Biosfer və onun quruluşu biosfer haqqında anlayışın mahiyyəti


-Torpağın öz-özünü təmizləməsi



Yüklə 129,31 Kb.
səhifə24/44
tarix05.05.2023
ölçüsü129,31 Kb.
#108581
1   ...   20   21   22   23   24   25   26   27   ...   44
BİOSFER muhazirə

13.-Torpağın öz-özünü təmizləməsi

Torpaqların kimyəvi tərkibi müxtəlifdir -kalsiumun (Ca), natriumun (Na), kükürdün (S) və xüsusən mikroelementlərdən: yodun (J), misin (Cu), kobaltın (Со), flüorun (F), molibdenin (Mo), manqa-nın (Mu), sinkin (Zu), borun (B), stronsiumun (Sr), selenin (Se) və s.


Torpaqda və ya suda kimyəvi elementlərin çatışmadığı və ya həddindən çox olduğu yerlərə (areallara) anomal geokimyəvi əyalətlər deyilir.
Torpaqlarda bu və ya digər kimyəvi elementlər çatışmadıqda və ya həddindən artıq olduqda bitkilər bunları ya kifayət qədər almır, ya da həddindən çox alır. Deməli bunlar bitkilər və içməli su ilə birlikdə heyvan orqanizmlərinə ya kifayət qədər keçmir, ya da həddindən çox keçir. Bunun nəticəsində anomal geokimyəvi əyalətlərin ərazisində yaşayan orqanizmilərdə - bitkilərdə, heyvanlarda və insanlarda maddələr mübadiləsi pozğunluqları, funksional və morfoloji dəyişikliklər və xəstəliklər baş verir. Maddələr mübadiləsi pozğunluğunun "xarakteri həmin arealda hansı mikroelementin çatışmamasından və ya artıq olmasından asılıdır. Lakin ərazinin geokimyəvi şəraitindən asılı olaraq bütün pozğunluqları geokimyəvi endemiyalar anlayışı altında birləşdirirlər.
Əhalinin sağlamlığının ərazinin geokimyəvi şəraiti ilə əlaqədar olması hələ XIX əsrin əwəllində aşkar edilmişdi: belə ki o vaxt müəyyən edilmişdi ki, endemik ur xəstəliyinin (dağlarda isə endemik urun və ağıl zəifliyinin) səbəbi torpağın və həmin yerdə istehsal edilən yeyinti məhsullarının tərkibində yodun ça- tışmamasıdır. Dağ süxurlarında və suda flüoz çoxluğu ilə əlaqədar olaraq baş vermiş flüoz endemiyalan müşahidə edilmişdir.

Məlumdur ki, bütün təbii ünsürlər, o cümlədən torpaq öz- özünü təmizləmə qabiliyyətinə malikdir. Ümumiyyətlə, torpaq müxtəlif mənbələrdən, eləcə də ölmüş bitki və heyvan qalıqları ilə, habelə bunların həyat fəaliyyəti məhsulları ilə çirklənir, yaşayış yerlərində natəmizlik və tullantılar ilə də çirkləndirilir.


Torpağın öz-özünü təmizləməsi mürəkkəb və çox uzun müddət davam edən bioloji proses olub, bu prosesdə üzvi maddələr suya, karbon qazına, mineral duzlara və humusa çevrilir, protogen törədicilər isə ölür. Torpağın öz-özünü təmizləmə prosesi aşağıdakı qaydada gedir: torpaq çirkləndikdə tullantıların maye hissəsi süzülür, onda asılı halda olan üzvi hissəciklər, mikroorqanizmlər və bağırsaq qurdlarının yumurtaları isə mə- samələrdə qalır. Böyük udma qabiliyyətinə malik olan torpaq dənələri süzülən mayedən həll olmuş üzvi kolloid maddələri və üfunətli qazları udur. Torpağın üzvi maddələrinin tutulub saxladığı üst qatlarda külli miqdarda müxtəlif mikroblar, göbələklər, yosunlar, ibtidailər, qurdlar,həşərat sürfələri yaşayır ki, bunlar da torpağın öz-özünü təmizləməsində iştirak edirlər.
Torpaqda üzvi maddələrin minerallaşması həm aerob, həm də anaerob şəraitdə gedir. Anaerob şəraitdə üzvi maddələr çürüdükdə və qıcqırdıqda üfunətli qazlar çıxır ki, bunlar da havaya uçub onu çirkləndirir. Buna görə də tullantıları zərərsizləşdirdikdə elə şərait yaratmaq lazımdır ki, torpaqda aerob mineral- laşma prosesləri üstünlük təşkil etsin, yəni çirklənmiş torpağa kifayət qədər oksigen gəlməli və ona çoxlu tullantı tökülməməlidir. Torpağın öz-özünü təmizləməsi sayəsində üzvi maddələr qeyri-üzvi birləşmələrin elə formalarına çevrilir ki, bu şəkildə onlar bitkilər üçün qida materialı olur və beləliklə bir daha təbiətdəki maddələr dövranına daxil olurlar.
Hazırda tullantıların və təsərrüfatdan çıxan çirkli suların torpaq vasitəsilə zərərsizləşdirilməsi ən yaxşı metod hesab olunur və praktikada geniş tədbiq edilir. Bu işdə təkcə torpağın təbii yolla öz-özünü təmizlənməsindən istifadə edilmir. İnsanlar bu prosesləri idarə etməyi öyrənmiş və hətta bunları süni qurğularda , məsələn,biosüzgəclərdə və çirkli suları təmizləmək üçün olan başqa qurğularda yaradırlar.
Yaşayış yerlərində insanın yaşayıb işləməsi prosesində daim müxtəlif tullantılar, natəmizlik, çirkab, mətbəx tullantıları, evlərin və küçələrin zibili, məişətin, hamam və camaşırxanala- rm, sənayenin çirkli suları, inşaat zibili, istehsalın müxtəlif bərk tullantıları, iri şəhərlərin əlvan və qara metal, kimya və neft-kimya, maşınqayırma, sənaye müəssələri, istilik-elektrik stansiyalarının əhatə etdikləri torpaq sahələri ağır metallarla, neft məhsulları, kükürd və digər maddələrlə ciddi çirkləndirilir.

Neftlə torpağın çirkləndirilməsi orada olan mikroorqanizmilərin məhvinə səbəb olaraq torpağın məsuldarlığının azalmasına səbəb olmaqla yanaşı torpaqda potensial şəkildə konserogen maddələrin yığılıb qalmasına səbəb olur.


Yer qabığının süxurları müxtəlif minerallardan ibarətdir, lakin onun ən üst hissəsi olan torpaq qatının tərkibində müəyyən qədər üzvi qalıqlar vardır. Deməli, torpaq qatı həm mineral, həm də üzvi birləşmələrdən ibarətdir. Torpaq yer səthində litosferin mineral və biosferin üzvi maddələrinin təkamül prosesi nəticəsində əmələgəlmiş, özünəməxsus xassələrə malik olan təbii törəmədir.

Torpaq-bitkilərin kök salıb inkişaf etdiyi və özləri üçün lazimi qida maddələri, su və hava aldığı bir mühitdir. Bitkilərin ümumi inkişafı və məhsuldarlığı da torpağın bu amillərlə nə dərəcədə təmin olunmasından asılıdır.



Yüklə 129,31 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə