Biosfer və onun quruluşu biosfer haqqında anlayışın mahiyyəti



Yüklə 129,31 Kb.
səhifə21/44
tarix05.05.2023
ölçüsü129,31 Kb.
#108581
1   ...   17   18   19   20   21   22   23   24   ...   44
BİOSFER muhazirə

11-Hidrosfer ve litosfer

Hidrosfer - okeanlar, dənizlər, çaylar, göllər, yeraltı sular, buzlaqlar, qar örtüyü və atmosfer də su buxarı şəklində Yerin su örtüyüdür. Hidrosferin tərkibinə həmçinin atmosferdəki su, torpaq suyu və canlı orqanizimlərdə olan sular daxildir.


Hidrosferdə ( təbiətdə ) su 3 faza vəziyyətində mövcuddur: maye , bərk ( buz, qar ) və qaz ( buxar ). Yerin bütöv örtüyü olan hidrosfer , bəzən «görünməz» halda ( yalnız su buxarı və torpaq rütubətliyi şəklində) olur.
Yerin su örtüyünün 94%-i okeanlarm, dənizlərin duzlu sularından və bütün şirin suların 75%-ni təşkil edən Arktika və Antarktidada konservləşdirilmiş içməli sular təşkil edir.
Su olduqca spesifik xüsusiyyətlərə malikdir, bu xüsusiyyətlər Yerdə baş verən və su iştirak edən bir çox təbii proseslərə ciddi təsir göstərərək planetdə həyatın inkişafını təmin edir. Su olduqca qiymətli sərvətdir. O , üzvi həyatı təşkil edən maddələr mübadiləsi proseslərində çox mühümrol oynayır. Suyun sənayedə və kənd təsərrüfatı istehsalında böyük əhəmiyyəti vardır. Torpağın tərkibindədə su vardır. Bütün canlı orqanizmlərin, bitkilərin, heyvanların tərkibinə su daxil olur. İnsan orqanizminin qanın 80 % - i sudan təşkil olunmuşdur.Bir çox tərəvəz və meyvələrinkütləsinin 90 – 95 % - i sudan ibarətdir. Su olmadıqda həyat da dayanır, çatışmadıqda bitkinin məhsuldarlığıaşağı düşür. Bir çox canlılar su mühitində yaşayır. Su təbiətdə dövran edərək Yer səthinin formalaşmasında iştirak edir. Su müxtəlif qeyri – üzvi maddələridağıdaraq , əridərək və daşıyaraq çökmə süxurların yaranmasına və torpağın əmələ gəlməsinə səbəb olur.
Su ucuz elektrik enerjisinin mənbəyidir.Dənizlər və çaylarda nəqliyyat vasitəsi kimi istifadə olunur.
Sudan sənayedə də istifadə olunur. Məsələn, 1 ton polad istehsal etmək üçün 120 m 3, 1 ton kimyəvi lif istehsalında isə 2000m3 su sərf edilir.
Kənd təsərrüfatında sudan daha çox istifadə olunur, süni suvarılan 1 hektar topağa saniyədə orta hesablabir l su gedir. Bir ton buğda əldə etmək üçün 1500m3 , 1 ton pambıq becərmək üçün 10 000m3 su tələbolunur .Vegetasiya dövründə 1 hektar qarğıdalı sahəsinə 3000 m3 , 1 ha kələm sahəsinə 8000 m3, 1 ha çəltik sahəsinə isə 12000-20000 m3 su sərf olunur.
Əhalinin məişətinə də çoxlu su sərf olunur. İnsan gün ərzində orta hesabla 2 l su qəbul edir. Müxtəlif su mənbələri və su hövzələrindən müalicə rekreasiya məqsədilə istifadə olunur.
Qurudakı suyun əsas hissəsi Antraktida, Qrenlandiya, qütb adaları və dağlardakı buzlaqlarda olub ümumi su ehtiyatının 1,7%-ni, şirin su həcminin isə 70,3%-ni təşkil edir.
Məkanca hidrosfer faktiki olaraq ekosferlə birləşir, hidrosfer bütün digər geosferlərə daxil olaraq maddələr və enerji mübadiləsinin qolbal proseslərində mühüm rol oynayır.
Ekoloji baxımdan və su hövzəsində tutduğu yerə görə su orqanizmlərini aşağıdakı təsnifata ayırmaq olar. Bentos – hövzənin dibinə yapışıb lil çöküntülərində yaşayır və orada sakit dayanır; Perifiton – su bitkilərinin yarpaq və budaqlarına və ya su hövzəsinin digər çıxıntısına yapışmış heyvan və bitkilər; PlanktonÜzən orqanizmlər, zooplankton hətta özü aktiv yerini dəyişə bilir, lakin əsasən onlar axının köməyi ilə qarışır (hərəkət edir); Zooplankton- xərçəngəbənzərlərdən ibarət olub balıqların qidalanmasında böyük əhəmiyyət kəsb edir.
Nekton – suda sərbəst hərəkət edən orqanizmlər – balıqlar, amfibiyalar və b. Nektonun bir çox heyvanları atmosfer havası ilə nəfəs alır (qurbağa, tısbağalar, salamandr-səməndər və b.). Balıqlar həyatının çox hissəsini litoralda keçirir və orada da çoxalırlar. Litoral zona – günəş şüasının suyun dibinə qədər düşən su qatı. Limnik zona – günəş işığının yalnız 1%-i daxil olan və fotosintez prosesinin söndüyü (dayandığı) su qatı.

Yüklə 129,31 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə