Biologiya tədrisi metodikası I mövzu: Biologiya tədrisi metodikasının məqsəd və vəzifələri Plan


Kino mühazirələri haqqında məlumat



Yüklə 0,88 Mb.
səhifə34/39
tarix26.05.2023
ölçüsü0,88 Mb.
#113116
1   ...   31   32   33   34   35   36   37   38   39
Biologiya t drisi metodikas I m vzu Biologiya t drisi metodika

3. Kino mühazirələri haqqında məlumat
Kino mühazirələri-biologiya fənnlərinin tədrisi prosesində istifadə edilən, nisbətən təkmilləşdirilmiş dərs formasıdır. Kino mühazirədə müəllim ayrı-ayrı siniflər üzrə müvafiq mövzuları və onun keçilməsi vaxtını nəzərə alaraq istifadə edəcəyi kinofilmləri əldə etməlidir. Hətta sınaqdan keçirmək üçün əvvəlcə kini-filmi laboratoriyada özü gözdən keçirməlidir. Müəllim adi dərslərə hazırlaşdığı kimi, Kino mühazirələrə də ciddi hazırlaşmalıdır. O, mühazirəyə başladırda kino-mexaniki və ya bu işi yaxşı bilən 1-2 nəfər yuxarı sinif şagirdlərini köməyə çağırmalıdır. Onlar kinolentanı hissə-hissə buraxdıqca müəllim izahatını verməli və lentalar arası geniş izahata ehtiyac olarsa, o zaman işıq söndürülməli və müəllim izahatı qurtardıqdan sonra yenə də lentaların davamı göstərilməlidir. Kino mühazirələrdə lentaların çox uzun olmasına və geniş izahata ehtiyac yoxdur. Ona görə də, kino mühazirə mümkün qədər qısa olmalıdır. O zaman şagirdlər kino mühazirəyə daha maraq və diqqətlə qulaq asırlar.
4. Kinoseansları və onun həyata keçirilməsi
Kinoseanslar – tədris prosesində ən asan həyata keçirilə bilən tədris forması olduğu üçün orta məktəblərdə ondan daha geniş istifadə edilir. Belə ki, müəllim tədris etdiyi fənnlərlə əlaqədar olaraq tədris kino-filmləri və onlardan nə vaxt istifadə edəcəyini müəyyənləşdirilməli və şagirdləri siniflər üzrə kino göstəriləcək yerə aparmalıdır. Kino-seans xüsusi sinif otağında, biologiya laboratoriyasında və ya məktəbin klubunda göstərilməlidir. Kinoseans başlanmazdan əvvəl müəllim bunun nə məqsəd üçün baxılması haqqında şagirdlərə ətraflı məlumat verməlidir. Müəllimin izahatı adətən kadrların üzərində yazılmış sözlərə uyğun olmalıdır. Əgər kino səsli və ana dilidə gedirsə geniş izahata ehtiyac yoxdur. Kinoseans qurtardıqdan sonra müəllim şagirdlərlə yekunlaşdırıcı söhbət aparmalı və başa düşmədikləri və yaxud çətinlik çəkdikləri məsələləri başa salmalıdır. Məktəbdə kino dərsi məşğələlərini təşkil etmək üçün birinci növbədə biologiya müəllimləri özləri kinoaparatından istifadə etməyi bacarmalıdır. Bu iş o qədər də çətin deyildir. Belə ki, kinoaparatların pasportunda onlardan necə istifadə etmək qaydaları göstərilmişdir. Lazım gəldikcə kino idarələrinin mexaniklərindən məsləhət və göstərişlər almaq olar. Bu işə yuxarı sinif şagirdlərini cəlb etmək daha məsləhətdir. Kinofilm nümayiş etdirmək üçün müxtəlif aparatlar mövcuddur. Bu aparatların hamısını birdən əldə etmək mümkün olmadığından, onlardan birini (filmoskop, yaxud epidiaksop) almaqla məktəbdə kino tədrisi məşğələlərini həyata keçirmək olar.



Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə