Biosfer və onun quruluşu biosfer haqqında anlayışın mahiyyəti



Yüklə 129,31 Kb.
səhifə19/44
tarix05.05.2023
ölçüsü129,31 Kb.
#108581
1   ...   15   16   17   18   19   20   21   22   ...   44
BİOSFER muhazirə

Neytrallaşdırıcılar Avtomobillərin tullantı qaz yollarında qoyulan neytrallaşdırıcılar avtonəqliyyat tərəfindən buraxılan toksik maddələrin miqdarını azaldır.
Dizel yanacağı. Dizel yanacağını alman mühəndisi Rudolf Dizel (1858-1913) kəşf etmişdir. Benzin mühərriklərində işçi qarışığı (yanacaq-hava) kənar mənbədən yəni (elektrik qığılcımından) alovlanırsa, dizel mühərriyində isə alovlanma qarışığın sıxılması nəticəsində yüksələn temperaturun təsirilə baş verir. Dizel mühərriyi benzin mühərriyinə nisbətən 20-30% az yanacaq işlədir. Son vaxtlar dünyada dizel mühərriklərinə qayıtmaq tendensiyası artmışdır. Dizel yanacağı ilə işləyən avtomobillərdə işlənmiş qazların zərərlilik dərəcəsi xeyli az olur. (yəni komponentlərin cəminə görə benzin mühərriklərinə nisbətən təxminən üç dəfə az olur.) Dizel mühərrikləri də ekoloji baxımdan təhlükəsiz sayılmır, belə ki, 123 iş zamanı onlar da havaya bərk hissəciklər: məsələn, his, yağ aerozolları və yanmamış yanacaq, kükürd anhidridi buraxır. Bu maddələr atmosfer havasına düşərək insan orqanizmində kanserogen birləşmələr toplanır ki, onlar da benzin mühərriklərindən çıxan karbon oksidindən az təhlükəli sayılmır. Çıxan qazların təmizlənməsi üçün dizel mühərriklərində oksidləşdirici neytrallaşdırıcılarla yanaşı, həm də his süzgəcləri, resirkulyasiya sistemi qoyulur.
Elektromobil. 1973-cü ildə, xüsusilə kəsgin elektrik krizisindən sonra elektromobillərin kütləvi istehsalına maraq artdı. Bu yalnız elektrik problemi ilə deyil, həmçinin ciddi ekoloji problemlərlə əlaqədardır: belə ki, elektromobil havanı çirkləndirmir, qızdırmır, həm də o qədər də səsküylü deyil.
Ekoloji vəziyyəti yaxşılaşdırmaq məqsədilə avtomobil hərəkətinin təşkili Atmosfer havasının çirklənmə səviyyəsini azaltmaq üçün şəhər küçələrində nəqliyyat yükünü nizamlayaraq onların bərabər paylanmasını təmin etmək lazımdır. Bu zaman hər şeydən əvvəl şəhərin strukturu – sənaye və yaşayış rayonlarının yerləşməsi, istirahət yerləri, mədəni-məişət xidməti obyektləri nəzərə alınmalıdır. Şəhərdə bütün küçələrin uzunluğunun təxminən 20-30 % -i magistral küçələrə düşür. Bu küçələrdə avtomobil hərəkətinin 60-80% -i cəmləşir, yəni magistral yollar orta hesabla digər yollara nisbətən 10-15 dəfə çox yüklənir. İri şəhərlərdə avtomobil «tıxacları» ciddi problem yaradır. Atmosferə ayrılan toksik maddələrin miqdarı yanacaq sərfindən, bu isə avtomobilin sürətindən asılıdır. Çox yüklənmiş küçələrdə nəqliyyat «çox ləng» hərəkət edərkən yanacaq 3-4 dəfə çox işlənir, bunun da nəticəsində atmosferə buraxılan zərərli maddələrin miqdarı çoxalır.

Yüklə 129,31 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə