Birinci kitab



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə109/128
tarix15.03.2018
ölçüsü3,06 Mb.
#31892
1   ...   105   106   107   108   109   110   111   112   ...   128

434 

 

— 



Siz moizələr oxumağa başlayardınız? 

— Oo, böyük zövqlə! Onlar mənim mövcudluğumun 

bir hissəsi olardı; alışandan sonra mən onlann öhdəsindən 

asan gələrdim.  Şikayətlənmək  yaxşı  deyil, ancaq hərdən 

yenə  də  düşünürsən  —  bu,  nə  qədər  də  gözəl  olardı! 

Sakitlik və  guşənişinlik — məncə, əsl  xoşbəxtlik budur. 

Təəssüf ki, bu, olmayacaq. Siz Kentdə qonaq olanda Darsi 

sizə bu barədə danışmayıb? 

— Məlumatı  az  olmayan  bir  nəfərdən  eşitmişəm  ki, 

kilsə sizə yalnız şərtlə saxlanılıbmış. Yekun qərar kilsənin 

indiki sahibinin üzərində qalırmış. 

— Hm, bəs belə! Bəli, bu, müəyyən dərəcədə düzdür. 

Hətta  yadıma  gəlir  ki,  biz  ilk  dəfə  danışanda  sizə  bu 

barədə nəsə demişdim. 

— Mən hətta eşitmişəm  ki, ötənlərdə moizə  oxumaq 

sizin  üçün,  sizə  indi  göründüyü  qədər  xoş  məşğuliyyət 

olmayıb.  Bir  də  eşitdiyimə  görə,  o  zaman  siz  kilsədən 

qətiyyətlə və həmişəlik imtina edərək, əvəzində müvafiq 

təzminat almısınız. 

— Ax,  belə?!  Bu  da,  yeri  gəlmişkən,  əsaslardan 

məhrum  deyil.  Siz  xatırlaya  bilərsiniz  ki,  mən  ilk 

tanışlığımız zamanı sizə bu barədə də danışmışam. 

Onlar artıq düz evin girəcəyində idilər, çünki Elizabet 

ondan tezliklə ayrılıb-uzaqlaşmaq üçün tez-tez yeriyirdi. 

Bacısına qıymayaraq və onun xətrinə Uikhemlə qovğaya 

girmək istəməyərək ona yalnız şən gülüşlə cavab verdi: 

— Qulaq  asm,  mister  Uikhem,  biz  sizinlə,  bildiyiniz 

kimi,  artıq  qardaş-bacıyıq.  Keçmişi  xatırlamayaq. 

downloaded from KitabYurdu.org



435 

 

Gələcəkdə,  ümid  edirəm  ki,  biz  hər  şey  barədə  eyni  cür 



mühakimə yürüdəcəyik. 

Əlini  Uikhemə  uzatdı  və  o,  gözlərini  hara 

yayındıracağını bilmədən, tamamilə nəzakətlə onun əlini 

öpdü və onlar evə 

keçdilər. 

XI 


FƏSİL 

Mister Uikhem bu söhbətdən o dərəcədə qane oldu ki, bir 

daha  əziz  baldızını  öz  acı  taleyinə  görə  şikayətlərlə 

narahat  etmək  cəhdi  göstərərək  özünə  əziyyət  vermədi. 

Elizabet də sevincək bir halda əmin oldu ki, onun ağzını 

yummaqdan ötrü zəruri olan hər şey söyləməyə müyəssər 

olub. 

Tezliklə  Uikhemin  və  Lidiyanm  yola  düşəcəyi  gün 



gəlib  yetişdi  və  missis  Bennetin  yaxınlaşan  ayrılıqla 

razılaşmaqdan başqa əlacı qalmadı. Belə görünürdü ki, bu 

hicran bir ildən az çəkməyəcək, çünki onun əri Nyukasla 

səfər etmək barədə eşitmək belə istəmirdi. 

— Lidiya, mənim əzizim, — o səsləndi, — nə zaman 

bizə yenidən görüşmək nəsib olacaq! 

— İlahi,  mən  haradan  bilim?  Ola  bilər,  iki,  hətta  üç 

ildən tez olmayacaq. 

— 

Mümkün qədər tez-tez məktub yaz, sevimli qızım. 



— Bacardığım  qədər.  Bilirsiniz  ki,  ərli  qadınların 

məktub  yazmaq  üçün  az  vaxtları  qalır.  Qoy  bacılarım 

mənə  daha  çox  yazsınlar.  Axı  onların  elə  bir  iş-gücü 

yoxdur. 


Mister  Uikhem  qohumları  ilə  ürəkdən  vidalaşdı.  O 

downloaded from KitabYurdu.org




436 

 

gülümsədi,  hamını  valeh  etdi  və  xeyli  xoş  sözlər  dilə 



gətirdi. 

— 

Bu  mənim  öz  dövrümdə  gördüyüm  ən  yaxşı 



oğlandır, 

— onlar  gedincə  mister  Bennet  qeyd  etdi,  —  İrişir, 

hırıldayır  və  hamıyla  məzələnir!  Mən  onunla  qeyri-adi 

dərəcədə qürur duyuram. Düşünürəm ki, hətta ser Uilyam 

Likasm  özü  belə  bundan  ləyaqətli  kürəkənlə  qohumlaşa 

bilməzdi. 

Qızının gedişi missis Benneti bir neçə günlük öz adi 

tövründən sapdırdı. 

— Tez-tez ağlıma gəlir ki, dünyada doğma adamınla 

ayrılıqdan  pis  şey  yoxdur,  —  o  deyirdi.  —  O,  artıq 

yanında olmayanda çox boşluq olur. 

— 

Bax, qızın ərə getməyi belə şeylərə gətirib çıxarır, 



xanım, 

— Elizabet  qeyd  etdi.  —  Sizin  qalan  qızlarınız  qız 

qansalar, bunda daha böyük məmnuniyyət tapmalısınız. 

— Elə şey yoxdur! Lidiya bu saat bizi ərə getdiyi üçün 

tərk etmədi, yalnız ona görə tərk etdi ki, Uikhemin alayı, 

Allah  bilir,  nə  qədər  uzaqda  yerləşir.  O  yaxında 

yerləşsəydi, Lidiya belə tez getməzdi. 

Ancaq bu hadisənin missis Benneti saldığı çarəsizlik 

ovqatı yavaşyavaş öz kəskinliyini itirdi və o bu yaxınlarda 

yayılmış  bir  xəbərin  sayəsində  yeni  ümidlər  bəsləməyə 

başladı. Nezerfildin təsərrüfat işlərinə baxan qadın evi bir-

iki  günə  bu  yerlərdə  bir  neçə  həftəliyə  ov  etmək  üçün 

gələsi  sahibin  gəlişinə  hazırlamaq  sərəncamı  almışdı. 

downloaded from KitabYurdu.org




437 

 

Missis Bennet son dərəcə əndişələnmişdi. O, hey Ceynə 



baxır, gülür və başını bulayırdı. 

— Belə-belə  işlər,  bacıcığım,  —  xəbəri  ona  missis 

Filips  vermişdi,  —  demək,  mister  Binqli  hər  halda 

qayıdır?  Olsun,  lap  yaxşı.  Hərçənd  bunun  mənə  isti-

soyuğu azdır. Bildiyin kimi, axı o bizim üçün heç kimdir 

və  mən  heç  də  onu  yenidən  görmək  istəyində  deyiləm. 

Hər  halda,  o,  Nezerfildə  qayıtmaq  fikrindədirsə,  onun 

orada görünməsi tərifəlayiq işdir. Kim bilir, nə ola bilər? 

Amma bunun bizə dəxli yoxdur, biz ki heç vaxt bu 

barədə xatırlamamaq barədə şərtləşmişik. Sən əminsən ki, 

o gəlir? 

— Mənə  güvənə  bilərsən,  —  bacısı  cavab  verdi.  — 

Missis  Nikols  dünən  axşam  Meritonda  idi.  Mən  onun 

yaxınlıqdan keçdiyini görən kimi dərhal qaçıb çatdım ki, 

hər  şey  öyrənim.  O  özü  deyir  ki,  bütün  bunlar  tərtəmiz, 

doğru  söhbətdir.  O,  həftənin  dördüncü  günündən  gec 

olmadan,  hətta  ola  bilər  ki,  üçüncü  gün  gəlir.  Missis 

Nikolsun sözlərinə görə, o, üçüncü günə ət sifariş etmək 

üçün qəssaba gedib. Xoşbəxtlikdən, onda vaxtında kəsib 

mətbəxə göndərmək üçün üç cüt ördək tapılıb. 

Binqlinin  gəlişi  barədə  xəbər  miss  Bennetin  üzünün 

rəngini  qızartmaya  bilməzdi.  Artıq  onun  Elizabetlə 

söhbətdə  Binqlinin  adını  axırıncı  dəfə  çəkdiyi  vaxtdan 

çox aylar keçmişdi. Ancaq indi onlar ikilikdə qalan kimi 

Ceyn dedi: 

— Mən  fərq  etdim  ki,  xalam  bizə  axırıncı  xəbəri 

verəndə  sən  mənə  necə  baxdın.  Yəqin  ki,  mən  kefi 

downloaded from KitabYurdu.org




Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə