21
Kömək edici terapiya üçün ilkin seçim preparatları olan litium və
ya valproat
(A) [3] əvvəlki müalicəyə verilmiş reaksiyadan, maniakal
və ya depressiv epizodların üstünlük təşkil etməsindən, somatik
amillərdən (o cümlədən böyrək çatışmazlığı, piylənmə, diabet),
həmçinin pasiyentin nəyə üstünlük verməsindən asılı olaraq təyin
edilir.
►
Tez-tez kəskinləşmə baş verən pasiyentlərdə seçilmiş preparatı
dəyişmək və ya ikinci preparat təyin etmək lazımdır. Mümkün
kombinasiyalar – litium və valproat, litium və
olanzepin/risperidon, valproat və olanzepin/risperidon.
Antipsixotik preparatların təyini zamanı bədən çəkisinin
artması ehtimalını nəzərə almaq lazımdır, ona görə də qanda
qlükoza və xolesterin səviyyəsi müntəzəm şəkildə
yoxlanmalıdır.
Seksual disfunksiya və ya aybaşı dövrünün pozulması,
ginekomastiya, qalaktoreya müşahidə olunan xəstələrdə
neyroleptik təyini zamanı prolaktin səviyyəsini yoxlamaq
lazımdır.
Antipsixotik preparatlar qəbul edən pasiyentlər 1 il ərzində
hər 3 aydan bir bədən çəkisini ölçməlidirlər (əgər çəkinin
artması aşkar edilibsə, daha tez-tez). Müalicənin
başlamasından sonra hər üç aydan bir qanda şəkər və
xolesterin səviyyəsi yoxlanmalıdır.
Neyroleptik preparatların qəbulunu tədricən 4 həftə ərzində
azaldıb fasiləni 3 aya qədər davam etdirmək lazımdır.
Neyroleptiklər təyin edən mütəxəssislər diabetin gedişinin
pisləşməsini, diabetik ketoasidozu və bədxassəli neyroleptik
sindromu nəzərə almalıdırlar.
►
Bipolyar pozuntu epizodundan sonra profilaktik müalicə ən azı 2
il ərzində, pasiyentdə yüksək kəskinləşmə riski olduqda isə
(məsələn, tez-tez baş verən kəskinləşmələr, ağır psixotik
epizodlar, psixoaktiv maddələrin qəbulu, tez-tez stress keçirmə,
sosial dəstəyin kifayət qədər olmaması) 5 ilə qədər davam
etməlidir.
►
Preparatın qəbulunu vaxtından əvvəl dayandırmaq istəyən
pasiyentlər psixiatrın konsultasiyasına göndərilməlidirlər.
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
22
►
Adi hallarda uzunmüddətli təsirə malik (depo) antipsixotik
preparatların istifadəsi tövsiyə edilmir. Yalnız neyroleptiklərlə
müvəffəqiyyətlə müalicə olunmuş, ancaq həkim göstərişlərinə
əməl etmədiklərinə görə kəskinləşmə riski olan xəstələrdə bu
preparatların təyin edilməsi məqsədəuyğundur.
►
Bipolyar pozuntusu olan və depressiv epizodlar keçirmiş xəstələr
maniakal epizodun inkişaf etməsinin yüksək riski ilə əlaqədar
antidepressantlarla profilaktik müalicə almamalıdırlar.
►
Tez-tez baş verən dövrləri olan bipolyar pozuntunun profilaktik
müalicəsi litiumun valproatla, yaxud bu preparatlardan birinin
neyroleptiklə kombinasiyası vasitəsilə aparılmalıdır (B) [3]. Bu
zaman antidepressant təyin etmək lazım deyil.
►
Bipolyar pozuntunun profilaktikası pasiyentin sağlam həyat tərzini
təmin etməlidir, normal yuxu və istirahət rejiminin vacibliyi, iş
yerinin dəyişdirilməsi, saat zolaqlarından keçməklə uçuş, gecə
növbələri ilə bağlı risklər, öz fiziki və psixi vəziyyətinə nəzarət
etməyin əhəmiyyəti haqqında pasiyenti məlumatlandırmaq lazımdır.
►
Həkimlər xəstələrlə birlikdə xəstəliyin kəskinləşməsinin erkən
simptomları və göstəricilərinin müəyyən olunması və onun
qarşısının alınması tədbirləri üzrə plan tərtib etməlidirlər.
►
Profilaktik müalicə prosesində çəkinin artması aşkar olunduqda
pəhriz, müntəzəm fiziki hərəkətlər tövsiyə edilməli, yanaşı bağırsaq
xəstəlikləri olduqda diyetoloqun konsultasiyası təyin edilməlidir.
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
23
UŞAQ VƏ YENİYETMƏLƏRDƏ BAP-nin
DİAQNOSTİKA VƏ MÜALİCƏSİ
Bipolyar pozuntusu olan uşaq və yeniyetmələr üçün
diaqnostik meyarlar
Uşaq və yeniyetmələrdə, xüsusilə də cinsi yetişkənlik dövründə
bipolyar pozuntu diaqnozunun qoyulması xeyli çətinlik törədir, çünki
böyüklər üçün tərtib edilmiş diaqnostik meyarları uşaqlara tətbiq
edərkən əhəmiyyətli fərqliliklər meydana çıxır. Uşaq və
yeniyetmələrə yardım edən mütəxəssislər valideynlərin müalicəyə
razılıq verməsi ilə bağlı Azərbaycan Respublikası Qanunvericiliyinin
müddəalarına və Uşaq Hüquqları Konvensiyası ilə bağlı məsələlərə
əməl etməlidirlər.
Bipolyar Pozuntular üzrə Beynəlxalq Cəmiyyətin təklif etdiyi
meyarlar
Uşaqlıq dövründə bipolyar pozuntu
A. 18 yaşa qədər maniakal, hipomaniakal və ya qarışıq epizodun və
depressiv epizodların mövcudluğu.
B. Maniakal, hipomaniakal və ya qarışıq epizodun müəyyən
edilməsi böyüklərdə bu növ pozuntular üçün təsbit edilmiş
meyarlara uyğun gəlir.
Maniya simptomları ilə və ya onlar olmadan spontan şəkildə yaranan
həyəcanlı əhval-ruhiyyə (eyforiyasız) epizodları maniakal,
hipomaniakal və ya qarışıq epizod diaqnozunun qoyulması üçün
kifayət edir.
Ailə anamnezində bipolyar pozuntunun erkən başlaması, psixotik
maniakal epizodların və dərman preparatlarının qəbulu nəticəsində
yaranmış maniakal/hipomaniakal epizodların mövcudluğu uşaqda
bipolyar pozuntu diaqnozu qoyulması ehtimalını artırır.
15 yaşa qədər uşaqlara II tip bipolyar pozuntu diaqnozu
qoyulmamalıdır. Bu zaman davranış pozuntuları, diqqətin
çatışmazlığı ilə müşayiət olunan hiperaktivlik, şizofreniya, həmçinin
müxtəlif növ zorakılıq, psixoaktiv maddələrin qəbulu, təlim
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.