15
Affektiv pozuntuların diferensial diaqnostikası
Pozuntunun
növü
Depressiv
epizod
Maniakal və
ya qarışıq
epizod
Hipomaniakal
epizod
I tip bipolyar
pozuntu
Tələb olunmur
(ancaq
səciyyəvidir)
> 1 tələb
olunur
Tələb olunmur
(ancaq
səciyyəvidir)
II tip bipolyar
pozuntu
> 1 tələb
olunur
Qeyd edilmir > 1 tələb olunur
Siklotimiya Tələb olunur
(ağır formadan
başqa)
Qeyd edilmir
2 il ərzində
dəfələrlə
Depressiv
pozuntu
> 1 tələb
olunur
Qeyd edilmir
Qeyd edilmir
Distimiya
> 2 tələb
olunur (ağır
formadan
başqa)
Qeyd edilmir
Qeyd edilmir
BİPOLYAR POZUNTUNUN MÜALİCƏSİ
Bipolyar pozuntunun maniakal, hipomaniakal və qarışıq
epizodlarının müalicəsi
Maniakal, hipomaniakal və qarışıq epizodların müalicəsi
simptomların kəskinlik dərəcəsindən, əvvəlki müalicədən, həmçinin
pasiyentin öz vəziyyətini anlamasından və müalicəvi tədbirləri yerinə
yetirməyə hazır olmasından asılıdır.
Maniakal vəziyyətin mənfi nəticələrini azaltmaq üçün həkimlər
pasiyentə müalicə zamanı güclü stimullardan çəkinməyi, sakit
fəaliyyətlə məşğul olmağı, vacib qərarların qəbulunu təxirə salmağı
və aktivliyin azalmasına gətirib çıxaran uyğun gündəlik rejimə (yuxu
vaxtı daxil olmaqla) keçməyi tövsiyə etməlidirlər.
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
16
Maniakal, hipomaniakal və qarışıq epizodların
müalicə prinsipləri.
►
Antidepressantlar qəbul edən pasiyent maniakal epizodun
başlanğıcında onların qəbulunu dayandırmalıdır. Klinik
göstərişlərdən və müalicənin kəsilməsi ilə bağlı əvvəlki
təcrübədən asılı olaraq, bunu ya dərhal, ya da tədricən bir neçə
gün ərzində yerinə yetirmək lazımdır. (A) [3]
►
Əgər maniakal epizodun inkişafı zamanı pasiyent antimaniakal
preparatlar qəbul etmirsə, müalicəni valproat və ya litiumla
başlamaq tövsiyə olunur. (A) [3]
►
Preparatın seçimi zamanı gələcəkdə profilaktik müalicənin
davam etdirilməsini və pasiyent üçün təhlükəsizliyi nəzərə almaq
lazımdır. Preparatın daha əvvəl göstərdiyi təsir və pasiyentin
özünün nəyə üstünlük verməsinə diqqət yetirmək də vacibdir.
►
Kəskin ifadə olunmuş simptomlar zamanı litium təyin
edilməsindən çəkinin, çünki onun təsirinin başlaması üçün
valproata nisbətən daha çox vaxt tələb olunur. (A) [2]
►
Hamilə və ya hamilə qalmağı planlaşdıran qadınlarda litiuma
üstünlük vermək lazımdır.
(D) [2]
►
Kəskin ifadə olunmuş davranış pozulmaları zamanı qısa müddət
üçün benzodiazepinlərin (diazepam, lorazepam və ya
klonozepam) təyin edilməsi məqsədəuyğundur. (A) [3]
►
Psixotik simptomların mövcud olması zamanı olanzapin və ya
risperidon təyin etmək lazımdır (B) [3]. Antipsixotik preparatın
təyini zamanı onun əlavə təsirləri, müalicəyə kiçik dozalardan
başlamağın lazım olması, depressiv vəziyyətin inkişaf etmə
ehtimalı nəzərə alınmalıdır.
►
Əgər pasiyent artıq neyroleptiklərlə müalicə alırsa və yaxşılaşma
yoxdursa, valproatın və ya litiumun əlavə edilməsi
məqsədəuyğundur.
►
Əgər litium qəbul edən pasiyentdə maniakal epizod baş verirsə,
litiumun qanda konsentrasiyasını yoxlamaq lazımdır. 0,8 mmol/l-
dən aşağı olan subklinik doza zamanı dozanı artırmaq lazımdır.
Terapevtik effektin olmaması halında neyroleptikin əlavə
edilməsi nəzərdən keçirilməlidir.
►
Artıq valproat qəbul edən və maniakal epizodun inkişafı aşkar
edilən pasiyentdə valproatın dozasını artırmaq lazımdır. Bunu
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
17
simptomların azalmağa başlaması anına və ya əlavə təsirlərin
dozanın artırılmasını məhdudlaşdırmasına qədər davam etdirmək
lazımdır. Yaxşılaşma əlamətləri müşahidə edilmədikdə olanzapin
və ya risperidon əlavə etmək lazımdır.
►
Ağır maniakal epizodu olan, litium və ya valproat qəbul edən
pasiyentlərdə əlavə olaraq neyroleptiklər təyin edildikdən sonra
paralel surətdə litium və ya valproatın dozası artırılmalıdır.
Preparatın dozalarına yenidən baxılması müalicənin
başlanğıcında hər 5-7 gündən bir yerinə yetirilməlidir.
►
Qarışıq epizodu olan və ya affektiv simptomları sürətlə dəyişən
pasiyentləri kəskin maniakal epizodu olan pasiyentlər kimi
müalicə etmək və antidepressantların təyin edilməsindən
çəkinmək lazımdır. Qarışıq epizodların müalicəsi zamanı intihar
etmə riskini diqqətdə saxlamaq lazımdır.
Bipolyar pozuntunun depressiv epizodlarının müalicəsi.
Ümumilikdə götürdükdə, bipolyar pozuntusu olan xəstələrdə
depressiyanın müalicəsinin məqsədləri monopolyar depressiyalı
xəstələrdə olduğu kimidir. Eyni zamanda monopolyar depressiyadan
fərqli olaraq, bipolyar pozuntusu olan xəstələrdə depressiyadan
çıxdıqdan sonra maniakal və ya hipomaniakal epizodun inkişaf
etməsi ehtimalı vardır. Buna görə də affektin inversiyasını törədə
bilən antidepressantlardan istifadə etməmək və əhvalı sabitləşdirən
preparatların tətbiqi ilə məhdudlaşmaq tövsiyə olunur. (A) [3]
Depressiv simptomları olan pasiyentlərə xoşagələn məşğuliyyət,
fiziki hərəkətlər və sosial ünsiyyətin daxil edildiyi xüsusi tapşırıqlar
vermək lazımdır.
Depressiv epizodların müalicə prinsipləri.
►
Bipolyar pozuntusu olan xəstələrdə depressiv epizodların
müalicəsi affektin maniakal vəziyyətə inversiya edə bilməsi
ehtimalına xüsusi diqqət göstərilməsini tələb edir. Monopolyar
depressiyadan fərqli olaraq, bipolyar pozuntusu olan xəstələrdə
depressiv simptomların ifadə edilmə dərəcəsi və davam etmə
müddətində daha kəskin enib-qalxmalar qeyd edilir.
►
Antimaniakal müalicə almayan pasiyentlərə antidepressantlarla
yanaşı antimaniakal preparat da (litium, valproat və ya atipik
neyroleptik) təyin olunmalıdır (B) [2]. Belə preparatın seçimi
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.