Biosfer və onun quruluşu biosfer haqqında anlayışın mahiyyəti



Yüklə 129,31 Kb.
səhifə32/44
tarix05.05.2023
ölçüsü129,31 Kb.
#108581
1   ...   28   29   30   31   32   33   34   35   ...   44
BİOSFER muhazirə

«Turş yağışlar» həm tikintiyə, həm kənd təsərrüfatına, meşələrə böyük ziyanlar gətirir, torpağın məhsuldarlığım azaldır. Nəticədə çoxlu pozuntular baş verir. Dioksidlərin çox faizini SES-lər, qara və əlvan metallurgiya, kimya sənayesi və nəqliyyat təşkil edir.
Azot oksidi də təbiətə böyük ziyanlar vurur. O, stratosferə qalxaraq, ozonun turşuluğunu çoxaldır, onun atmosferdə möhkəmliyini azaldır. Eyni zamanda, onun tərkibində «fotokimyəvi smoq» (ingiliscə smoke - tüstü, qoq - duman) - «tüstülü duman» yaranır. Smoq yəni tüstü deyəndə sənaye və nəqliyyat vasitələrinin buraxdığı qaz və tozlar nəzərdə tutulur. Smoq nəmli, quru və buzlu halda olur. Ən qorxulu smoq 1952-ci ildə Londonda qeydə alınıb.
Radioaktiv elementlər təbiət və canlılar üçün zərərlidir. Hətta kiçik həcmdə də onlar insanın sinir sisteminə, cinsi orqanlara, nəfəs orqanlarına, hipofız, qalxanabənzər vəzə və s. təsir edərək onkoloji xəstəliklər əmələ gətirir.
Su ilə çirklənmə daha geniş yayılmışdır. Bu çirklənmənin əsas mənbələri atmosfer, şəhər və sənaye müəssisələrinin çirkab sularıdır. Çirkab sulan təmizlənməmiş halda ümumi su sahələrinə daxil olur. Bunlar isə öz növbəsində böyük çayları Kür, Araz (Azərbaycanda) Rusiyada - Baykal, Volqa, Dunay, Amerikada böyük göllərin çirklənməsi baş verir və ekoloji problemlər yaradır. Baykalın çirklənməsi bilavasitə insanların intensiv fəaliyyəti ilə əlaqədardır: meşələrin kəsilməsi, tikintilər və s. Hər il Baykala 750 mln. m3 çirkab sulan tökülür. Onlardan 120 mln. m3-i lazımi qədər təmizlənməmişdir. Kimyəvi maddələr çirklənmənin əsasını təşkil edir. Düzdür, Baykalda vəziyyət hazırda o qədər də qorxulu deyil, lakin bu, nəzarətsiz qalsa və çirklənmə davam etsə, onda qorxulu bir vəziyyət yaranacaq. Bütün bunlara qarşı xüsusi ölçü götürmək lazımdır.
Hidrosferə böyük təsirlərdən biri də mineral gübrələr və herbisidlərdir. Ən böyük təhlükə sintez olunmuş maddələrdir - pestisidlər, ağır metallar - civə, qurğuşun və sink. Bu çirkləndiricilər su mühitində öz neqativ təsirlərini daha da çoxaldırlar.

Yüklə 129,31 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə