Beynəlxalq magistratura və doktorantura məRKƏZİ


Diaqram 2: Səyahət agentlikləri və tur operatorların əsas göstəriciləri



Yüklə 0,97 Mb.
Pdf görüntüsü
səhifə28/37
tarix05.10.2023
ölçüsü0,97 Mb.
#125363
1   ...   24   25   26   27   28   29   30   31   ...   37
lənkəran diss

 
Diaqram 2: Səyahət agentlikləri və tur operatorların əsas göstəriciləri 
Mənbə:
 http://www.academia.org-”Tourism indicators in Azerbaijan”-2019. 
Azərbaycan turizm sahəsində şirkətlər bütün ölkələrlə əməkdaşlıq etməyə 
çalışır. Turizm sənayesinin bu sahədəki köməyi inkar edilə bilməz. Bu sahədə 
aparılan yeniliklərdən sonra səyahət agentlikləri və tur operatorların göstəriciləri 
dəyişmişdir. 
Turizm sahəsində kadr çatışmazlığını aradan qaldırmaq üçün təlimlərin 
verilməli olduğunu və bu sahədə çalışan kadrların xaricə getmələrini və dərs 
almalarını təmin edən ən vacib amillərdən biri olduğunu da qeyd etməliyəm. Bu kimi 
hallar aradan qaldırılsa turizm sektoruna investor axını artacaq və turizm sektoruna 
investisiya qoymaqdan imtina edənlərin diqqətini cəlb etmək mümkün olacaqdır. 
Lənkəran bölgəsində turizmin bazarlama imkanlarından istifadə etmək üzrə 
yeni üsulların tətbiqi 
Lənkəran bölgəsində turizmin innovativ inkişafına təsir göstərən əsas amillərə 
aşağıdakılar daxildir (
Musayev V.A. 2017: s.119
). 
- elmi və texnoloji inkişaf səviyyəsi, iqtisadi və siyasi sabitlik, müvafiq 
qanunvericilik bazasının mövcudluğu və digər xarici amillər; 
0%
10%
20%
30%
40%
50%
60%
70%
80%
90%
100%
Turizm fəaliyyəti ilə 
məşqul olan işçilərin 
ümumi sayı
Səyahət agentlikləri və 
tur operatorların 
göstəriciləri
2016
2017
2018
2019


60 
- lazımi həcmdə təbii, maliyyə və digər mənbələrin mövcudluğu; 
- turizm infrastrukturunun inkişaf səviyyəsi; 
- ölkədə inkişaf etmiş turizm bazarı və rəqabətin dərəcəsi və növü; 
- turizm fəaliyyətinin bütün sahələrində yüksək ixtisaslı kadrların mövcudluğu. 
İqtisadi idarəetmənin istənilən sektorundakı yenilikçi fəaliyyətin özünəməxsus 
xüsusiyyətləri vardır və burada turizm sənayesi də istisna deyil. Bunun səbəbi turizm 
xidmətlərinin xüsusiyyətləri, onlara olan tələb və təklifdir. Lənkəranda yenilik 
prosesinin spesifikliyinə səbəb olan amillər nəzərə alınaraq, turizm məhsulunun 
yeddi aparıcı xüsusiyyəti müzakirə edilə bilər 
(Porter M.E. 2016: s.25)

1. Turizm şirkətlərinin menecerləri, daim yeni bazarlar və turizm məhsullarını 
tanıtmaq üçün yeni yollar axtarmalarına səbəb olan ciddi bir turist məhsulunu 
vaxtında tətbiq etməlidirlər. 
2. Lənkəranda turizm xidmətləri satışının həcmi mövsümi dalğalanmalara 
məruz qalır. Mövsümlərarası fasilədə əlavə təkliflərlə stimullaşdırılmış tələb, 
qiymətlər, təkliflərin şaxələndirilməsi həyata keçirilməlidir. 
3. Turizm xidmətlərinin xüsusiyyətlərini nəzərə alaraq yalnız mövsümi 
dalğalanmalar mövzusuna deyil, həm də siyasi, iqtisadi, ekoloji və digər xarici 
amillərə istinad etmək lazımdır. 
4. Turizm xidmətlərinin istehlakçısı üçün müəyyən məsafəni qət etmək, daimi 
yaşayış yerindən çıxmaq lazımdır. 
7. Turizm bazarının istehlakçıları və istehsalçıları turizm bazarında coğrafi 
olaraq bir-birindən ayrılırlar, bu səbəbdən geniş bir auditoriyanı əhatə edən tanıtım 
fəaliyyətləri müəyyən bir aktuallıq qazandırır. 
Bütün bu xüsusiyyətlər turizm xidmətləri tədarükçülərindən və turizm 
agentliklərindən bütövlükdə turizmin yenilikçi təbiətinə və turizmin inkişafına daim 
cəlb olunması ilə əlaqəli olan turizmin inkişafına səbəb olan istehlakçıları cəlb etmək 
üçün daim yeni yollar və vasitələr axtarmağı tələb edir.
Turizm sektorundakı yeniliyin spesifikliyi yalnız turizm xidmətlərinin 
xüsusiyyətləri ilə deyil, həm də onların istehlakçılarının və istehsalçılarının 
xüsusiyyətləri ilə müəyyən edilir. Ağentliklər Bazarlama üsullarını əsasən dünya 


61 
təcrübəsinə əsaslanaraq inkişaf etdirməyə çalışırlar. Bazarlama prosesində reklamın 
rolu da böyükdür. Reklam üçün ümumi tələblər bunlardır: 
1. Reklam qanunla qadağan olunmayan yol və üsullarla istehlakçıların diqqətini 
məhsula yönəltməli və məhsul haqqında məlumat verərək məhsula tələbat 
yaratmalıdır. 
2. Reklam istehlakçıları qarışıqlıq yaratmamaq və rəqiblərinin, reklam olunan 
məhsulların yaxud digər əvəzedicilərlə istehsal edilən məhsulların bazar nüfuzuna 
xələl gətirmək üçün turizm sənayesini seçməlidirlər. 
3. Turizm reklamları etik qaydalara uyğun dizayn edilməlidir. 
4. Reklam dövlətə, milli mənəvi dəyərlərə, insan həyatı və sağlamlığına, şərəf 
və ləyaqətinə, dini və siyasi inanclarına, ictimai təhlükəsizliyə və ətraf mühitə zərər 
verə biləcək hərəkətlərə qarşı olmalıdır. Qlobal turizm reklamlarında etik normalarla 
ziddiyyətlərə yol verilməməlidir. 
5. Reklam cəmiyyəti narahat etməməlidir. Reklam cihazı yalnız reklam 
məqsədilə istifadə oluna bilər. 
- Xidmət keyfiyyətinin yüksəldilməsi: Xidmət keyfiyyəti nə qədər yaxşı olarsa, 
buna paralel olaraq müştəri sayı birə-beş arta bilər. Çünki hər bir müştəri razılığı 
yeni bir müştərinin qazanılması deməkdir. 
Göründüyü kimi, turizm fəaliyyəti davamlı olaraq yeni yollar və həll yolları 
axtarır və buna görə yeniliklər axtarır. İnnovativ fikirlərin və inkişafın həyata 
keçirilməsi üçün mövcud bazar tələblərinə cavab verəcək çevik, adaptiv səviyyəli 
idarəetmə sistemi formalaşdırmaq lazımdır. 
Əsas turizm şirkəti səviyyəsində yenilikçi idarəetmə yenilikçi proseslər üçün 
aparıcı vasitə olmalıdır. Şirkətin keyfiyyətinə nəzarət, yenilik fəaliyyətinin təşkilati 
fəaliyyətinə böyük dərəcədə təsir göstərir, nəticədə səmərəsiz layihə və risklər azalır. 
Müstəqillik illərindən bəri Prezidentimiz bölgənin, xüsusilə Lənkəran 
bölgəsinin iqtisadiyyatının inkişafı üçün müxtəlif sosial-iqtisadi islahatlar həyata 
keçirmişdir. 
Son iyirmi ildə Lənkəran bölgəsinin turizm fəaliyyəti müstəqillikdən əvvəlki 
dövrlə müqayisədə fərqli bir inkişaf yolu tapmışdır. Şübhəsiz ki, bölgədəki turizm 


62 
sahəsindəki son investisiyalar bölgədə yeni iş imkanlarının yaranmasına, əhalinin 
orta yaşayış səviyyəsinin yüksəlməsinə və bölgədəki investorlar tərəfindən yüksək 
investisiya gəlirlərinə səbəb olmuşdur. 

Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə