Biologiya tədrisi metodikası I mövzu: Biologiya tədrisi metodikasının məqsəd və vəzifələri Plan


IV. XX əsrin əvvəlləri Sovet məktəblərində biologiya fənnlərinin tədrisi



Yüklə 0,88 Mb.
səhifə9/39
tarix26.05.2023
ölçüsü0,88 Mb.
#113116
1   ...   5   6   7   8   9   10   11   12   ...   39
Biologiya t drisi metodikas I m vzu Biologiya t drisi metodika

IV. XX əsrin əvvəlləri Sovet məktəblərində biologiya fənnlərinin tədrisi
XX əsrin başlanğıcından etibarən Rusiya məktəb gimnaziyalarında biologiya dərslərinin keçilməsi üçün geniş imkan yaranır. 1905-cil inqilabından sonra başqa sahələrdə olduğu kimi məktəblərdə də biologiya dərslərinin tədrisi sahəsində müəyyən canlanma əmələ gəlir. 1905-ci ildə Kapelkin və Flerov tərəfindən botanikaya aid dərs kitabı yazılır. XX əsrin ilk illərindən biologiya fənnlərinin tədqisinə nisbətən yaxşı fikir verilməsilə ilə əlaqədar olaraq, bu fənnlərin tədrisi metodikasına aid də kitablar yazılır. 1902-ci ildə Kolikovun “Təbiyyat tədrisi üsulu və onun görkəmli nümayəndələri”, Sevrugun “Təbiyyatın başlanğıc kursunun tədrisi üsulu” metodik əsərləri, 1907-ci ildə Polovtsevin “Təbiyyat tədrisinin ümumi əsasları” adlı əsəri nəşr olunur. Bu əsərlər Rusiyada təbiyyatın fənnlərinin tədrisində müəyyən qədər müsbət rol oynamışdır. Bütün bunlar Rusiya məktəblərində biologiya fənnlərinin tədrisi mövqeyinin getdikcə yaxşılaşması, müəllimlərin hazırlığının artması üçün müəyyən imkan yaradır. Lakin Rusiya məktəblərində biologiya fənnləri əsl materialist bioloji istiqamətdə inkişafı yolunu Sovet məktəblərində tapmışdır. B.O.S. inqilabının tarixi qələbəsində sonra sovet məktəblərinin həyatında mühüm dəyişikliklər oldu. Başqa fənnlər kimi biologiya fənnlərinin tədrisi xeyli yaxşılaşdırıldı. Biologiya fənnləri əmək məktəblərinin bütün siniflərində , o cümlədən I dərəcəli və Iı dərəcəli məktəblərdə keçilməyə başladı. 1917-23-cü illərdə kimya- biologiya fənnləri üzrə proqramların quruluşu və prinsipləri demək olar ki, təkamül istiqamətində aparılmas sahəsində müəyyən tədbirlər irəli sürülmüşdür.1923-cü ildən etibarən Maarif Komissarlığının Dövlər Elmi Şurası (DEŞ) tərəfindən yeni proqramlar nəşr olunur. Bu proqram “Kompleks proqram” adlanır. Həmin proqramda ayrı-ayrı fənnlərin tədrisi nəzərdə tutulmurdu. Bunun əvəzinə uşaqların müəyyən mövzular üzrə əmək fəaliyyətində iştirak etmələri əsas götürülürdü. Bununla əlaqədar olaraq bu tərdis materialı 3 bölməyə-təbiət, əmək və cəmiyyət bölmələrinə ayrılır. Kompleks proqramda hər sinif üçün ümumi kompleks mövzular müəyyən edilirdi. Məs: V sinif üçün “Kənd ilə şəhərin əlaqəsi”, VI sinif üçün “SSRİ-nin sənayeləşdirilməsi və k/təsərrüfatının intensivliyi” və.s. planlaşdırılırdı. Bu proqramda əsas yeri əmək tuturdu. Təbiət isə istehsalat üçün bir xammal mənbəyi kimi öyrənilirdi. Lakin bunlara baxmayaraq Sovet hakimiyyətinin ilk günlərindən etibarən məktəblərdə biologiya dərslərinin vəziyyətinin yaxşılaşdırılması sahəsində müəyyən tədbirlər həyata keçilməyə başladı. Hər şeydən əvvəl biologiya dərsləri bütün siniflərdə keçilir,
“Təkamül təlimi” əsasları biologiya proqramına ilk dəfə daxil edilir. Daha sonra gənc təbiətçilər stansiyaları yaradılır və şagirdlərin ictimai-faydalı işlərdə iştirak etmələrinə böyük səy göstərilir. Yuxarıda göstərilənlər biologiya proqramlarında və metodistlər arasında fikir müxtəlifliyinə səbəb olduğu üçün sovet məktəblərində 2 cərəyan Leninqrad və Moskva cərəyanlarının əmələ gəlməsinə səbəb olmuşdur.Bu mübahisələr 6 il müddətinə davam etmişdir. Bu mübahisələr metodika elminin inkişafına düzgün yol seçməyə, elminin əsaslarının verilməsi zəruriyyəti, tərbiyə məsələləri uzlaşmağa doğru axtarışlara səbəb oldu. Hətta 1930-cu ildə vahid 9 illik orta məktəblər əvəzində fabrik-zavod 7 illiyi “FZS” və kolxozlar üçün “ŞKM”-lər açılmışdı. Bütün bu hərc-mərcliyə 1931-ci ildə MK-nın sentyabrın 5-də “İbtidai və orta məktəblər haqqında” tarixi qərarə son qoymuş oldu. Bu qərardan sonra məktəblərin işində mühüm dönüş yarandı. Həmin qərardan sonra 1932-ci ildə 25 avqustda MK-nın “Ibtidai və orta məktəbdə tədris proqramları və rejimi haqqında” ikinci tarixi qərarı çıxır. Nəticədə yeni tədris planı, proqramlar yaradılır, yaxşılaşdırılır Orta məktəblərin tədris planına biologiyadan “botonika”, “zoologiya”, “insan anatomiyası və fiziologiyası” və “təkamül təlimi əsasları” fənnləri daxil edilir. Tərtib olunmuş yeni proqramlar əsasında stabil dərs kitabları yazılar və həmin dərsliklər getdikcə təkmilləşdirməyə başladı. Lakin bununla belə yenə də biologiya proqramı və dərsliklərində uşaqların yaş və bilik səviyyələrinə uyğun olmayan bəzi nöqsanlara yol verilirdi.
Məktəbin həyatla əlaqəsini möhkəmləndirmək sahəsində MK-nın 1959-cu ildəki mühüm qərarı xüsusi rol oynamışdır. Bu qərara müvafiq olaraq məktəb sistemində mühüm dəyişiklər əmələ gətiridi. 7 illik 8-10 illik 11 illiyə çüvrildi.
V. Azərbaycanda biologiya tədrisinin inkişafı

Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə