Beynəlxalq magistratura və doktorantura məRKƏZİ


III FƏSİL. LƏNKƏRAN İQTİSADİ RAYONUNDA TURİZMİN



Yüklə 0,97 Mb.
Pdf görüntüsü
səhifə25/37
tarix05.10.2023
ölçüsü0,97 Mb.
#125363
1   ...   21   22   23   24   25   26   27   28   ...   37
lənkəran diss

III FƏSİL. LƏNKƏRAN İQTİSADİ RAYONUNDA TURİZMİN 
İNKİŞAFINDA İNNOVATİV XİDMƏTLƏRİN TƏTBİQİ 
İSTİQAMƏTLƏRİ 
3.1. Lənkəran zonasında innovativ xidmətlərin turizm obyektlərində istifadə 
mexanizmi 
Müasir mənada “innovasiya” termini, aydın bir təşəbbüskarlıq konsepsiyasını 
ortaya qoyan və dövri prosesin demək olar ki, həm sənaye, həm də təşkilatdakı 
yeniliyin nəticəsi olduğunu vurğulayan Jozef Şumpeter tərəfindən tətbiq edilmişdir. 
Yenilik dedikdə, turizmdə istehsal və nəqliyyat üsullarındakı dəyişikliklər, yeni 
məhsulun istehsalı, sənaye təşkilatında dəyişiklik, yeni bazarın açılması nəzərdə 
tutulur.
İnnovativ xidmət ixtira demək deyil, əksinə yeni texnologiyanın, yeni 
materialların, yeni idarəetmə və həvəsləndirmə metodlarının tətbiq edilməsini və 
onların gəlirli olmasını nəzərdə tutur. Beləliklə, turizm sahəsində innovasiyaların 
əsas funksiyalarına aşağıdakılar aiddir:
- Məhsuldarlığı və istehsalın səmərəliliyini artırmaq, xərcləri azaltmaq 
məqsədilə yeni məhsuldar qüvvələrin, yəni turizm üzrə kvalifikasiyası olan 
mütəxəssislərin prosesə cəlb edilməsi;
- Əhalinin ehtiyaclarına cavab verən turizm məhsulu və xidmətlərin 
müxtəlifliyi və keyfiyyətinin artırılması; 
- Səyahət agentləri, mehmanxanalar və nəqliyyat şirkətləri tərəfindən 
informasiya texnologiyalarından geniş istifadə edilməsinin təşviqi. 
Lənkəran bölgəsində turizm məhsulu yaratmaq, turizm xidmətləri, hava və 
qatar biletlərinin sifarişlərini yerinə yetirmək kimi proseslər informasiya 
texnologiyalarının ən son nailiyyətlərini tətbiq etməklə turizm xidmətini ən yüksək 
səviyyəyə qaldıra bilər.
Qeyd etmək lazımdır ki, sosial-iqtisadi sistemin innovasiya potensialına təsir 
edən ən vacib amil yalnız bütün növ mənbələrin lazımi həcminin mövcudluğu deyil, 
həm də keyfiyyəti, quruluşu, tarazlığı və istifadəsinin rasionallığıdır. Bu 


53 
göstəricilərin yaxşılaşdırılması, mənbələrdən istifadəni artıra bilər 
(Porter M.E. 2016: 
s.11). 
Fikrimizcə, Porterin göstərdiyi diqqətəlayiq inkişaf istiqamətləri Lənkərandakı 
turizm sektoru üçün əsas yenilik sahələri kimi qəbul oluna bilər: 
- yeni turizm marşrutlarının tətbiqi, yeni turizm və ya restoran məhsulunun 
buraxılması, yeni otel xidmətlərinin göstərilməsi (oteldə yay - qış yataqlarının 
istifadəsi, sauna xidməti və s.);
- yeni avadanlıq və texnologiyaların istifadəsi (özütəmizləyən məişət 
avadanlığının otel otaqlarında istifadəyə verilməsi);
- yeni turizm mənbələrindən istifadə (xarici ölkələrin innovativ xidmət 
növlərinə nəzər salmaq. Məsələn, qəlyanaltı servisindəki dəyişikliklər);
- yeni texnika və iş prosesinin təşkili metodlarının tətbiqi (otelə gəlməzdən 
öncə “check - in” xidməti);
Lənkəranda mövcud olan innovativ xidmət potensialına nəzər salaq. 
Araşdırma zamanı bölgədə turizmlə əlaqəli bəzi çatışmazlıqların da 
olduğunun şahidi olduq. Bu baxımdan qiymətlər, kadr çatışmazlığı, daha az otel, 
pansiyon , nisbətən aşağı gigiyenaya və kirayə evlərə zəif nəzarət qonşu ölkələrdəki 
turizmə görə nisbətən daha yüksəkdir. 
Bölgələrdə otel seçiminin artırılmasını mütləqdir, məsələn, turistlər səyahət 
etdikləri yerlərdə gəzməyə üstünlük verirlər, buna görə yalnız gecələmək üçün 
yerlərə ehtiyac var. Bu səbəbdən yalnız beşulduzlu otellərə üstünlük verilməməli, 
eyni zamanda aşağı ulduzlu və ucuz otellərin və pansiyonların sayı artırılmalı və 
xidmət səviyyəsi yüksəldilməlidir.
Bundan əlavə kirayə evlərin dövlət qurumları tərəfindən sanitar nəzarət kimi 
turizm xidmətindən istifadə olunur. Kirayə evllərin həftədə 1 dəfə yoxlanılması və 
düzgün istifadə üzrə izlənilməsi qanunvericilik aktları ilə tənzimlənməlidir. Yol 
kənarındakı restoran və kafelərin gigiyenik təmizliyi tez-tez yoxlanılmalıdır.
Qonaqlama tədarükü xidməti 
Lənkəranda hazırda fəaliyyət göstərən 16-dan çox otel və 5 istirahət müəssisəsi 
mövcuddur. Bunlar Lənkəran şəhərində “Xəzər”, “Qafqaz” “Palmalife”, “Qala”, 
“Dalğa”, və “Palıdlı sahil”, “İsti su” termal müəssisəsi, Masallıda yerləşən 


54 
“Masallı”, “Rasim” və “Dəstvənd” otelləri, Lerikdə “Relaks”, “Türkan”, habelə “İsti 
su” termal - istirahət müəssisəsi və Astarada yerləşən “Astara”otelləridir. Burada 
həmçinin turistlər üçün kirayə evlər də fəaliyyət göstərir. Lakin kirayəyə verilən bu 
mehmanxanalarda turizm xidmətlərinin keyfiyyəti, təhlükəsizlik (yanğın, sğorta və 
b.) və sanitariya göstəriciləri olduqca aşağıdır. Bu otellərdə ekstra xidmət kimi 
müştərilərin doğum günləri üçün xüsusi tədbir görülməsi müştərilər üçün olduqca 
effektiv xidmət vasitəsidir. 
Məsələn, Lənkəranda fəaliyyət göstrən “Xan Lənkəran” oteli turistlərə nəinki 
yüksək keyfiyyətli restoran və qonaqlama xidməti təklif edir, həmçinin bu otel həm 
də Azərbaycan milli irsinə qoruyan və təbliğ edən muzey kimi də fəaliyyət göstərir. 
Otel restoranlar, mehmanxana otaqları, həyət və ümumi görüş otaqları milli üslübda 
yaradılmış və bəzədilmiş (xalça-palas, mütəkkələr, dolablar və ləmələr, mis 
qablar,məcməyilər, dolçalar və d.), milli üslubda geyimlərə malik kuklalar (Meşədi 
İbad, milli geyimdəki qadınlar, xurcunlu at və eşşək heykəlləri, gül səbətləri və 
bayram xonşaları və d.) ilə təchiz edilmiş və turistlər üçün maraq doğuran, eləcə də 
fotosessiya üçün geniş imkanları olan xidmətləri təklif edir. 
Qida və içki təchizatı xidmətləri 
Lənkəran bölgəsində böyük və kiçik restoran və kafelər çoxdur. Bunlardan ən 
böyüyü Lənkərandakı “Sahil”, “Dalğa”, “Köhnə ada”, “Titanik”, “Meşaçi” 
restoranları, “Turaç”, “Moskva”, “Dəniz”, “Masallı” dır. Lerikdə “Təbəssüm”, 
“Hayat” və “Elgün” restoranları, Astarada isə “Sahil” restoranları xidmət göstərir.
İnformasiya texnologiyaların yeniliklərinin tətbiqi 
Ötən paraqraflarda da qeyd etdiyimiz kimi reklamın və sosial şəbəkərlərin 
(turizm tətbiqləri: Booking, B2B, TripAdvisor, Agoda və s.) turistik bölgənin 
tanıtdırımasında mühüm rolu vardır. Məsələn, TripAdvisor dünyanın ən böyük 
səyahət icmal platformasıdır və 450 milyondan çox istifadəçisi, 570 milyondan çox 
rəyi var. 
Lənkəran zonası, habelə turistik bölgənin idarə heyəti bilməlidir ki, bu 
şəbəkələr turistlərin istirahətlə bağlı qərar verməsi prosesində mühüm rol oynayır. 
PhoCusWright tərəfindən aparılan bir araşdırmaya görə səyahət edənlərin 70% - nin 


55 
bir otel seçməzdən əvvəl TripAdvisorda müştəri qiymətləndirmə qeydlərini 
oxuduqlarını göstərir və səyahətə hazırlaşanların 53 %- nin rəyləri oxumamış hər 
hansı bir turizm sifariş verməyə qərar vermədikləri qeyd olunmuşdur.

Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə