18
sonrakı profilaktik müalicə ilə bağlı qərar əsasında həyata
keçirilməlidir. Antidepressantlarla müalicəyə başlayarkən
maniakal epizodun inkişaf riskini və antimaniakal preparatın
qəbulunun faydasını pasiyentə izah etmək lazımdır.
►
Bipolyar depressiyası olan pasiyent artıq antimaniakal preparat
qəbul edirsə, həkim onun dozasının kifayət edib-etmədiyini
müəyyən etməli, ehtiyac yarandıqda dozanı dəyişdirməlidir (B) [3].
►
Yüngül depressiv simptomları olan xəstələr aşağıdakı hallarda
antidepressant təyin edilmədən iki həftə ərzində müşahidə
olunmalıdırlar:
bundan əvvəlki yüngül depressiya epizodu ağırlaşmayıb və
xroniki gedişə keçməyib
pasiyentdə vəziyyətin pisləşməsi üçün əhəmiyyətli risk aşkar
edilmir.
Belə hallarda pasiyentin depressiya haqqında məlumatlandırılması
və onun vəziyyətinin monitorinqi kifayət edir.
►
Əgər bipolyar pozuntunun yüngül depressiv epizodu olan xəstədə
depressiyanın ağırlaşması riski mövcuddursa, yaxud 2 həftə
keçdikdən sonra vəziyyəti yaxşılaşmırsa, o zaman ona bipolyar
pozuntunun orta və ya ağır depressiv epizodu olan xəstələrdəki
kimi müalicə təyin etmək lazımdır.
►
Orta və ya ağır depressiv epizodu olan xəstələrin müalicəsini
SGTSİ-nin təyin edilməsi ilə başlamaq lazımdır (hamiləlik vaxtı
paroksetin təyin etmək lazım deyil).
►
Üç həftə ərzində terapevtik effekt müşahidə olunmadıqda həmin
preparatı digər SGTSİ, SNGTSİ və ya reseptor tipli təsirə malik
preparatla dəyişmək lazımdır.
►
Preparatın dəyişdirilməsindən sonrakı 2-3 həftə ərzində
pasiyentin vəziyyətində dəyişiklik müşahidə olunmursa, TSA-
lardan istifadə etmək tələb olunur.
►
TSA ilə müalicəni kiçik dozalardan başlamaq lazımdır, terapevtik
effekt əldə edilənə və ya əlavə təsirlər meydana çıxana qədər bu
dozalar tədricən artırılmalıdır. TSA-ların yüksək dozalarının
tətbiqi arzuedilməz təsirlərin əmələgəlmə riski ilə bağlıdır.
►
Terapevtik rezistentlik halında xəstənin rejimə riayət etməsi,
psixososial stressorlar, fiziki xəstəliklər və yanaşı psixi
pozuntular kimi amillər nəzərdən keçirilməlidir.
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
19
►
Hətta antidepressantın düzgün seçilməsi də müalicəyə qarşı fərdi
həssaslığa zəmanət vermir. Belə hallarda antidepressantların
digər preparatlarla (sulpirid, risperidon və/ və ya
benzadiazapinlər) birgə tətbiqi, həmçinin psixoterapiyanın
aparılması imkanı nəzərdən keçirilməlidir.
►
İl ərzində 4 və ya daha çox affektiv epizod aşkar edilən xəstələrə
tez-tez baş verən dövrlərə malik bipolyar pozuntu diaqnozu
qoyulur. Bu dövrilik antidepressantların qəbulu ilə bağlı ola bilər.
►
Tez-tez baş verən dövrlərə malik bipolyar pozuntu və ya qarışıq
epizod zamanı, yaxud yenicə maniakal epizod keçirmiş
xəstələrdə antidepressantların tətbiqindən çəkinmək lazımdır.
Belə hallarda antimaniakal preparatın dozası artırıla və ya ikinci
antimaniakal preparat əlavə edilə bilər.
►
Belə xəstələrin müalicəsi zamanı pasiyentin müalicə
göstərişlərinə nə dərəcədə düzgün əməl etdiyini diqqətlə
nəzərdən keçirmək, daha uzunmüddətli müalicə sxemləri (6
aydan az olmayan) üzərində düşünmək, pasiyenti özünümüşahidə
vasitəsilə əlamətlərin tezliyi və ağırlığını, müalicə tədbirlərinin
effektivliyini qeyd etməyə təşviq etmək lazımdır.
►
Antidepressantla müalicənin başlamasının lap əvvəlindən
pasiyent depressiyanın maniakal və ya hipomaniakal vəziyyətə
keçə bilməsi ehtimalı, tədricən baş verən və dəyişə bilən
terapevtik effektin əldə edilməsinin gecikməsi, müalicə sxeminə
əməl etməyin vacibliyi və müalicənin yarımçıq kəsilməsinin
təhlükəsi haqqında məlumatlandırılmalıdır.
►
Akatiziya əlamətlərinin, intihar haqqında düşüncələrin (müalicənin
birinci həftəsi meydana çıxan), həyəcan və təşvişin artmasının
(müalicənin başlanğıc mərhələlərində) monitorinqi aparılmalıdır.
Pasiyentə izah etmək lazımdır ki, belə hallar baş verdikdə təcili
şəkildə yardım üçün müraciət etmək lazımdır. Akatiziya və ya
ajitasiyanın yaranması zamanı təxirə salmadan seçilmiş preparatı
başqası ilə əvəz etmək haqqında düşünmək lazımdır.
►
Depressiv epizoddan sonra pasiyentdə remissiya yarandıqda və
ya 8 həftə ərzində simptomlar əhəmiyyətli dərəcədə azaldıqda,
maniakal epizodun və ya tez-tez dəyişən dövrləri olan bipolyar
pozuntunun əmələgəlmə riski ilə əlaqədar olaraq antidepressantın
qəbulunun müvəqqəti dayandırılması imkanını nəzərdən
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
20
keçirmək lazımdır. Antidepressantların dozası 2-3 həftə ərzində
tədricən azaldılmalı və antimaniakal preparatlarla kömək edici
terapiya təyin olunmalıdır.
►
Psixotik simptomları olan ağır depressiv epizodlu xəstələr
antipsixotik preparatlar (olanzapin və risperidon) almalıdırlar (A)
[3].
Kömək edici terapiya və təkrar epizodların
profilaktikası
Remissiya vəziyyətinin müəyyən edilməsi
Kömək edici terapiya bipolyar pozuntusu olan xəstənin remissiya
vəziyyətində aparılır. Kömək edici terapiyanın bir neçə məqsədi vardır,
bunlara sonrakı kəskinləşmələrin profilaktikası, qalıq simptomların
reduksiyası, remissiya müddətinin uzadılması, əhvalın sabitliyinin əldə
edilməsi, həmçinin xəstələrin funksional adaptasiyası və həyat
keyfiyyətinin yaxşılaşdırılması aiddir. Kömək edici terapiya bipolyar
pozuntusu olan bütün xəstələrə tövsiyə olunur. Bipolyar pozuntusu olan
xəstəyə kömək edici terapiya təyin edilərkən aşağıdakılar yoxlanmalıdır:
alkoqol və digər psixoaktiv maddələrin qəbulu
qalxanabənzər vəzin, qara ciyərin vəziyyəti, böyrəklərin
funksiyası, arterial təzyiq, qanın ümumi analizi, qanda
şəkərin və xolesterinin səviyyəsi
bədən çəkisi
daxili orqanların funksional vəziyyəti, o cümlədən EEQ və
rentgenoskopiya
ehtiyac yarandıqda EKQ, KT və ya NMR
Bipolyar pozuntunun kömək edici müalicəsi və profilaktikası.
►
Bipolyar pozuntunun kömək edici terapiyasını aşağıdakılardan
sonra başlamaq lazımdır:
əhəmiyyətli risk və ya mənfi nəticələrlə əlaqədar olan
maniakal epizod (A) [3]
pasiyentlərdə 2 və ya daha artıq affektiv epizod olduqda
pasiyentlərdə intihar riski, funksional pisləşmə müşahidə
edildikdə.
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
Dostları ilə paylaş: |