Bilal Həsənli Nazilə Abdullazadə



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə25/155
tarix30.12.2023
ölçüsü2,8 Kb.
#166465
növüDərs
1   ...   21   22   23   24   25   26   27   28   ...   155
B.Həsənli. Abdullazadə N.İfadəli oxu. 2015 (1)

, səsin melodiyasını
yaradan müəyyən qanunauyğunluqla baş 
verir. Yüksək səviyyədən orta və alçaq səviyyəyə qalxıb-enməsi 
səsin həssaslığı
 
adlanır. 
Səsin həssaslığı ( çevikliyi, mütəhərrikliyi) – 
yüksək səsdən 
orta, alçaq səslərə asan keçə bilməsini əks etdirən xüsusiyyətidir. 
Hər bir insan başqalarından 
səsin tembrinə 
görə fərqlənir. Biz 
insanların səsini məhz tembrinə görə bir-birindən ayıra bilirik.
Tembr fransızca 
“tembre”
sözündən olub zəng qülləsi, zəng vuran 
mənasında işlədilir. O, səsin fərdi əlaməti, xüsusi keyfiyyəti və 
məxsusi boyaları deməkdir. Biz nitqi dinləyərkən əsas tondan əlavə, 
insanın qırtlağı, ağız və burnunun özünəməxsus quruluşundan irəli 
gələn əlavə tonları 

obertonları da eşidirik. Əlavə səs tonları insa-
nın fərdi səs tembrini, səsin təmizliyini təmin edir. Əsas tona qarı-
şan obertonların çoxluğu səsin tembrinin dolğunluğuna və zən-
ginliyinə səbəb olur. Səsin tembri ağız və burun boşluqlarının həc-
mindən və formasından asılı olur. 
Diksiya. 
İfadəli oxu ilə bağlı mühüm məsələlərdən biri də şa-
girdlərə 
diksiya – düzgün tələffüz bacarıqlarının aşılanmasıdır.
Səslərin tələffüzündəki qeyri-dəqiqlik, yanlışlıq mənanın anlaşılma-
masına gətirib çıxarır. Bəzi müəllimlər orfoepik bacarıqların forma-
laşdırılmasında ədəbiyyat dərslərinin imkanlarından istifadə etmir, 
bu işi dil dərslərinin öhdəsinə atırlar. Halbuki məktəbdə vahid nitq 
rejimi olmalı, bütün dərslərdə nitqin düzgünlüyü, dəqiqliyi, ifadə-
liliyi tələbləri, fonetik, leksik, qrammatik normalar gözlənilməlidir. 
Ədəbiyyat dərsində şagirdin orfoepik tələbi pozaraq “Ayrılarmı 
könül candan” misrasında “cannan” əvəzinə “candan”, “Mən bir 
uşaq, sən bir ana” misrasında “uşax” əvəzinə “uşaq” deməsi kimi 
hallar diqqətdən yayınmamalıdır. 
Şagirdlərin diksiya 

səslərin, onların qovuşmasının düzgün, 
dəqiq tələffüz etmək bacarığına yiyələnməsi uzun vaxt tələb edir. 
Bu məqsədlə nitqin dəqiqliyinə, sözlərin dinləyiciyə çatdırılmasına 
daim diqqət yetirilməsi vacibdir. İlk növbədə nitq texnikasının mü-


63 
hüm elementi sayılan düzgün tələffüzün 
-
diksiyanın əhəmiyyəti
sait və samit səslərin tələffüzündəki qüsurların aradan qaldırılması 
üzərində müntəzəm işləməyin zəruriliyi başa düşülməlidir. 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə