas ehtiyacları turizm müəssisələri tərəfindən ödənildiyi 
üçün yerli əhalinin köməyinə ehtiyac duymurlar. 

Dil fərqliliyindən qaynaqlanan mübahisələr və ünsiyyət problemləri. 

Turistlər bəzi bölgələrdə yerli insanlardan qorxurlar. 

İki qrupun bir-birinə qarşı mənfi münasibətləri. 

Turistlərin əraziyə qısa müddətə gəldiklərini və yenidən yola düşəcəklərini 
hesablamaq olar. 
Tədqiqatlar göstərir ki, xalqın sosial quruluşunun dəyişməsində turistlər daha 
çox üstünlük təşkil edirlər. Bu qənaətə gələn tədqiqatçılar turizmin xüsusilə iqtisadi 
və mədəni cəhətdən az inkişaf etmiş bölgələrdə təşviq olunduğunu və bu səbəbdən 
xalqın özlərinə yad bir həyat tərzinə uyğunlaşmağa meyilli olduqlarını, buna görə də 
müəyyən bir müddətdən sonra xarici mədəniyyətlərdən bir turisti nümunə olaraq 
seçə bildiklərini ifadə etdilər. Lakin bu fikir xüsusilə mühafizəkar bölgələr üçün 
keçərliliyini itirir. Belə bölgələrdə yaşayan insanlar tarixdən və dini inanclardan 


69 
qaynaqlanan mədəni quruluşlarını dəyişdirməmək üçün güclü bir müqavimət 
göstərə bilərlər. 
Zamanla dəyişən və inkişaf edən turizm fəaliyyətləri kütləvi turizmdən mədəni 
turizmə keçməyə səbəb oldu. Turizm tələbindəki bu dəyişikliklə alternativ turizm 
resurslarına sahib yeni bölgələrin axtarışı da sürətləndi. 
Lənəkəranda turizm xidmətlərinin SWOT təhlilini edərək mövcud 
potensiallardan necə daha səmərəli istifadə edilə biləcəyini müəyyənləşdirməyə 
çalışdıq. Nəticədən məlum olur ki, Lənkəran turistik bölgəsinin sektorda güclü 
olmasına baxmayaraq bəzi zəif cəhətləri də mövcuddur. Bundan əlavə, bölgə üçün 
aradan qaldırılması lazım olan çatışmazlıqlar və qiymətləndiriləcək üstünlüklər də 
bu aspektlər arasındadır.
Bu araşdırma nəticəsində Lənkəranın zəngin tarixi, mədəniyyəti və təbii 
sərvətləri, iqlimi və pozulmamış mühiti və coğrafi mövqeyinə görə əsas bazarlara 
yaxınlığı həm güclü, həm də üstünlükləri ilə seçilir. Lənkəranın güclü tərəfləri zəif 
tərəflərindən daha çoxdur. Bölgədə inkişaf etməmiş turizm şüuru, yerli 
rəhbərliklərin laqeydliyi və bununla əlaqəli infrastruktur və xidmət keyfiyyətinin 
çatışmazlığı ən qısa zamanda aradan qaldırılması lazım olan zəif cəhətlərdəndir.
Bölgənin ən böyük fürsəti alternativ turizm üçün yüksək potensialdır. Bundan 
əlavə son zamanlarda təbiətə, tarixə və mədəni turizmə marağın artması Lənkəran 
zonası üçün böyük üstünlükdür.
Bununla yanaşı, bölgədəki turizm fenomeninin tam qurulmaması və özəl 
sektorla yerli özünüidarəetmə arasında koordinasiyanın olmaması səbəbindən 
regional turizmə kifayət qədər maraq göstərilməməsi səbəbindən potensiallar kifayət 
qədər təbliğ edilə və satışa təqdim edilə bilmədi. Bura əsas məqsəd, innovativ 
xidmətlərdən istifadə edərək, problemli məsələləri minimuma endirərək bölgəyə 
yeni bir turistik imic gətirməkdir. 
Qeyd etməliyik ki, Lənkəranda turizmin inkişafına təsir edən problemləri 
müəyyənləşdirmək və ortaya çıxan problemlərli həll etmək, innovativ xidmətləri 
aydınlaşdırmaq üçün aparılan tətqiqatın bəzi məhdudiyyətləri var: 


70 
Əsas məhdudiyyət, məlumat toplanmasında bölgənin məhdudlaşdırılmasıdır. 
Araşdırmada məlumatların azlığı, əldə edilən nəticələrin ümumiləşdirilməsinin 
qarşısını alır.
Ancaq bu məhdudiyyətlərə baxmayaraq tədqiq edilən ya araşdırılan bölgədəki 
turizmin inkişafına təsir edən problemlər haqqında bir fikir verir və gələcək 
araşdırmalara köməkçi olduğu düşünülür.
Turizm dinamik bir sahə olduğundan müəyyən vaxt aralığında araşdırmalar 
aparmaq faydalı hesab olunur. Lənkəran turizmi üçün nələrin edilə biləcəyinə dair 
bir işin yerli xalqın töhfəsi və perspektivi ilə hazırlana biləcəyi və görüləcək işlərin 
yerli insanlar və yerli rəhbərliklər tərəfindən bir araya gətirilərək proyektə təqdim 
edilməsi təklif edilə bilər.
Həmçinin, Lənkərana ciddi sərmayə qoyduqları bilinən iş adamlarıyla əlaqə 
quraraq bölgədə turizmi inkişaf etdirmək üçün ortaq layihələr hazırlana və həyata 
keçirilə bilər. 
Lənkranda turizmin inkişafı üçün ilk növbədə onun təbii, tarixi və mədəni 
varlıqları bazarda təsirli, habelə dəqiq şəkildə təbliğ edilməli və satılmalıdır. 
Bölgənin təbliği üçün dünyanın müxtəlif bölgələrində turizm yarmarkalarında və 
festivallarda iştirak təmin edilməlidir.
Müəssisələr turizm məhsullarını şaxələndirərək bazarlarını qorumalı və daha 
çox insana müraciət etməlidirlər. Nəticə olaraq, araşdırma nəticəsində ortaya çıxan 
problemlərin həlli həm bölgə rəhbərləri, həm orada yerləşən müəssisələr, həm də 
yerli insanlar tərəfindən yaxşı başa düşülməli və şərh edilməlidir. Beləliklə, həllər 
uğurla həyata keçiriləcəkdir. 
Mövzunun izah edilməsi zamanı qeyd etdiyimiz problemlər, turizm 
sənayesinin yenilikçi xüsusiyyətini daha da yaxşılaşdırmaq məqsədi ilə aradan 
qaldırıla bilər. Operator və işçilər üçün turistik sistemlərin təkmilləşdirilməsi də bu 
baxımdan məqsədəuyğun hesab edilir. Təbii olaraq, dövlət qurumları və eyni 
zamanda turizm qrupundakı bütün maraqlı tərəfdaşlar bu barədə vahid bir fikirə gələ 
bilərlər.


71 

Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə