37
ümumi mənzərəsini anlamağa kömək edən sadə, lakin vacib və geniş istifadə olunan
bir vasitədir.
Cədvəl 5: Lənkəran rayonu üzrə apardığımız PEST təhlilinin nəticələri
Müsbət cəhətlər
Mənfi cəhətlər
Siyasi
amillər
Dövllət tərəfindən xüsusi bir qurum-
Lənkəran regional turizm agentliyin
yaradılmasına dəstək proqramı;
2017-ci ilə qədər Lənkəran-Astara
zonasında turizmin inkişafına yönələn
proqramların olmaması
İqtisadi amillər
İran ilə iqtisadi
münasibətlərin turizm
sferasına yaxşı təsiri
Bankşılığın inkişaf etməsi
Sığorta əməliyyatların olmaması
Sosial amillər
Texnoloji amillər
Ekoloji amillər
Mənbə:
https://www.stat.gov.az/search/?investisiyalar%C4%B1n+ - Statistik məlumatlar 2020.
Siyasi faktor kimi qeyd etməliyik ki, Nazirlər Kabinetinin turizm obyektlərinin
lisenziyalaşdırılması ilə əlaqədar olan sərəncamı turizm xidmətlərini hazırkik
tələblərə cavab verən səviyyəyə çatdırmaq məqsədi daşıyır. Bu çərçivədə Lənkəran
Mədəniyyət və Turizm Ofisi bütün turizm obyektlərinə xəbərdarlıq göndərmişdir.
Son
məlumatlara görə, lisenziyalaşdırmaya laqeyd yanaşan bir neçə obyekt ciddi
nəzarət altına alınıb.
Hal-hazırda keçmiş SSRİ-də olduqca məşhur olan İstisu sanatoriyasının
əvvəlki şöhrətini bərpa etmək məqsədi ilə bir sıra işlər görülür. Turizmin bütün
dünyada qazanclı bir sahə olduğu və ictimai-siyasi yönlü bir xidmət növü olduğu
məlumdur.
Əslində, xarici ölkələrdən gələn turistlərin təkcə istirahət etmək deyil, həmçinin
də istirahət etdikləri ölkələr barədə ictimaiyyəti daha yaxşı məlumatlandırmaq
imkanı var. Bu cəhətdən turizm müasir dünyada həm qazanclı bir iş, habelə siyasi
PR kampaniyası kimi xüsusi bir əhəmiyyətə malikdir. Azərbaycanın bu cür
ictimaiyyətlə əlaqələr kampaniyalara xüsusi ehtiyacı var.
38
Yüksək tələbat bölgədə tikilən otellərin və istirahət zonalarının zamanın müasir
tələblərinə cavab verdiyini göstərir.
İqtisadi faktorlara gəldikdə isə deyə bilərik ki, bölgədəki turizm sahəsindəki
son investisiyalar, bölgədə yeni iş imkanlarının yaradılması, əhalinin orta yaşayış
səviyyəsinin yüksəlməsi və bölgədəki investorlar tərəfindən yatırılan investisiyalar
nəticəsində yüksək gəlir gətirmişdir. Bu sahədə yeniliklərin edilməsi və turistik
bölgənin inkişaf etdirilməsi məqsədi ilə müasir tələblərə
cavab verən tədbirlərin
görülməsi məqsədəuyğundur.
İnfrastrukturun inkişafı və innovativ xidmətlər turizmin inkişafında vacib rol
oynayır. Bu baxımdan müasir yolların tikintisi də mühüm amildir. Ha-hazırda
Lənkəranda bütün yollar yenilənib. Bölgədə dağ kəndlərinə gedən yollar yenidən
qurulmuşdur.
Sosial nəticələr göstərir ki, cənub bölgəsi kurortları, tarixi abidələri və yerli
sakinlərin
qonaqpərvərliyiylə
turistlərin
marağına
səbəb
olmuşdur
(https://www.stat.gov.az/search/?q - Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi:
Lənkəran rayonu 2020-ci il)
.
Texnoloji mühitə nəzər saldıqda məlum olur ki,
son iyirmi ildə Lənkəran
bölgəsinin turizm fəaliyyəti müstəqillikdən əvvəlki dövrlə müqayisədə fərqli bir
inkişaf yolu tapmışdır.
Ekoloji nəticə kimi respublikamızım demək olar ki, bir çox bölgələrində
(Məsələn, Quba, Lənkəran, Qusar, Şamaxı və.s.) turizm
üçün əlverişli imkanlar
mövcuddur.
Lakin Cənub bölgəsini digər bölgələrdən fərqləndirən bir neçə xüsusiyyət var.
Bunlara bölgənin əlverişli iqlim şəraiti, zəngin təbiəti və faunası, Şirvan və Hirkan
milli parklarının və Qızılağaç qoruğunun bölgədəki yeri daxildir
(https://www.stat.gov.az/search/?q - Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi:
Lənkəran rayonu 2020-ci il)
.
Onu da diqqət etmək lazımdır ki, sahildəki qara qum Xəzər dənizinin qalan
hissələrindəki
sarı
qumdan
daha
yüksək
keyfiyyətə
malikdir
39
(https://www.stat.gov.az/search/?q - Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi:
Lənkəran rayonu 2020-ci il)
.
İnfeksiya səviyyəsinin mümkün qədər aşağı olması səbəbindən şəhərdəki
karantin rejimi müəyyən mərhələlərlə ləvğ edilir. İstirahət üçün ən populyar
variantlardan biri də Lənkəran kurortları və otelləridir
(https://www.stat.gov.az/search/?q
- Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi: Lənkəran rayonu 2020-ci il)
.
PEST təhlili gələcəyə strateji baxış qurmaq üçün istifadə oluna bilər. PEST
analizi əsasən nəzəri məlumatların araşdırılması əsasında aparılmışdır.
Lənkəranın müxtəlif turizm növləri üzrə böyük potensialının olmasına
baxmayaraq, mövcud imkanlardan yetərincə istifadə olunmur. Bu sahənin inkişafına
əngəl olan səbəbləri aradan qaldırmaq olduqca vacibdir. Bu problemləri və mövcud
vəziyyəti araşdırmaq üçün GZİT ekspert qiymətləndirmənin aparılması da olduqca
məqsədəuyğundur.
Güclü tərəflər:
Rayonda 86 tarixi abidə var. Buna misal olaraq Divalona, Atəşgədə qalıqları,
Bəlləbur qalası, Siğon qəbiristanlığı, Şeyx Zahid
və Seyid Xəlifənin türbələri,
Dəyirmi qala, Hacı Mirzə hamamı, Hacı Qurban hamamı, Ulu Bazar məscidi və s.
misal göstərmək olar. Bunlara əlavə olaraq bazar məscidi, iki dəfə Sovet İttifaqı
Qəhrəmanı General-mayor Həzi Aslanovun ev-muzeyi və abidəsi, Dəmir Körpü,
Tarix və Diyarşünaslıq Muzeyi, Dövlət Dram Teatrı, Şəhidlər Xatirə Kompleksi, II
Dünya Müharibəsində şəhid olanların şərəfinə ucaldılmış abidələr, Azərbaycanın
milli qəhrəmanları Rövşən Abdullayev, Əsgər Əliyev, Soltanağa Bayramov, Etibar
Əliyev, Paşa Təhməzovun büstlər də bu tarixin real sübutlarıdır.
Bundan əlavə,
bölgədə 38 ağac və 8 hektar meşə təbii abidə kimi hələ də günümüzdə qoruyub
saxlanılmaqdadır (
https://www.stat.gov.az/search/?q - Azərbaycan Respublikasının Dövlət
Statistika Komitəsi: Lənkəran rayonu 2020-ci il)
.