Biologiya tədrisi metodikası I mövzu: Biologiya tədrisi metodikasının məqsəd və vəzifələri Plan


Qeyd və şəkil dəftərlərinin aparılması



Yüklə 0,88 Mb.
səhifə32/39
tarix26.05.2023
ölçüsü0,88 Mb.
#113116
1   ...   28   29   30   31   32   33   34   35   ...   39
Biologiya t drisi metodikas I m vzu Biologiya t drisi metodika

7.Qeyd və şəkil dəftərlərinin aparılması
Şagirdlərin biologiyaya aid gördükləri müstəqil işlərdən biri də onların ev tapşırıqları haqqında qeyd və şəkil dəftərləri saxlamalıdır. Müxtəlif bitgi və heyvanların şəklini çəkmək, yaxud müşahidə və təcrübələr üzrə qeydlər aparmaq, materialın mənimsənilməsini xeyli asanlaşdırır. Bitgi və heyvanın şəklini çəkdikcə, yaxşı mənimsəyə bilmədiyini bəzi şeyləri daha yaxşı başa düşür. Ona görə də şagirdlərin biologiya fənnlərindən şəkil dəftərləri olmalıdır. Bu dəftərdə həm şəkillər çəkilməli və həm də şəkillər haqda qısa qeydlər olunmalıdır. Şəkil mümkün qədər naturadan çəkilməlidir. Biologiya kursunun hər birinə aid ayrıca qeyd və şəkil dəftərləri olmalıdır. Qeyd və şəkil dəftərlərinə başqa şeylərin yazılmasına və ya çəkilməsinə yol verilməməlidir. Müəllim şagirdlərin qeyd və şəkil dəftərlərini vaxtlı-vaxtında yoxlamalıdır. Adətən belə yoxlamalar şagirdlərdə məsuliyyət hissini və işə olan marağı daha da artırır.
8.Biliyin yoxlanması, hesaba alınması və
qiymətlndirilməsi
bütün fənnlərdə olduğu kimi biologiya fənnlərində də şagirdlərin biliklərinin yoxlanılması və qiymətləndirilməsi təlimin keyfiyyətinin yüksəldilməsində mühüm rol oynayır. Bunsuz təlim prosesinin müvəffəqiyyətini aşkara çıxarmaq qeyri mümkündür. Çünki yoxlama nəticəsində şagirdlərin aldıqları bilik həm möhkəmlənir, həm də dəqiqləşir. Şagirdlərin biliyinin yoxlanması müxtəlif yollarla başa çatdırılır. Onlardan ən mühümü sinifdə aparılan müsahibə və yaxud sual-cavabdır. Bu yoxlamanı iki yolla – 1) Bütün sinif üzrə səthi sual-cavab aparmaqla; 2) Yaxud ayrı-ayrı şagirdləri lövhəyə çıxarıb, materialı ondan ətraflı soruşmaq yolu ilə aparmaq mümkündür. Birinci yolla aparılan sual-cavabın müsbət cəhəti ondan ibarətdir ki, qısa müddətdə müəllim sinifdəki uşaqların çoxundan cavablar alır və bütün sinfin diqqətini dərsə cəlb edə bilir. Ancaq bu üsullarda şagirdlərin biliyini düzgün müəyyən etmək çətindir. Çünki səthi sual-cavab zamanı şagirdlər öz bilik və bacarığını göstərə bilmirlər. Ona görə də sual-cavabı 2-ci yol ilə aparmaq, yəni şagirdi fərdi sual-cavab ilə yoxlamaq daha faydalıdır. Sual-cavab zamanı şagirdin ancaq şifahi cavabları ilə razılaşmaq olmaz. Şagird, haqqında danışdığını tablo, şəkil, model, herbari, kolleksiya və s. əyani vasitələr üzərində söyləməyi və göstərməyi bacarmalıdır. Beləliklə, biologiya dərslərinin tədrisində əyani vasitələrdən nəinki yeni materialın şərhində, eləcə də keçilmiş materialın şərhində, təkrarı və möhkəmlənməsində istifadə olunmalıdır. Bəzən vaxtın itməməsi üçün sual-cavab zamanı 2 nəfər şagirddən soruşmaq olar. Belə halda şagirdin biri cavab verir, 2-ci isə şəkil çəkməklə məşğul olur. Müəllimin sual və tapşırıqları aydın və dəqiq olmalıdır. Şagirdlərin cavablarında keçilmiş material ardıcıl surətdə şərh edilməlidir. Biologiya müəllimi şagirdin cavabının nəinki düzgün və tam olmasına, həm də qrammatik və sintaktik cəhətdən düzgünlüyünə fikir verməli, buraxılmış səhvləri düzəltməlidir. əgər cavab zamanı kobud səhvlərə yol verilirsə, onun sözünü kəsmək və səhvləri düzəltmək lazımdır. dərs söyləyən şagirdin buraxdığı səhvlər mümkün qədər başqa şagirdin köməyi ilə düzəldilməli və səhv edən şagirdə təkrar etdirilməlidir. Şagirdlərin verdiyi cavablar onların biliyini aşkara çıxarır. Müəllim cavaba görə müvafiq qiymət verir. Şagirdlərin biliyini qiymətləndirərkən, materialın nə dərəcədə aydın başa düşülməsi biliyin konkret, ətraflı və dərin olması, cavabın formaları və əməli bacarığı nəzərə alınmalıdır. Qiymət 5 bal sistemi üzrə, hazırda isə 10 bal üzrə verilir. Hazırda 8 illik və orta məktəblərdə biologiya fənnlərindən yaz yoxlama imtahanları aparılmır. Ona görə də şagirdlərin biologiyadan illik qiyməti rüblər üzrə aldıqları qiymətlər əsasında müəyyən edilir. Ona görə də şagirdlərin biliyinə gündəlik və rüblər üzrə düzgün qiymət verilməsinə xüsusi diqqət yetirilməlidir.



Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə