Beynəlxalq magistratura və doktorantura məRKƏZİ


Lənkəran zonasında innovativ xidmətlərin yaradılması strategiyası və



Yüklə 0,97 Mb.
Pdf görüntüsü
səhifə29/37
tarix05.10.2023
ölçüsü0,97 Mb.
#125363
1   ...   25   26   27   28   29   30   31   32   ...   37
lənkəran diss

3.2. Lənkəran zonasında innovativ xidmətlərin yaradılması strategiyası və 
vəzifələri 
Lənkəran zonasında innovativ xidmətlərin yaradılması startegiyasına nəzər 
saldıqda qeyd etməliyik ki, innovasiya elmi düşüncənin nəticələrini əldə etmək və 
tətbiq etmək üçün bir vasitədir. Bu baxımdan turizm kompleks bir sosial-iqtisadi 
sistem olaraq yenilik üçün son dərəcə geniş bir sahədir. Turizm yeni bir məhsul və 
ya xidmət yaratmaqla yanaşı digər idarəetmə sahələrində tətbiq olunan yeniliklərdən 
də istifadə edir.
Lənkəran zonasında innovasiya idarəetməsi yenilikçi proseslərin səmərəli 
təşkili əsasında turizm şirkətlərinin hədəflərinə çatmaq üçün bir növ mədəni, iqtisadi 
və iş fəaliyyətidir. İnnovasiya rəhbərliyi planlama, marketinq, təşkilat, nəzarət və s. 
kimi müxtəlif funksiyaları əhatə edir. Monitorinq və qiymətləndirmə yenilik 
menecmentinin əsas funksiyalarından biridir. 
Yeniliklərin nəticələrinin qiymətləndirilməsi zamanı əldə edilən məlumatlar 
yalnız səmərəliliyin göstəricisi deyil, həm də gələcək strategiyanın, əməliyyat və 
cari planlaşdırmanın inkişafı üçün əsasdır. Turizm sahələrarası bir kompleks 
olduğundan, sənayedə innovativ fəaliyyətin standart göstəricilərinin istifadəsi 
davam edən yenilik proseslərini əks etdirmir. 
Bu 
səbəbdən 
turizm 
sahəsindəki 
yenilik 
fəaliyyətinin 
təhlili və 
qiymətləndirilməsi üçün xüsusi göstəricilərdən istifadə edilməlidir. Bazar 
araşdırması və məlumat toplama metodlarındakı yeniliklər, turizm təşkilatları üçün 
marketinq yenilikləri arasında xüsusi əhəmiyyət daşıyan məhsul və xidmətləri təşviq 
etməyin yenilikçi yolları, turizm xidmətləri keyfiyyətinin və təhlükəsizliyinin 
yaxşılaşdırılması ilə əlaqəli olur. 
Turizm sahəsindəki yeniliklər bəzən cəmiyyətdə baş verən hadisələrin təsiri 
altında olduqca qəfil və gözlənilməz bir şəkildə ortaya çıxır. Buna görə də yenilik 


63 
proseslərinin öyrənilməsi, yeniliklərin meydana gəlməsinin səbəbləri, tətbiqetmə 
metodlarının inkişafı böyük praktik və elmi maraq doğurur. Turizm sahəsindəki 
yeniliklərin inkişafında və bu sahələrə dövlət dəstəyinin müvafiq mexanizmlərlə 
işlənib hazırlanmasında dövlətin rolu vacibdir.
Bununla birlikdə, koronavirus epidemiyası ölkələrin turizm fəaliyyətinə 
birbaşa təsir göstərərək bütün dünyada otel doldurma səviyyələrini əhəmiyyətli 
dərəcədə aşağı salmışdır.
Xarici turistlərin əksəriyyəti ilə birlikdə bütün dünyada uçuş sayı xeyli azalmış, 
sərhədlər bağlanmışdır. 2020-ci ilin yazında Azərbaycanda çoxlu sayda erkən turizm 
xidməti sifarişlərinin satışı olmuşdur. Satış şərtlərinə əsasən erkən sifariş tətilini 
alanlara endirim təqdim edilmişdi. Erkən yollayış alan müştərilərin koronavirus 
epidemiyası başladıqdan sonra tətil pullarının geri qaytarılmasını tələb etdikləri 
labüd olmuşdur. 
İstehlakçıların qəfil ləğv istəkləri səbəbiylə hava yollarına və otellərə edilən 
ödənişləri ödəməkdə çətinlik çəkən turizm agentlikləri ilə istehlakçılar arasındakı 
münasibətlərdə ədalətli bir həll yolu tapılmalıdır. Əks halda müştərilərlə agentliklər 
arasında bir sıra problemlər yaşana bilər. 
Pandemiya dövründə Lənkəran üzrə turizm sahəsinə mane olan amilləri 
araşdırmaq üçün müəllif tərəfindən sorğu aparılmışdır. Sorğuda 33 nəfər iştirak 
etmişdir. Suallar: İşsizlik səbəbələri nədir? Ödənişşsiz məzuniyyətlə bağlı 
fikirləriniz nədir? Bağlanan turizm obyektləri barədə fikriləriniz?
Turistik agentlikdə apardığımız sorğuya əsasən deyə bilərik ki, korona virus 
Lənkəranın turistik bölgələrində turizm işçilərinə də mənfi təsir göstərmişdir.
Turistik hesabatlarda, turizm işçilərinin böyük ölçüdə işsiz olduqlarını və ya 
ödənişsiz məzuniyyətlərlə üzləşdiklərini açıqlanmışdır. 
Həmkarlar ittifaqı bildirir ki, ödənişsiz məzuniyyət bəzi iş yerlərində əmək 
müqaviləsinin dayandırılması kimi fəaliyyət göstərir və bu halda işçinin sığorta 
haqqı ödənilmir. 


64 
Turizm sektorunda fəaliyyət göstərən müəssisələrin yüzdə 80-nin 16 martdan 
bəri bağlandığını qeyd edən turizm birliyi, “kafe və restoran kimi müəssisələrin 
yüzdə 40-nın onsuz da iflasa uğradığını” qeyd edilmişdir. 
Açıqlamada işçilərin çoxunun işsizlik müavinətlərindən istifadə etmədiyi ifadə 
edildi və turizm sektorunda çalışan təxminən bir milyon yarım miqrant işçinin 
vəziyyətindən də bəhs edilmişdir: “İşçi miqrantların çoxu maaşlarını belə ödəmədən 
işdən çıxarıldı. Onların çoxusu qeydiyyatsız işlədikləri üçün heç bir qanuni hüquq 
tələb edə bilmədilər. 

Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə