9
hipomaniakal epizodlar haqqında heç bir məlumat verməyə və
yalnız depressiya dövründə yardım üçün müraciət edə bilərlər.
►
Epizodların baş vermə tezliyi, remissiyaların və kəskinləşmələrin
xarakteri xeyli müxtəlif olur, ancaq yaş ötdükcə remissiyaların
qısalmasına meyl müşahidə edilir. Müalicə almamış pasiyentlərin
həyatı boyu 10-dan artıq maniakal və depressiv epizod qeyd
olunur.
Bir çox tədqiqatçılar tərəfindən bipolyar pozuntuların alttiplərinin
ayırd edilməsi təklif olunur:
I tip bipolyar pozuntu – aşkar maniakal epizodlar və böyük
depressiv epizodlar
II tip bipolyar pozuntu – böyük depressiya epizodları və
hipomaniakal epizodlar
Digər tip bipolyar pozuntular
Bipolyar pozuntunun gedişi əvvəllər hesab edildiyindən daha
əlverişsizdir – bipolyar pozuntu epizodları ilə bağlı müalicə almış
xəstələrin yalnız dörddə biri 12 ay müddətində daha əvvəl mövcud
olmuş funksional adaptasiya səviyyəsinə qayıda bilir. Demək olar ki,
xəstələrin 60%-ində ictimai və fərdlərarası əlaqələrin qırılması
müşahidə edilir. Bipolyar pozuntusu olan xəstələrdə boşanmaların
sayı ümumi populyasiyada olduğundan 2-3 dəfə artıqdır, məşğulluq
göstəricisi isə sağlam insanlara nisbətən 2 dəfə azdır. Xəstələrin 10-
20%-ində intihar halları müşahidə edilir, bu isə əhali üzrə
göstəricilərdən 15 dəfə artıqdır; intiharların 80%-i depressiv
epizodun inkişafı ilə bağlıdır. Bipolyar pozuntu ilə assosiasiya
yaradan digər mənfi sosial amillərə alkoqol və narkotiklərdən
istifadə, ailədaxili zorakılıq, riskli davranış formaları, qanun
pozuntuları aiddir.
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
YAŞLILARDA BİPOLYAR POZUNTU ZAMANI
MÜAYİNƏ VƏ DİAQNOSTİKA
Maniakal epizod kəskin ifadə edilmiş səviyyədə əhvalın
yüksəlməsi ilə xarakterizə olunur, bu səbəbsiz şənlikdən, demək olar
ki, nəzarət olunmayan həyəcana qədər dəyişə bilər və sosial
adaptasiyanın əhəmiyyətli dərəcədə pisləşməsinə gətirib çıxara bilər.
Bəzi maniakal epizodlarda yüksək əhval-ruhiyyədən daha çox
acıqlanma və şübhəli münasibət müşahidə olunur.
Maniakal epizod
Psixotik simptomları olmayan maniya
A. Əksər hallarda yüksəlmiş, ekspansiv, acıqlı və ya şübhəli əhval, bu
həmin fərd üçün anormal vəziyyət təşkil edir. Əhvalın belə dəyişməsi
açıq ifadə olunmalıdır və azı bir həftə ərzində davam etməlidir (əgər
onun ağırlıq dərəcəsi hospitalizasiya üçün kifayət etmirsə).
B. Gündəlik həyatda şəxsiyyətin fəaliyyətinin ağır dərəcədə pozulmasına
gətirib çıxaran aşağıdakı simptomlardan ən azı üçü mövcud olmalıdır
(əgər əhval yalnız acıqlıdırsa, o zaman dördü):
1) aktivliyin yüksəlməsi və ya fiziki narahatlıq;
2) artmış söhbətcillik (“nitq təzyiqi”);
3) fikir axınının sürətlənməsi və ya “ideyaların çapması” kimi
subyektiv hissiyyat;
4) normal sosial nəzarətin aşağı düşməsi, bu isə şəraitə uyğun
gəlməyən davranışa gətirib çıxarır;
5) yuxuya olan ehtiyacın azalması;
6) özünü yüksək qiymətləndirmə və ya böyüklük (möhtəşəmlik)
ideyaları;
7) fikrin yayınması, yaxud fəaliyyətin və ya planların daim dəyişməsi;
8) nəticələri xəstə tərəfindən dərk edilməyən ehtiyatsız və ya
düşüncəsiz davranış, məsələn, eyş-işrət, mənasız təşəbbüskarlıq,
avtomobilin təhlükəli şəkildə idarə olunması;
9) seksual enerjinin nəzərəçarpacaq dərəcədə yüksəlməsi və ya
nizamsız seksual davranış.
C. Hallüsinasiya və ya sayıqlamanın olmaması, hərçənd ki, qavrama
pozuntularının mövcud olması mümkündür (məsələn, subyektiv
hiperakuziya, rənglərin olduqca parlaq şəkildə qavranması).
D. Ən çox istifadə olunan istisna etmə meyarları. Epizod psixoaktiv
maddə-nin qəbulu və ya hər hansı üzvi mənşəli psixi pozuntu ilə izah
edilə bilmir.
10
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
11
Hipomaniya – yüngül dərəcəli maniakal epizod, bu zaman
davranış və funksional adaptasiyada dəyişikliklər maniakal epizoda
uyğun gələn səviyyədə kəskin ifadə olunmamışdır, eyni zamanda
davametmə müddəti o qədər uzun deyil ki, bu vəziyyət siklotimiyaya
aid edilsin.
Psixotik simptomları olan maniakal epizod özünü yüksək
qiymətləndirmənin böyüklük sayıqlamasına, acıqlı və şübhəli
davranışın isə təqib etmə sayıqlamasına keçməsi ilə xarakterizə
olunur. Adətən sayıqlama və hallüsinasiyaların məzmunu yüksək
əhval-ruhiyyəyə uyğun gəlir. Sayıqlama məzmununa görə tamamilə
ağlasığmaz və mədəni cəhətdən qeyri-adekvat xarakter daşımır,
hallüsinasiyalar isə şizofreniya üçün səciyyəvi olan şərh verici
xüsusiyyətə malik olmur. Şizofreniya üçün xarakterik olan
simptomlar dəqiq aşkar edildiyi hallarda şizoaffektiv pozuntu
diaqnozu daha münasibdir.
Qarışıq affektiv epizod klinik şəklin qarışıq olması və ya
hipomaniakal, maniakal və depressiv simptomların sürətlə (bir neçə
saat ərzində) dəyişməsi ilə xarakterizə olunur, həmin simptomlar ən
azı iki həftə ərzində və bu vaxtın çox hissəsində mövcud olmalıdırlar.
Depressiv epizodlar bipolyar pozuntu zamanı maniakal
epizodlara nisbətən daha tez-tez rast gəlinə bilər. Depressiv
pozulmaların ifadə edilmə dərəcəsindən asılı olaraq, yüngül, orta,
ağır və psixotik simptomları olan ağır depressiv epizodlar ayırd
edilir. Yüngül epizod diaqnozu qoyulması üçün B meyarına uyğun
gələn 2 simptomun və C meyarına uyğun gələn azı 2 simptomun
mövcud olması kifayət edir (cədvələ baxın). Orta dərəcəli depressiv
epizodda B meyarının iki simptomu və C meyarının azı 4 simptomu
mövcud olmalıdır. Ağır depressiya zamanı B meyarının hər üç
simptomu və C meyarının azı 5 simptomu müşahidə edilməlidir.
Psixotik simptomları olan ağır depressiv epizod diaqnozu
sayıqlama, hallüsinasiya və ya depressiv stuporun olması zamanı
qoyulmalıdır. Ən səciyyəvi mövzular özünü təqsirləndirmə,
münasibət, ipoxondrik, nihilistik və ya persekutor məzmunlu
sayıqlamalardır.
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
Dostları ilə paylaş: |