Birinci kitab



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə111/128
tarix15.03.2018
ölçüsü3,06 Mb.
#31892
1   ...   107   108   109   110   111   112   113   114   ...   128

442 

 

ailəsinə lütfkarlıq göstərmiş bir dost görürdü və onun bu 



şəxsə bəslədiyi  hisslər o qədər incə deyildisə də, ən  azı 

Ceynin Binqliyə olan duyğuları qədər haqlı və layiqli idi. 

Onun  gəlişi,  Nezerfilddə  və  Lonqbornda  peyda  olması, 

onunla yenidən görüşməyə açıq-aşkar can atması - bütün 

bunlar qızı,  demək olar,  onların  Derbişirdə ilk görüşləri 

zamanı 


Darsinin 

davranışmdakı 

dəyişiklikdən 

təəccübləndiyi qədər heyrətləndirirdi. 

Darsinin  bağlılığının  və  onun  ürəyini  fəth  etmək 

səyinin  bu  qədər  uzun  müddətdə  dəyişməz  qaldığını 

düşünəndə  onun  yanağından  çəkilmiş  allıq  çöhrəsində 

daha bərk parladı və fərəhli təbəssüm üzünü nurlandırdı. 

Ancaq o, özünü əbəs yerə ümidləndirmək istəmirdi. 

“Əvvəlcə  baxaq,  görək,  o  özünü  necə  aparacaq.  - 

Elizabet  öz-özünə  dedi.  -  Xəyal  bəsləməyə  hələ  macal 

taparıq”. 

O,  tikişə  dalaraq  oturmuşdu,  qəlbindəki  çaxnaşmanı 

ram  etməyə  çalışırdı  və  nəzərlərini  yuxan  qaldırmağa 

cürət  etmirdi.  Yaxınlaşan  addım  səslərini  eşidərək 

maraqla  yanında  oturan  bacısına  baxdı.  Ceyn  bir  qədər 

solğun  idi,  ancaq  özünü  Elizabetin  gözlədiyindən  sakit 

tuturdu.  Qonaqlar  görünən  zaman  o,  yüngülcə  qızardı. 

Hər halda, o, onları sərbəst qarşıladı və onun ləyaqət dolu 

davranışında  inciklik  kölgəsi  və  ya  qabardılmış 

gülərüzlülük sezilmədi. 

Elizabet dostlannm hər biri ilə ədəb qaydalannm tələb 

etdiyi  qədər danışdı və  yenidən tikişə girişdi. Yalnız bir 

dəfə  o,  Darsiyə  baxmağa  cəsarət  etdi.  Həmişə  olduğu 

downloaded from KitabYurdu.org



443 

 

kimi, o, qıza ciddi göründü və Elizabet düşündü ki, bu saat 



o,  əvvəlcə  Hartfördşirdə  gördüyü  Darsiyə  daha  çox 

oxşayır, nəinki Pemberlidə tanıdığı Darsiyə. Ancaq bəlkə 

o, missis Bennetlə yanaşı durduğu üçün özünü mister və 

missis  Qardinerlərin  yanında  olduğu  kimi  apara  bilmir? 

Nə  qədər  məyusedici  olsa  da,  belə  bir  ehtimal  ona  daha 

həqiqətəbənzər göründü. 

Elizabet Binqliyə də səthi nəzər salmağa macal tapdı 

və  bu  zaman  müşahidə  etdi  ki,  o,  xoşbəxt  və  utancaq 

görünür.  Missis  Bennet  onu  ifrat  lütfkarlıqla  qarşıladı. 

Böyük  bacılar  xüsusilə  bu  qəbulla  onun  dostunun  layiq 

görüldüyü  rəsmi  salamlama  arasındakı  ziddiyyətə  görə 

özlərini naqolay hiss etdilər. 

Bu  fərq  sevimli  qızını  rüsvayçılıqdan  xilas  edən 

Darsiyə missis Bennetin borclu olduğunu bilən Elizabetə 

daha ağrılı hisslər yaşatdı. 

Darsi  Elizabetdən  mister  və  missis  Qardinerlərin 

cansağlığı barədə soruşaraq, qızı elə utandırdı ki, o, güclə 

cavab verə bildi və sonra, demək olar, bir kəlmə də danışa 

bilmədi.  Onlar  bir-birindən  kifayət  qədər  uzaq 

oturmuşdular və Darsinin susqunluğu məhz bununla izah 

olunurdu. Ancaq Derbişirdə hər şey başqa cür idi. Orada 

o, qızla danışa bilməsə də, onun dostları ilə söhbət edirdi. 

Burada  isə  neçə-neçə  dəqiqələr  ərzində  Darsinin  səsi, 

ümumiyyətlə,  eşidilmədi.  Elizabet  marağa  boğularaq 

zaman-zaman ona qaçaraq nəzər salanda görürdü ki, Darsi 

eyni  dərəcədə  tez-tez  ona  və  Ceynə  baxır,  bundan  daha 

çox isə, sadəcə, gözlərini aşağı dikir. Onun 

downloaded from KitabYurdu.org




444 

 

narahatlığının və ötən dəfəki görüşlə müqayisədə ona xoş 



olmağa daha az hazır olmasının kifayət qədər sadə izahı 

vardı. Elizabet məyus olmuşdu və buna görə özünə sərt 

halda acığı tuturdu. 

“Məgər mən başqa şey gözləyə bilərdim? - o özündən 

soruşurdu. - Yenə də axı o, nə üçün gəlib?” 

O, başqa heç kimsə ilə danışmaq istəmirdi və Darsiyə 

xitab etməyə cəsarəti çatmırdı. Onun bacısının kef-halını 

soruşduqdan  sonra  daha  Elizabet  başqa  heç  nə  düşünə 

bilmədi. 

— Siz  necə  də  çoxdan  getmisiniz,  mister  Binqli!  — 

missis Bennet qeyd etdi. 

Mister Binqli həvəslə razılaşdı. 

— Mən  artıq  qorxmağa  başlamışdım  ki,  siz  heç 

qayıtmayacaqsınız.  Danışırdılar  ki,  guya  Mixaylov 

gününə qədər icarədən imtina edəcəksiniz. Ümid edirəm 

ki,  bu  baş  verməyəcək?  Sizin  yoxluğunuzda  çox  şey 

dəyişib! Miss Lukas ərə gedib və indi öz evində yaşayır. 

Mənim  qızlarımdan  biri  də  həmçinin.  Güman  ki, 

eşitmisiniz — bu barədə qəzetlərdə oxuya bilərdiniz. Mən 

bilirəm ki, bu barədə “Kuryer” və “Tayms” 

qəzetlərində  xəbər  verilmişdi.  Hərçənd,  əlbəttə,  lazımi 

qaydada  deyildi.  Yalnız  belə  yazılmışdı:  “Bu  günlərdə 

Corc Uikhem miss Lidiya Bennetlə evləndi”. Və nə qızın 

atası  barədə,  nə  o  haradandır  —  heç  nə,  bir  kəlmə  də 

yazılmamışdı.  Bu  mənim  qardaşım  Qardinerin  əl  işidir. 

Sadəcə,  başa  düşə  bilmirəm,  o  bu  işi  necə  belə  bədnam 

şəkildə gördü. Siz oxumuşdunuz? 

downloaded from KitabYurdu.org




445 

 

Binqli  təsdiqləyici  cavab  verdi  və  fürsətdən  istifadə 



edərək  öz  təbriklərini  dilə  gətirdi.  Elizabet  gözlərini 

qaldırıb baxmağa cəsarət etmirdi, ona görə də bu zaman 

mister Darsinin necə göründüyünü bilmirdi. 

— Əslində qızın uğurla ərə getməsi xoşdur, — missis 

Bennet  davam  etdi.  —  Bununla  yanaşı,  onu  məndən 

ayırmaq  qəddarlıq  idi.  Onlar  uzaq  şimala,  Nyukasla 

getdilər.  Əfsus,  onlar  o  yerlərdə,  Allah  bilir,  nə  qədər 

yaşayacaqlar.  Onun  alayı  orada  yerləşir.  Siz,  yəqin  ki, 

bilirsiniz,  o,  Derbişir  alayından  çıxıb  və  nizami  orduya 

daxil  olub.  Allaha  şükür,  onun  əsl  dostları  varmış. 

Hərçənd onun layiq olduğu qədər çox deyillər. 

Bu  sözlərin  mister  Darsinin  ünvanına  tuşlandığını 

anlayan Elizabet özünü o dərəcədə alçalmış hiss etdi ki, 

yerində güclə 

oturub  qala  bildi.  Ancaq  məhz  bu  sözlər  onun  qəlbini 

əvvəllər  çatışmayan  qətiyyətlə  doldurdu  və  söhbətə 

qoşulmağa  vadar  etdi.  O,  Binqlidən  Nezerfilddə  neçə 

müddətə yerləşdiyini soruşdu və öyrəndi ki, o, burada bir 

neçə həftə keçirməyə ümid edir. 

— Siz öz malikanənizdə bütün quşları güllələyəndən 

sonra,  —  missis  Bennet  müdaxilə  etdi,  —  lütfən  bizə 

gəlin,  mister  Binqli.  Siz  mister  Bennetin  mülkündə 

istənilən  qədər  ov  edə  bilərsiniz.  İnanın,  bu  zövqü  sizə 

bəxş  etməkdən  məsud  olar  və  ən  yaxşı  ehtiyatlan  sizin 

üçün qoruyub saxlamağa çalışar. 

Anasının ifrat və zəhlətökən yarınması Elizabeti daha 

möhkəm  utandırdı.  O  əmin  idi  ki,  ötənilki  ümidlər 

downloaded from KitabYurdu.org




Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə