Biosfer və onun quruluşu biosfer haqqında anlayışın mahiyyəti


Orqanizmlər torpaq əmələgətirən amil kimi



Yüklə 129,31 Kb.
səhifə25/44
tarix05.05.2023
ölçüsü129,31 Kb.
#108581
1   ...   21   22   23   24   25   26   27   28   ...   44
BİOSFER muhazirə

14.Orqanizmlər torpaq əmələgətirən amil kimi.
Torpaq - mürəkkəb təbii cisim olub, bitki və heyvan orqanizmilərinin çürüməsindən əmələ gələn üzvi maddələrlə dağ süxurlarının dağılmasından alman mineral maddələr qarışığından ibarət olub, minilliklər ərzində əmələ gəlmişdir. Torpaq komponentlərinin çürüməsi və sintezi proseslərində mikroorqanizmlərin, torpaq canlılarının böyük rolu vardır.
Torpağın münbitliyinin yaranmasında canlı orqanizmilər və torpağın üzvi maddələri əsas amil sayılır.
Torpaqda və onun səthində bakteriyalar, göbələklər, aktino- misetlər, yosunlar, şibyələr, ali bitkilər (mamırlar, ayıdöşəyilər, otlar, ağac bitkiləri), ibtidailər, soxulcanlar, həşəratlar və məməlilər yaşayır.
Əgər edofonun torpaqəmələgəlmə prosesində əhəmiyyətinə görə cərgələrə bölüşdürəsi olsaq, onda birinci cərgədə bakteriyalar, ikincidə-aktinomisetlər, üçüncüdə isə göbələklər durur. İbtidailərə, amyöblərə və yosunlara torpaqda az rast gəlinir.
Torpaqda bitki qalıqlarının və ölmüş heyvanların üzvi və mineral maddələri toplanır. Bütün bunlar torpaqda həyatın dolğunluğunu təyin edir. Torpaqda yerüstü bitkilərin kök sistemi yerləşir. Torpaqda bitki, göbələk, külli miqdarda göy-yaşıl, yaşıl, sarı-yaşıl yosunlar məskunlaşır. Onlar həm torpağın səthində, həm də üst qatlarında yaşayaraq üzvi maddələri fotosintez edir, torpağı oksigenlə zənginləşdirir, göy-yaşıl yosunların bəzi növləri isə havadan azotu fiksə edir. Burada həm də çoxlu miqdarda saprofit göbələklər inkişaf edir. Bir qram qara torpaqda 10 milyarda, yaxud 10t//ha-dək canlı orqanizmlər olur, sporlu-sporsuz bakteriyalar, ibtidailər, aktinomisetlərə təsadüf edilir. Torpaq litosferin süxurlarından bitkilərə həyat, heyvanlara və insana qida verən münbitliyi ilə fərqlənir.
Hərəkətli və hərəkətsiz bakteriyalar mövcuddur. Qidalanmasına görə bakteriyalar avtotrof və heterotrof bakteriyalara bölünürlər. Avtotrof bakteriyalar karbon qazını mənimsəyərək karbondan istifadə edərək üzvi maddələr yaratmaq qabiliyyətinə malikdir. Heterotrof bakteriyalar isə karbonu yalnız hazır üzvi birləşmələrdən mənimsəyir.

Enerjidən istifadəsinə görə bakteriyalar fotoavtotrof, hemo- avtotrof və heterotrof bakteriyalara bölünür.


Fotoavtotroflar günəş işığından, hemoavtotroflar - mineral birləşmələrin oksidləşməsi zamanı ayrılan enerjidən, heterotrof bakteriyalar isə üzvi birləşmələrin oksidləşmələrindən alman enerjidən istifadə edirlər.

Göbələklər - hazır üzvi maddələrlə qidalanır. Göbələklər torpaqəmələgəlmə prosesində böyük əhəmiyyətə malikdir, onlar mürəkkəb üzvi maddələri mineral birləşmələrə qədər parçalaya bilər. Göbələklər özündən sonra torpaqda suya davamlı struktur yarada bilən çoxlu humus saxlayır.


Yosunlar - öz hüceyrələrində xlorofil saxlayır. Onlar işıq şəraitində mineral birləşmələrdən üzvi maddələr yaratmaq qabiliyyətinə malikdir (fotosintez).
Bəzi göbələklərlə birlikdə yosunlar da СОг-dən istifadə edərək üzvi maddələrin toplanmasında iştirak edirlər.
Şibyələr - yerüstü yosunlar olub birgə yaşayan göbələklər qrupudur. Şibyələr həm ağaclarda, həm yerdə, qayalarda, daş üzərində, dəmir üzərində, hətta şüşə üzərində rast gəlmək olar.
Mamırlar - şibyə və yosunlardan fərqli olaraq daha inkişaf etmiş regetativ və çoxalma üzvlərilə seçilir. Mamırlar yaxşı inkişaf etmiş xloroplastı olan avtotrof orqanizmilərdir. Boylan 20-30 sm-dən hündür olmur. Mamırlar bataqlıqlarda və bataqlıq meşələrdə əsas torfəmələgətirən bitki sayılır.
İbtidailər - torpaqda yaşayan qamçılılar, kök ayaqlılar və in- füzorlar daxildir. İbtidailər-aerobdurlar.
Heyvanlar aləmi. Torpaqda çoxlu miqdarda soxulcanlar, qurdlar, gəmiricilər və həşəratlann sürfələri yaşayır. Onlar öz həzm yolundan xırdalanmış üzvi maddələri keçirərək torpağı ifrazatları ilə zənginləşdirir və torpağın mikro və makrostruk- turunun yaranmasına şərait yaradır. Bu canlılar həm də torpağı qarışdırır, xırdalayır, bununla da torpağın aerasiyası yaxşılaşır və torpaqəmələgəlmə prosesi sürətlənir.
Torpaq soxulcanları öz orqanizmilərindən il ərzində bir hektara 25 ton torpaq keçirir. Soxulcanların ifrazatları azot və fosforla zəngin olub, suyadavamlı aqreqatlar yaradır. Bu orqa- nizmilər öz həyat fəaliyyətləri nəticəsində torpağın fiziki xassələrini yaxşılaşdırırlar (məsaməliyi su sızdırmanı).
Ali bitkilərin torpaqəmələgəlmədə rolu, xüsusilə V.R.Vilyam tərəfindən aşkara çıxarılmışdır. O üzvi maddələr yaradan 3 ali yaşıl bitki formasiyası və 3 mikroorqanizmlər qrupu ayırır.
l.Ağac formasiyası - anaerob mikroblannın zəif iştirakı ilə ağac bitkilərinin göbələk orqanizmilərilə birliyi.

Yüklə 129,31 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə