12
Depressiv epizod
A. Depressiv epizod diaqnozunun qoyulmasına əsas verən ümumi
meyarlara depressiv vəziyyətin ən azı 2 həftə ərzində davam
etməsi, psixoaktiv maddələrin qəbulu və ya üzvi mənşəli psixi
pozuntu ilə əlaqənin olmaması aiddir.
B. Aşağıdakı üç simptomdan ən azı ikisinin mövcud olması:
1. pasiyent üçün aşkar şəkildə normal olmayan səviyyədəki
depressiv əhvalın, demək olar ki, hər gün və günün çox
hissəsini əhatə etməklə azı 2 həftə davam etməsi, bu zaman
mövcud olan situasiyadan əsasən asılı olmaması;
2. adətən xəstə üçün xoş olan məşğuliyyətə qarşı marağın və ya
alınan həzzin aşkar şəkildə azalması;
3. enerjinin azalması və yorulmanın artması.
C. Aşağıda sadalanan əlavə simptomlar (ümumi sayı azı dörd
olmaqla):
1. özünə inamın və özünü qiymətləndirmənin aşağı düşməsi;
2. səbəbsiz yerə özünü təqsirləndirmə hissi və ya həddən artıq
və qeyri-adekvat günah hissi;
3. ölüm və ya intihar haqqında təkrarlanan düşüncələr, yaxud
intihara yönəlmiş davranış;
4. düşünmək və ya diqqəti toplamaq qabiliyyətinin azalmasının
təzahürləri və bununla bağlı şikayətlər, inamsızlıq və ya
tərəddüd hissləri;
5. psixomotor aktivliyin pozulması, həyəcan və ya ləngimə ilə
(subyektiv, yaxud obyektiv);
6. hər hansı tipdə yuxunun pozulması;
7. iştahada dəyişiklik (artma və ya azalma), buna uyğun olaraq
bədən çəkisinin dəyişməsi.
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
13
İlkin tibbi yardım sistemində
bipolyar pozuntunun aşkar edilməsi
►
Özü və ya ətrafdakılar üçün təhlükə törədən, yaxud psixotik
simptomları olan maniyalı və ya ağır depressiyalı xəstələr ilkin
səhiyyə həkimləri tərəfindən təxirə salınmadan psixiatrın
qəbuluna göndərilməlidir.
►
İlkin səhiyyə həkimləri bipolyar pozuntuya şübhəli olan xəstələri
aşağıdakı hallarda müayinə üçün psixiatrın qəbuluna
göndərməlidirlər:
pasiyentdə ən azı 4 gün müddətində hiperaktivlik və ya
həyəcan müşahidə olunur (depressiya dövrləri haqqında
məlumatların olub-olmamasından asılı olmayaraq)
pasiyentdə təkrarlanan depressiya epizodları qeyd edilir və
anamnezində hiperaktivlik və ya həyəcan hallarının olması
haqqında məlumatlar mövcuddur
►
İlkin səhiyyə həkimləri depressiyalı xəstəni müayinə edərkən
maniakal və ya hipomaniakal simptomların olmasını
öyrənməlidirlər.
►
Bipolyar pozuntusu olan pasiyentin ilkin səhiyyə səviyyəsində
müşahidə edilməsi zamanı aşağıdakı hallarda mütəxəssislərə
göndərişə ehtiyac yaranır:
funksional adaptasiyanın pisləşməsi
müalicəyə qarşı rezistentlik və ya müalicə rejiminə əməl
edilməsi ilə bağlı problemlər aşkar edildikdə
nisbi sabit vəziyyət dövründən sonra pasiyentin profilaktik
müalicəni dayandırmaq istəyi
pasiyentin alkoqol və ya narkotik maddələr qəbul etməsi
İxtisaslaşdırılmış tibbi yardım sistemində
BAP-li pasiyentin müayinəsi
►
Bipolyar pozuntuya şübhəli olan pasiyenti müayinə edərkən
psixiatr bunları yerinə yetirməlidir:
irsi meyllilik, əvvəlki affektiv epizodlar, həmin epizodlara
səbəb olmuş vəziyyətlər, epizodlararası dövrdə müşahidə
edilən hər hansı psixi pozuntu, sosial adaptasiya, yanaşı
xəstəliklər, psixoaktiv maddələrin qəbulu, həyəcan, riskli
davranış, fiziki sağlamlıq və hazırkı psixososial stress
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
14
faktorları haqqında tam anamnez toplamaq, o cümlədən
pasiyentin ailə üzvlərindən obyektiv məlumatlar almaq
klinik qiymətləndirmə şkalalarının köməkliyi ilə pasiyentin
hazırkı psixi vəziyyətini müayinə etmək.
►
Bipolyar pozuntunun diaqnostikası psixi və davranış
pozuntularının 10-cu beynəlxalq təsnifatı meyarlarına
əsaslanmalıdır.
►
Bipolyar pozuntu diaqnozu qoyularkən şizofreniya spektrindən
olan xəstəliklərlə, üzvi patologiya ilə (məsələn, qalxanabənzər
vəzin xəstəlikləri, beyin-damar insultu) diferensial diaqnostika
aparılmalıdır.
►
Pasiyent tərəfindən alkoqol, narkotik maddələr, yaxud maniakal
və ya depressiv simptomlar törədə bilən preparatların qəbulu
haqqında məlumatlar olduqda, bipolyar pozuntu diaqnozunun
təsdiqi üçün 7 gün gözləmək lazımdır və bu müddət ərzində
pasiyent psixoaktiv vasitələrdən istifadə etməməlidir.
►
İlk dəfə bipolyar pozuntu diaqnozu qoyulduqda və ya stasionardan
çıxarış zamanı, həmçinin bipolyar pozuntusu olan xəstənin
həyatında və ya psixi vəziyyətində əhəmiyyətli dəyişikliklər baş
verdikdə həkim təhlükəli davranış riskini qiymətləndirməlidir.
►
Əgər pasiyentdə intihara cəhd, aqressivlik aşkar edilərsə, o öz
tələbatlarına qarşı əhəmiyyətli dərəcədə etinasızlıq göstərərsə,
yaxud anamnezində məcburi hospitalizasiya halları mövcud
olarsa, o zaman pasiyentin iştirakı ilə böhran planı tərtib
edilməlidir və həmin plana aşağıdakılar daxil olmalıdır:
təhlükəli davranışa gətirib çıxaran amillərin nəzərdən
keçirilməsi və kəskinləşmənin erkən əlamətlərinin siyahısı
risk müəyyən olunduqda yardıma müraciət etmənin qaydası
(məsələn, dərmanların qəbulu qaydası, həkimlə əlaqələrin
artırılması, böhran zamanı müraciət etmək lazım olan
müəssisələr haqqında məlumat)
az miqdarda dərman preparatlarının təyini
►
Bipolyar pozuntusu olan pasiyentlərin psixiatriya müəssisəsinə
hospitalizasiyası məsələsi yalnız onların özünə və ətrafdakılara zərər
vermə riskinin əhəmiyyətli dərəcədə olması halında nəzərdən
keçirilir. Bəzi hallarda xəstənin gündüz stasionarına yerləşdirilməsi
tamdəyərli stasionar müalicəsini əvəz etməyə kifayət edir.
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
Dostları ilə paylaş: |