Biosfer və onun quruluşu biosfer haqqında anlayışın mahiyyəti


) elmi bazanın inkişafına



Yüklə 129,31 Kb.
səhifə29/44
tarix05.05.2023
ölçüsü129,31 Kb.
#108581
1   ...   25   26   27   28   29   30   31   32   ...   44
BİOSFER muhazirə

1) elmi bazanın inkişafına;
2) təbiətdən istifadənin səmərəliliyinin təmin edilməsinə və dağıdılmış təbii irsimizin bərpasına;
3) planetimizdə bioloji müxtəlifliyin mühafizəsinin beynəlxalq mexanizmlərinin səmərəliliyinin artırılmasına.

Texnogen dövrün birinci mərhələsində kənd təsərrüfatı əməyi əsas rol oynayırdı. Əkinçilərin odlu-qırma sistemi meşələrin məhvinə və aqrosenozlarm yaranmasına səbəb olurdu. Bitki aləmi keyfiyyətcə dəyişilir və heyvan növlərinin çoxu itirdi. Dünyanın müxtəlif regionlarında (Şimali Afrika, Yaxın Şərq, Orta Asiya, Aralıq dənizi və başqaları) meşələrin yerində səhralar əmələ gəlirdi.


Texnogen dövrdən sənaye mərhələsinə keçiddə əmək məhsuldarlığını artırmaqdan əlavə təsərrüfat sahələrinə yeni enerji mənbələrinin və hazır məhsulların cəlb edilməsi baş verdi. Mineral resursların sürətli istifadəsi, meşələrin məhv edilməsi, torpaqların şumlanması hesabına sənaye şəhərləri və rayonların əraziləri genişlənirdi.
Son vaxtlar hər il Yerin altından 150 milyard ton dağ süxurları (adambaşına 25 tona yaxın) çıxarılır, dünya çay axınının 13%-i istifadə olunur, dünya torpaq ehtiyatlarının 20%-ə qədəri intensiv şəkildə istismar edilir, yanacağın yandırılması nəticəsində atmosferə 20 milyard ton karbon qazı daxil olur ki, bu da bütün bəşəriyyətin tənəffüsündən 15 dəfə çoxdur. Məişət və sənaye çirkabları 3 milyard tona çatır. Əhalinin istifadə etdiyi şirin suyun miqdarı 3000 km1, dünya şəhərlərinin məişət- kommunal və sənaye axintılannın illik miqdarı isə 500 km3 təşkil edirdi. Hər il 500 milyon ton mineral gübrələr və 4 milyon ton zəhərli kimyəvi maddələr istifadə edilirdi. Yer üzərində təxminən 500 milyon avtomobil vardır ki, bunlar da 400 milyon ton karbon oksidini, 100 milyon ton müxtəlif karbohidrogenləri, böyük miqdarda azot oksidinin, qurğuşun birləşmələrinin və digər zəhərli maddələrin havaya buraxılmasım təmin edirdilər.
İnsanın biosferə təsirinin müxtəlifliyini 4 əsas formaya ayırmaq olar.
1. Yer səthinin strukturunun dəyişməsi (meşə zolaqlarının azalması, səhra zonalarının genişlənməsi, su anbarlarının və kanalların yaradılması);
2. Biosferin tərkibinin dəyişməsi, onun maddələrinin dövretmə və balansa qoşulması (mineral maddələrin çıxarılması, tullantıların, çirklənmənin yaradılması, rütubətliliyin dəyişməsi və s.);
3. Biontların dəyişilməsi (bitkilərin yaranması və heyvanların iqlimə uyğunlaşması, yeni heyvan növlərinin və bitki sortlannm yaranması, çoxlu bitki və heyvan növlərinin insanın təsiri altında yox edilməsi və s.);
4. Səhralaşma, rütubətli ekvatorial meşələrin qırılması, torpaqların duzlaşması və eroziyası ilə bağlı mənfi təsirlər nəticəsində faydalı torpaq strukturlarının dəyişilməsi.
Nəm tropik meşə sahələri getdikcə azalır. Əgər b.e.ə. Afrika meşələri 60% təşkil edirdilərsə, indi bu 17 %-dir. Tar və Pəndjabə səhralarının sahəsi 150000 km2-dir, əvvəllər 2000 il bundan qabaq ora bütünlüklə meşə idi. Keçən əsrdən bu səhralıq hər il 8 km2 sahəni zəbt edir. Məsələn, Braziliya 40% öz meşələrini itirmişdir. Tropik meşələrin azalması, məhv edilməsi karbon qazının çoxalmasına və havada dəyişikliyin baş verməsinə səbəb olur.
Belə səhraların məhvi Afrikada, Orta Asiyada, ABŞ-da və Avstraliyada da baş verir. Bu səhraların sayı 100-dən çox olmuşdur. Dünyada səhra sahələrinin artması hər il 50 min km2-dir. 1968-1973-cü illərdə Sahcl faciəsindən sonra Saxara, Seneqal və Yuxarı Nigeriyada su azlığından 250 min adam və 70 % heyvan tələf olmuşdur. Əkin sahələrinin quruması nəticəsində dünyada 500 mln. aclıq çəkir və 850 mln. insan isə yarıac qalır (yəni doymur). Hər adambaşına 0,25 ha əkin sahəsi düşür ki, bu da ildən-ilə azalır.
Bioloji müxtəlifliyin saxlanılmasında tropik meşələrin müstəsna dərəcədə xüsusi rolunu nəzərə alaraq, böhranlı kütlə strategiyası əsasında tropik meşə ekosistemlərinin səmərəli idarə edilməsinin elmi prinsiplərinin işlənib hazırlanması tələb olunur.
Bu strategiya oduncaq ehtiyatından və digər meşə sərvətindən düzgün, kompleks istifadənin təmin edilməsini nəzərdə tutur. Burada aşağıdakılar nəzərdə tutulmuşdur:
1) oduncaq tədarükünün və onun yeni hava-nəqliyyat vasitələrinin köməkliyi ilə daşınmasında daha müasir metodların tətbiqi;
2) meşələrdən əlavə məqsədlər üçün daha geniş istifadə edilməsi, o

cümlədən, yeni bitki və heyvan növləri gətirməklə ərzaq istehsalının artırılması;


3) elmi turizmin inkişaf etdirilməsi.
YUNESKO Ümumdünya İrsi haqqında Konvensiya (lat. conventio - razılaşma) qəbul edilmişdir.
Konvensiya yüksək dəyəri olan nadir mədəni və təbii obyektlərin yaşama hüququnu tanımışdır. Bu obyektlər təkcə ayn-ayn dövlətlərin deyil, həmçinin bütün bəşəriyyətin sərvətidir. Konvensiya onun üzvü olan dövlətlərin - Konvensiya iştirakçılarının üzvlük haqları hesabına fəaliyyət göstərən Ümumdünya İrsi Fondunu təsis etmişdir. Fondun pul vəsaiti dünya mədəniyyəti abidələrinin və vacib təbii obyektlərin mühafizəsindən ötrü istifadə olunur. Ümumdünya irsinin siyahısına artıq 330 obyekt daxil edilmişdir.
Beynəlxalq birlik bəşəriyyətin sabit inkişafını təmin etməkdən ötrü səylərini biosferin bioloji müxtəlifliyinin qorunması ətrafında cəmləşdirməlidir. Bioloji müxtəliflik haqqında elmi biliklərin zənginləşdirilməsi, dağılmaqda olan təbii irsin bərpası, bioloji müxtəlifliyin qorunması üsullarının səmərəliliyinin artırılması kapital qoyuluşunu tələb edir.
O, iki problemi - mədəni və təbii irsin mühafizəsini özündə birləşdirir.
Elə ölkələr var ki, sudan düzgün istifadə etmədiklərinə görə torpaqda duzlaşma və quruluq əmələ gəlir. Bu Hindistanda, İraqda, Əlcəzairdə, ABŞ- da və Orta Asiyada baş verir.
Torpaq üstlüyünün mozaikasının dəyişməsində eroziya böyük rol oynayır. Torpaq eroziyası iki müxtəlif amilin - su və küləyin təsirinin nəticəsidir. Fransız alimi R Dajo. (1975) qeyd etmişdir ki, insanın səhvi ucbatından 5 mln. km2 mədəni torpaq məhv edilmişdir. Çində hər il 2,5 mlrd, ton meşə torpağı, onun 1/4 hissəsi qədər isə əkin sahələri öz məhsuldarlığını itirmişdir. Fransada 4,5 mln. ha torpaqlarda eroziyanın izləri var. Onlardan 500 min ha küləyin təsirinə məruz qalmışdır.
Planetdə 30 min su anbarları vardır, onların sahəsi 1 mln. m3-dir. İl ərzində 300-500 yeni su anbarları yaradılır. Ümumilikdə bütün dünyada su anbarlarının sahələri 400 min km2-dir.
İri regionların və biosferin ekoloji balansının saxlanılmasının həll edilməsi bəşəriyyətin qarşısında duran vacib məsələlərdən biridir.



Yüklə 129,31 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə